Məhkəmə qərarları › İş №2(102)-1156/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1156/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1156/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrası, apellyasiyanın hədləri, iddia tələbindən kənara çıxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli 2(107)-1056/2024 nömrəli qətnaməsindən Cavab deh1 kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı verdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 saylı etibarnaməyə əsasən hərəkət edən Cavabdeh2 (satıcı) və Cavabdeh1 (alıcı) arasında bağlanmış 15 noyabr 2002-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, İddiaçı və X3 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18.000.000 manata Cavabdeh1 satılmışdır.

2. İddiaçı həmiun müqaviləni mübahisələndirmiş və Oğuz Rayon Məhkəməsinin 2(054)-56/2022 saylı, 1 iyul 2022-c i il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı ünvan 2 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.

3. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1222/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1743/2023 saylı qərarı ilə də Şəki Apelyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə ünvan 4 ünvanında yerləşən evin hazırda mümkün bazar qiyməti olaraq dəyərləndirilən 100000 manatın, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində qeyd edilmiş 18.000.000 manatın (evin dəyəri olaraq) manata məzənnəsinin, yəni 3600 manatın 21 ilə hesablanan illik 5 faizi olan kompenasasiyanın və 423 manat dövlət rüsumunun cavabdehlər cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsas landırılmışdır ki, iddiaçı Cavabdeh1 mərhum qardaşı X1 arvadı olmuşdur. İddiaçının mərhum əri ilə birgə nikahından xx.xx.1997-ci il tarixdə X5 adlı bir uşaqları var. İddiaçının əri X6 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ondan miras qalan, ünvan 2 ünvanında yerləşən evə dair xx.xx.2000-ci il tarixdə iddiaçı və onun övladı X2 adına birinci növbədə vərəsələr kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vəsiyyətnamə əsasında həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırkı iddiaçı və övladı X2 adına rəsmiləşdirilmişdir. xx.xx.2000-ci il tarixdə iddiaçının adından Cavabdeh2 etibarnamə verilmişdir. İddiaçı həmin etibarnamə ilə ünvan 5 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiy yata salmaq və başqa işlərin görülməsi səlahiyyətini Cavabdeh2 vermişdir. K.Yusofov etibarnamə əsasında ünvan 2 ünvanında yerləşən evi Cavabdeh1 satmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqısatqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından Cavabdeh2 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırkı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə Cavabdeh1 adına hüquq müəyyənedici sənəd tərtib edilmişdir. Evin alqı-satqısına dair xx.xx.2002-ci il tarixli alqı-satqı mü qaviləsində evin satış dəyəri 18000000 manat göstərilmişdir. İddiaçının mərhum əri həmin evin alınmasına 75000000 manat verdiyi halda həmin evin dəyərinin qısa müddətdə 5 qat aşağı olması mümkün deyildi. Həmin evin dəyəri 100000 manatdan az deyil. 01 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikasında milli valyutanın, yəni manatın denominasiyası həyata keçirilib və yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. 18000000 manat hazırkı manatla 3600 manata bərabərdir. İddiaçının inamından istifadə edən Cavabdeh1 digər Cavabdeh2la onun iradə və istəyinə zidd olan alqı-satqı müqaviləsi bağlatdırmış və həmin müqavilə əsasında evi özünün mülkiyyətinə keçirmişdir. Əvvəlki məhkəmələr mənzilin alqı-satqı dəyəri olan 18.000.000 manatın taleyi ilə bağlı tədbir görməmişlər. Həmin işə baxılarkən Cavabdeh1 özü etiraf edərək bildirib ki, müqavilədə qeyd olunan məbləğ heç kimə verilməyib. Həmin işə qədər iddiaçı cavabdehlərin əməllərindən xəbərsiz olsa da, iddiası təmin olunmamış, həmin iş üzrə xx.xx.2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanmışdır. Yuxarı instansiya məhkəmələrinin qətnamə və qərarları üzrə nəticə bu olmuşdur ki, mübahisələndirdiyi evin Cavabdeh1 adına rəsmiləşdirilməsi qanuni olmuşdur. Buna görə də iddiaçı hazırkı iddia ilə evin hazırkı bazar qiymətinə uyğun dəyərinin, eləcə də alqı-satqı müqaviləsində göstərilən məbləğin qanunsuz olaraq saxlanıldığı illərə görə illik 5 faiz dərəcəsi olmaqla kompensasiyasının cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsini istəyir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 21, 364, 385, 777.1, 777.2, 778, 1087, 1091, 1092, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh1 iddiaya etirazında bildirmişdir ki, iddiaçı onun qardaşı Habilin arvadıdır. X12 1996-cı ildə Rusiyadan Azərbaycana gəlmiş və oğlu Samir üçün Oğuz şəhərindən ev almışdır. Həmin vaxt Samirin hələ 18 yaşı tamam olmadığına görə evi iddiaçının əri Habil Mabudovun adına rəsmiləşdirmişlər. Qeyd olunan ev hazırkı iddia tələbində göstərilən, ünvan 2 ünvanında yerləşən evdir. Həmin ev qardaşı Habilin adına rəsmiləşdirilsə də, faktiki olaraq ev qardaşına məxsus olmamışdır. Bunun əksinə, mərhum qardaşı Habilin Rusiya Federasiyasında, Surqut şəhərində faktiki olaraq evi olmasına baxmayaraq, həmin ev Habilin adına deyil, dayısının adına rəsmiləşdirilmişdir. 1998-ci ildə qardaşı Habil vəfat etmişdir. Habilin vəfatından sonra onun Rusiya Federasiyasındakı evi satılmış və əldə olunmuş vəsaitlə onun ailəsinə ev almaq qərarına gəlmişlər. X8 Oğuz şəhərində Habilin adına aldığı ev iddiaçıya təklif olunsa da, iddiaçı Oğuz şəhərindəki evi istəmədiyi, ona Bakı şəhərindən ev alınmasını təkidlə istədiyi üçün iddiaçıya 1999-cu ildə Bakı şəhərindən ev alınmışdır. Həmin ev 8000 ABŞ dollarına alınmış, evin rəsmiləşdirilməsi ilə əlaqədar xərcləri o, özü (Cavabdeh1) ödəmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə onun qohumu, yəni bacısının (iddiaçının baldızı) əri Cavabdeh2 etibarnamə verərək ünvan 5 ünvanında yerləşən evdən istifadə etməyi, evi satmağı və sair hüquqları Kamala etibar etmişdir. Həmin vaxtlarda iddiaçı Bakı şəhərində işlədiyinə və Oğuz rayonuna tez-tez gəlib-getmək im kanları olmadığına görə həmin etibarnamə də məhz qeyd olunan sənədləşmə işləri ilə bağlı verilmişdir. Qardaşı Habilin dəfn mərasimindən bir müddət sonra X12 demişdir ki, öz bacısı oğlu Sahil İsmayılova, yəni onun xalası ogluna pul borcu olduğu üçün Oğuz şəhərində oğlu Samir üçün aldığı evi borcun əvəzində Sahilə vermişdir. Onun özünün də Oğuz şəhərində evi olmuş və onlar Sahil ilə razılaşmışlar ki, evləri dəyişsinlər. İddiaçının verdiyi etibarnamə əsasında ünvan 5 ünvanında yerləşən evə dair onunla iddiaçı arasında xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə satıcı qismində iddiaçının adından etibarnamə əsasında Cavabdeh2 imza etmişdir. Etibarnamə veriləndə və alqı-satqı müqaviləsi bağlananda bütün məsələlər tərəflərin razılığı ilə həyata keçirilmişdir. Evə adına ç ıxarış almış, keçən illər ərzində evdə təmir və əlavələr etmiş, digər işlər görmüşdür. 20 il keçdikdən sonra iddiaçı gəlib ki, "mənə ev verin”, halbuki evdə 15-20 dəfə olub, onda niyə etiraz etməyib. Şahidlər var, indi yaşadığı evi iddiaçıya onun aldığını təsdiq edirlər, yəni pulu dayısı göndərib. Qardaşı Müsabirin yanında evin alınması üçün pulu satıcıya verib. Məhz həmin ev alınandan sonra iddiaçı etibarnamə verib ki, Oğuzdakı evi dediyi qaydada sənədləşdirsinlər. Əslində mübahisənin yenidən başlamasının səbəbi var, belə ki, dayısı oğlu Samirin (əslində dayısının) Oğuzda işləməyən şadlıq evi var. Samir oranı satacağı halda iddiaçıya 50000 manat pul verəcəyini vəd edib. Qardaşı Zaman və dayısı oğlu Samir iddiaçıya yalandan söz veriblər. Həmin obyektin birinci mərtəbəsindəki mağaza onund ur. Ona təsir etmək istəyirlər ki, obyektin sənədini alsın. Həmin yerin sənədləri yoxdur, düzəltmək də mümkün deyil. Cavabdeh2 bu işə heç bir aidiyyəti yoxdur, o, yalnız iddiaçının adından olan etibarnamə ilə sənədləri imzalayıb. Onun iddiaçıya borcu yoxdur, çünki iddiaçıya 1999-cu ildə Bakı şəhərində ev alıb-vermişdir. Evin dəyərini bu yolla ödəmişdir. Pulu dayısı Rusiyadan göndərib, etibarnamə ilə hərəkət ediblər. İddiaçı ilə razılaşdıqlarından Kamalın adına etibarnamə vermişdir. Əks təqdirdə iddiaçı həmin etibarnaməni verməzdi.

9. Cavabdeh2 iddiaya etiraz edərək göstərib ki, iddiaçını verdiyi etibarnamə əsasında alqı-satqı ediblər. İddiaçya Bakə şəhərində ev alınıb. Müqaviləni imzlamaqdan başqa, bu işdə başqa rolu olmayıb. Etibarnaməni də ona Cavabdeh1 təqdim edib. Çünki həmin vaxt iddi açı Bakıda yaşayırdı. Evin alqı-satqısına görə Cavabdeh1 ona pul verməyib, o da iddiaçəya pul verməyib. Bu içə onun heç bir aidiyyəti yoxdur.

10. Birinci instansiya məhkəməsində şahid X4 göstərmişdir ki, iddiaçı mərhum qardaşı Habilin arvadı, Cavabdeh1 qardaşı, Cavabdeh2 isə bacısının əridir. Qardaşı Habil öləndən sonra dayısı X7 pul göndərmiş, Mürvət də həmin pula iddiaçıya Bakı şəhərində ev almışdır. Bakıdakı evi alanda o, qardaşları Mürvət və Zamanla birlikdəı getmişlər. İddiaçı Oğuzdakı evi iddiaçı istəmədi, buna görə də iddiaçıya Bakıda ev aldılar. Dayısının təklifi ilə Oğuzadkı ev ba.qa şəxsə verilməli idi, sonra da həmin evi Mürvətə verdilər. İddiaçını indiyə kimi heç bir etirazı olmamışdı, problem Oğuzdakı şadklıq evinə görə yaranıb.

11. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evin müqavilədki dəyəri olan 18.000.000 manatın hazırki vaxta indeksasiyanın və həmin məbləğin 21 il üçün 5 fazinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasə təyin etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə "xx.xx.2002-ci il tarixli, 164583 saylı müqaviləyə əsasən satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırkı dövrə indeksasiyası – 3600x417,20%=15019,20 manat, indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği – 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manatdır.

13. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olraq göstərmişdir ki, Cavabdeh1 evi onun mərhum ərinin puluna alıb. Əslində ev alqı-satqısı ondan xəbərsiz həyata keçirilib, lakin qüvvədə olan qətnamə olduğundan evin hazırkı bazar qiyməti ilə dəyərinin və keçən 21 il ərzində hesablanmış kompensasiyanın ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Ekspertiza rəyi ilə razı deyil. Evin hazırda mümkün bazar qiyməti olaraq dəyərləndirilən 100000 manatın, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin, yəni 18000000 manatın hazırkı manata məzənnəsi ilə qanunsuz saxlanılmaqla ödənilmədiyi müddətə görə illik 5 faiz dərəcəsi ilə 21 ilə hesablanan 3600 manat məbləğində kompensasiyanın və 423 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini istəyir.

14. Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabde h2 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin 84980,8 manat pul və 277,14 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir. (hakim Səadət Zeynalova)

15. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, ünvan 5 ünvanında yerləşən evin Cavabdeh1 satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi satıcı qismində İddiaçı adından onun verdiyi xx.xx.2000-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin müqavilənin etibarsızlığı 2022-ci ildə iddiaçı tə rəfindən mübahisələndirilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-56/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddiaçının apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsi halhazırda qanuni qüvvədədir. Həmin qətnaməyə əsasən mübahisəli fərdi yaşayış evi satılarkən müqavilədə 18000000 manat məbləğin Cavabdeh2 tərəfindən alınması qeyd edilsə də, həmin məbləğ iddiaçıya verilməmişdir. Hazırki iddia tələbi üzrə cavabdehlər özləri də məhkəmə iclaslarında həqiqətən alqı-satqı zamanı hər hansı pul məbləğinin verilmədiyini təsdiq etmişlər. Cavabdeh1 bu xüsusatı onunla izah etmişdir ki, iddiaçı ilə əvvəldən razılaşma əsasında 1999-cu ildə ona Bakı şəhərində ev alındığından əvəzində həmin müqavilə bağlanarkən iddiaçıya pul verilməmişdir. Cavabdehlər bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş, iddiaçı isə cavabdehlərin bu arqumentini qəbul etməmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, xx.xx.2002-ci il tarixli müqavilə əsasında mübahisəli evin 18000000 manata satıldığı, lakin həmin məbləğin alıcı olmuş Cavabdeh1 tərəfindən verilmədiyi, buna baxmayaraq həmin müqavilədə satıcı olmuş iddiaçını təmsil edən Cavabdeh2 tərəfindən pulun alındığını imzası ilə təsdiq etməsi müəyyən edildiyindən iddiaçının alqı-satqı müqaviləsi üzrə ödəniləcək məbləği qanunla müəyyən edilmiş şəkildə tələb etmək hüququ yaranmışdır.

17. İddiaçı tərəfindən tələb edilən məbləğə münasibətdə isə birinci instansiya qeyd etmişdir ki, iddiaçı 2002-ci ildə satılmış evin hazırkı bazar qiymətinə uy ğun dəyərinin 100000 manat olduğunu bildirərək həmin məbləğin, habelə ev satıldığı zaman müəyyən edilmiş dəyəri olan 18000000 manat məbləğin hazırkı manata olan məzənnəsi ilə pulun qanunsuz ödənilmədiyi halda 21 il ərzində illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 3600 manat kompensasiyanın cavabdehlərdən tutulmasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir, Oğuz Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilənlərə əsasən xx.xx.2000ci il tarixdə iddiaçının adından Cavabdeh2 etibarnamə verilərək ünvan 5 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında mübahisədə adı keçən ev cavabdehə satılmış və bununla əlaqə dar bağlanmış xx.xx.2002ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından Cavabdeh2 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırkı iş üzrə cavabdehin adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə Cavabdeh1 adına hüquq müəyyənedici sənəd tərtib edilmişdir.

