Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1154/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Rauz qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6718/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakıları müəyyən etdi: İşin halları 1. 04.06.2010-cu il tarixdə iddiaçı ilə "xxxx" MTK arasında mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MTK ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən, sahəsi 156 saylı mənzili tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.
2. Cavabdeh iddiaçının gəlinidir, iddiaçının oğlu X2 ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra iddiaçıya məxsus mənzilə gəlin köçmüş və hazırda orada yaşay ır.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə iddiaçının oğlu arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin və azyaşlı övladının mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə əsasında "xxxx" MTK-dan ümumi müqavilə qiymətini nağd ödəməklə mənzil əldə etmiş və bu barədə mənzilin dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilmişdir. 2010-cu il tarixdən mənzil onun xüsusi mülkiyyətindədir. X5 keçmiş gəlini olan cavabdehlə xx.xx.2017-ci ildə rəsmi nigaha daxil olmuşlar. Onlar bir müddət evsiz olduqları və ipoteka ilə ev alacaqlarını bildirərək müvəqqəti olaraq onun mənzilində müvəqqəti yaşamalarına icazə verməyini xahiş etmişlər. O da buna etiraz etməmişdir. Sonradan nəinki ev tapmamş, onların ərarvad kimi birgə yaşamaları mümkün olmamış, oğlu nigahın pozulması ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuş, onların nikahı pozulmuşdur. Cavabdeh hazırda onu mənzilinə buraxmır və mənzilini boşaltmaqdan yayınır. Qapıya gedən kimi polisə şər-böhtan dolu şikayətlər yazır. O, cavabdehin özbaşınalığı səbəbindən qanunsuz olaraq xüsusi mülkiyyət hüququndan məhrum olmuşdur.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1982/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə iddia təmin edilmi ş, Cavabdeh və azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X1 əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi, məhəllə 2942D, ev 59B, mənzil 156 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən yaşayış evindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə, 43-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 27.2, 152.1, 152.5, 157.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2 və 217.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən hesab etmişdir ki, ca vabdehin mənzilə dair hər hansı hüququ yoxdur, cavabdeh öz hrəkətləri ilə iddiaçının mənzilə mülkiyyət hüququnu pozur.
8. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.
9. Cavabdeh iddiaçının gəlinidir, ona görə də, Mənzil Məcəlləsinin adı göstərilən normalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri tərkibinə dax il deyil, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus mənzildə yaşamışdır. Sonradan isə iddiaçının oğlu ilə aralarında bağlanmış nikah da məhkəmə qətnaməsi əsasında pozulmuşdur.
10. Həmçinin, cavabdeh iddiaçının digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva e dir.
11. Ailə Məcəlləsinin 15-ci fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir.
12. Şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının nə ailə üzvü, nə də digər qohumu olmadığından onun mənzildən istifadə hüququ yoxdur, odur ki, iddia onun mənzildən çıxarılması hissəsində təmin edilməlidir.
13. Bundan başqa, iddiaçı həm də, Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən Mənzilini geri tələb etməkdə haqlıdır. Həmin maddəyə görə mülkiyyətçi nin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.
14. Məhkəmə iddia tələbinin cavabdehin azyaşlı övladı ilə birlikdə çıxarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-277/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə iddiaçının oğlu arasında nikah pozularkən, onların birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 anası Cavabdeh himayəsi nə verilməklə, yaşayış yeri müəyyən olunmuşdur. Mülki Məcəllənin 27.2-ci tələbi ondan ibarətdir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Odur ki, cavabdehin himayəsinə verilmiş azyaşlı övladı da onunla birlikdə mənzildən çıxarılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində qeyd edilmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, onun azyaşlı övladı ilə birlikdə qalmağa yeri olmadığı, qeyd olunan mənzilə gəlin köçməyi və övladının həmin mənzildə d oğulub böyüməsini nəzərə alaraq, həmin mənzildə istifadə hüququnun yaranmasını düşünür və qəbul edilmiş qətnamənin ədalətsiz olması qənaətindədir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6718/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.İ.Şirinov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işin hallarına görə cavabdeh iddiaçının oğlu ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan mənzilə köçərək yaşamış, xx.xx.2023-cü il tarixdə iddiaçının oğlu ilə aralarında bağlanmış nikahın pozulmuşdur.
19. İddiaçı cavabdehin azyaşlı övladı ilə birgə mənzili boşaltması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
20. Cavabdeh həmin mənzilə 2017-ci ildə iddiaçının oğlu ilə nikah bağlayaraq köçmüşdür.
21. Cavabdeh 2017-ci ildən iddiaçının oğlu ilə nikah bağlayaraq həmin mənzildə yaşadığından hazırkı mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir.
22. Cavabdeh mənzilin mülkiyyətçisinin, yəni iddiaçının ailə üzvü və ya digər qohumu olmadığından (xx.xx.2023-cü il tarixdə iddiaçının oğlu ilə aralarında bağlanmış nikah pozulduğundan) yuxarıda qeyd edilə n normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur və həmin mənzildə hər hansı qanuni əsas olmadan yaşayır.
23. Birinci instansiya məhkəməsi mahiyyəti üzrə işə düzgün baxaraq, düzgün nəticəyə gəlmiş və iddianı təmin etməkdə haqlı olmuşdur.
24. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, Ailə Məcəlləsinin 32 və 35-ci maddələrinə, Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2., 77.1 və digər maddələrinə istina d etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətində qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Əvvəlki qətnamələrdə isə cavabdehlə iddiaçının oğlunun aralarındakı nikahın pozulması əsas gətirilərək qeyd olunan qətnamə qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. Lakin qeyd olunduğu kimi, Cavabdeh münasibətlərin yarandığı 2017-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yal nız sahibliyində və istifadəsində olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh vəkillə təmin olunmamış, hüquqi savada malik olmadığı üçün qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə isə cavabdehin azyaşlı uşağı ilə həmin evdən başqa yaşayacaq evinin olmamamasını nəzərə almamışdır. Cavabdehin azyaşlı uşağı ilə yaşamaq üçün mübahisəli mənzildən başqa yeri mövcud deyildir. Əsas diqqət yetirməli məsələlərdən biri də odur ki, iddiaçının keçmiş gəlini və oğlu xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli mənzilin isə 2010-cu ildən iddiaçının mülkiyyətində olmasına baxmayaraq həmin mənzil xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış və həmin mənzilə o vaxtdan çıxarış verilmişdir. Bu məsələ isə Azərbaycan Respublikasın ın Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarı ilə öz əksini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək cavabdeh tərəfindən verilmiş şikayətinin dəlillərin formal, mülahizə xarakterli olduğunu əsas göstərərək şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla mü əyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Mənzil Məcəlləsi
32. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
33. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı:
34. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh kassasiya şikayətində göstərdiyi dəlilləri aşağı instansiya məhkəmələrində işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə ra zılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnam ənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6718/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.