Məhkəmə qərarları › İş №2(105)-2288/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2288/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2288/2023 08.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7160/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100000 (yüz min) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva). Hazırda həmin qərardaddan narazı qalan İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7160/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100000 (yüz min) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7160/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda hazırki iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində (ünvan: AZ-1138, ünvan 3rardadı tamamilə qanunsuz və əsassızdır. Bu halda, iddia ərizəsi geri qaytarılmalı deyildi, iş aidiyyəti üzrə göndərilməli idi. Nəzərə alınmalıdır ki, iddiaçı kifayət qədər yüksək məbləğdə dövlət rüsumu ödəmişdir. Eyni zamanda onun müdafiəçi ilə bağladığı müqavilədə tapşırığın icra edildiyi yer Sumqayıt Şəhər Məhkəməsi göstərilmişdir. Bir sıra sənədlərin yenidən dəyişdirilməsi iddiaçı üçün əlavə vaxt və pul itkisi ola bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7160/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7160/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda hazırki iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində (ünvan: AZ-1138, ünvan 4 Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi yalnız icraatda olan işlərə münasibətdə mümkündür. Digər tərəfdən iddiaçının müraciəti əsasında istənilən vaxt ödənilmiş yüksək məbləğdə dövlət rüsumunun qaytarılması imkanı mövcuddur. İddiaçının şikayətində istinad etdiyi digər halla (müqavilədə tapşırığın icra edildiyi yerin Sumqayıt Şəhər Məhkəməsi göstərilməsi) bağlı isə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, həmin hal ərazi aidiyyəti üzrə məhkəməyə aid olmayan işin icraata qəbul edilməsinə əsas verə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7160/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar