Məhkəmə qərarları › İş №2(102)-1162/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1162/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1162/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2rşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzil hüququnun habelə əmlakdan istifadə, sahiblik mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2rşı “mənzilə köçürülmə” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6328/2023 nömrə li, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil1) və cavabdeh Liliya Batkayeva (Vəkil2) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Emil X1r. İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixində nikaha daxil olmuşlar və onların nikahından bir övladları xx.xx.2021-ci il təvəllüdlü X11 doğulmuşdur.

2. Abşeron rayonu XDS İcraiyyə Komitəsinin Zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yararsız olan 6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün ayrılması haqqında xx.xx.1989-cu il tarixli 234,4 nömrəli qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 84 nömrəli qərarı na əsaslanaraq 2 nömrəli Zeytun sovxozunun direktoru özünün xx.xx.1991-ci il tarixli, 36 nömrəli əmri ilə sovxozun işçisi X3 fərdi yaşayış tikmək üçün 0,6 ha torpaq sahəsi ayırmış və həmin torpaq sahəsində özbaşına fərdi yaşayış evi inşa edilmişdir. 3. ünvan 1 ünvanında yerləşən sözügedən özbaşına inşa edilmiş fərdi yaşayış evi qeyri-rəsmi qaydada “Daşınmaz əmlakın satılıb alınması üçün” adlı sənəd əsasında, tərəflərin bildirdiklərinə görə, 2012-ci ildə 42.000 ABŞ dollarına Rövşən Məmmədov adlı şəxs tərəfindən cavabdeh İddiaçı2 satılmış və hazırda da onun sahibliyindədir.

4. Fərdi yaşayış evinə dair dövlət orqanı tərəfindən verilən yeganə sənəd Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 2012-ci ilin may ayında tərtib edilmiş “Həyətin cizgilər i, şəxsi tikililər, yardımçı otaqlar” adlı sənəddir ki, orada fərdi yaşayış evinə aid torpaq sahəsinin plan-sxemi, mərtəbələrin və otaqların sayı, habelə cavabdehlə birlikdə qeydiyyatda oan şəxlər göstərilmişdir. Fərdi yaşayış evində cavabdehdən başqa iddiaçının və digər qız övladının qeydiyyatda olması göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar və ya ad, soyadları) cavabdeh X5 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladları David Batkayevlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına i stinad olunmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı1 uzun müddət fərdi yaşayış evində yaşamışdır. Digər İddiaçı2 ilə nikaha daxil olduqdan sonra fərdi yaşayış evində yaşamağa davam etmişlər. Birgə nikahdan David adlı oğlu dünyaya gəlmiş və 2 mərtəbədən ibarət 3 otaqlı fərdi yaşayış evində 1 otaq onun və digər ailə üzvlərinin istifadəsində olmuşdur. Lakin bir neçə aydır cavabdeh tərəfindən həm onun, həm də digər ailə üzvlərinin fərdi yaşayış evindən istifadəsinə icazə verilmir. Bu səbəbdən 3 aya yaxın müddətdir ki, həmin fərdi yaşayış evində yaşaya bilmirlər. İddiaçılar və azyaşlı övladlarının hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda da fə rdi yaşayış evində İddiaçı1 və oğlu David Batkayevin qeydiyyatda olması göstərilmişdir.

7. İddiaçının vəkili və nümayəndəsi X6 məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıların həmin fərdi yaşayış evindən çıxmalarına səbəb o olmuşdur ki, ailədaxili münaqişələr baş vermiş, polis isə iddiaçılara bildirmişdir ki, müvəqqəti olaraq fərdi yaşayış evindən çıxsınlar, sonra yenə qayıdarlar. İddiaçılar sonradan qayıtmaq istədikdə cavabdeh onları fərdi yaşayış evinə buraxmamışdır. Digər İddiaçı2 gəlin köçəndən fərdi yaşayış evində yaşamış, cehiz əmlakını da ora gətirmişdir.

8. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçılar fərdi yaşayış evinə 2021-ci ilin oktyabr ayınadək yaşamışlar. Sonradan aral arında mübahisə olmuş, cavabdeh müvafiq qurumlara müraciət etmiş, polis bölməsində işləri olmuşdur. Lakin iddiaçılar evi tərk etdiyindən cavabdeh də şikayətini geri götürmüşdür. İddiaçılar fərdi yaşayış evindən öz əşyalarını da götürüb getmişlər. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilk öncə Sərəngül Abbasovaya ayrılıb, sonradan torpaq sahəsi onun tərəfindən Rövşən Məmmədova satılıb. Rövşən Məmmədov tərəfindən torpaq sahəsində hazırki fərdi yaşayış evi tikilmiş və fərdi yaşayış evi sonradan cavabdehə satılmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə əvvəlcə Günəşlidə özlərinə məxsus evdə yaşayıblar, sonradan cavabdehin digər övladının səhhətində problem olduğu üçün həmin evi satmaq məcburiyyətində qalıblar, evin satışından əldə olunan pulun bir hissəsini cavabdehin övladı nın xəstəliyinə xərclənmiş, qalan hissəsi ilə isə hazırki mənzili alıblar. İddiaçı1 2012-ci ildən fərdi yaşayış evində yaşamış, ancaq İddiaçı2 2020-ci ildən o evə köçmüşdür.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)- 3495/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, İddiaçı1 yetkinlik yaşına çatmayan övladı – xx.xx.2021-ci il təvəllüdlü oğlu David Batkayev ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, digər İddiaçı2 isə iddiasının təmin olunmaması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 mübahisələndirdiyi Fərdi yaşayış evi onun yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə əsasən, onu nəzərə alm ışdır ki, cavabdehin sahibliyində olan Fərdi yaşayış evi cavabdehin və həm də İddiaçı1 bir ailə olaraq əvvəllər (özlərinin bildirdiklərinə görə Bakı şəhəri Günəşli qəsəbəsində yerləşən) yaşadıqları mənzillərinin satışından əldə olunmuş pul vəsaiti hesabına alınmışdır. Sonralar da İddiaçı1 iddiaçının ailə üzvü olaraq uzun müddət, 2012-ci ildən 2021-ci ilin noyabr ayının əvvəllərinədək Fərdi yaşayış evində yaşamışdır.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi azyaşlı X13 yaşayış evinə köçürülməsi hissəsində də təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə əlunmuş məlumat əsasında müəyyən edilir ki, iddiaçıların özlərinə məxsus ayrıca yaşayış evləri (mənzilləri) yoxdur. Məhkəmə bu halı nəzərə alaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on d örd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

12. Məhkəmə iddiaçıların reyestrdə qeydiyyata alınmayan (onların reyestrədə qeydə alınmayan başqa yaşayış yerlərinin olması iş materialları ilə də müəyyən olunmur) yaşayış yerlərinin olmamasını, habelə İddiaçı1 də köçürülməsi barədə gəldiyi nəticəyə əsaslanaraq belə qənaətə gəlmişdir ki, David Batkayev də mübahisəli Fərdi yaşayış evinə köürülməlidir.

13. Məhkəmə eyni zamanda hesab etmişdir ki, İddiaçı2 iddiası təmin edilə bilməz. Belə ki, işin mübahisəsiz halıdır ki, İddiaçı2 2020-ci ilin mart ayının əvvəlində digər iddiaçı ilə ailə quararaq Fərdi yaşayış evinə gəlin köçmüşdür. Əvvəldə də qeyd edilmişdir ki, cavabdehin yaşadığı mübahisəli Fərdi yaşayış evi cavabdehə məxsus olan başqa mənzilin satışından əldə edilmiş vəsai t hesabına alınmışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1, qanunla müəyyən edilmiş əsaslarla, həm cavabdehin ailə üzvü, həm də cavabdehin əvvəlki mənzildə yaşaması əsas götürülərək Fərdi yaşayış evinə bağlılığı olsa da, İddiaçı2 köçürülməsi üçün belə əsaslar mövcud deyil. Digər bir tərəfdən, əgər anologiya üzrə mübahisə Mənzil Məcəlləsinin 30.1-ci maddəsi tətbiq olunarsa, o halda İddiaçı2 köçürülməsi üçün hüquqi əsasın olmaması daha aydın şərh edilmiş olar. Həmin müddəaya əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvləri olması zəruri şərtdir. Qanunla mülkiyyətçinin ailə üzvləri 2 kateqoriyaya bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Qanunun müəyyən etdiyi mənada İddiaçı2 birinci kateqoriya üzrə cavabdehin ailə üzvü hesab edilmir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27, 152.2, 159-cu, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1, 12.1, 12.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

16. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı2 münasibətdə təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlak ünvan 1 cavabdehə məxsus olmaqla özbaşına tikili hesab edilir. Belə ki, mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, özəlləşdirilməmişdir. Belə olan halda cavabdeh şəxslə birlikdə iddiaçılar və onların azyaşlı övladlarının da mübahisəli mənzildən istifadə etmək hüquqları vardır. Dövlət reyestrində qeydə alınmamış, şəxsin adına özəlləşdirilməmiş əmlaka dair özbaşına tikilini inşa etmiş şəxsin və onun ailə üzvlərinin, o cümlədən onunla birlikdə nikahda olan və birgə yaşayan həyat yoldaşının da istifadə hüququ mövcuddur. Buna baxmayaraq Xətai Rayon Məhkəməsi mübahisəni tam araşdırmamış, yalnızca İddiaçı1 və azyaşlı övladının xx.xx.2021-ci il təvəllüdlü X13 yaşayış evinə köçürülməli olması qənaətinə gəlmiş, iddiaçı gəlinin isə ailə üzvü hesab edilməməsi qənaətinə gələrək mübahisəli əmlaka köçürülməməsini qərara almı şdır. Halbuki, gəlin ailə üzvü hesab edilməklə hüquqları təmin edilən İddiaçı1 və azyaşlı övladları xx.xx.2021-ci il təvəllüdlü David Batkayev ilə birgə mübahisəli əmlakda yaşaması qanunidir. Bundan savayı cəmiyyət tərfindən qəbul edilən ailə modelinə uyğun olaraq da iddiaçılar ər-arvad uşaqları ilə birgə birlikdə yaşamalı, ailə münasibətlərini davam etdirməlidirlər. İddiaçı1 həmin mənzilə köçürülməsi, digər İddiaçı2 isə mənzilə köçürülməməsi ailə dəyərlərini təhlükə altına qoymaqla, rəsmi nikahda olan şəxslərin bundan sonra yaşayışına təsir göstərəcəkdir. Belə ki, həm qanun, həm də mövcud adətlər iddiaçıların birlikdə övladları ilə mübahisəli fərdi yaşayış evində yaşamasını tələb edir. Buna baxmayaraq məhkəmə düzgün hüquqi mövqeyə gəlməmiş, yalnızca İddiaçı2 deyil, digər İddiaçı1 və birgə böyütməli olduqları azyaşlı övladlarının da hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh özü məhkəmə prosesi zamanı etiraf etmişdir ki, iddiaçılar birlikdə mübahisəli əmlakda yaşamış, İddiaçı2 həmin evə gəlin köçmüşdür. Cavabdeh şəxs İddiaçı2 orada yaşamasına mane olmasını və bundan sonra da yaşamağa icazə vermiyəcəyini məhz özü məhkəmə iclasında bildirmişdir. Belə ki, İddiaçı2 mübahisəli fərdi yaşayış evində yaşamasının təsdiq edilməsi üçün şahid ifadələrinin verilməsi ilə bağlı tərəfimizdən vəsatət qaldırılmışdır. Cavabdeh şəxsin isə İddiaçı2 mübahisəli fərdi yaşayış evinə gəlin köçməsi və ailə ilə birlikdə orada yaşamasını qəbul etdiyi halda həmin şahid ifadələrinə ehtiyac qalmamışdır. Göründüyü kimi, bütün dəlillər iddia tələbinin tam həcmdə təmin edilməsini şərtləndirir. Məhkəməni n gəldiyi hazırki qənaət isə qanunazidd olmaqla İddiaçı2 hüquqlarını kobud surətdə pozur, qanun və cəmiyyət tərəfindən qəbul edilən ailə modeli ilə uyğunlaşmır. Həmçinin, məhkəmənin özünün də qeyd etdiyi kimi İddiaçı2 yaşayacaq başqa yaşayış yeri yoxdur, məhkəmə araşdırılması zamanı da hər hansı bir əmlak onun adına özəlləşdirilməməsi faktı təsdiq olunmuşdrur. Məhz bu səbəbdən İddiaçı2 da digər İddiaçı1 və azyaşlı övladı xx.xx.2021-ci il təvəllüdlü David Batkayev ilə birlikdə mübahisəli ünvan 1 ünvanına köçürülməsi qanunamüvafiqdir. Məhkəmə sözü gedən qanunvericiliyin tələbinə uyğun olaraq tətbiq edilməli hüquq normasını müəyyənləşdirsə də, onun tətbiqinə gəldikdə riayət edilməsindən yan keçmiş, şəxsin İddiaçı2 mübahisəli mənzilə köçürülməsi tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Hal buki, məhkəmənin özünün dəstinad etdiyi qanunlar iddiaçının (İddiaçı2) sözü gedən mübahisəli fərdi yaşayış evində hüququnun olmasına dəlalət edir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində digər qohumlar ifadəsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci fəslinin müddəasına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri iki qrupa bölünür:

1. Mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri

2. Mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə digər qohumlar. Məhkəmə sözü gedən normaya istinad etsə də, İddiaçı2 həmin kateqoriyaya aid edilməsi hissəsində yanlışlığa yol vermişdir. Belə ki, İddiaçı2 İddiaçı1 ilə hal-hazırda nikahdadırlar və onun ailə üzvü hesab edilir. Buna baxmayaraq, məhkəmə İddiaçı2 ailə üzvü kimi qiymətləndirməmiş və beləliklə İddiaçı2 hüquqlarına toxunan yekun akt qəbul etmişdir. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, mövcud qanunvericilik birbaşa olaraq iddiaçının ailə üzvü olaraq mübahisəli fərdi yaşayış evinə dair hüququnun olmasına dəlalət etməklə onun məhkəmə qaydasında təminatını şərtləndirir.

18. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir.

19. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı1 digər iddiaçı ilə ailə qurana qədər o, cavabdehin ailə üzvü kimi onunla birgə təsərrüfat aparmışdır. Ailə qurub arvadını mübahisəli evə gətirdikdən sonra isə öz təsərrüfatını ayırmaqla cavabdehlə olan ailə münasibətlərinə xitam vermişdir. Hətta iddiaçılar bundan sonra cavabdehlə tez-tez dava-dalaş edərək onu narahat etməyə başlamışdırlar. Nəticədə isə cavabdeh hüquq mühafizə orqanlarına şikayətlər etməklə, iddiaçıl arın özlərinə məxsus bütün əşyalarını aparmaqla evdən çıxmalarına nail olmuşdur. Beləliklə, iddiaçılar 2021-ci ilin son aylarından etibarən mübahisəli evdə yaşamırlar. O, qeyd etmişdir ki, məhkəmənin iddiaçının cavabdehə məxsus əvvəlki mənzildə yaşadığı səbəbi ilə mübahisəli fərdi yaşayış evinə istifadə hüququ əldə etməsi fikri tamamilə yanlışdır. Cavabdeh evində baş verən saymamazlığa və dava-dalaşa dözə bilməyib onlardan hüququ mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. Bunun nəticəsində də iddiaçılar artıq 2021-ci ildən orada yaşamırlar. Birinci instansiya məhkəməsi öz qətnaməsinin 32-ci abzasında qeyd edib ki, qeyd edilən həm milli qanunvericilik, həm də beynəlxal hüquq normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı1 mübahisələndirdiyi fərdi yaşayış evi onun yaş ayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə əsasən, onu nəzərə alır ki,cavabdehin sahibliyində olan fərdi yaşayış evi cavabdehin və həm də İddiaçı1 bir ailə olaraq əvvəllər (özlərinin bildirdiklərinə görə Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən) yaşadıqları mənzillərinin satışından əldə olunmuş pul vəsaiti hesabına alınmışdır. Sonralar da İddiaçı1 iddiaçının ailə üzvü olaraq uzun müddət, 2012-ci ildən 2021-ci ilin nayabr ayının əvvəllərinədək fərdi yaşayış evində yaşamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdehin və həm də İddiaçı1 bir ailə olaraq əvvəllər yaşadıqları Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən mənzil cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı1 isə həmin mənzildən istifadə hüququ olan şəxs kimi oranın satılmasına öz razılığını hər hansı şərtsiz v ermişdir. Bu səbəbdən də onun sonradan əldə edilmiş cavabdehin sahibliyində olan mübahisəli fərdi yaşayış evinə hər hansı hüququ əldə etməsi əsassızdır. Cavabdeh əvvəlki mənzilini onkoloji xəstəlikdən əziyyət çəkən oğlunun müalicəsini təmin etmək üçün satmışdır. O, mübahisəli fardi yaşayış evini almaya da bilərdi və belə olduğu təqdirdə onun iddiaçı qarşısında hər hansı mənzil öhdəliyi yaranmırdı. Məhkəmənin iddiaçının cavabdehə məxsus əvvəlki mənzildə yaşadığı səbəbi ilə mübahisəli fərdi yaşayış evinə istifadə hüququ əldə etməsi fikri tamamilə yanlışdır. Bundan başqa, məhkəmə qətnamənin 33-35-ci abzaslarında qeyd edib ki, iddia tələbi azyaşlı X13 yaşayış evinə köçürülməsi hissəsində də təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə əlunmuş məlumat əsasında müəyyən edilir ki, iddiaçıların özlərinə məxsus ayrıca yaşayış evləri (mənzilləri) yoxdur. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddiaçıların reyestrdə qeydiyyata alınmayan (onların reyestrədə qeydə alınmayan başqa yaşayış yerlərinin olması iş materialları ilə də müəyyən olunmur) yaşayış yerlərinin olmamasını, habelə İddiaçı1 də köçürülməsi barədə gəldiyi nəticəyə əsaslanaraq belə qənaətə gəlir ki, David Batkayev də mübahisəli Fərdi yaşayış evinə köürülməlidir. Məhkəmə hələ 2 yaşı tamam olmamış körpə uşağın anasız mübahisəli evə köçürməsini hansı zərurətd ən təmin etməsini öz qətnaməsində qeyd etməmişdir. İddiaçı körpə uşağa anası yanında olmadan necə qulluq edəcəyini, bunun öhdəsindən gələ bilib-bilməyəcəyini və uşağın səs-küyü cavabdehin xəstə olan canına nə qədər ziyan olacağını tamamilə nəzərə almamışdır. Məhkəmə praktikasında tərəflərin birgə nikahlarında doğulmuş uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olması, azyaşlıların ana himayəsində böyüməsinin onların mənafeyinə uyğunluğu nəzərə alınır, uşaqlar ananın yanında saxlanılırlar. Körpə uşağın,anasız, xəstə və yaşlıcavabdehlə bir mənzildə yaşamasının təmin edilməsi həm uşağın mənafeyinə qulluq etmir, həm də cavabdehin sakit yaşayış tərzinin pozulması ilə nəticələnir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apelly asiya instansiya məhkəməsi) 2(103)-6328/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh və İddiaçı1 əvvəllər başqa mənzildə yaşamaları, onun satışından əldə olunan vəsait hesabına fərdi yaşayış evinin cavabdeh tərəfindən alınması, iddaçı İddiaçı1 2012-ci ildən fərdi yaşayış evində yaşaması, 2020-ci ildə digər İddiaçı2yla nikaha daxil oluqdan sonra sonuncunun həmin yaşayış evinə gəlin köçməsi, bir müddət azyaşlı uşaqları ilə birlikdə orada cavabdehlə birlikdə yaşadıqdan sonra 2021-ci ildə baş vermiş ailədaxili mübahizə zəminində iddiaçı ların başqa yerdə yaşamağa başlaması işin mübahisəsiz hallarıdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin sahibliyində olan mübahisəli evə iddiaçıların köçürülməsi tələbinin həlli baxımından, onların hər birinin həmin evlə bağlı hər hansı hüququnun (həmin evdə yaşamaq hüququ və s.) olub-olmaması araşdırılmalıdır. Bu məqsədlə mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, özbaşına tikilinin sahibi ilə iddiaçıların əlaqəsi, bu əlaqənin sonuncuların həmin evdə yaşayıb istifadə etmələrinə hansı formada təsir göstərdiyi araşdırılmalıdır. Bu baxımdan iddia tələbinin Emil Baktayev və onun azyaşlı övladına aid hissəsində hüquqi dəyərləndirmə prosesi aparan Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, həmin hissələrdə iddia tələbi təmin edilməlidir. İddiaçı Emil Bak tayevin mübahisələndirdiyi fərdi yaşayış evi onun yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdehin sahibliyində olan fərdi yaşayış evi cavabdehin və həm də Emil Baktayevin bir ailə olaraq əvvəllər (özlərinin bildirdiklərinə görə Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən) yaşadıqları mənzillərinin satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh tərəfindən alınmışdır. Sonralar da Emil Baktayev iddiaçının ailə üzvü olaraq uzun müddət, 2012-ci ildən 2021-ci ilin noyabr ayının əvvəllərinədək fərdi yaşayış evində yaşamışdır. Digər tərəfdən Mənzil Məcəlləsinin 30.2-ci maddəsini hazırki mübahisəyə analogiya qaydasında tətbiq etdikdə də İddiaçı1 yaşayış sahəsində yaşamaq hüququna malik olması bir daha öz təsdiqini tapır. Elektron məhkə mə informasiya sistemindən əldə əlunmuş məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçıların özlərinə məxsus ayrıca yaşayış evləri (mənzilləri) yoxdur. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək ola n yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İddiaçıların reyestrdə qeydiyyata alınmayan (onların reyestrədə qeydə alınmayan başqa yaşayış yerlərinin olması iş materialları ilə də müəyyən olunmur) yaşayış yerlərinin olmamasını, habelə Emil Baktayevin də köçürülməsi barədə gəldiyi nəticəyə əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin David Baktayevin də mübahisəli fərdi yaşayış evinə köçürülməsi nəticəsi düzgündür.

23. Digər iddiaçı Səbinə Baktayevanın fərdi yaşayış evinə köçürülməsi ilə bağlı isə məhkəmə kollegiyası hesab etmi şdir ki, iddia həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, işin mübahisəsiz halıdır ki, Səbinə Baktayeva 2020-ci ilin mart ayının əvvəlində digər iddiaçı ilə ailə quraraq fərdi yaşayış evinə gəlin köçmüşdür. Emil Baktayevin, qanunla müəyyən edilmiş əsaslarla, həm cavabdehin ailə üzvü, həm də cavabdehin əvvəlki mənzildə yaşaması əsas götürülərək fərdi yaşayış evinə bağlılığı olsa da, Səbinə Baktayevanın köçürülməsi üçün belə əsaslar mövcud deyil. Digər bir tərəfdən, anologiya üzrə mübahisə Mənzil Məcəlləsinin 30.1-ci maddəsi tətbiq olunduqda, Səbinə Baktayevanın köçürülməsi üçün hüquqi əsasın olmaması daha aydın şərh edilmiş olur. Həmin müddəaya əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşa yan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Aydın olur ki, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvləri olması zəruri şərtdir. Qanunla mülkiyyətçinin ailə üzvləri 2 kateqoriyaya bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Qanunun müəyyən etdiyi mənada Səbinə Baktayeva birinci kateqor iya üzrə cavabdehin ailə üzvü hesab edilmir.

24. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı2 fərdi yaşayış evində hər hansı bir hüququ yaranmadığından, onun sözügedən evə köçürülməsi üçün yuxarıda şərh edilən əsaslar olmadığından, habelə o, cavabdehin nə ailə üzvü, nə də digər qohumu olmadığından onun iddiasının təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgündür.

25. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27, 152.2, 157.8, 158.1, 158.2, 158.4, 159, 228.1, 228.5-ci, Mənzil Məcəlləsinin 1.1, 12.1, 12.2, 30.1, 30.2-ci və Mülki Prosessual Məcəllənin 11.1, 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən iddiaçılar (Vəkil1) və cavabdeh (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

27. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı2 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişlər.

28. İddiaçılar kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qeyd etmişlər ki, İddiaçı2 İddiaçı1 ilə hal-hazırda nikahdadırlar və onun ailə üzvü hesab edilir. Buna baxmayaraq, məhkəmə İddiaçı2 ailə üzvü kimi qiymətləndirməmiş və beləliklə İddiaçı2 hüquqlarına toxunan yekun akt qəbul etmişdir. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, mövcud qanunvericilik birbaşa olaraq iddiaçının ailə üzvü olaraq mübahisəli fərdi yaşayış evinə dair hüququnun olmasına dəlalət etməklə onun məhkəmə qaydasında təminatını şərtləndirir. Məhkəmə sözü gedən hüquq normasına istinad etsə də, onun tətbiqi hissəsində yanlışlığa yol vermiş, həmin hüquq norması birbaşa İddiaçı2 hüququnun tanınmasına yönəldiyi halda məhkəmə hüququn olmaması kimi xarkterizə edərək yanlış təfsir edilmişdir. “Mənzil” anlayışı ərizəçinin mülkiyyətçisi və ya kirayəçisi olduğu əmlakla məhdudlaşmır. O həm də şəxsin uzun müddət ərzində, illərlə məskunlaşdığı qohumuna məxsus evi bildirən anlayış ola bilər (Menteş və başqaları Türkiyəyə qarşı, 73 -cü bənd). “Mənzil” anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X7rşı, 54-cü bənd). Belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X4rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Göstərilən beynəlxalq hüquq normasına müvafiq olaraq qeyd edilməlidir ki, həmin hüquq normasına əsasən iddiaçıların hər birinin mübahisəli fərdi yaşayış evinə dair hüquqları vardır. Lakin, həmin beynəlxalq hüquq norması məhkəmə tərəfindən tam və təfsilatı ilə təfsir edilməmiş, mübahisəli mənzilə dair yalnızca İddiaçı1 hüquqları tanınmış, İddiaçı2 hüququ isə məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, cavabdehin adına özəlləşdirilməmişdir. Belə olan halda cavabdeh şəxslə birlikdə iddiaçılar və onların azyaşlı övladlarının da mübahisəli mənzildən istifadə etmək hüquqları vardır. Dövlət reyestrində qeydə alınmamış, şəxsin adına özəlləşdirilməmiş əmlaka dair özbaşına tikilini inşa etmiş şəxsin və onun ailə üzvlərinin, o cümlədən onunla birlikdə nikahda olan və birgə yaşayan həyat yoldaşının da istifadə hüququ mövcuddur. Buna baxmayaraq Xətai Rayon Məhkəməsi mübahisəni tam araşdırmamış, yalnızca İddiaçı1 və azyaşlı övladının xx.xx.2021-ci il təvə llüdlü X13 yaşayış evinə köçürülməli olması qənaətinə gəlmiş, iddiaçı gəlinin isə ailə üzvü hesab edilməməsi qənaətinə gələrək mübahisəli əmlak- ünvan 1 köçürülməməsini qərara almışdır. Halbuki, gəlin ailə üzvü hesab edilməklə hüquqları təmin edilən İddiaçı1 və azyaşlı övladları xx.xx.2021-ci il təvəllüdlü David Batkayevlə birgə mübahisəli əmlakda yaşaması qanunidir. Bundan savayı cəmiyyətimiz tərəfindən qəbul edilən ailə modelinə uyğun olaraq da iddiaçılar ər-arvad uşaqları ilə birgə birlikdə yaşamalı, ailə münasibətlərini davam etdirməlidirlər. İddiaçı1 həmin mənzilə köçürülməsi, digər İddiaçı2 isə mənzilə köçürülməsi tələbi təmin edilməməsi ailə dəyərlərini təhlükə altına qoymaqla, rəsmi nikahda olan şəxslərin bundan sonra yaşayışına təsir göstərəcəkdir. Belə ki, həm qanun, həm də möv cud adətlər iddiaçıların birlikdə övladları ilə mübahisəli fərdi yaşayış evində yaşamasını tələb edir. Buna baxmayaraq məhkəmə düzgün hüquqi mövqeyə gəlməmiş, yalnızca İddiaçı2 deyil, digər İddiaçı1 və birgə böyütməli olduqları azyaşlı övladlarının da hüquqlarını kobud surətdə pozmuşdur. Həmçinin, cavabdeh özü məhkəmə prosesi zamanı etiraf etmişdir ki, iddiaçılar birlikdə mübahisəli əmlakda yaşamış, İddiaçı2 həmin evə gəlin köçmüşdür. Cavbadeh şəxs İddiaçı2 orada yaşamasına mane olmasını və bundan sonra da yaşamağa icazə vermiyəcəyini məhz özü məhkəmə iclasında bildirmişdir. Belə ki, İddiaçı2 mübahisəli fərdi yaşayış evində yaşamasının təsdiq edilməsi üçün şahid ifadələrinin verilməsi ilə bağlı tərəflərindən vəsatət qaldırılmışdır. Cavabdeh şəxsin isə İddiaçı2 mübahisəli fərdi yaşayış evin ə gəlin köçməsi və ailə ilə birlikdə orada yaşamasını qəbul etdiyi halda həmin şahid ifadələrinə ehtiyac qalmamışdır. Göründüyü kimi, bütün dəlillər iddia tələbinin tam həcmdə təmin edilməsini şərtləndirir. Məhkəmənin gəldiyi hazırki qənaət isə qanunazidd olmaqla İddiaçı2 hüquqlarını kobud surətdə pozur, qanun və cəmiyyət tərəfindən qəbul edilən ailə modeli ilə uyğunlaşmır. Belə ki, digər İddiaçı2 rəsmi nikahda olduğu həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə yaşamalı, birgə təsərrüfat aparmalı və övladlarını da birgə böyütməlidirlər. Həmçinin, məhkəmənin özünün də qeyd etdiyi kimi İddiaçı2 yaşayacaq başqa yaşayış yeri yoxdur. Məhkəmə araşdırılması zamanı da hər hansı bir əmlak onun adına özəlləşdirilməməsi faktı təsdiq olunmuşdrur.

29. Cavabdeh kassasiya şikayətində apellyasiya instans iya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Cavabdeh kassasiya şikayətini verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı1 Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən mənzildən istifadə hüququ olan şəxs kimi oranın satılmasına öz razılığını verdikdən sonra onun həmin mənzillə əlaqəsi kəsilmişdir. Cavabdehin sahibliyində olan mübahisəli fərdi yaşayış evi 2012-ci ildə əldə edildiyindən həmin mübahisəyə hazırda qüvvədə olan mənzil qanunvericiliyinin normaları tə tbiq edilməlidir. Məhkəmələrin hələ 2 yaşı tamam olmamış körpə uşağın anasız mübahisəli evə köçürməsini hansı zərurətdən təmin etməsi anlaşılan deyil. İddiaçı həmin hüquqdan suiistifadə edib uşağı mübahisəli evə gətirərək ona anası yanında olmadan necə qulluq edəcəyini, uşağın səs-küyü xəstə cavabdehə necə təsir edəcəyini tamamilə nəzərə almamışdır. Məhkəmə praktikasında tərəflərin birgə nikahlarında doğulmuş uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olması, azyaşlıların ana himayəsində böyüməsinin onların mənafeyinə uyğunluğu nəzərə alınır, uşaqlar ananın yanında saxlanılırlar. Yuxarıda qeyd etdiyi kimi cavabdeh ürək xəstəliyindən əziyyət çəkir və infarkt keçirmiş yaşlı qadındır. Körpə uşağın, anasız, xəstə və yaşlı cavabdehlə bir mənzildə yaşamas ının təmin edilməsi həm uşağın mənafeyinə qulluq etmir, həm də cavabdehin sakit yaşayış tərzinin pozulması ilə nəticələnir. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Qətnamədən göründüyü kimi apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini təmin etməmiş və borclu olduğuna baxmayaraq apellyator Liliya Batkayevanın şikayətinə ümumiyyətlə münasibət bildirməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

31. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

33. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

34. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan ə sasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar.

37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

38. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

39. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

40. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sa həsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

41. Maddə 1.1 Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, m ənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanı r.

42. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.

43. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.

44. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

45. Maddə 30.2. Əgər ya şayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə m üəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikli k edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən iddianın təmin edilməməsi hissəsində qismən, cavabdeh tərəfindən isə iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 21-24-cü paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olm aqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Məhkəmə kollegiyası həmçinin cavabdehin kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin təmin etməməsinə baxmayaraq, apellyator Liliya Batkayevanın şikayətinə ümumiyyətlə münasibət bildirməməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçı Emil Baktayevin və azyaşlı David Baktayevin mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edərkən, məhz həmin halları mübahisələndirən cavabdehin apellyasiya şikayətinə hüquqi qiymət vermişdir.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırm ış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6328/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar