Məhkəmə qərarları › İş №2(102)-1157/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1157/2025

22.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1157/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: intizam tənbehinin tətbiq edilməsi barədə əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6379/2024 nömrəli iş üzrə 11 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi ş əxsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh qurumun əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli aktda göstərilmişdir ki, iclas zamanı DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi tərəfindən əməkdaşlara göstərişə laqeyid yanaşmaları barədə iradlar bildirilərkən İddiaçı rəhbərliyin sözünü aqressiv formada kəsərək, sərt şəkildə cavab qaytarmış və mübahisə yaratmışdır. İdarə rəisi tərəfindən iş otağını tərk etməsi nəzərinə çatdırılsada o buna məhəl qoymayaraq daha da səs tonunu qaldıraraq subardinasiya qaydalarını kobud şəkildə pozmuşdur. Həmin akt idarənin 4 (dörd) əməkdaşı tərəfindən imzalanaraq təsdiq olunmuşdur. 3. 20 may 2024-cü il tarixli, İ-34 nömrəli əmrə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin Maliyyə və maddi-texniki təminat şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə və etik davranış qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia onunla əsaslandırılmış dır ki, İddiaçı 29 noyabr 2011-ci il tarixdən etibarən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində fasiləsiz olaraq (müvafiq dövrlərdə struktur dəyişiklikləri nəzərə alınmaqla) baş mühasib kimi çalışır. İddiaçıya 20 may 2024-cü il tarixli İ-34 nömrəli əmrlə cavabdeh tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrin məzmununda səbəb olaraq işçinin əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələri lazımi səviyyədə yerinə yetirməməyi və etik davranış qaydalarına riayət etməməyi göstərilmişdir. İddiaçı barəsində tərtib edilmiş əmr onun verilməsinə səbəb olan halların qanuni şəkildə sübuta yetirilməməsi və düzgün şəkildə inzibati icraat aparılmamasına, əvvəl tərtib olunmağa cəhd edilmiş akt layihəsinin ziddiyyətli məqamlar y aratmaqla inzibati araşdırmanın obyektivliyinə ciddi təsir göstərdiyinə, əmrin verilməsinə ehtimal edilən hadisənin iş vaxtından sonra baş verməsi və hansı vəzifənin pozulmasının əmrdə konkret göstərilməməsinə, əmrdə iddia olunduğu kimi hər hansı etik davranış qaydalarının iddiaçı tərəfindən pozulmadığına, həmçinin əmrin məzmununun qisas motivi daşımasına görə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işlədiyi müəssisənin “WhatsAPP” qrupuna xx.xx.2024-cü il tarixdə “rəisin göstərişinə əsasən bu gündən (yəni xx.xx.2024-cü il) etibarən kişi işçilər saat 20:00-da tabeli imzalayaraq işdən gedə bilərlər, əlavə olaraq sizləri məlumatlandırım ki, sabah (yəni xx.xx.2024 – şənbə günü) iş günüdür” məzmunda yazı göndərilmişdir. Bir çox işçilər həmin yazıya münasibət bildirsə də, iddiaçı telefonunda internet olmaması səbəbindən yazıya münasibət bildirməmişdir. “WhatsAPP” qrupuna xx.xx.2024-cü il tarixdə göndərilən yazıya münasibət bildirməyən işçilərlə idarə rəisi iclas keçirmiş və həmin tapşırığa münasibət bildirməyən əməkdaşlardan hansı səbəbdən münasibət bildirilməməsini soruşmuşdur. İclasa ilkin olaraq iddiaçı dəvət olunmamış, iclas başladıqdan sonra iş vaxtından kənar vaxtda təxminən 18:30 radələrinə yaxın bir vaxtda iclasa çağırılmışdır. Rəisin otağına iclasa daxil olanda rəis digər əməkdaşların yanında iddiaçıdan çox sərt, kobud və aqressiv tərzdə niyə WhatsApp qrupundakı yazıya münasibət bildirmədiyini soruşmuşdur. İddiaçı isə, həmin vaxt telefonunda internet olmadığını, ona görə mesajı görmədiyini, ancaq digər əməkdaşlar bu barədə məlumat verdikləri üçün bundan xəbərdar ol duğunu bildirmişdir. Bu zaman rəis hiddətlənərək daha sərt və aqressiv tonda danışmağa başlamışdır. İddiaçı bu dərəcədə aqressivləşməyə səbəb olacaq bir məsələ olmadığını, üzrlü səbəbdən, yəni interneti olmadığı üçün münasibət bildirə bilmədiyini demişdir. Bu sözləri rəisi daha da hiddətləndirmiş, sərt və aqressiv tərzini davam etdirərək iddiaçıya digər əməkdaşların yanında “rədd ol, çıx otaqdan” deyərək qovmuşdur. Bu hadisədən bir müddət sonra iddiaçı cavabdeh quruma dəvət olunaraq izahat yazmışdır. İzahat verdiyi gündən bir müddət sonra “sonuncu xəbərdarlıqla şiddət töhmət verilməsi haqqında” barəsində cavabdeh qurum tərəfindən əmr tərtib olunmuş və xx.xx.2024-cü il tarixində mail vasitəsilə əmrin surəti ona göndərilmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublika sı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fariz Əlizadə) xx.xx.2024-cü il tarixli, e-2(004)-4080/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İ-34 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməsini qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçinin əmək funksiyalarını yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi halları süb uta yetirilməmiş, işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş hansı vəzifələrini pozması əsaslandırılmamışdır. İş materiallarına əlavə edilmiş əmrin verilməsi əsası kimi təqdim edilən xx.xx.2024-cü il tarixli akt ilə iddiaçının baş idarədə verdiyi izahat ziddiyyət təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyini əsas götürərək hesab etmişdir ki, həmin aktı imza edən işçilər işlərini itirmək və s. təhlükə qarşısında aktı imzalamaq məcburiyyəti qarşısında qala bilərlər. Həmçinin akt iddiaçının özünün iştirakı olmadan tərtib edilmişdir və aktın surəti ona təqdim edilməmişdir. Odur ki, sözügedən akt məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. İşəgötürən tərəfindən digər əsaslı sübut(lar) məhkəməyə təqdim edilməmişdir. Hətta sözügedən akta imza atmış şəxslərin şahid qismində dindirilməsi barədə vəsatət verilməmiş, bu istiqamətdə heç bir prosessual fəaliyyət görülməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, şiddətli töhmət verilməsi barədə əmrin iddiaçı ilə cavabdeh qurumun rəhbər şəxsi arasında mövcud olan şəxsi münasibətlər zəmnində, işəgötürənin səlahiyyətlərindən sui-istifadə etməsi ilə qəbul edilməsi ağlabatandır. İşçinin əmək funksiyalarında hər hansı bir nöqsan aşkar edilmədiyi halda, yalnız şəxsi münasibətlər zəmnində işçi barəsində şiddətli töhmət verilməsi barədə əmr verilməsi yolverilməzdir. Tərəflər arasında olan münasibətlərin müqaviləyə əsaslanmaqla xüsusi hüquq münasibətləri olması nəzərə alınmaqla “müqavilə azadlığı”, subyektlərin “iradə sərbəstliyi” prinsipləri əmək müqaviləsi üzrə tərəflərin bərabərliyini formal olması xüsusatını nəzərə alır və hesab etmişdir ki, əmək münasibətləri üzrə faktiki olaraq işəgötürən tərəf üstün mövqedədir. Belə ki, işəgötürən tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, formal mülahizələr əsasında müdafiə taktikası seçilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 186-cı maadəsinin 2-ci hissəsinin b bəndinə, 186.1, 186.2, 186.3, 187.1, 187.2, 187.3, 190.3, 311, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1., 216-220, 227, 358, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçıya intizam tənbehi Əmək Məcəlləsinin tələbləri nəzərə alınaraq verilsə də, məhkəmə tərəfindən sübutlar tam və obyektiv araşdırılmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. ƏM-in 186-cı maddəsinin məzmunundan göründüyü kimi iddaçıya tərəfindən daxili nizamintizam qaydalarını pozulduğu təqdirdə işəgötürən sadalanan intizam tənbehlərindən birini verə bilər. Maddənin 3-cü bəndinə əsasən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddaçıya müvafiq tənbeh tətbiq edilmişdir. İddiaçının bundan əvvəl də törətdiyi eyni məzmunlu intizam pozuntuları və onların nəticəsində tətbiq olunmuş tənbehlərlə bağlı məluma tlar və müvafiq sübutlar məhkəməyə təqdim olunsa da, nəzərə alınmamışdır. İddaçı ilk növbədə izahat verməkdən imtina etmiş, sonradan izahat vermişdir. İddaçı izahat verməkdən imtina etdiyi zaman, idarənin əməkdaşlarının iştirakı ilə həmin gün akt tərtib olunmuş və iclas zamanı baş verənlər qeyd olunmuşdur. İddiaçı tənbeh verilməsinin əsasında yalnız həmin akt deyil, özünün veridiyi izahat da çıxış etmişdir. Məhkəmə yanlışlığa yol verərək sübut etmə üçün əhəməiyyətli rol oynayan aktı sübut kimi qəbul etməmişdir. Məhkəmə özü təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətini cəlb etmiş, iddaçıya qeyd olunan qurumun işlərə gəlmədiyini bildirmiş və onun özünün ora müraciət etməsini tövsiyə etmişdir. B eləliklə, məhkəmə iddiaçıya müvafiq yönlədirmə etməklə qanunvericiliyin ona verdiyi mümkün hüquqi vasitələrdən kənara çıxmışdır. Bildiririk ki, iddaçıya işlədiyi müdət ərzində mübahisələndirilən tənbehdən əlavə olaraq iki xəbərdarlıq və iki töhmət intizam tənbehi verilmişdir: xx.xx.2012-ci il tarixli, 21-KT nömrəli əmrlə əmək funksiyalarını lazımi səviyyədə yerinə yetimədiyə görə töhmət; xx.xx.2015-ci il tarixli 76KT nömrəli əmrlə əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiyinə və daxili nizam-intizam qaydalarını pozduğuna görə xəbərdarlıq; xx.xx.2017-ci il tarixli, 84-KT nömrəli əmrlə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri lazımi səviyyədə yerinə yetirmədiyinə və fəaliyyətində yol verdiyi nöqsanlar görə xəbərdarlıq; xx.xx.2021-ci il tarixli, 11-KT nömrəli əmrlə əmək funk siyalarını lazımi səviyyədə yerinə yetirmədiyinə və etik davranış qaydalarını pozduğuna görə töhmət. Qeyd olunan hallar məhkəmə tərfindən nəzərə alınmamış, ümumiyyətlə arşadırılmamışdır.

13. Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı onunla əsaslandırılır ki, cavabdehin apellyasiya şikayəti qanunsuz və əsassızdır. Qeyd edilməlidir ki, barəsində tərtib edilmiş əmr onun verilməsinə səbəb olan halların qanuni şəkildə sübuta yetirilməməsinə və düzgün şəkildə inzibati icraat aparılmamasına, əvvəl barəsində tərtib olunmağa cəhd edilmiş akt layihəsinin ziddiyyətli məqamlar yaratmaqla inzibati araşdırmanın obyektivliyinə ciddi təsir göstərdiyinə, əmrin verilməsinə ehtimal etdiyi hadisənin iş vaxtından sonra baş verməsi və hansı vəzifəni pozduğunun konkret göstərilməməsinə, əmrdə iddia olunduğ u kimi hər hansı etik davranış qaydalarını pozmadığına, həmçinin əmrin məzmununun qisas motivi daşımasına görə qanunsuz və əsassızdır.Bundan əlavə, əmrin ləğv edilməsi ilə bağlı başqa bir əsas onun məzmunu ilə bağlıdır. Bununla bağlı bildirir ki, əmrin 3-cü bəndində cavabdeh qurumun bütün ərazi idarələrinin rəhbərlərinə tapşırılır ki, əmr ərazi idarələrinin bütün şəxsi heyətinin nəzərinə çatdırılsın. Sanki onun intizamsızlığından digər şəxslər dərs çıxarmalı, onlara “görk” olmalıdır. Nəzərə alınmalıdır ki, əmr onun barəsində tərtib olunub və şəxsən ona təqdim edilməlidir. Onun icazəsi olmadan üçüncü şəxslərə təqdim edilə və yayıla bilməz, işgötürənin belə yanaşmasını sanki onu gözdən salmaq, intizamsız işçi kimi tanıtmaq, qisas almaq motivli yanaşma kimi dəyərləndirir. Əmək Məcəlləsinin 18 9-cü maddəsinin dördüncü hissəsində bu qəti şəkildə qadağan edilir. Belə ki, həmin maddəyə əsasən intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Səlimova Səadət sədrlik edən və məruzəçi, İsgəndərov Akif və Rüstəmli Məhəmməd) 2(103)-6379/2024 nömrəli iş üzrə 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2(004)4080/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməs i qeyd etmişdir ki, cavabdeh əmrin verilməsi üçün əsas olaraq xx.xx.2024-cü il tarixli akta istinad etsə də, həmin aktdan görünür ki, aktı tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, aktda ümumi xarakterli ifadələrdən istifadə edilmiş, iddiaçının konkret olaq nə vaxt, hansı əmək funksiyasını icra etməməsi aktda öz əksini tapmamış, işçinin nəyə görə etik davranış qaydalarını pozması qeyd edilməmişdir.

16. İşəgətürən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verərkən onun verdiyi izahatda qeyd olunanları araşdırmamış, DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin keçirilmiş iclasında iştirak edən digər şəxslərin izahatları alınmamış, hansı səbəbdən işçinin etik davranış qaydalarını pozması müəyyən edilməmişdir. Bununla da işəgötürən əmək münasibətlərinin tənzimlənməsində tərəflər in hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əməl etməməklə əssaslandırılmamış əmr qəbul etmişdir. Baxmayaraq ki, qəbul etdiyi əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmasını sübut etmək yükü işəgötürənə aiddir.

17. Apellyasiya şikayətinin dəlillərində iddiaçı ilə bağlı qüvvədən düşən əmrlərə istinad etməklə cavabdeh bir daha mübahisələndirilən əmrinin əsassız olmasını, hər hansı bir mötəbər sübuta əsaslanmamasını nümayiş etdirmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60ci,Əmək Məcəlləsinin 3., 186., 187., 190.-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1.,88.,217.4., 216-220, 227, 358, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayəti nin dəlilləri

19. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, cavadbeh iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Məhz bu intizam tənbehi tətbiq olunarkən iddiaçının bundan əvvəl də eyni məzmunlu intizam pozuntularına yol verdiyinə görə 2 (iki) dəfə intizam məsuliyyətinə cəlb olunması və 2 (iki) dəfə xəbərdarlıq aldığını nəzərə almışdır. Bununla bağlı məhkəməyə müvafiq sübutlar da təqdim edilmişdir.

21. Məhkəmə kollegiyası yanlışlığa yol verərək sübut etmə üçün əhəmiyyətli rol oynayan aktı sübut kimi qəbul etməmiş, eyni zamanda nəzərə almamışdır ki, həmin aktı məhz iclasda iştirak edən işçilər imzalamışlar. Yəni Ərazi İdarəsində keçirilən iclasda kənar şəxslərin iştirak etməsi mümkün deyildir, buna görə də aktın ancaq işçilər tərəfindən imzalanması səbəbilə mötəbər hesab edilməməsi anlaşılan deyil.

22. Kassator şikayətini Əmək Məcəlləsinin 10,187Ş186-cı maddələrinə və Mülki Prosessual Məcəlləsinin Maddə 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 186, hissə

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəl iklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

27. Maddə 186, hissə

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

28. Maddə 186, hissə

3. İşəgötürən intizam tənbehini verərkən iş çinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

29. Maddə 190, hissə

1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

30. Maddə 190, hissə

3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçının barəsində tətbiq etdiyi tənbeh tədbirinin qanuni və əsaslı olduğunu sübuta yetirə bilməmişdir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabd ehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6379/2024 nömrəli iş üzrə 11 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar