Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-115/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1nə, X11 və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-115/2024 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, X11 və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə (bundan sonra üçüncü cavabdeh) qarşı “sifariş məktubunun və hərra cın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1713/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 77, mənzil 13 İddiaçı adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tar ixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək, cavabdehdən 7.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh1nə göndərilmişdir.
4. Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən, İddiaçı və X8 xx.xx.1980-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 44, mənzil 6 X6 adına qeydiyyata alınmışdı r.
6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1253/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli icra sənədinə əsasən, borclu İddiaçı 15.000 manat pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X11 verilməlidir.
7. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarına əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli və 2(044)-1253/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2990/2021 saylı, 14 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən, borclu İddiaçı 22.000 manat alınaraq tələbkar X12 verilməlidir.
9. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarına əsasən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli və 2(044)-12 53/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli icra sənədləri, habelə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2990/2021 nömrəli, 14 iyun 2022-ci il tarixli icra vərəqəsi bir icraatda birləşdirilmişdir.
10. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-559/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadına əsasən, təqdimat təmin edilərək borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 77, mənzil 13 üzərinə həbs qoyulmuşdur.
11. Cavabdeh1 tərəfindən “Əmlak Hərrac Mərkəzi’’ MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli icra sənədinə əsasən, borclu İddiaçı cəmi 7.017 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X9 xeyrinə ödənilməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-559/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadına əsasən borclu İddiaçı məxsus, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulmuş və tələb həmin əmlaka yönəldilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən qeyd olunan əmlakın 15.000 manat dəyərində qiymətləndirildiyi məlum olmuşdur. Bu səbəbdən də yuxarıda qeyd edilən daşınmaz əmlakın hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş olunmuşdur. 12. “Əmlak Hərrac Mərkəzi’’ MMC tərəfindən xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsinə dair bildiriş iddiaçıya, X4 və X11 ünvanlanaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tar ixli, T.İ e 61742/2021 saylı sifarişi ilə borclu iddiaçıya məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən daşınmaz əmlakın açıq hərracdan satılmalı olduğu, əmlakın ilkin qiymətinin 15.000 manat müəyyən edildiyi və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərracın keçiriləcəyi bildirilmişdir. 13. “BirjaNews” adlı kütləvi informasiya vasitəsinin portalında xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli, T.İ e 61742/2021 saylı sifarişi ilə borclu İddiaçı məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən daşınmaz əmlakın açıq hərracdan satılmalı olduğu, əmlakın ilkin qiymətinin 15.000 manat müəyyən edildiyi və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərracın keçiriləcəyi bildirilmişdir. 14. “Əmlak Hərrac Mərkəzi’’ MMC tərəfindən tərtib olunmuş, hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1253/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli icra vərəqələrinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli, T.İ e 61742/2021 saylı sifarişi əsasında borclu İddiaçı məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində istifadədə olan, 0,0867 ha torpaq sahəsində yerləşən, 77 nömrəli, 1 mərtəbəli binanın 13-cü girişində, 1-ci mərtəbəsində, 35,5 kv.metr ümumi, 20,7 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzil hərracda X13 tərəfindən 15.300 manata satın alınmışdır. 15. “Əmlak Hərrac Mərkəzi’’ MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış xx.xx.2022ci il tarixli məktuba əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)1253/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli icra vərəqələrinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il), T.İ e 61742/2021 saylı sifarişi ilə, borclu İddiaçı məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində istifadədə olan, 0,0867 ha torpaq sahəsində yerləşən, 77 nömrəli, 1 mərtəbəli binanı n 13-cü girişində, 1-ci mərtəbəsində, 35,5 kv.metr ümumi, 20,7 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzil ilkin hərracda alış qiyməti 15.300 (on beş min üç yüz) manata olmaqla, X1 və bununla əlaqədar olaraq hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 73/22 nömrəli protokol tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
16. İddiaçı (bundan sonra iddiaçı) (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1nə (bundan sonra birinci cavabdeh), X11 (bundan sonra ikinci cavabdeh) və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə (bundan sonra üçüncü cavabdeh) qarşı “sifariş məktubunun və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dai r iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, birinci cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sifariş məktubunun, Azərbaycan Respublikası İxtisasdırılmış Əmtəə Birjası Cavabdeh2nin xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 220/22 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 7.017 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X5 verilməsi qət edilmişdir. Bu iş üzrə verilmiş icra vərəqəsi icra olunması üçün birinci cavabdehə göndərilmiş və icraata qəbul edilmişdir. İcra tədbirləri nəticəsində icra məmuru ona məxsus ünvan 5 ünvanda yerləşən daşınmaz əmlaka həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat vermişdir. İcra məmurunun təqdimatı təmin edilmiş və bundan sonra həmin əmlak satılması üçün hərrac mərkəzinə göndərilmişdir. Halbuki, həmin əmlakın onun yeganə mənzili olması ilə bağlı icra məmuruna dəfələrlə məlumat vermişdi. Lakin buna baxmayaraq, icra orqanı onun ərinin adına başqa evin olmasını bəhanə edərək, ona məxsus mənzilin həracda satılmasına nail olmuşdur. Nəhayət, xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda ona məxsus olan daşınmaz əmlak dəyərindən çox aşağı qiymətlə, ikinci cavabdehə 15.000 manata satılmışdır. Birinci cavabdehin bu kimi hərəkətləri qanunsuzdur. Məhkəmə ona məxsus bir yaşayış mənzilinə həbs qoymamalı və icra məmuru da həmin mənzili hərrac vasitəsilə satılmasına sifariş verməməli idi. Bund an başqa, icra məmuru onun başqa yaşayış mənzildə yaşadığına əsaslanmış və bu cür hərəkərə yol vermişdir. Lakin işin faktiki halları ilə dəqiq müəyyən olunur ki, faktiki yaşadığı mənzil ərinə məxsusdur. Həmin nənzil isə ona vərəsəlik qaydasında atasından miras qalmış əmlakdır. Deməli, icra orqanı bu halı araşdırmamış, məsələyə öz mülahizəsi ilə qiymət vermiş və məhkəmə də bu halları dəqiq araşdırmamışdan ona məxsus mənzilə həbs qoymuşdur. Yuxarıda qeyd etdiyi hərəkətlərlə bağlı cavabdehlər ona heç bir rəsmi məlumat verilməmiş və bilərəkdən ona məxsus əmlakı özgəninkiləşdirmişlər.
18. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)-150/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Xədicə Səfərli) iddiaçının cavabdehlərə qarşı “şifar iş məktubunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və o nun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; 4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə; 5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya malqara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə; 6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma; 7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuq əsinə; 8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa; 9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə; 10) əlilliyi olan şəxslərin hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə; 11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə; 12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə; 13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara: a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri; b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı; c) mebel - hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor; ç) bütün uşaq ləvazimatı.
20. Məhkəmə qeyd etmişdir ki, mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, pulun tutulması barədə icra vərəqələri borclu tərəfindən könüllü icra edilmədiyi üçün, məhkəmə aktl arının icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı məxsus mübahisəli 13 saylı mənzilin üzərinə həbs qoyulmuş və əmlakın hərracdan satılması üçün sifariş verilmişdir. Mübahisəli əmlak üçün ilkin satış qiyməti 15.000 manat olmaqla xx.xx.2022-ci il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsinə dair xx.xx.2022ci il tarixli bildiriş tələbkarlara və borcluya ünvanlanmışdır. “Birja News” portalında xx.xx.2022-ci il tarixdə eyni məzmunlu məlumat dərc olunmuşdur. Qeyd edilən tarixdə mübahisəli əmlaka dair keçirilmiş hərracın yekunları barədə protokol tərtib edilmişdir. Beləliklə, hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmişdir.
21. Məhkəmənin mövqeyinə görə, iddiaçı tələbini mübahisəli mənzilin ona məxsus yeganə yaşayış sahəsi olması ilə əsaslandırmışdır. Lakin icra icraatı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil borclu olan iddiaçı və ailəsinin birgə yaşamalarını təmin edəcək yeganə mənzil deyil. Bu hal iddiaçının ailəsiylə ərinə məxsus mənzildə yaşaması və mübahisəli mənzildə iddiaçının qohumunun yaşaması ilə təsdiqlənir.
22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 45.6, 49, 50.1, 50.2-ci, Vergi Məcəlləsinin 90, 53, 53.2, 61.1, 61.2, 62-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın t əmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 7.017 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X5 verilməsi qət edilmişdir. Bu iş üzrə verilmiş icra vərəqəsi icra olunması üçün birinci cavabdehə göndərilmiş və icraata qəbul edilmişdir. İcra tədbirləri nəticəsində icra məmuru ona məxsus ünvan 5 ünvanda yerləşən daşınmaz əmlaka həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat vermişdir. İcra məmurunun təqdimatı təmin edilmiş və bundan sonra həmin əmlak satılması üçün hərrac mərkəzinə göndərilmişdir. Halbuki həmin əmlakın onun yeganə mənzili olması ilə bağlı icra məmuruna dəfələrlə məlumat vermi şdi. Lakin buna baxmayaraq, icra orqanı onun ərinin adına başqa evin olmasını bəhanə edərək, ona məxsus mənzilin həracda satılmasına nail olmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda ona məxsus olan daşınmaz əmlak dəyərindən çox aşağı qiymətlə, ikinci cavabdehə 15.000 manata satılmışdır. O, hərracdan əvvəl İcra idarəsinə ərizə yazıb bildirmişdir ki, mənzilə qoyulmuş qiymətlə razı dedyildir, mənzilin yenidən qiymətləndirilməsi zəruridi. Lakin icra orqanı buna əməl etməmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixində açıq hərracın keçirilməsi ilə bağlı ona bildiriş göndərilməmişdir və iştirakı təmin edilməmişdir. Bundan başqa hərracda satılan mənzil onun adına olsa da o, miras kimi anasında həm ona, həm də bacısı Südabə Əhmədovaya qalmışdır. Ruhi xəstə bacısının istifadəsində və sah ibliyində olan mənzilin hərrac vasitəsi ilə, eyni zamanda dəyərindən aşağı qiymətə satılması qanun pozuntusudur. Həmçinin hərrac barədə ona bildirş göndərilməmişdir.
25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apelyasiya instansiya məhkəməsi) 2(104)-1713/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrliyi və məruzəsi ilə), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə edilən mənzil iddiaçı və ailəsinin birgə yaşamalarını təmin edəcək yeganə mənzil deyildir. Həmin mənzildən başqa, iddiaçının ailə üzvləri ilə hazırda birgə yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 44, mənzil 6 saylı mənzil mövcuddur və iddiaçının həyat yoldaşı X6 adına qeydiyyata alınmışdır.
27. İddiaçı apellyasiya şikayətinin dəlillərində xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda ona məxsus olan daşınmaz əmlak dəyərindən çox aşağı qiymətlə, ikinci cavabdehə 15.000 manata satılmasını göstərmişdir. İddiaçı bununla bağlı apellyasiya şikayətində qeyd edir ki, o, hərracdan əvvəl İcra idarəsinə ərizə yazıb bildirmişdir ki, mənzilə qoyulmuş qiymətlə razı deyildir, mənzilin yenidən qiymətləndirilməsi zəruridir. Lakin icra orqanı buna əməl etməmişdir. Göründüyü kimi, iddiaçı icra zamanı mənzilin hərracda 15.000 manata satılmasını bilmiş, bununla razılaşmadığı barədə icra orqanına ərizə vermiş, lakin həmin məsələni məhkəmədə mübahisələndirməmi ş və nəticədə hərrac baş tutmuşdur.
28. İddiaçı həmçinin hərrac barədə ona bildirş göndərilməməsini bildirmişdir. Halbuki, “Əmlak Hərrac Mərkəzi’’ MMC tərəfindən xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsinə dair bildiriş iddiaçıya, X3 və ikinci cavabdehə ünvanlanaraq Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-444/2021 nğmrəli, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli, T.İ e 61742/2021 saylı sifarişi ilə borclu iddiaçıya məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən daşınmaz əmlakın açıq hərracdan satılmalı olduğu, əmlakın ilkin qiymətinin 15.000 manat müəyyən edildiyi və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərracın keçiriləcəyi bildirilmiş dir. Digər tərəfdən, iddiaçının özünün icra hərəkətlərindən, mənzilin hərracda 15.000 manata satılacağından məlumatlı olduğunu, bununla razılaşmadığı barədə icra orqanına ərizə verməsini göstərmişdir ki, bu da onun həmin dəlilini təkzib edir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.1, 415.2, 416.1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 53.3, 61.1, 61.2-ci, Mülki Prosessual Məcəllənin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya ş ikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi qətnaməsində əsassız olaraq göstərmişdir ki, iddiaçı hərracda mənzilin 15.000 manata satılmasını bilmiş və bu barədə narazılığını icra idarəsinə ərizə yazaraq bildirmişdir. Belə görünür ki, hərracın keçirilməsi barədə ona bildiriş göndərilmişdir. Halbuki iddiaçı hərrac keçirilib qurtarandan sonra öyrənib ki, hərracda mənzil aşağı qiymətə satılmışdır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsinə dair iddiaçıya bildiriş göndərilmişdi r. Əslində isə iddiaçıya bu barədə bildiriş göndərilməmişdir. Eyni zamanda hərracın hansı formada keçirilməsi barədə iddiaçının fikri öyrənilməmişdir. İddiaçının hərracın keçirilməsində iştirakı təmin edilməmişdir. Mənzil isə dəyərindən xeyli aşağı qiymətə satılmışdır. İddiaçı, hərracdan əvvəl İcra idarəsinə ərizə yazıb bildirmişdir ki, mənzilə qoyulmuş qiymətlə razı deyil, mənzilin yeni qiymətləndirilməsi zəruridir. Lakin İcra orqanı buna əməl etməmişdir.
32. Məhkəmə kollegiyası qətnamədə qeyd etmişdir ki, iddiaçı hərracda mənzilə qoyulan qiymətdən narazı qalsa da bu barədə məhkəməyə müraciət etməmişdir. Halbuki iddiaçının bundan xəbəri olandan sonra hazırkı iddianı qaldırmışdır. Uzun müddət iddiaçıya mənzilin 15.000 manata hərraca çıxarılması xəbər verilməmişdir. İddiaçı məhkəməyə müraci ət edərək əmlak üzərindən həbsin götürülməsini xahiş etmişdir. Buna baxmayaraq məhkəmənin qətnaməsi ilə həbs götürülmüşdür.
33. Məhkəmə qətnamə çıxararkən iddiaçının göstərdiyi dəlillərə əhəmiyyət verməmiş, bununla əlaqədar heç bir araşdırma aparmamışdır. Sadəcə olaraq məhkəmə iş materiallarında olan sənədləri sadalamaqla kifayətlənmiş, nəticədə düzgün olmayan qeyriobyektiv, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkəmə hərraca çıxarılmış mənzilin şəhid ailəsi olan, ruhi xəstə bir qadının sahibliyində və istifadəsində olmasına dair sübut təqdim edilməsinə şərait yaratmamışdır. Məhkəmə tələm-tələsik, başdansovdu qətnamə qəbul edərək, qətnamədə hərraca aid qanunvericiliyi köçürməklə kifayətlənmişdir. Nəticədə anasının miras mənzilindən başqa yaşayış yeri olmayan xəstə qadının acınacaqlı vəziyyətə düşməsinə səbəb olmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin tam və obyektiv tədqiqinə şərait yaratmamışdır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Hazırkı işdə maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildiril məsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
38. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdir ilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
39. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.
40. Maddə 51.1. Borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur.
41. Mad də 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.
42. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
43. Maddə 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 4
4. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı məhkəmə icraçının sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
45. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu bax ımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda ola n apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də həmin dəlilləri təkrar araşdırmağa lüzum olmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsinə dair iddiaçıya bildiriş göndərilməməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı sübutları araşdırmaq səlahiyyəti olan birinci və apelyasiya məhkəmələrində həmin dəlillə bağlı halları mübahisələndirmədiyindən kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.
60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəm əsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
62. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yarada n hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
63. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
65. Bu səbəbdən, kassasiya şi kayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1713/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.