Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1158/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1920/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı ilə Cavabdeh 0 8.01.2007-ci il tarixdə nikah bağlamışlar.
2. Cavabdeh 14 dekabr 2010-cu ildə X1 ilə bağlanmış alğı-satqı müaviləsinə əsasən ünvan 2 saylı fərdi yaşayış evini almış, həmin evin üzərində Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 142 nömrəli vərəqində 14.01.2011-ci il tarixdə qeydiyyata alınaraq, MA seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08.01.2007-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdeh şəxsi və cehiz əşyaları ilə birlikdə ona məxsus olan Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, bir müddət orada yaşadıqdan sonra 14.12.2010-cu il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi alaraq, həmin evə köçmüşlər. Cavabdehlə aldıqları evin şəraiti normal olmadığından sözügedən evi sökərək, yerində bir mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Yeni inşa etdikləri evdə cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan aralarında mübahisə olmuş, bu səbəbdən münasibətləri pozulmuşdur. Faktiki nikah münasibətləri pozulsa da, rəsmi qaydada nikahları pozulmamışdır. Münasibətləri pozulduqdan sonra, cavabdeh onu birgə nikah dövründə əldə etdikləri evə buraxmamış, yaşamağa imkan verməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində faktiki mülkiyyətindən mə hrum olmuş və kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır.
5. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, evi 2010-cu ildə öz vəsaiti hesabına almış, həmin fərdi yaşayış evi təmirsiz olduğundan, evi söküb, öz vəsaiti hesabına yeni fərdi yaşayış evi tikdirmişdir. İddiaçının həmin evdən imtina etməsi ilə əlaqədar ona 3000 manat pul vermişdir. Hazırda həmin fərdi yaşayış evində yaşayış yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
6. Göyçay Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(046)-834/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin edilərək, İddiaçı Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 2 saylı fərdi yaşayış evinə köçürülməsi, qərarın İcrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.
7. Məhkəmə gəl diyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2011-ci ildə yaranmışdır. İddiaçı Cavabdeh əri olmaqla ailə üzvü hesab edilir. Cavabdeh iddiaçı ilə birgə nikah dövründə olduqları zaman ünvan 2 saylı fərdi yaşayış evini almış, həmin fərdi yaşayış evi hazırda cavabdehin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında hüquq münasibətlərinin 2007-ci il tarixdən yarandığını, birgə nikah dövründə əldə olunmuş fərdi yaşayış evinin 2011-ci il tarixdə dövlət qeydiyyatına alındığını, hazırda həmin fərdi yaşayış evindən istifadə ilə bağlı mübahisə yarandığını nəzərə alan məhkəmə hesab etmişdir ki, mülki mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələ blərinə uyğun şəkildə həll edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1920/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə istibad edərək bildirmişdir ki, həmin normaya görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
13. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
14. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və arvadının müdaxiləsi nəticəsində yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, qarş ı tərəfin isə həmin yaşayış yeri ilə bağlı hər hansı hüququ olmasın.
15. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia üzrə cavabdehin (o cümlədən apellyatorun) ev üzərində hüquqları olmaqla yanaşı, işin faktiki halından görünür ki, həmin ev birgə nikah dövründə əldə olunmaqla, cavabdehin adına rəsmiləşdirilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı tərəflərin nikahının rəsmi pozulmadığı müəyyən edilir. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntus unun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddia üzrə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da ailə üzvü kimi həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni evin sökülərək, yenisinin inşa edilməsi kimi arqumentlər hamının qanun qarşısında bərabərliyi prinsipinin p ozulmasına, iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü iddia ərizəsində qeyd edir ki, cavabdeh ilk öncə Çərəkə kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə köçmüşdür. Daha son ra iddiaçı elə iddia ərizəsində qeyd edir ki, hal-hazırda kirayədə qalır. İddiaçı Çərəkə kəndində özünə məxsus fərdi yaşayış evində hal-hazırda yaşamaması və kirayədə qalmasına dair hər hansı kirayə müqaviləsini aşağı instansiya məhkəmələrinə təqdim etməsə də, məhkəmələr iddiaçının sübuta əsaslandırmadığı bu sözləri mötəbər sübut kimi qiymətləndirmişlər. İddiaçının cavabdehdən 3.000 manat məbləğində pul vəsaiti alması qarşılığında həmin mənzildən imtina etməsi barədə qəbzi məhkəmələr qətnamələrinin əsaslandırma hissəsində qeyd etməmişlər, həmin etirafı sübut kimi nəzərə almamışlar və bu faktın sübut kimi niyə nəzərə almamalarına dair qətnamələrində heç bir qeyd etməmişlər. Aşağı instansiya məhkəmələri heç bir zəruri səbəb olmadan iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhd udlaşdırmış, heç bir sübuta hüquqi qiymət verməmiş, işə formal yanaşmış, maddi və prosessual hüquq normalarını pozmuşlar. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mü lkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə
225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Maddə
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış bi nasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
26. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şika yəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
29. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının kirayədə yaşaması barədə sübutun olmaması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, iddianın həlli üçün bu sübutun əhəmiyyəti yoxdur. Çünki mübahisəli evdən iddiaçının istifadə etməsinə cavabdehin etiraz etməsi və maneə törətməsi faktı cavabdehin özünün izahatından da müəyyən olunur.
30. Bundan başqa, cavabdehin iddiaçıya evdən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı razılaşma əsasında 3000 manat pul ödəməsi barədə dəli l də qətnamənin ləğvinə əsas vermir. Çünki bu cür razılıq barədə sübut təqdim olunmamışdır. Cavabdeh bu cür sübut kimi mülki işin 39-cu səhifəsində olan, İddiaçı tərəfindən yazıldığı qeyd olunan əlyazmaya istinad edirsə, onda qeyd olunmalıdır ki, bu əlyazmanın məzmunu, 3000 manatın evdən istifadə hüququna xitam verilməsi məqsədi ilə verilməsi kimi başa düşülmür. Yəni verilən pulun evdən istifadə hüququna xitam verilməsi məqsədi ilə verilməsi qeyd olunmamışdır.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1920/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.