19. Birinci instansiya məhkəməsi iddiaçının sözügedən mülkün hazırkı bazar dəyərinə uyğun olaraq 100000 manat məbləğin ona verilməsi tələbinin təmin edilməsini məqbul saymır, ekspertizanın gəldiyi nəticə ilə razılaşaraq he sab etmişdir ki, Cavabdeh1 satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırkı dövrə indeksasiyası olan 15019,20 manat cavabdehlərdən alınıb iddiaçıya verilməlidir.

20. İddia tələbinin indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%lə kompensasiya məbləğinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə həmin məbləğ 15770,16 manat hesablansa da, iddiaçı 3600 manat məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Buna görə də məhkəmə mülki prosessual qanunvericiliyin "hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasını nəzərə almaqla belə qənaətə gəlmişdir ki, tələbin həmin hissəsi qismən təmin edilməli, 3600 manat kompensasiya məbləği cavabdehlərdən tutularaq iddiaçı ya ödənilməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 362.1, 567, 646.1, 646.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 5.3, 14.2, 77.1, 82.3 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsi predmetinin (onlara məxsus əmlakın) dəyərini cavabdehlər özləri şərti olaraq qiymətləndiriblər və məhkəmə də mənzilin satıldığı dövrə uyğun bazar qiymətinin müəyyən olunmasını ekspertdən tələb etməyib. Ek spert qarşısında qoyulan sual belə olub ki,... fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?”... (fərdi evin o zamankı dəyərinin indeksasiyasının müəyyən olunması deyil, cavabdehlərin formal dəyərinin (********) indeksasiyasının müəyyən olunması istənilir). Halbuki, məhkəmə MPM-nin 14.1-maddəsinin tələbindən çıxış edərək, həqiqətə nail olması üçün cavabdehlərin fərdi evin dəyəri olaraq göstərdikləri məbləğin əmlakın həqiqi dəyərinə uyğun olub-olmadığını araşdırmalı idi və bunun üçün də ekspertlə fərdi evin satıldığı zaman mümkün bazar qiymətinin müəyyən və bunun üçün də ekspertlə fərdi evin satıldığı zaman mümkün bazar qiymətinin müəyyən olunmasına çalışmalı idi ki, bunu etməyib. Buradan belə nə ticəyə gəlmək olar ki, cavabdehlər fərdi evin dəyərini 1000 (bir min) manat da yazdırsaydılar məhkəmə həmin dəyərin indeksasiyasını istəyəcəkdi. Məhz bu faktlara əsaslanaraq hesab etmək olar ki, mübahisələndirilən hissədə iddiaçının dəlilləri məhkəmədə düzgün araşdırılmayıb. Birinci instansiya məhkəməsinin cavabdehlərin iddiaçıya vurduqları maddi zərərlərin miqyasının böyük olduğunu özünün müəyyən etdiyi hallardan görməsinə baxmayaraq, iddia tələbini qismən təmin etməsini ədalətsizlik kimi qiymətləndirilməlidir. Qətnamə iddiasının təmin olunmayan hissəsində tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil. Birinci instansiya məhkəməsi fərdi evin satıldığı dövrdəki bazar qiymətini müəyyən etməyə borclu olduğu halda bunu etməyib, formal dəyərə əsaslanmaqla kifayətlənib. Məhkəmə fərdi evin s atıldığı zaman mümkün bazar qiymətini müəyyən etdikdən sonra həmin dəyərin hazırki dövrə indeksasiyasının hansı məbləğdə olmasını müəyyən etməli olduğu halda bunu etməyərək cavabdehlərin formal dəyərləndirdikləri qiymətin hazırkı dövrə indeksasiyasının hansı məbləğdə olmasını araşdırıb. Birinci instansiya məhkəməsinin fərdi evin satıldığı zaman dəyərinin 18000000 manat olmasını qəbul etməsi və fərdi evin satıldığı dövrdə həqiqi qiymətini araşdırmaması, iş üzrə nəticənin həqiqi hallara uyğun olmadığını deməyə əsas verir.

24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

25. Cavabdehlər apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Mülki Məcəllənin 359.1, 362.1, 567 və 646.1-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Çünki iddiaçıya mübahisələndirilən evin dəyərinin əvəzində Bakı şəhərində hazırda yaşadığı evin cavabdeh tərəfindən alınması nəzərə alınmamışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 4.1-ci, 5.3-cü və 82.3-cü maddələrinin tələbləri pozulmuş, heç bir araşdırma aparmadan, mülahizələrə əsaslanaraq, şahidlərin ifadələrinin alınması barədə cavabdehin vəsatətini nəzərə almadan, düzgün və qərəzsiz qiymət vermədən qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Hazırki iş üzrə iddia tələbində göstərilən xüsusatlar digər məhkəmə prosesində ətraflı araşdırılmış və qiymət verilmişdir. Oğuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(054)-56/2022 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məh kəməsinin 08 dekabr 2022-ci il tarixli 2(107)-1222/2024 nömrəli qətnaməsi və Ali Məhkəmənin 23 may 2023-cü il tarixli 2(102)-1743/2023 nömrəli qərarı ilə mübahisələndirilən evin alqı-satqı müqaviləsində göstərilən vəsaitin əvəzində iddiaçıya Bakı şəhərində ev alındığı barədə xüsusatlar təsdiqini tapmışdır. Bundan başqa, mübahisələndirilən evin alqı-satqısı zamanı yəni xx.xx.2002-ci ildə banka depozit pul qoyulması barədə qaydanın olmadıqı da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qətnamə mübahisəli ev və iddiaçının hazırda yaşadığı ev barəsində heç bir araşdırılma aparılmadan iddiaçının formal mülahizələri ilə əsaslandırılmış, iddiaçının hazırda yaşadığı evin alqı-satqısında Cavabdeh1 iştirak edib-etmədiyinə aydınlıq gətirilməmişdir. Cavabdehlər tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. İddiaçı isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız fərdi yaşayış evinin alqı-satqı müqaviləsində qeyd edilən məbləğin ona verilmədiyini əsaslandırmağa çalışmışdır. Lakin bu zaman iddiaçı unutmuşdur ki, həmin müqavilənin bağlanmasından 22 il ötür. Bundan başqa, iddiaçı ötən 22 ildə ən azı 22 dəfə həmin evdə olmuş, qayınanasına, qayınlarına, baldızlarına və nəhayət, cavabdehə heç bir etiraz bildirməmişdir. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Məhkəmə indeksasiya barədə ekspertiza keçirilməsi barədə qərar qəbul etmiş, lakin bunun zər uriliyini əsaslandırmamışdır. İş üzrə verilmiş ekspert rəyinə isə məhkəmə hüquqi qiymət verməmişdir.

26. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-1056/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh2 qarşı yönəlmiş hissəsində və iddianın Cavabdeh1 qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul və 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi Cavabdeh1 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilmiş, Cavabdeh1 12170,16 manat k ompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq İddiaçı ödənilməsi, İddiaçı Cavabdeh2 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Zamin Tahirov)

27. Apellyasiya instansiya məhkəməsi cavabdehlərin apellyasiya şikayətinin prosessual hüquq normalarının tələblərinin pozulması barədə dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən Cavabdeh2 aid hissədə gəldiyi nəticə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə yanaşı, Cavabdeh2 aid hissədə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyil. Belə ki, iş materiallarına əsasən iddiaçının tələbi xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi üzrə icra edilməyən öhdəliklərin icrası ilə bağlıdır.

28. Həmin alqı-satqı müqaviləsi satıcı olan iddiaçı ilə alıcı olan Cavabdeh1 arasında bağlandığından müqavilədən irəli gələn öhdəliklərin icrası da müqavilə tərəfləri olaraq həmin şəxslərə aid edilməlidir. Cavabdeh2 gəlincə, o, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfi deyil, müqavilə tərəfi olan satıcının (iddiaçının) təmsilçisi qismində çıxış etmiş və ona verilmiş etibarnamə üzrə tapşırığı icra etmiş şəxs olmuşdur.

29. Alqı-satqı müqaviləsi üzrə alınmış əmlakın dəyərinin ödənilməsi vəzifəsi alıcı Cavabdeh1 aid edildiyindən, nümayəndə Cavabdeh2 satılmış əmlakın dəyərini alıcının əvəzindən ödəmək kimi bir vəzifəsi olmamışdır.

30. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh2 aid hissədə gəlinmiş nəticə üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur

31. Apellyasiya instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının nəzərə alınmaması, Oğuz Rayon Məhkəməsinin 01 iyul 2022ci il tarixli e2(054)-56/2022 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(107)-1222/2024 nömrəli qətnaməsi və Ali Məhkəmənin 23 may 2023-cü il tarixli 2(102)-1743/2023 nömrəli qərarı ilə mübahisələndirilən evin alqı-satqı müqaviləsində göstərilən vəsaitin əvəzində iddiaçıya Bakı şəhərində ev alındığı barədə xüsusatların təsd iqini tapmasına dair cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarında olan adıçəkilən məhkəmə aktarından göründüyü kimi eyni tərəflər arasında əvvəlki icraatda İddiaçı tərəfindən 15 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi mübahisələndirilmiş, lakin Oğuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(054)-56/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin həmin icraatda eyni tərəflər arasındakı mübahisəyə baxılarkən, məhkəmələr tərəfindən mübahisələndirilən evin alqı-satqı müqaviləsində göstərilən vəsaitin əvəzində iddiaçıya Bakı şəhərində ev alınması kimi hallar müəyyən edilməmişdir.

32. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətinin i ddiaçıya mübahisələndirilən evin dəyərinin əvəzində Bakı şəhərində hazırda yaşadığı evin cavabdeh tərəfindən alınmasının nəzərə alınmaması, iddiaçının hazırda yaşadığı evin alqı-satqısında Cavabdeh1 iştirak edib-etmədiyinə aydınlıq gətirilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, həmin məsələ cavabdehlər tərəfindən mübahisələndirilməməklə yanaşı, buna dair məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir.

33. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən evin alqı-satqısı zamanı, yəni 15 noyabr 2002-ci ildə banka depozit pul qoyulması barədə qaydanın olmadığının da məhkəmə tərəfindən nəzərə alınmamasına dair apellyasiya şikayətinin dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, 15 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən alqı-s atqı müqaviləsində qeyd edilmiş məbləğin nəinki depozit hesabına qoyulmaması, alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin, ümumiyyətlə, satıcıya ödənilməməsi işin mübahisəsiz halıdır.

34. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin iddiaçının ötən 22 ildə həmin evdə olması və heç bir etiraz bildirməməsinə dair dəlilini də əsaslı hesab etməyərək göstərmişdir ki, bu, iddiaçının müqavilə üzrə ödənilməmiş pul vəsaitini alıcıdan tələb etmək imkanını aradan qaldıran hal deyildir.

35. Apellyasiya instansiya məhkəməsi cavabdehlərin apellyasiya şikayətinin iş üzrə verilmiş ekspert rəyinə məhkəmənin hüquqi qiymət verməməsinə dair dəlilini əsaslı hesab etməyərək diqqətə çardırmışdır ki, işdə olan xx.xx.2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnamədən göründüyü kimi birinci inst ansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/2054 nömrəli ekspert rəyi qiymətləndirilmişdir.

36. Apellyasiya instansiya məhkəməsi şahidlərin ifadələrinin alınması barədə cavabdehin vəsatətinin nəzərə alınmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Tərəflər arasında alqı-satqı müqaviləsi yazılı qaydada bağlanmaqla, notarial qaydada təsdiq edildiyindən, həmin müqavilə üzrə öhdəliklərin bu və ya digər şəkildə icrası da şahid ifadələri ilə deyil, müqavilə tərəflərinin imzalarının icra edildiyi yazılı sübutlarla təsdiq edilməlidir.

37. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

38. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsinin iddianın Cavabdeh1 qarşı təmin edilməyən, 3600 manatın 21 ilə illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğə aid hissədə gəldiyi nəticə də Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə yanaşı, 3600 manatın 21 ilə illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğin Cavabdeh1 qarşı rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hal larına uyğun olmamış, həmin hissədə birinci instansiya iddia tələbi üzrə tam dəyərləndirmə aparmamaqla prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.

39. Belə ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

40. İddiaçı 06 iyun 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizəsində 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiyanın alınmasına dair aydın bir fikir ifadə etməsinə, ekspertiza tədqiqatı ilə indeksasiya olunan 18.000.000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləğ inin 15770,16 manat olmasının müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini qismən, yəni Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli 9/2054 nömrəli rəyi ilə müəyyən edilmiş 15770,16 manat məbləğdən cəmi 3600 manat hissəsini təmin etməklə, bunu iddiaçının məhz 3600 manat kompensasiyanın tutulmasını xahiş etməsi ilə əsaslandırmaqla yanlışlığa yol vermişdir.

41. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli 9/2054 nömrəli rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.

42. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin alğı-satqı müqaviləsi predmetinin dəyərini cavabdehlərin özlərinin şərti olaraq qiymətləndirmələri, məhkəmənin mənzilin satıldığı dövrə uyğun bazar qiymətinin müəyyən olunmasını ekspertdən tələb etməməsi, ekspertlə fərdi evin satıldığı zaman mümkün bazar qiymətinin müəyyən olunmasına çalışmaması, birinci instansiya məhkəməsinin fərdi evin satıldığı zaman mümkün bazar qiymətini müəyyən etdikdən sonra həmin dəyərin hazırki dövrə indeksasiyasının hansı məbləğdə olmasını müəyyən etməli olduğu halda bunu etm əməsi, cavabdehlərin fərdi evin dəyəri olaraq göstərdikləri məbləğin əmlakın həqiqi dəyərinə uyğun olub-olmadığını araşdırmamasına dair dəlillərini əsaslı hesab etməyərək vurğulamışdır ki, işdə olan xx.xx.2002-ci il tarixli, 164583 nömrəli müqaviləyə əsasən iddiaçının verdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 saylı etibarnaməyə əsasən hərəkət edən Cavabdeh2 (satıcı) və Cavabdeh1 (alıcı) arasında bağlanmış həmin müqavilə ilə ünvan 1 ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, İddiaçı və X3 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18000000 manata Cavabdeh1 satılmışdır. İşdə olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə id diaçının xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.

43. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2002-ci il tarixli, 164583 nömrəli, qüvvədə olan alqı-satqı müqaviləsi üzrə fərdi yaşayış evinin həmin dövrdə 18000000 manata, yəni 3600 manata satılması müəyyən edildiyi halda, fərdi yaşayış evinin satıldığı dövrə uyğun bazar qiymətinin müəyyən olunması və Cavabdeh1 hazırda müəyyən ediləcək əmlakın satıldığı dövrdəki bazar dəyərinin tələb olunması əsaslı hesab edilə bilməz.

44. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin məhkəmədə müdafiə olunmaq hüququnu pozmasına dair iddiaçının apellyasiya şikayətinin dəlilini də əsaslı hesab etməyərək bildirmişdir ki, iş materiallarına əsasən digər mübahisə tərəfləri ilə yanaşı, iddiaçıya da bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, ilkin məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə iddiaçıya göndərilmiş bildirişdə ona MPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, iddiaçı məhkəmə prosesinin gedişatını elektron məhkəmə informasiya sistemindən izləmiş, vaxtaşırı birinci instansiya məhkəməsinə ərizə və məlumatlar ünvanlamış, 06 iyun 2024cü il tarixdə isə şəxsən birinci instansiya məhkəməsinin iclasında iştirak edərək, iddia tələbi üzrə izahat və mülahizələrini bildirmiş, iddia tələbinə dəqiqləşdirməyə dair ərizə də təqdim etmişdir.

45. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 385.1, 38 6.1, 425.1, 442, 445.7, 448.1, 567, 598, 777.1-ci, Mülki Prosessual Məcəllənin 9.1,9.3, 14.2, 77.1, 88, 217.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh1 Hümmət oğlu (vəkil-nümayəndə Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunması hissəsində ləğv, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qarşılıqlı öhdəliklər tam yerinə yetirilmiş, qeyd edilən alqı-satqı müqaviləsinin qanuni və əsaslı olduqunu təsdiq edən qanuni qüvvəsini almış qətnamə vardır. Bundan başqa, iddiaçı onun mülkiyyətində olan, Bakı şəhərində yerləşən evin cavabdeh tərəfindən alındığını dolayısı ilə etiraf edir. Lakin, həmin evin cavabdeh tərəfindən mərhum ərinin pulu ilə alındığını qeyd etmiş, məhkəməyə isə bu barədə heç bir sübut təqdim etməmişdir. Şəki Apellyasiya Məhkəməsi isə Bakı şəhərində yerləşən evin iddiaçıya Oğuz şəhərində yerləşən evin əvəzində alındığı barədə iddiaçının özünün bilavasitə etirafının zəruri olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehi əsassız varlanan tərəf kimi təqdim etməyə çalışmışdır. Əslində isə iş materiallarından iddiaçının əssasız varlanan tərəf olduğu açıq aydın görünür. Şəki Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 425.1-ci maddəsinə istinad etmiş, lakin ötən 22 il ərzində “öhdəliklərin” icra olunmamasına hüquqi qiymət verməmiş, iddia müddətinin tətbiqi bar ədə vəsatətləri təmin olunmamışdır. Eyni zamanda şahidlər yenidən məhkəməyə dəvət olunsalar da, onların izahatları alınmamışdır. Belə ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-56/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə olmasına baxmayaraq, həmin məhkəmənin gedişində təsdiq olunmuş xüsusatlar Şəki Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamış, bir hissəsi isə təhrif olunmuş formada qeyd edilmişdir. Həmin məhkəmədə izahat vermək üçün dəvət etdikləri şahidlərin ifadə vermələrinə imkan verilməmişdir. Bundan başqa, məhkəmə iclasının vaxtı dəyişdirilmiş, iclasın vaxtı barədə iddiaçıya məlumat verilsə də, məhkəmə iclasında təkrar iştirak etməmişdir. Qətnamə qəbul olunan zaman iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Apellyas iya şikayəti versə də iddiaçı heç bir iclasda iştirak etməmiş və nəticədə çəkişmə prinsipi pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.7 bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdir ilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.3 Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.

51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin t əmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdehdən 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya (5%) tutulması barədə iddianın təmin edilən hissələrində (həmin hissədə birinci instansiya məhkəməsini qətnaməsinin dəyişidirlmədən saxlanması) gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir.

53. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə iddiaçı mülkiyyətində olan evi Cavabdeh1 satmış, satıldığı dövrdə evin həqiqi dəyərini cavabdeh iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaya etiraz olaraq aldığı evin əvəzində iddiaçıya Bakı şəhər ində ev aldığını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı sübut edə bilməyib.

54. Mülki Məcəllənin 598.3-cü maddəsinə görə də alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

55. İşin müəyyən edilmiş halları baxımından apellyasiya instansiyası məhkəməsi həmin hissələrdə düzgün nəticəyə gəlmişdir.

56. Qeyd edilən hissələrdə cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər əsassızdır.

57. İddia müddətinin tətbiqi barədə vəsatətlərinin təmin olunmaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız müba hisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

58. Göründüyü kimi, qeyd edilən normanın tələbinə görə iddia müddətinin tətbiqi üçün mübahisə tərəfi ərizə verməlidir. İşdən cavabdehin belə bir ərizə verməsi görünmür. Üstəlik, həmin ərizə prosesin istənilən mərhələsində deyil, məhkəmə qərarı çıxarılanadək verilməlidir. Buna görə də cavabdehin belə bir dəlilə istinad etməsi işin halları ilə təkzib edilir.

59. Apellyasiya şikayəti versə də, iddiaçının apellyasiya baxışında heç bir iclasda iştirak etməməsi və nəticədə çəkişmə prinsipinin pozulması barədə cavabdehin kassasiya şikayətinin dəlili bağlı qeyd olunmalıdır ki, bu dəlili yalnız iddiaçı irəli sürə bilər. İşdən görünür ki, cavabdehin apellyasiya baxışında iştirakı təmin edilmiş və onun özünə müadifiəsin i qurmağa prosessual imkanlar yaradılmışdır.

60. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh1 12170,16 manat kompensasiya və 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq İddiaçı Əhməd qızına ödənilməsini qət edərkən iddia tələbindən kənara çıxmışdır.

61. Belə ki, iddia ərizəsində iddiaçı alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin, yəni 18.000.000 (on səkkiz milyon) manatın hazırki manata məzənnəsi olan 3000 (üç min) manatın qanunsuz saxlanmasına görə həmin məbləğin ödənilmədiyi 21 ilə illlik 5 faiz dərəcəsi ilə hesablanan 3300 (üş min üş yüz) manat məbləğində kompensasiyanın cavabdehdən tutulmasını xahiş etmişdir.

62. İddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşməsi barədə ərizə (iş v. 95) verərək, alqı-satqı müqaviləsində q eyd edilmiş məbləğin, yəni 18.000.000 (on səkkiz milyon) manatın hazırki manata məzənnəsinə, yəni 3600 (üç min altı yüz) manatın 21 ilə illlik 5 faiz dərəcəsi ilə hesablanan kompensasiyanın cavabdehdən tutulmasını xahiş etmişdir.

63. Göründüyü kimi, iddiaçı tələbin dəqiqləşməsi barədə ərizəsində illik 5 faiz həddində pul tələbinin başlanğıc məbləğini müqavildə göstərilmiş 18.000.000 manatdan (hazırki nominala uyğun 3600 manat) götürmüş və 21 il üçün 5 faizi də həmin məbləğə görə hesablanmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçı 18.000.000 manatı hazırki məzənnə ilə 3600 manat kimi qeyd etməklə, cavabdehdən 18.000.000 (on səkkiz milyon) manatın hazırki ideksasiya məbləğinə deyil, hazırki nominalına uyğun 5 faizi tələb etmişdir.

64. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respubl ikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixli, 189 №-li Fərmanın 1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın – manatın denominasiyasının həyata keçirilməsi, yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulması qərara alınmışdır.

65. İşdən görünür ki, birinci instansiya məhkəməsi də 18.000.000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləğinə münasibətdə belə nəticəyə gəlmişdir ki, ekspert rəyi ilə həmin məbləğ 15770,16 manat hesablansa da, iddiaçı 3600 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

66. Buna görə də birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq həmin hissədə iddia nı tələb həddində təmin edərək, cavabdehdən 3600 manat kompensasiya məbləğini tutmuşdur.

67. Qeyd edilməlidir ki, riyazi hesablamaya əsasən 3600 manatın illik 5 faizi 180 manat, bunun da 21 il üçün cəmi məbləği 3780 manat təşkil edir.

68. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirsə də, şikayətinin dəlilləri yalnız evin həqiq dəyəri ilə bağlı olmuş, müqavilədə göstərilən məbləğin, yəni 18.000.000 manatın deyil, satıldğı zaman evin həqiqi dəyərənin müəyyən edilməli olmasını şikayətində göstərmiş, 5 faizlə bağlı iddia tələbi üzrə isə hər hansı dəlil irəli sürməmişdir.

69. Apellyasiya instansiyası məhkəməsinin özü də iddiaçının 06 iyun 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizəsində 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiyanın alınmasına dair aydın bir fikir ifadə etməsini vurğulamışdır. Yuxarıda qeyd edildiyi kimi bu da cəmi 3780 manat təşkil edir və üstəlik, iddiaçı bunu apellyasiya şikayətində mübahisələndirməmiş, bu hissəyə münasbətdə heç bir dəlil göstərməmişdir.

70. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi özünün də qeyd etdiyi kimi iddiaçının faiz tələbi ilə bağlı aydın fikir bildirməsinə baxmayaraq, apellyasiya şikayətinin hədlərini aşmış, qətnaməni iddiaçının mübahisələndirmədiyi hissədə də yoxlamış, nəticədə iddia tələbindən də kənara çıxaraq Cavabdeh1 12170,16 manat kompensasiya və 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 372.6-cı və 2 18.3-cü maddələrinin tələblərinə zidd olub.

71. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

72. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

73. Mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edi r və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır.

74. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarıb Cavabdeh1 12170,16 manat kompensasiya və 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçıya ödənilməsini qət etməklə prosessual hüquq normalarını pozmuşdur. Buna görə də həmin hissədə apelyasiya instansiyası məhkəməsini qətnaməsi ləğv edilməlidir.

75. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36, 50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qsimən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1056/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar