Məhkəmə qərarları › İş №2(102)-1152/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1152/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1152/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər X6, X4, X3, X7, X12 qarşı qarşılıqlı iddia tələblərinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1152/2024 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümükün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərək ətlərin qadağan edilməsi” tələbinə dair ilkin iddiası və "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər X6, X4, X3, X7, X12 qarşı “alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-128/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadından qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradov (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəs i ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv. m. ibarət 29 saylı mənzilin, həmin blokda yerləşən 24 saylı mənzilin, həmin blokda yerləşən 19 saylı mənzillərin təhvil təslim aktı ilə ona təhvil verilməsi və mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "xxxx" MTK-ya qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh "xxxx" Mənzil Tikinti X1, X4, X3, X7, X12 qarşı qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nin üzvlərinin ümumi İclasının 60, 61 və 62 saylı protokollarının və İddiaçı ilə "xxxx" Mənzil Tikinti Koperativi arasında MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1A sayh, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 29 saylı mənzilin satılmasına dair “Mənzilin alğı-satqısı barədə” xx.xx.2021-ci il tarixli, AS- 25/21 müqavilənin, 5-ci mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 24 saylı mənzilin alğı-satqısı barədə” xx.xx.2021-ci il tarixli, AS-21/21 müqavilənin və 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 19 saylı “Mənzilin alğı-satqısı barədə” xx.xx.2021-ci il tarixli, AS-27/21 müqavilələrin etibarsız hesab edilməsi; X9 ilə "xxxx" Mənzil Tikinti Koperativi arasında ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən 859,7 kv.m. və 1-ci mərtəbsində yerləşə n 771,5 kv.m. qeyri-yaşayış sahələrinə dair "xxxx" MTK-nin üzvlərinin ümumi iclasının protokolu və bağlanmış alğısatqı müqaviləsi etibarsız hesab edilsin və X5 adına ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən 859,7 kv.m. və 1-ci mərtəbsində yerləşən 771,5 kv.m. qeyri-yaşayış sahələrinə dair Dövlət Reyesterindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışlar ləğv edilməsi; X14 ilə "xxxx" Mənzil Tikinti Koperativi arasında olan ünvan 2 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində 90 kv.metrlik 3 otaqlı mənzilin xx.xx.2019-cu il tarixli, AS 44/19 alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi; iddia ərizəsinin məh kəməyə verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı, Nizami Abdullayevdən, Mübariz Səmədovdan, Mehdi Muradovdan, Validə Velaqayevadan və Hüseyn Xəlilovdan alınaraq "xxxx" MTK-ya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(049)-119/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Murad Aslanov) ilkin iddia təmin edilmiş, "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu y aşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzilin təhvil-təslim aktı ilə İddiaçı təhvil verilməsi, "xxxx" MTK tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "xxxx" MTK-ya qadağan edilməsi qət olunmuş, qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xa hiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-128/2024 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradovun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş icraata qəbul edilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-128/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər Cahid İmanov (sədrli edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) apellyasiya instansiyası məhkəməsinin 2(106)-1737/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şi kayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilmiş, birinci instansiya məhkəməsinin 2(049)-119/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradovun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya baxışından çıxarılmaqla apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

7. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş apellyasiya şikayətinə əsasən, apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməmiş, şikayət MPM-in 361.1.4-cü maddəsinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradovun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin 2(049)-119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilsə də, müəyyən edilmişdir ki, hazırkı şikayət verən ilkin iddia üzrə tərəf deyildir. Ümumiyyətlə qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır, qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmasaydı belə, ona qarşı yönələn tələbin təmin edilməsini şikayət verən şəxsin tələb etməsi onun özünün mənafeyinə belə uyğun deyildir.

8. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda apellyasiya şikayəti verən şəxs qarşılılqlı iddia üzrə cavabdeh Mehdi Muradov məhkəmə iclaslarında iştirak etmiş, lakin məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini qəbul etdiyini göstərməmiş və ya onun təmin edilməsi mövqeyindən çıxış etməmişdir.

9. Həmçinin qarşılıqlı iddia ərizəsi "xxxx" MTK-nın əvvəlki direktoru tərəfindən verilmiş, qarşılıqlı iddia MTK-nın yeni direktoru tərəfindən məhkəmə iclasında müdafiə edilməmiş, həmçinin iş üzrə çıxarılmış qətnamədən onlar tərəfindən apellyasiya şikayəti verilməmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyə görə Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativin ic ra orqanları idarə heyəti və (və ya) onun sədridir. Göründüyü kimi Kooperativin icra orqanı olan onun sədri nə ilk iddianı, nə də ki, qarşılıqlı iddianı mübahisələndirmir. Apellyasiya şikayəti verən qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradovun hazırkı qətnamənin onun hansı hüquqlarına toxunması məhkəmə kollegiyası üçün anlaşılan deyildir.

11. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı halda apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə ziddi olaraq icraata qəbul edildiyi üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilib verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün apellyаsiyа instansiyası məhkəməsinə göndərmişdir.

13. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 361.1, 363.4, 366.2, 366.4, 384.0.6-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

14. Qərardaddan qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradov (Vəkil2 Sücayət oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarda dının ləğv edilməsini və birinci instansiya məhkəməsinin 2(049)-119/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradov tərəfindən verilmiş apellyasiya şikayətinin icraata götürülərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qarşılıqlı iddia baxılmamış saxlanmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən məhkəmə bu barədə qərardad qəbul etməli, 260.2-ci maddəyə əsasən isə Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməli idi. Lakin birinci insta nsiya məhkəməsi MPM-nin 259 və 260-cı madəllərinin tələbini pozmuş bu barədə ayrıca sənəd qismində çıxarılmalı olan qərardadı qəbul etməmiş, həmin məcəllənin 260.6-cı maddəsinə əsasən qərardaddan Mehdi Muradovu şikayət verməklə bağlı hüquqdan məhrum etmişdir. Bundan başqa birinci instansiya məhkəməsinnin xx.xx.2023-cü il tarixli qətnaməsi həm ilkin, həm də qarşlıqlı iddia üzrə qəbul edilmiş yeganə yekun sənəd olduğu üçün Mehdi Muradov konstusion və mülki hüquqlarını həyata keçirtmək məqsədi ilə həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiya məhkəməsinin qərarı ilə Mehdi Muradovun ədalətli məhkəmə araşdırması hüququ və AR Konstitusiuasında öz təsbitini tapmış Hər kəsin hüququ var ki qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması ilə bağlı maddi hüquq normaları pozulmuşdur.

16. Lakin bir önəmli xüsusatı nəzərinizə çatdırmaq lazımdır ki, X8 "xxxx" MTK tərəfindən qaldırılmış qarşılıqlı iddia üzrə cavabdeh olsada "xxxx" MTK-nın nümayəndəsi ki, Lənkəran rayon məhkəməsində mülki işə baxılan zaman iştirak etmiş, elektron sistemdə "xxxx" MTK-nın sədr müavini kimi fəaliyyət göstərməsi qeyd edilmiş və hazırkı iş üzrə "xxxx" MTK-nın nümayəndəsi qismində tanınması üçün etibarnamə təqdim etmiş Mübariz Səmədovun iradə ifadəsi hesab edilən xx.xx.2023-cü il tarixli teleqramdan da görünür ki, "xxxx" MTK-nın nümayəndəsi kimi İddiaçı iddiasını qəbul etmiş və mülki iddianın baxılmamış saxlanmasına etiraz etməmişdir.

17. Beləliklə yuxarıda sadalanlardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi Mehdi Muradovu n birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş hüquqlarını pozmuş nəticədə qanunsuz qərardad qəbul edilməsi ilə nəticələnmişdir.

18. X2 həm cavabdeh, həmdə "xxxx" MTK-nın nümayəndəsi qismində mülki işin baxılmasında iştirak edə bilməzdi və "xxxx" MTKnın mümayəndəsi qismində məhkəmədə statusuna xitam veriləməli olsada, nə apellyasiya, nə birinci instansiya məhkəməsi bu prosessual pozuntunu görməzdən gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

19. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;

20. Maddə 361.1.1. Şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

21. Maddə 361.1.2. Şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

22. Maddə 361.1.3. Barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

23. Maddə 361.1.4. Şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

24. Maddə 361.1.5. Şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

25. Maddə 361.1.6. Şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

26. Maddə 361.1.7. Şikayətə əlavə edilən sənədlərin siyahısı.

27. Maddə 363.1.1-1. A pellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

28. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

29. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.

30. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını n ləğv edilməsi üçün əsasdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya məhkəməsi cavabdehin şikayəti üzrə apellyasiyanı qeyri mümkün sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş apellyasiya şikayətinə əsasən, apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməmiş, şikayət MPM-in 361.1.4-cü maddəsinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlav ədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh Mehdi Muradovun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin 2(049)-119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilsə də, müəyyən edilmişdir ki, hazırkı şikayət verən ilkin iddia üzrə tərəf deyildir. Ümumiyyətlə qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır, qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmasaydı belə, ona qarşı yönələn tələbin təmin edilməsini şikayət verən şəxsin tələb etməsi onun özünün mənafeyinə belə uyğun deyildir. Hazırda apellyasiya şikayəti verən şəxs qarşılılqlı iddia üzrə cavabdeh Mehdi Muradov məhkəmə iclaslarında iştirak etmiş, lakin məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini qəbul etdiyini göstərməmiş və ya onun təmin edilməsi mövqeyindən çıxış etməmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsi "xxxx" MTK-nın əvvəlki direktoru tərəfindən verilmiş, qarşılıqlı iddia MTK-nın yeni direktoru tərəfindən məhkəmə iclasında müdafiə edilməmiş, həmçinin iş üzrə çıxarılmış qətnamədən onlar tərəfindən apellyasiya şikayəti verilməmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Mehdi Muradovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin əsas dəlili, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsindən, ilk iddianın təmin edilməməsi və Vəkil2 qarşılıqlı iddia üzrə cavabdeh olduğu qarşılıqlı iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasından ibarətdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, Vəkil2 qarşılıqlı iddianın yönəldiyi cavabdeh fiziki şəxs olduğundan, işdə hər hansı tələb hüququ ilə çıxış edə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçının tələbini davam etdirmədiyi hallarda qarşılıqlı iddia üzrə cavabdehin verilən iddianı tam və ya qismən etiraf etmək hüququndan istifadə etməsi isə həmin halda hər hansı əhəmiyyət kəsb etmir.

42. Belə ki, Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

43. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.

46. Bu səbəbdən apellyasiy anın qeyri mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-128/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar