Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1164/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsi, çıxarış və vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(008)1210/20122 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-5599/2022 nömrəli qətnaməsi ləğv edilərək ilk iddianın təmn olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti qaytarılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 27.12. 2022ci il tarixli 2(103)-5599/2022 saylı qətnaməsinin ləğ v edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 407.1.3-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; -407.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmam ışdır. Kassasiya şikayətinin məzmunundan cavabdehin apellyasiya instansiyası məhkəməsinin hansı aktını mübahisələndirdiyini müəyyən etmək mümkün olmur. Belə ki, kassasiya şikayətinin giriş hissəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə və ya qərardadından şikayət verildiyi qeyd olunsa da, konkret olaraq apelyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadından şikayət verildiyini qeyd etməmiş, şikayətin nəticə hissəsində isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında isə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi mövcud deyil. Bununla da, kassator Azərbaycan Respublikasının MPM-in kassasiya şikayətinin forması ilə əlaqədar 3 nömrəli əlavəsinin 4-cü bəndi nin tələblərini və Azərbaycan Respublikası MPM-in 407.1-cü maddəsinin tələblərini pozmuşdur.Göstərilən əlavənin 4.2ci bəndinə əsasən şikayət olunan məhkəmə aktının “qətnamə” və ya “qərardad” olması konkret göstərilməlidir Azərbaycan Respublikasının MPM-in 407.1-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti MPM- ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndər ilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1 və 408.1.1-ci maddəslərnə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, i mzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiya məhkəməsinə qaytarılır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 27.12. 2022-ci il tarixli 2(103)-5599/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi t ələbinə dair kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1164/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1164/2023
06.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver