Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1163/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6068/2022 nömrəli iş üzrə 01 noyabr 2022-ci il qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Elektron Notariat” X1 çıxarışa görə, X8 B akı şəhəri 11 nömrəli notariat ofisində bildirmişdir ki, adına olan **********00042 nömrəli abonent kodunun və işıq sayğacının X7 adına rəsmiləşdirməsinə etirazı yoxdur.
2. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin sədrinə verilmiş yazılı izahatda qeyd edilmişdir ki, o, sayğacın bir ünvandan digər ünvana daşınmasında yalnız iştirak etmiş, nə daşınmadan əvvəl, nə daşınmadan sonra olan mövzularda iştirak etməmiş, məlumatı olmamışdır.
3. Hüquq idarəsinin rəisinin "xxxx" ASC-nin sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatı ilə, xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş əməkdaşların intizam məsuliyyətinə cəl olunması məsələsinə baxılması üçün xidməti məlumat üzrə göstəriş verməyi xahiş olunmuşdur. 4. "xxxx" ASC X2 xx.xx.2021-ci il tarixli qərarına əsasən, Biləcəri ETSİ-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi İddiaçı və qeyrilərinin barəsində "xxxx" ASC İşlər idarəsi tərfindən verilmiş təqdimatın təmin edilməsinə və adları qeyd olunan işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə X6 tərəfindən etiraz edilməmişdir. 5. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli k/22-XXX nömrəli Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə görə, əmək funksiyalarının icrası zamanı ciddi nöqsanlara yol verdiyinə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini keyfiyyətsiz yerinə yetirdiyinə görə Biləcəri ETSİ-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsası: 70 “ç”, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobudşəkildə pozduqda. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli k/22-XXX nömrəli əmrinin ləğv olunması və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2019-cu il tarixdən "xxxx" ASC Biləcəri ETSİ Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmrində göstərilir ki, iddiaçı X9 məxsus obyektə “Asan Kommunal” Mərkəzinə müraciət olunmadan, rüsumdan yayınaraq X5 məxsus mənzilin 2007-ci il tarixdə qeydiyyata alınmış üç fazalı elektrik sayğacını gətirərək quraşdırmış, daha sonra abunə kodu yeni abonentin, yəni XXXin adına dəyişdirilmişdir. Digər abonent üçün isə “Asan Kommunal” Mərkəzinə müraciət olunaraq yeni abunə kodu açılmış və bir fazalı sayğac quraşdırılmışdır. Qeyd olunanlarla bağlı Biləcəri ETSİ-nin nəzarətçi-mühəndisi Hüquq idarəsinə dəvət edilərək izahatı alınmış və göstərilən əməlləri törətdiyini öz izahatında etiraf etmişdir. İddiaçı “Biləcəri ETSİ”nin Enerji satış şöbəsinin nəzarətçimühəndis işləməklə Sulutəpə qəsəbəsi ərazisinə baxırmış. Təxminən 2021-ci ilin yanvar ayının 15-də Xocahəsən qəsəbəsi ərazisinə baxan nəzarətçi-mühəndis XXX xəstə olduğuna görə ondan xahiş etmiş ki, Xocahəsən qəsəbəsi ərazisində X3 evində olan üç fazalı sayğacı çıxarıb X7 evinə quraşdırsın. O da onun xahişini yerinə yetirmiş, montyorla birlikdə həmin işi icra etmişdir. Sayğacın sənədləşdirilməsi ilə əlaqədar bütün sənədlər yerində imiş, X3 notariusda təsdiqlənmiş ərizəsi də var imiş, 2021-ci ilin avqust ayının 18- də Satış Departamentinin sədr müavini XXX onu çağırıb bildirmişdir ki, qanunsuz olaraq sayğac dəyişdirilmişdir. Ona ərizə yazıb işdən çıxmağını təkidlə tələb etmiş, sonra onu Hüquq şöbəsinə çağırmışlar. Lakin o, izahat yazıb bildirmişdir ki, onun heç bir gün ahı yoxdur. Yalnız iş yoldaşının xahişini yerinə yetirmiş və heç bir qanunsuzluğa yol verməmişdir. Sonra o, öz işini davam etmişdir. 2022-ci ilin yanvar ayının 17-də əmri verilmişdir. xx.xx.2022-ci il tarixli əmr qərəzli xarakter daşıyır, tamamilə qanunsuz və əsassızdır. İşlədiyi müddətdə qüsursuz işləmiş, heç bir intizam xətasına yol verməmiş, rəhbərlik tərəfindən heç bir intizam tənbehi almamışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2442/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim R.Xəlilov).
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı özü xx.xx.2021-ci il tarixli izahatında sayğacın bir ünvandan digərinə daşınmasında iştirak etdiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçının öz işinə səhlənkar yana şması səbəbindən əmək müqaviləsinin və vəzifə təlimatının tələblərini kobud şəkildə pozmuş, vətəndaşlara məqsədli şəkildə ödənişdən yayındırılmasına şərait yaratmış və nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə zərər vurulmuşdur.”
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə, 12-ci maddəsinin «c» bəndinə, 70-ci maddəsinin «ç» bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, 72-ci maddəsinə, 186-cı maddəsinin 2-ci bəndinə, Enerji Təçhizatı və Satışı İdarəsinin Enerji Satışı Şöbəsinin nəzarətçi mühəndisinin vəzifə təlimatının 2.13, 2.25, 2.26, 2.28, 2.29 və 2.36-cı bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məh kəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlillərinə görə, işdə olan sənədərdən göründüyü kimi, o, şəxsən öz əmək funksiyasinı və müqavilə üzrə üzərimə götürdüyü öhdəlikləri, həmçinin əmək vəzifələrini pozmamış, sadəcə olaraq iş yoldaşının xahişini yerinə yetirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsidir (işçinin üzürsüz səbəbdən işə gəlməməsi, işdə olduğu müddətdə əmək funkisayalarına aid olmayan işlərlə məşğul olması və sair). Əmək funksiyası yerinə yetirilərkən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqların düzgün yerinə yetirilməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə.
2. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Lakin birinciinstansiya məhkəməsi qeyd edilən əmrin qanuniliyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ikinci hissəsi yəni Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hall arda əmək vəzifələrini kobud şəkildə pozulması ilə əsaslandırmaqla maddi hüquq normasını səhv tətbiq etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının törətdiyi nöqsan əmək vəzifələrinin kobud pozulması kimi hesab edilsə belə bu nöqsana görə tənbeh işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək, lakin intizam xətasının törədildiyi gündən altı aydan gec olmayaraq verilə bilər. Belə ki, AR Əmək Məcəlləsinin 187-cimaddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkaredildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçının yol verdiyi nöqsan kimi sənədləşdirilmiş hadisə 2021-ci ilin yanvar ayının 15-də baş vermiş, 2021-ci ilin dekbar ayında həmin nöqsana görə işçi izahat yazmışdır. İntizam tənbehi isə intizam xətasının törədildiyi vaxtdan 1 il müddət keçdikdən və həmin xətanın aşkar olunduğu gündən isə 1 ay keçdikdən sonra xx.xx.2022-ci ildə tətbiq edilmişdir. Qeyd edilən halın araşdırılması hazırkı iş üzrə mübahisənin düzgün həlledilməsi üçün mühüm əhəmiyyətə malik olsa da birinci instansiya məhkəməsi bu halı araşdırmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6068/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi lə ğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmri ləğv edilmiş, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilmiş, xx.xx.2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qət olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iddiaçının yol verdiyi nöqsan kimi sənədləşdirilmiş hadisə 2021-ci ilin yanvar ayının 15-də baş vermiş, 2021-ci ilin noyabr ayında həmin nöqsana görə işçi izahat yazmışdır. İntizam tənbehi isə intizam xətasının törədildiyi vaxtdan 1 il müddət keçdikdən və həmin xətanın aşkar olunduğu gündən isə 2 ay keçdikdən sonra xx.xx.2022-ci ildə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məc ələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
16. Şərh olunan maddi hüquq normasına əsasən, məhkəmə fərdi əmək mübahisəsinə baxarkən iddiaçının tələblərinin haqlı olduğu, onunla bağlanmış əmək müqaviləsinə qanunun tələbləri pozulmaqla xitam verildiyi qənaətinə gəldiyi təqdirdə, əvvəlki işinə bərpa olunması ilə yanaşı, vurulmuş maddi zərərin işə götürəndən tutulmasını qərara ala bilər.
17. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin k/22-XXX saylı, 17 yanvar 2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı "xxxx" ASC-nin “Biləcəri ETSİ- nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilməli, 17 yanvar 2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.”
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndi, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin «ç» bəndi, 71-ci maddəsinin 2-ci bəndi, 186-cı maddəsinin 2-ci bəndi, 187.2 və 187.3-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı Hüquq idarəsinə dəvət edilərək, izahatı alınmış və göstərilən əməlləri törətdiyini öz izahatında etiraf etmişdir. Həmçinin, "xxxx" ASC X2 qərarı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddə sinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə cavabden tərəfindən qanunvericiliyin tələblərinə tam riayət edilməklə xitam verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddia ərizəsinin əsasları və apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işə götürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmə diyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə
186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; Maddə
187. İntizam tənbehinin verilməsi qaydaları
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir;
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşka r edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan f aktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
30. Kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticəni intizam tənbehinin intizam xətasının törədildiyi vaxtdan 1 il, həmin xətanın aşkar olunduğu gündən isə 2 ay keçdikdən sonra tətbiq edilməsi, yəni Əmək Məcəlləsinin 187-ci maddəsinin 2 və 3-cü bəndlərində nəzərdə tutulan 1 və 6 aylıq müddətlərin keçməsi ilə əsaslandırsa da, şikayətdə bu məsələyə hər hansı münasibət bildirilməmişdir. Həmin müddətlər keçdikdən sonra iddiaçıya intizam tənbehinin verilməsi onunla bağlanmış əmək müqaviləsinə cavabden tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməklə xitam verildiyini təsdiq edir. İddiaçının öz izahatında əməlini etiraf etməsi və həmkarlar ittifaqı təşkilatının əmək müqaviləsinə xitam verilməsinə etiraz etməməsi isə qanunun sözügedən imperativ göstərişinə hər hansı qaydada təsir etmir.
31. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6068/2022 nömrəli iş üzrə 01 noyabr 2022-ci il qətn aməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.