Məhkəmə qərarları › İş №2(102)-1163/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1163/2024

18.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1163/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Hüseynova (Sərkərova) Qönçə Sərkər qızının cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X1rşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisələri, işə bərpa, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 1169/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-də (bundan sonra – cavabdeh, yaxud xəstəxana) tibb bacısı işləmiş, xx.xx.2017-ci il tarixdə həmin yerdə xəstəxananın poliklinika şöbəsinə tibb bacısı təyin edilmişdir. 2. xx.xx.2023-cü il tarixdə iddiaçı xəstəxananın direktoruna ünvanlanmış ərizə ilə işdən azad edilməsini xahiş etmiş, sonuncu tərəfindən verilmiş eyni tarixli əmrlə (bundan sonra - əmr) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 3. 20.04.2023-cü il ta rixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, sözügedən ərizəsinin etibarsız sayılmasını və əvvəlki işinə qayıtmaq istədiyini xahiş etmiş, lakin cavabdeh yeni işçi ilə əmək müqaviləsi bağlaması və həmçinin həmin vaxt vakant tibb bacısı vəzifəsi olmaması əsası ilə iddiaçının işdən azad olma barədə yazdığı ərizəsini qüvvədə saxlayaraq, iddiaçının işlə təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, onun xəstəxanaya tibb bacısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 300 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin fevral ayından mart ayının sonunadək əmək məzuniyyətinə çıxmış, mart ayının 27-də işə getmişdir. Xəstəxanada ona iki gün işə gəlmədiyi bildirmişdir. Elə hesab etmişdir ki, Novruz bayramı ilə bağlı məzuniyyət gününü düzgün hesablamamışdır. Xəstəxananın aidiyyəti şəxsləri ona bildirmişlər ki, müdir onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxaracaq və ondan sonra heç bir yerdə işləyə bilməyəcəkdir. O, bayram günlərinə görə vaxtı düzgün hesablamadığını deyərək, üzrlü hesab edilməsini xahiş etmişdir. Təkidlə ona demişlər ki, yaxşısı budur, ərizəsini yazıb işdən çıxsın. Ona fikirləşməyə belə imkan verməmişlər. Əmək kit abçasına 70-ci maddənin “ç” bəndinin yazılmasından qorxaraq, məcbur olub ona diqtə edilən formada işdən çıxarılma barədə ərizə yazmışdır. Evə gəldikdən sonra özünə gəlmiş, uşaqları tərəfindən dəstək almış, iradəsi əleyhinə olan işdən çıxma barədə ərizənin etibarsız sayılması barədə ərizə ilə müraciət etmişdir. Lakin işəgötürən tərəfindən ona müsbət cavab verilməmişdir. Belə ki, əmrdə işəgötürənin atasının adı göstərilməmişdir. Sözügedən əmrin verilməsinə əsasən olan yazdırılmış ərizə hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə, iradəsi əleyhinə olan ərizədir və o, həmin ərizənin də etibarsız sayılması barədə ərizə ilə vaxtında müraciət etmişdir.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməmiş izahatında göstərmişdir ki, iddiaçı səhhəti ilə əlaqəda r xx.xx.2023-cü il tarixdən əmək məzuniyyətindən 30 gün istifadə etməsi üçün icazə istəmiş, etiraz edilməmişdir. Xəstəxananın direktoru tərəfindən xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023cü il tarixdə işdə olması qeyd olunmaqla əmək məzuniyyəti haqqında əmr imzalanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı işdə olmamış, heç bir üzrlü səbəb təqdim etmədiyi üçün Poliklinika şöbəsinin böyük tibb bacısı A.Kərimovanın məlumatı əsasında həmin gün öz hesabına məzuniyyətdə olması haqqında işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli əmr imzalanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən ərizə ilə müraciət edərək əmək məzuniyyətinin qalan hissəsinin istifadə edilməsi üçün icazə verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işdə olması barədə “Əmək məzun iyyəti haqqında” əmr imzalanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə işdə olmalı olduğu halda 17; 18; xx.xx.2023-cü il tarixlərdə heç bir üzürlü səbəb təqdim etmədən işdə olmamışdır. Həmin tarixlərdə işdə olmadığına görə əmək haqqından tutulmalar edilmişdir. Bu məlumatları qeyd etməkdə məqsədi iddiaçının ərizəsində qeyd etdiyi kimi, onu qorxudaraq ƏM-in 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad ediləcəyini bildirərək, ona işdən çıxması haqqında ərizə yazmağa məcbur olunması tamamilə əsassızdır. ƏM-in 72ci maddəsinin “a” bəndi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Əgər həqiqətən də işəgötürənin iddiaçını işdən azad etmək fikri olsayd ı, həmin məqamlar yarandıqda bu addımı atardı. Hər bir işçi illik neçə gün məzuniyyət hüququ olduğunu bilir. İşçi bu məzuniyyətin 30 gününü istifadə etdikdən sonra ərizəsində qeyd etdiyi kimi yerdə qalan hissəsinin neçə gün olduğu haqqında məlumatı olmuşdur. Əgər iddiaçı öz ərizəsini qeyd etdiyi kimi təzyiqlə azad olunması barədə ərizə yazmışdırsa, ən azı 3 gün sonra bu barədə hər hansı addımları atmağa başlamalı idi. Bundan əlavə iddiaçı işdən çıxmaq barədə ərizə yazmasını bildirdikdə, İR şöbəsinin əməkdaşları tərəfindən səbəbi soruşulmuş, iddiaçı Bakı şəhərində yüksək məvacibli (1500 manat) iş tapdığı üçün Bakıya gedəcəyini bildirmişdir. Hətta ona işi dəqiqləşənə qədər öz hesabına məzuniyyət götürməsi belə təklif olunmuş, lakin iddiaçı imtina edərək işdən azad olunmasını istəmişdir. Belə liklə, iddiaçı işdən öz iradəsi əsasında azad olunmuşdur. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1531/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Nemət Paşayev).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xəstəxana qanunvericilikdə nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ərizə ilə cavabdehə müraciət edərək, həmin tarixdən işdən azad olunmasını xahiş etmişdir. İddiaçı həmin gündən əmək funksiyalarını dayandırmış və işə gəlməmişdir. İddiaçının yerinə yetirdiyi vəzifə isə xüsusi əhəmiyyə tə malik olduğu üçün işəgötürən tərəfindən onun yerinə yeni işçinin təyin edilməsi zəruri olmuşdur. Belə olan halda işəgötürənin xəbərdarlıq müddəti gözləmək və yaxud həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq vermək vəzifəsi azad olunur, eyni zamanda işçinin də istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermək hüququ istisna edilir. Ona görə də işəgötürən müəssisənin iş rejiminin pozulmasının qarşısını almaq üçün iddiaçının əvəzinə yeni tibb bacısı təyin etmişdir.

10. Məhkəmənin mövqeyinə görə, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqı nda əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işçi tərəfindən əmək müqaviləsinin ƏM-in 68-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, mübahisənin düzgün həll edilməsi üçün həmin məcəllənin 69-cu maddəsində sadalanan əsasların olub-olmaması müəyyən edilməlidir.

11. Məhkəmə hesab etmişdir ki, işəgötürən qismində çıxış edən cavabdehin direktoru tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas, ƏM-İN 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuşdur.

12. Məhkəmə, həmçinin iddiaçı tərəfin iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında, fikirləşməyə belə imkan verməd ən işəgötürənin yaxın ətrafı tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilməklə işdən azad olunması ilə bağlı hədə-qorxuya məruz qaldığına və qorxduğuna görə iradəsinə zidd olaraq ərizə yazmağa məcbur edilməsinə dair istinad etdiyi, dəlilləri işin həqiqi hallarına uyğun hesab etməmişdir. Məhkəmə bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı izahatında ona hədə-qorxunun hansı məsul vəzifəli şəxs tərəfindən edildiyini, həmçinin əmək müqaviləsinə xitam verildikdən sonra 24 gün ərzində etiraz etməməsinin, yəni susmasının səbəblərini dəqiq göstərməmişdir. Cavabdeh tərəf isə iddiaçının istinad etdiyi dəlilləri məhkəmə iclası zamanı təkzib etmişdir. Ona görə də iddiaçının istinad etdiyi dəlillər əmək müqaviləsinin ləğ v edilməsinə dair əmrin ləğv edilməsi üçün yetərli deyildir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ƏM-in 68, 69, 71, 76, 79, 80, 84, 187 və 189-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4–cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əmrdə əsassız olaraq məzuniyyətdən 10 təqvim günü əmək haqqının tutulması göstərilmişdir ki, bu da qanuni olmamışdır.

16. Şəki Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1169/2023 nömrəli 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Mehdiyevin sədrliyi və məruzəsi ilə, Ələddin Məcidov və Mahir Əsədlidən ibarət tərkibdə).

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmrdə işəgötürənin atasının adının göstərilməməsi, sözügedən əmrin əmək qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, əmrdə onu imzalayan işəgötürənin vəzifəsi, adı, soyadı göstərildiyi, eləcə də ƏM-də nəzərdə tutulmuş digər məzmun tələblərinə riayət edildiyi halda yalnız əmri vermiş şəxsin atasının adının qeyd edilməm əsi səbəbindən ləğv edilməsi əsaslı hesab edilə bilməz.

18. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçının özünün müəyyən etdiyi xəbərdarlıq müddəti bir gün təşkil etmişdir. Bu baxımdan iddiaçının ilkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi də məhz həmin müddət daxilində işə götürənə təqdim edilə bilərdi. Lakin iş materialından göründüyü kimi iddiaçı ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifəsindən azad olunduqdan sonra, yəni 20 aprel 2023-cü il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, 20 aprel 2023-cü il tarixli ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün həmin ərizənin əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, həmin ərizə məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında 20 aprel 2023-cü il tarixli ərizənin işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir.

20. Məhkəmə kollegiyası bildirmişdir ki, işəgötürən ƏM-in 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddəti gözləməklə əmək müqaviləsinin ləğvinə dair əmr qəbul etmiş, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, bu zaman əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir

21. İddiaçının əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciəti sözüg edən əmrin ləğvinə əsas vermir.

22. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində göstərilir ki, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

23. Məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsi barədə 27 mart 2023-cü il tarixli ərizənin hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə yazdırılması, iradəsi əleyhinə olan ərizə olmasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən 27 mart 2023-cü il tarixli ərizənin hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə yazdırılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

24. Kollegiya hesab edir ki, iddiaçının işdən işdən azad olunması ba rədə ərizəni hədəqorxu və zor tətbiq edilmə hədəsi ilə yazması öz təsdiqini tapmamışdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 27 mart 2023-cü il tarixli əmrdə əmək müqaviləsinə xitam verildikdən sonra, əsas məzuniyyətindən 10 təqvim günü əmək haqqısından tutulmanın göstərilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin məsələ hazırkı iddia tələbi üzrə mübahisənin predmetini təşkil etməmişdir. Belə ki, iddiaçı iddia tələbində məzuniyyətə buraxılması barədə əmri, məzuniyyətdə olması ilə bağlı hesablanmış məbləğləri mübahisələndirməmişdir.

26. Məhkəmə kollegiyası mövqeyini ƏM-in 12, 68, 69, 70, 73, 74, 75, 300-cü, eləcə də MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 12, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;

31. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

32. Maddə 69, 1-ci hissə. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

33. Maddə 69, 2-ci hissə. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

34. Maddə 69, 4-cü hissə. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, iş əgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

35. Maddə 69, 5-ci hissə. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

36. Maddə 69, 7-ci hissə. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mə hkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhk əmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol vermə mişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1169/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar