Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-279/2024 08.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı xidmət müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xidmət müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-281/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə İddiaçı məktəb liseyi ilə valideyin Cavabdeh arasında X1 təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2014-cü il tarixli 65 nömrəli müqavilə bağlanmış, lisey tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 5000 manat müəyyən edilmişdir.
2. İddiaçı məktəb liseyi ilə valideyin Cavabdeh arasında X4 təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2014-cü il tarixli 65 nömrəli müqavilə bağlanmış, lisey tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 5000 manat müəyyən edilmişdir.
3. Şagirdlərin yerdəyişməsi elektron xidməti barədə məlumatlardan görünür ki, X3 İddiaçı Bakı filialının 8 a1 sinfindən Mərdanlı kənd C.Həşimov adına tam orta məktəbin 8 z sinfinə, X5 isə İddiaçı Bakı filialının 9a sinfindən Mərdanlı kənd C.Həşimov adına tam orta məktəbin 9a sinfinə keçirilmişlər.
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qubadlı rayon təhsil şöbəsi Calal Həşimov adına Mərdanlı kənd orta məktəbi tərəfindən verilmiş 311-312 nömrəli, xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, X3 həqiqətən 2019-2020-ci tədris ilində Qubadlı rayon C.Ə.Həşimov adına Mərdanlı kənd orta məktəbin Vİİİ sinfində, X5 isə İX sinfindən oxumuşlar.
5. Qubadlı rayon C.Ə.Həşimov adına Mərdanlı kənd orta məktəb üzrə 509 saylı, xx.xx.2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X3 (Vİİİ sinif), X5 (İX sinif) məktəbin şagirdləri sırasına qəbul edilmişlər.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı xidmət müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 28 avqust 2014-cü il tarixli, 65 və 66 nömrəli xidmət müqavilələri üzrə yaranmış 9333 manat borc məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 65 və 66 nömrəli xidmət müqavilələri bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən iddiaçı cavabdehin övladı X4 və X1 ümumtəhsil xidmətləri göstərməli, cavabdeh isə müqavilənin 5-ci bəndində qeyd olunduğu kimi bir tədris ili üçün hər şagirdə görə 5000 manat olmaqla, cəmi 10000 manat xidmət haqqı ödəməlidir. Cavabdeh övladları İbrahimli İsa və İbrahimova Zinət həmin müqavilələrə əsasən 2014-cü ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək İddiaçındə təhsil almışlar. İddiaçı xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək hər şagirdə görə 3478 manat olmaqla, ümumilikdə 6956 (altı min doqquz yüz əlli altı) manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 5.1-ci maddəsinə görə xidmətlərin dəyəri Cavabdeh tərəfindən hər təhsil ili üçün dekabr ayının sonunadək tam miqdarda ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci maddəsinin (təhsil haqqını tam və vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. Tərəflərindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən xəbərdarlıq məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır. Cavabdeh tərəfindən 2019/2020-ci tədris ili üzrə hər şagird üçün borc məbləği 1350 manat, 2020/2021-ci tədris ili üzrə hər şagird üçün 2128 manat olmaqla, ümumilikdə iki müqaviləyə görə 2019/2020-ci tədris ili üzrə 2700 manat, 2020/2021-ci tədris ili ürə 4256 manat olmaqla cəmi 6956 manat təşkil edir. Ödənilməyən təhsil haqqı məbləğlərinə görə cəmi hesablanmış dəbbə pulu 5077 manat olmaqla, ümumilikdə cavabdehin liseyə borcu 9333 manat təşkil edir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, gecikdirilmiş təhsil haqqı müqavilə ilə müəyyən olunmuş müddət ərzində ödənilmədikdə “Valideyn” hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.5%-i həcmində dəbbə pulu ödəyir.
8. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-281/2023 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı dəfələrlə iddiaçı tərəfdən cavabdehin idiaçıya nə qədər borcunun olmasını təsdiq edən maliyyə sənədləri tələb olunmuş, lakin iddiaçı tərəf öz tələbini əsaslandığı fakt və hallara dair 4 qəbzdən başqa (yəni cavabdehin hər uşağa görə 2019-2020-ci tədris ili üçün ödənilmiş 2000 manat oktyabr ayında və 2000 manat dekabr ayında qəbzlər) heç bir mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 425.1, 385.1, 427.3, 442.1, 448.1, 445.8, 447.1, 390.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsi cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarmışdır ki, həmin qətnamə hər hansı faktiki sübuta yox, bilavasitə cavabdehin iş üzrə izahatına əsaslanmaqdadır. Bu səbəbdən hesab edirlər ki, qətnamə maddi və prosessual hüquq normaları kobud surətdə pozularaq, əsassız surətdə çıxarılmışdır. Məhkəmə öz qətnaməsində ödənişin həyata keçirilməsi ilə bağlı cavabdehin izahatının ziddiyətli hissələri ilə bağlı mövqe bildirməmişdir. Belə ki, qətnamədən də göründüyü kimi, cavabdeh izahatının bir hissəsində online tədris prosesi zamanı dərslərin keyfiyyətsiz olduğundan şikayətlənərək, nəyə görə dərslərin əyani keçirilmədiyi vaxt üçün ödəniş etməli olduğu barədə məhkəməyə sual ünvanlayır, daha sonra isə ödəniş etmədiyini inkar edərək ödəniş etdiyini bildirir. Məhkəmə buna heç bir münasibət bildirməmiş, əksinə, sübutetmə qüvvəsi olmamasına və öz daxilində ziddiyətlər olmasına rəğmən bu izahat əsasında qətnamə çıxarmışdır. Təkbaşına izahatın hər hansı hüquqi qüvvəsi yoxdur. Habelə, qətnamədən də aydındır ki, qarşı tərəf ödəniş qəbzlərini itirdiyini qeyd etmişdir. Lakin məhkəmə cavabdehdən ödəniş etdiyi bankdan keçmiş ödənişlə bağlı sənəd, çıxarış və s. alınmasını da tələb etməmiş, habelə özü də belə bir təşəbbüs göstərməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. (...)
17. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
20. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
21. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, işdən görünür ki, İddiaçı məktəb liseyi ilə valideyin Cavabdeh arasında X1 təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2014-cü il tarixli 65 nömrəli müqavilə bağlanmış, lisey tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 tədris ili üçün 5000 manat müəyyən edilmişdir.
31. İddiaçı məktəb liseyi ilə valideyin Cavabdeh arasında X4 təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2014-cü il tarixli 65 nömrəli müqavilə bağlanmış, lisey tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 tədris ili üçün 5000 manat müəyyən edilmişdir.
32. İş materiallarında olan şagirdlərin yerdəyişməsi elektron xidməti barədə məlumatlardan görünür ki, X3 İddiaçı Bakı filialının 8 a1 sinfindən Mərdanlı kənd C.Həşimov adına tam orta məktəbin 8 z sinfinə, X5 isə İddiaçı Bakı filialının 9 a sinfindən Mərdanlı kənd C.Həşimov adına tam orta məktəbin 9 a sinfinə keçirilmişlər.
33. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qubadlı rayon Təhsil şöbəsi Calal Həşimov adına Mərdanlı kənd orta məktəbi tərəfinlən verilmiş 311-312 nömrəli, xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, X3 həqiqətən 2019-2020-ci tədris ilində Qubadlı rayon C.Ə.Həşimov adına Mərdanlı kənd orta məktəbin Vİİİ sinfində, X5 isə İX sinfindən oxumuşlar.
34. Qubadlı rayon C.Ə.Həşimov adına Mərdanlı kənd orta məktəb üzrə 509 saylı, xx.xx.2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X3 (Vİİİ sinif), X5 (İX sinif) məktəbin şagirdləri sırasına qəbul edilmişlər.
35. İddiaçı nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 23/01-859 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh və İddiaçı Bakı filialı arasında X2 “Təhsil xidmətinin göstərilməsinə dair” 2014-2015-ci il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. Şagirdin 2020-2021-ci il üzrə müqaviləyə xitam verilmə anı etibarilə borcu həmin il üçün illik 5500 təhsil haqqı miqdarı nəzərə alındıqda yarım il üçün güzəştlərdən öncə 2128, güzəştlərdən sonra 1614 manat olmuşdur. Həmin müqavilə üzrə valideyn Cavabdeh illik təhsil haqqı ödənişini aşağıdakı qaydada həyata keçirib: 2014-2015ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5000 AZN, 2015-2016-cı illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2016-2017-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2017-2018-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2018-2019cu illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2019-2020-ci illər üzrə təhsil haqqı 5500 AZN, ödəniləcək məbləğ 5350 AZN, 2020-2021-ci illər üzrə təhsil haqqı 5500 AZN, ödəniləcək məbləğ 1614 AZN olmuş, cavabdeh tərəfindən 2014-2015, 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019-cu illər üzrə təhsil haqqı tam ödənilmiş, 2019-2020-ci illər üzrə 4000 AZN ödənilmiş, 1350 AZN qalıq borc olmuş, 2020-2021-ci illər üzrə ödəniş olmamış, 1614 AZN qalıq borc olmuşdur.
36. 23/01-860 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh və İddiaçı Bakı filialı arasında X5 “Təhsil xidmətinin göstərilməsinə dair” 2014- 2015-ci il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. Şagirdin 2020-2021-ci il üzrə müqaviləyə xitam verilmə anı etibarilə borcu həmin il üçün illik 5500 təhsil haqqı miqdarı nəzərə alındıqda yarım il üçün güzəştlərdən öncə 2128, güzəştlərdən sonra 1614 manat olmuşdur. Həmin müqavilə üzrə valideyn Cavabdeh illik təhsil haqqı ödənişini aşağıdakı qaydada həyata keçirib: 2014-2015-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5000 AZN, 2015-2016-cı illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2016-2017-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2017-2018-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2018-2019-cu illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2019-2020-ci illər üzrə təhsil haqqı 5500 AZN, ödəniləcək məbləğ 5350 AZN, 2020-2021-ci illər üzrə təhsil haqqı 5500 AZN, ödəniləcək məbləğ 1614 AZN olmuş, cavabdeh tərəfindən 2014-2015, 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019-cu illər üzrə təhsil haqqı tam ödənilmiş, 2019-2020-ci illər üzrə 4000 AZN ödənilmiş, 1350 AZN qalıq borc olmuş, 2020-2021-ci illər üzrə ödəniş olmamış, 1614 AZN qalıq borc olmuşdur.
37. Hər iki maliyyə arayışından görünür ki, cavabdeh uşaqların təhsil aldığı müddətdə iddiaçıya hər uşağın təhsili üçün ümumilikdə 31000 manat ödəmişdir (iki uşaq üçün 62000 manat).
38. Tərəflər arasında bağlanmış müqaviləyə görə bir uşaq üçün təhsil haqqı illik 5000 manat müəyyən olunmuşdur. Sonradan bu məbləğin 5500 manata qaldırılması barədə isə müqaviləyə əlavə, dəyişiklik və s. olması barədə yazılı sübut məhkəməyə təqdim edilməmişdir.
39. İşin mübahisəsiz halları ilə həmçinin müəyyən olunmuşdur ki, cavabdehin uşaqları İddiaçındə 2014-2015, 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019, 2019-2020-ci tədris illəri üzrə tam, 2020-2021-ci il tədris ili üzrə isə xx.xx.2020-ci il tarıxədək (88 gün) təhsil almışlar. 2019-2020-ci il tədris ili üzrə iddiaçı tərəfindən təhsil haqqına hər uşağa görə 150 manat güzəşt tətbiq edilmişdir.
40. Təqdim edilmiş maliyyə arayışında həmçinin qeyd edilmişdir ki, 2020-2021-ci il üzrə müqaviləyə xitam verilmə anı etibarilə cavabdehin borcu həmin il üçün illik 5500 təhsil haqqı miqdarı nəzərə alındıqda yarım il üçün güzəştlərdən öncə 2128, güzəştlərdən sonra 1614 manat olmuşdur.
41. Belə aydın olur ki, 2020-2021-ci tədris ilinin yarım ili üçün iddiaçı təhsil haqqına görə 514 manat güzəşt tətbiq etmişdir. (2128-1614=514)
42. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu illik 5000 manat təhsil haqqı əsas götürüldükdə, 6 il tam təhsil dövrü üçün və 2019-2020-ci il tədris ili üzrə iddiaçı tərəfindən tətbiq edilmiş 150 manat güzəşt də nəzərə alınmaqla cavabdeh tərəfindən bir uşağa görə 29850 manat, 2020-2021-ci il üzrə müqaviləyə xitam verilmə anına xx.xx.2020-ci il tarixədək isə həmin tədris ili üçün iddiaçı tərəfindən tətbiq edilmiş 514 manat güzəşt nəzərə alınmaqla 1115,63 manat (5000 : 9 ay tədris ili : 30 gün x 88 gün təhsil müddəti – 514 manat güzəşt=1115,63 manat) ödənilməli idi. Bu isə ümumilikdə 30965,63 manat (29850+1115,63) təşkil edir. Cavabdeh isə hər uşağa görə ümumilikdə 31000 manat (iki uşağa görə 62000 manat) təhsil haqqı ödəmişdir.
43. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin qalmaması tədqiq olunmuş sübutlarla təsdiqini tapır. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu isə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirilmədən saxlanması üçün əsasdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-281/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.