Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2218/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icrası 15.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-279/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı məktəb liseyi ilə valideyin Cavabdeh arasında X2 təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2014-cü il tarixli 65 nömrəli müqavilə bağlanmış, lisey tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 5000 manat müəyyən edilmişdir;
3. İddiaçı məktəb liseyi ilə valideyin Cavabdeh arasında X5 təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2014-cü il tarixli 66 nömrəli müqavilə bağlanmış, lisey tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 5000 manat müəyyən edilmişdir;
4. Qubadlı rayon C.Ə.Həşimov adına Mərdanlı kənd orta məktəb üzrə 509 saylı, xx.xx.2020-ci il tarixli əmrlə X4 (Vİİİ sinif), X6 (İX sinif) məktəbin şagirdləri sırasına qəbul edilmişlər.
5. Azərbaycan Respublik ası Təhsil Nazirliyi Qubadlı rayon təhsil şöbəsi Calal Həşimov adına Mərdanlı kənd orta məktəbi tərəfindən verilmiş 311-312 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əasən, X4 həqiqətən 2019-2020-ci tədris ilində Qubadlı rayon C.Ə.Həşimov adına Mərdanlı kənd orta məktəbin Vİİİ sinfində, X6 isə İX sinfindən oxumuşlar; İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 28 avqust 2014-cü il tarixli, 65 və 66 nömrəli xidmət müqavilələri üzrə yaranmış 9333 manat borc məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli 65 və 66 nömrəli xidmət müqavilələri bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin övladı X5 və X2 ümumtəhsil xidmətləri göstərməli, cavabdeh isə müqavilənin 5-ci bəndində qeyd olunduğu kimi bir tədris ili üçün hər şagirdə görə 5000 manat olmaqla, cəmi 10000 manat xidmət haqqı ödəməlidir. Cavabdehin övladları həmin müqavilələrə əsasən 2014-cü ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək İddiaçındə təhsil almışlar. İddiaçı xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək hər şagirdə görə 3478 manat olmaqla, ümumilikdə 6956 manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 5.1-ci maddəsinə görə xidmətlərin də yəri cavabdeh tərəfindən hər təhsil ili üçün dekabr ayının sonunadək tam miqdarda ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci maddəsinin (təhsil haqqını tam və vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. Tərəflərindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən xəbərdarlıq məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin, bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmışdır. Cavabdeh tərəfindən 2019/2020-ci tədris ili üzrə hər şagird üçün borc məbləği 1350 manat, 2020/2021-ci tədris il i üzrə hər şagird üçün 2128 manat olmaqla, ümumilikdə iki müqaviləyə görə 2019/2020ci tədris ili üzrə 2700 manat, 2020/2021-ci tədris ili ürə 4256 manat olmaqla cəmi 6956 manat təşkil edir. Ödənilməyən təhsil haqqı məbləğlərinə görə cəmi hesablanmış dəbbə pulu 5077 manat olmaqla, ümumilikdə cavabdehin liseyə borcu 9333 manat təşkil edir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, gecikdirilmiş təhsil haqqı müqavilə ilə müəyyən olunmuş müddət ərzində ödənilmədikdə “Valideyn” hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.5%-i həcmində dəbbə pulu ödəyir.
8. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(034)-281/2023 nömrəli iş üzrə 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülsarə Kərimova) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqe yi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı dəfələrlə iddiaçıdan cavabdehin idiaçıya nə qədər borcunun olmasını təsdiq edən maliyyə sənədləri tələb olunmuş, lakin iddiaçı tərəf öz tələbini əsaslandığı fakt və hallara dair 4 qəbzdən başqa (yəni cavabdehin hər uşağa görə 2019-2020-ci tədris ili üçün ödənilmiş 2000 manat oktyabr ayında və 2000 manat dekabr ayında qəbzlər) heç bir möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 427.3 442, 443.1, 442.1, 445.1, 445.8, 447.1, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin borcun ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarmışdır ki, həmin qətnamə hər hansı faktiki sübuta yox, bilavasitə cavabdehin iş üzrə izahatına əsaslanmışdır. Məhkəmə öz qətnaməsində ödənişin həyata keçirilməsi ilə bağlı cavabdehin izahatının ziddiyətli hissələri ilə bağlı mövqe bildirməmişdir. Qətnamədən də göründüyü kimi, cavabdeh izahatının bir hissəsində online tədris prosesi zamanı dərslərin keyfiyyətsiz olduğundan şikayətlənərək, nəyə görə dərslərin əyani keçirilmədiyi vaxt üçün ödəniş etməli olduğu barədə məhkəməyə sual ünvanlamış, daha sonra isə ödəniş etmədiyini inkar edərək ödəniş etdiyini bildirmişdir. Məhkəmə buna heç bir münasibət bildirməmiş, əksinə, sübutetmə qüvvəsi olmamasına və öz daxilində ziddiyətlər olmasına baxmayaraq, bu izahat əsasında qətnamə çıxarmışdır. Həmçinin qarşı tərəf ödəniş qəbzlərini itirdiyini qeyd etmişdir. Lakin məhkəmə cavabdehdən ödəniş etdiyi bankdan keçmiş ödənişlə bağlı sənəd, çıxarış və s. alınmasını da tələb etməmiş, habelə özü də belə bir təşəbbüs göstərməmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-279/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə bir uşaq üçün təhsil haqqı illik 5000 manat müəyyən olunmuşdur. Sonradan bu məbləğin 5500 manata qaldırılması barədə isə müqaviləyə əlavə, dəyişiklik və s. olması barədə yazılı sübut məhkəməyə təqdim edilməmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş 23/01-859 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunmuşdur ki, Cavabdeh və İddiaçı Bakı filialı arasında X3 “Təhsil xidmətinin göstərilməsinə dair” 2014-2015-ci il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. Şagirdin 2020-2021-ci il üzrə müqaviləyə xitam verilmə anı etibarilə borcu həmin il üçün illik 5500 təhsil haqqı miqdarı nəzərə alındıqda yarım il üçün güzəştlərdən öncə 2128, g üzəştlərdən sonra 1614 manat olmuşdur. Həmin müqavilə üzrə valideyn illik təhsil haqqı ödənişini aşağıdakı qaydada həyata keçirmişdir: 2014-2015-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5000 AZN, 2015-2016-cı illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2016-2017-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2017-2018-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2018-2019-cu illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 20192020-ci illər üzrə təhsil haqqı 5500 AZN, ödəniləcək məbləğ 5350 AZN, 2020-2021-ci illər üzrə təhsil haqqı 5500 AZN, ödəniləcək məbləğ 1614 AZN olmuş, cavabdeh tərəfindən 2014-2015, 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019-cu illər üzrə təhsil haqqı tam ödənilmiş, 2019-2020-ci illər üzrə 4000 AZN ödənilmiş, 1350 AZN q alıq borc olmuş, 20202021-ci illər üzrə ödəniş olmamış, 1614 AZN qalıq borc olmuşdur. 16. 23/01-860 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından isə müəyyən olunmuşdur ki, Cavabdeh və İddiaçı Bakı filialı arasında X6 “Təhsil xidmətinin göstərilməsinə dair” 2014-2015-ci il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. Şagirdin 2020-2021-ci il üzrə müqaviləyə xitam verilmə anı etibarilə borcu həmin il üçün illik 5500 təhsil haqqı miqdarı nəzərə alındıqda yarım il üçün güzəştlərdən öncə 2128, güzəştlərdən sonra 1614 manat olmuşdur. Həmin müqavilə üzrə valideyn illik təhsil haqqı ödənişini aşağıdakı qaydada həyata keçirmişdir: 2014-2015-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5000 AZN, 2015-2016-cı illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2016-2017-ci illər üzrə tə hsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2017-2018-ci illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2018-2019-cu illər üzrə təhsil haqqı və ödəniləcək məbləğ 5500 AZN, 2019-2020-ci illər üzrə təhsil haqqı 5500 AZN, ödəniləcək məbləğ 5350 AZN, 2020-2021-ci illər üzrə təhsil haqqı 5500 AZN, ödəniləcək məbləğ 1614 AZN olmuş, cavabdeh tərəfindən 2014-2015, 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019-cu illər üzrə təhsil haqqı tam ödənilmiş, 2019-2020-ci illər üzrə 4000 AZN ödənilmiş, 1350 AZN qalıq borc olmuş, 2020-2021-ci illər üzrə ödəniş olmamış, 1614 AZN qalıq borc olmuşdur.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər iki maliyyə arayışından görünür ki, cavabdeh uşaqların təhsil aldığı müddətdə iddiaçıya hər uşağın təhsili üçün ümumilikdə 31000 manat ödəmişdir (iki uşaq üçün 620 00 manat).
18. Məhkəmə kolegiyası həmçinin qeyd etmişdir ki, işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, cavabdehin uşaqları İddiaçındə 2014-2015, 2015-2016, 20162017, 2017-2018, 2018-2019, 2019-2020-ci tədris illəri üzrə tam, 2020-2021-ci il tədris ili üzrə isə xx.xx.2020-ci il tarıxədək (88 gün) təhsil almışlar. 2019-2020-ci il tədris ili üzrə iddiaçı tərəfindən təhsil haqqına hər uşağa görə 150 manat güzəşt tətbiq edilmişdir.
19. Təqdim edilmiş maliyyə arayışında da qeyd edilmişdir ki, 2020-2021-ci il üzrə müqaviləyə xitam verilmə anı etibarilə cavabdehin borcu həmin il üçün illik 5500 təhsil haqqı miqdarı nəzərə alındıqda yarım il üçün güzəştlərdən öncə 2128, güzəştlərdən sonra 1614 manat olmuşdur.Belə aydın olmuşdur ki, 2020-2021-ci tədris ilinin yarım ili üçün iddiaçı təhsil haqqına görə 514 manat güzəşt tətbiq etmişdir (2128-1614=514).
20. Məhkəmə kollegiyası belə qənətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu illik 5000 manat təhsil haqqı əsas götürüldükdə, 6 il tam təhsil dövrü üçün və 2019-2020-ci il tədris ili üzrə iddiaçı tərəfindən tətbiq edilmiş 150 manat güzəşt də nəzərə alınmaqla cavabdeh tərəfindən bir uşağa görə 29850 manat, 2020-2021-ci il üzrə müqaviləyə xitam verilmə anına xx.xx.2020-ci il tarixədək isə həmin tədris ili üçün iddiaçı tərəfindən tətbiq edilmiş 514 manat güzəşt nəzərə alınmaqla 1115,63 manat (5000: 9 ay tədris ili: 30 gün x 88 gün təhsil müddəti – 514 manat güzəşt=1115,63 manat) ödənilməli idi. Bu isə ümumilikdə 30965,63 manat (29850+1115,63) təşkil edir. Cavabdeh isə hər uşağa görə ümumilikdə 31000 manat (iki uşağa görə 62000 manat) təhsil haqqı ödəmişdir.
21. Məhkəmə kollegiyası son olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin qalmaması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 385, 385.1, 442, 443, 445, 448-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya belə əsaslandırılmışdır ki, cavabdehlə aramızda X6 və X1 təhsil xidməltərin in göstərilməsinə görə bağlanmış 28 avqust 2014-cü il tarixlimüqavilədə təhsil haqqıməbləği 5.000 manat olaraq razılaşdırılmış, lakin 2015-ci ildə manatın məzənnəsində baş verən ardıcıl iki kəskin devalvasiyadan və ölkə miqyasında baş tutan qiymət artımından sonra müvafiq əmrlə Liseydə bir illik təhsil haqqı 5.500 manat olaraq müəyyənləşdirilmişdir. Qiymət dəyişikliyinə cavabdehin hər hansıetirazı olmamış, aramızda təhsil haqqının 5.500 manat miqdarında ödənilməsi və bu qiymətlər əsasında şagirdlərin Liseydə təhsillərinə davametmələri barədəşifahi razılıq əldə olunmuşdur. Bu razılıq nəticəsində cavabdeh 2015-ci ildən 2019-cu ilə qədər 4 il ərzində hər ikişagirdə göstərilən təhsil xidmətlərinə görə təhsil haqqı ödənişini 5.500 manat olaraq həyata keçirmiş, bu və sonrakı illərdə təhsil xidmə tlərindən faktiki olaraq bu qiymət əsasında yararlanmışdır. Bu, tərəfimizdən Apellyasiya Məhkəməsinə təqdim olunmuş arayışla da sübut edilmişdir. Aydındır ki, cavabdehin təhsil haqqını 4 il ərzində 5.500 manat məbləğində ödəməsi və bu müddət ərzində hər hansı etirazının olmaması iradə ifafəsinin həqiqi mənası qismində tərəflər arasında əldə olunmuş razılıq kimi başa düşülməlidir.
25. Məhkəmə öhdəliklərin müəyyənləşdirilməsi zamanı yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu da müəyyən etməli və nəzərə almalıdır.. Lakin Apellyasiya məhkəməsitərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almadan yalnız hərfi təfsirə yol verərək 404.1-ci maddənin tələblərini pozmuşdur.
26. AR Mülki Məcəllənin 404.2-ci maddəsində nəzərdə t utulur: “Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır”. Maddədən aydındır ki, müqavilənin təfsiri zamanı məhkəmə mütləq surətdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə almalıdır. Hansı ki, formalaşmış həmin praktika tərəflər arasındaki razılıq kimi başa düşülür. 2015-ci ildən 2019-ci ilə qədər cavabdehin illik təhsil haqqını 5.500 manat məbləğində həyata keçirməsi praktikasının mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər və öhdəliklər də bu praktikaya uyğun müəyyən edilməlidir. Həmçinin maddədə qeyd olunur ki, öhdəliklərin müəyyənləşdirilməsi zamanımüqavilənin hərfi təfsirinə münasibətdə tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Halbuki apellyasiya məhkəməsi təərflər arasında əldə olunmuş şifahi razılığı, qarşılıqlı münasibətlərdə yaranan praktikanı və tərəflərin sonrakı hərəkətlərini nəzərəalmamış, yalnız hərfitəfsirə yol vermişdir. Bu isə AR Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinin kobud surətdə pozulması hesab edilməlidir.
27. Apellyasiya baxışı zamanı cavabdeh tərəf birinci instansiya məhkəməsində verdiyi izahata zidd izahat vermiş, bu hala isə məhkəmə nə proses ərzində, nə də qətnamədə münasibət bildirmişdir. Cavabadeh Cavabdeh, birinci instansiya məhkəməsində borclu olduğu 2019-2020 və 2020-2021-ci illər üzrə illik 5.500 manat ödənişi tam etdiyini, lakin ona verilən qəbzləri itirdiyini bildirmiş, apellyasiya baxışında i sə, ümumiyyətlə ona qəbz verilmədiyini qeyd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi AR Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələbləri pozularaq çıxarılmşdır.
28. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1, 404.2, 425-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəx s (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Madd ə 445.2.1. və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
35. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş müqavilə öhdəliyi qalmamışdır.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Kassasiya şikayətində müqavilənin illik qiymətinin sonradan dəyişdirilməklə 5.500 manat olmasına, tərəflər arasındakı münasibətlər və öhdəliklərin də buna müəyyən edilməli olduğununa istinad edilsə də, iş materiallarından aydın olur ki, iddia ərizəsində, müqavilələrdə və apelyasiya şikayətində müqavilə qiyməti 5.500 manat məbləğdə deyil, 5000 manat olaraq göstərilmişdir. Apellyasiya məhkəməsi də hesablama apararkən həmin məbləği nəzərə almışdır. Belə olan halda, yəni işə mahiyyəti üzrə baxılarkən müqavilənin qiymətinə dair şərtin sonradan dəyişdirilməsi (artırılması) barədə iddia mübahisəli hal kimi araşdırma predmetinə çevrilmədən, bu xüsusat üzrə tərəflərin mövqeyi və sübutları çəkişmə prinsipinə uyğun olaraq təqdim və tədqiq edilmədən, bu xüsusata iddiaçı tərəfindən kassasiya şikayətində istinad olunması apelyasiya məhkəməsi nin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
47. Nəzərə alınmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə d ə kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-279/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.