Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1165/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirli yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon X6 Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktya br 2022-ci il tarixli, 2(103)6826/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 07 mart 2016-cı il tarixli müddətsiz əmək müqaviləsi ilə Daşkəsən Rayon baytarlıq İdarəsinin Diaqnostika kabinetində laborant vəzifəsində işləmişdir.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 05 oktyabr 2018-ci il tarixli, 136 saylı əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idarəçiliyində olan rayon (şəhər) Baytarlıq idarələrinin, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin, Epizootiya və X4 Respublika Ekspedisiyasının və 3-cü X1 Referens Laboratoriyasının strukturu təsd iq edilmişdir. Həmin əmr əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Daşkəsən rayon Baytarlıq İdarəsinin strukturu barədə cədvəlin Daşkəsən rayon Diaqnostik Kabineti bəndinin 4-cü bəndində laborant vəzifəsi olması təsdiq edilmişdir.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli, 132 nömrəli qərarının 2-ci hissəsi əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığ ı və Baytarlıq Xidmətləri Mərkəzinin yaradılması və Agentliyin tabeliyinə verilməsi qərara alınmışdır.
4. Struktur dəyişikliyi ilə əlaqədar Daşkəsən Rayon Baytarlıq İdarəsinin rəisi Arzu Rüstəmov tərəfindən idarənin işçilərinə xəbərdarlıq göndərilməklə, onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında xitam verilə bilinəcəyi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqları saxlanılmaqla özlərinə iş yeri axtarmaq üçün bir iş günü əmək funksiyalarının icrasından azad olunduqları, yeni strukturda ixtisaslarına uyğun iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəyi göstərilmişdir. İddiaçı xəbərdarlıqla 05 iyul 2021-ci il tarixdə tanış olaraq, imzası ilə təsdiq etmişdir.
5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 12 iyul 2021-ci il tarixli, 92 saylı əmri ilə Nazirliyin 05 oktyabr 2018-ci il tarixli 136 saylı əmri ləğv edilmiş, Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin strukturu təsdiq edilmişdir. Təsdiq edilmiş həmin strukturda laborant vəzifəsi nəzərdə tutulmamışdır.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin 29 oktyabr 2021-ci il tarixli, 13 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cav abdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Baytarlıq İdarəsinin 29 oktyabr 2021-ci il tarixli, 13 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və əmr verildiyi tarixdən iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 22 oktyabr 2021-ci il tarixdə Daşkəsən rayon Baytarlıq İdarəsinin kadrlar şöbəsinin rəisi laboratoriyanın işçiləri ilə onlayn iclas keçirərək idarəyə ali təhsilli işçilərin götürüldüyünü və iddiaçının işlədiyi laborant vəzifəsinin isə tamamilə ixtisara düşdüyünü, buna görə də onu idarədə sosial işlə təmin edəcəyini bildirmişdir. Təxminən bir həftə sonra idarənin rəisi Arzu Rüstəmov iddiaçı ilə telefonla əlaqə saxlayaraq, işdən könüllü çıxmaq istəməsi barədə ərizə yazmağını tələb etmişdir. İddiaçı ərizəni yazmaqdan imtina etmişdir. Bir neçə gün idarənin rəisi iddiaçıdan müvafiq ərizəni yazmasını tələb etmiş, daha sonra könüllü işdən çıxmadığı halda vəzifəsi ixtisara düşdükdən sonra iddiaçıya idarədə sosial vəzifə verməyəcəyini bildirmişdir. Bu səbəbdən, iddiaçı məcbur olaraq idarə rəisi Arzu Rüstəmovun xidməti otağında guya öz istəyi ilə çıxmaq, həmçinin sosial işlə təmin olunmağı barədə ərizələr yazmışdır. Daha sonra, idarənin rəisi Arzu Rüstəmov iddiaçıya Daşkəsən rayon Məşğulluq İdarəsində qeydiyyata durmasını və beləcə sənədlərinin DOST iş mərkə zinə göndərilməsi bildirilmişdir. Bundan sonra iddiaçı idarənin digər sahə həkimləri ilə birlikdə Daşkəsən rayon Məşğulluq İdarəsinə gedərək qeydiyyatdan keçmişdir. Daşkəsən rayon Məşğulluq İdarəsindən iddiaçıya 2 ay ərzində cavab veriləcəyi bildirilsə də, həmin müddət ərzində iddiaçıya cavab verilməmişdir. Bundan sonra iddiaçı idarənin rəisi Arzu Rüstəmova müraciət edərək, idarədə vakant yer olmasına baxmayaraq hansı səbəbdən işlə təmin etmədiyini soruşduqda, sonuncu DAM-ın rəisi Azər Hacıyevin iddiaçının işə götürülməsinə razılıq vermədiyini bildirmişdir. İddiaçı ilə birlikdə Daşkəsən rayon Məşğulluq İdarəsinə müraciət etmiş sahə həkimləri yenidən tutduqları vəzifəyə geri qaytarılmışdır. İddiaçı bununla əlaqədar olaraq Azər Hacıyevin yanına getmiş və onun niyə işə geri qaytarılmamasını ö yrənmək istədikdə, sonuncu onun 31 ildir işlədiyini və həmin vəzifəyə cavan kadr götürüldüyünü bildirmişdir. Bundan sonra iddiaçı aldadıldığı qənaətinə gələrək prokurorluğa və məhkəməyə şikayət ərizələri yazmışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(005)2438/2022 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində qəbul edilmiş Daşkəsən rayon Baytarlıq İdarəsinin 29 oktyabr 2021-ci il tarixli 13 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsinin Daşkəsən rayon Diaqnostik kabinetinin laborant vəzifəsinə bərpa olunması, əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üç ün ödənilməmiş əmək haqqının ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinə iddiaçının işdən azad olunması barədə ərizəsinin idarənin müdiriyyətinin təkidi ilə yazıb-yazmaması barədə suallara cavab olaraq 26 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 tərəfindən iddiaçıya həmin qurumda ixtisasına uyğun iş olarsa ona məlumat veriləcəyi bildirilmişdir. İxtisasına uyğun iş olmadığından İddiaçı işlə təmin oluna bilməmişdir. Sosial işlə bağlı da iddiaçının sənədləri DOST mərkəzinə göndərilmiş, bu barədə sənədlərin məhkəməyə təqdim ediləcəyini bildirmişdir. Daha sonra mülki işlə bağlı keçirilmiş 21 iyun 2022-ci il tarixli məhkəmə iclasında sədrlik edənin əvvəlk i məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddiaçı tərəfindən Sosial işlə təmin olunacağı barədə ərizə alınması və sənədləri DOST mərkəzinə göndərilməsi qeyd olunmuşdur. “Həmin sənədləri məhkəməyə təqdim edə bilərsiniz?” sualına cavabdehin nümayəndəsi X5 “Xeyr, təqdim edə bilmirik. Keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 həyəcanlı olduğundan doğru məlumat verməmişdir və həmin ərizə mövcud deyildir.”
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad olunması barədə ərizəsinin idarənin müdiriyyətinin təkidi ilə yazmasını cavabdeh etiraf etməsə də, iddiaçının uzun müddət işlədiyi vəzifəsindən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etməsi ilə cavabdehin struktur dəyişikliyi halının tətbiq edilməsi ilə müəyyən səbəbli əlaqənin mövcud olduğunu təsdiqləmək üçün yetərlidir. Belə ki, adətən işçi başqa işə keçmək istədikdə, yaşayış yerini dəyişdikdə, səhhəti imkan vermədikdə, ümumiyyətlə həmin yerdə işləmək arzusunda olmadıqda ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş edir. Hazırki, mübahisə üzrə iddiaçı başqa işə keçməmiş, yaşayış yerini dəyişməmiş, başqa fəaliyyətlə məşğul olmamış, struktur dəyişikliyi bağlı edilmiş xəbərdarlıqda rəhbərlik tərəfindən göstərilmiş təklifdən istifadə edərək əvvəlki vəzifəsinə qayıtmaq istəmişdir. Rəhbərliyinə yazmış olduğu ərizəsində heç bir səbəb göstərməmişdir. Qeyd olunanlar belə bir nəticəyə gəlməyə imkan verir ki, iddiaçının işdən azad olunma barədə ərizəsini kənar təsirlərin nəticəsində yazmışdır.
12. Bundan başqa, iddiaçının işlədiyi Daşkəsən Rayon Baytarlıq İdarəsinin laborant vəzifəsindən İddiaçı əmək müqavi ləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə ləğv edilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin 29 oktyabr 2021-ci il tarixli 13 nömrəli əmrində qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, iddiaçı barəsində qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli əmrdə “Arzu Rüstəmovun” adı və soyadı qeyd edilsə də, ata adı qeyd olunmamışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsi, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndi, 68-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69-ci maddəsinin 7-ci hissəsi, 84-cü madd əsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 15 iyul 2011-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(005)-2438/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(103)-6826/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsəno vun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və Ş.Ə.Məhərrəmovanın iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(005)2438/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin Nazirlər Kabinetinin 07 may 2021-ci il tarixli 132 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, X3 İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin yaradılması və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyinə verilməsi qərara alınmış, yaradıla n qurumların əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərini təsdiq etmək Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır. Həmin qərarın 18 may 2021-ci il tarixdə qüvvəyə minməsi ilə iddiaçının işləmiş olduğu Daşkəsən Rayon Baytarlıq İdarəsinə münasibətdə mülkiyyətçi dəyişikliyi baş vermiş və iddiaçı ilə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqaviləsinin və onun şərtlərinin yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılması imkanı, eləcə də yeni mülkiyyətçinin (Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin) işçilərin əmək müqavilələrini, müəyyən edilmiş qaydalara əməl etməklə Əmək Məcəlləsinin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edə bilmək səlahiyyəti yaranmış dır.
17. Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə, bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddə sində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi iddiaçıya münasibətdə göstərilən səlahiyyətindən istifadə etməmiş, iddiaçının əmək müqaviləsinə isə artıq onun işəgötürəni olmayan şəxs tərəfindən xitam verilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır” müddəasının mənasına görə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçi işdən çıxmaq və işə qəbul olunmaq barədə ərizə yazmaq məcburiyyətində deyil və bu cür ərizələrin verilməməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə əsas yarada bilməz. Əks yanaşma müvafiq normanın (Əmək Məcəlləsinin 70-ci maddəsinin) həddindən artıq geniş təfsiri olardı – hansı ki, hüquq normasının təfsiri heç bir halda yeni hüquq normasının formalaşdırılması ilə nəticələnməməlidir. Başqa sözlə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçi əvvəlki şərtlərlə əmək münasibətlərinə davam edir və əgər yeni mülkiyyətçi yeni struktura uyğun olaraq işçilərin (yaxud ştatların) ixtisarını həyata keçirmək niyyətində olarsa, Əmək Məcəlləsinin müəyyənləşdirdiyi qaydalara əməl etmək şərtilə həmin səlahiyyətindən istifadə edə bilər.
19. Bu kontekstdə apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçıya məhz yeni mülkiyyətçi, yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni strukturda nəzərdə tutulmuş laborant vəzifəsi təklif olunmalı, əgər o, bundan imtina edərdisə, o zaman müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilərdi. İddiaçının işləmiş olduğu Daşkəsən rayon Baytarlıq İdarəsində işçilərin və ya ştatların ixtisarı da aparılm amışdır. Belə ki, Nazirlər Kabinetinin 07 may 2021-ci il tarixli 132 nömrəli Qərarının 11.1-ci bəndində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə bu Qərarın 1ci, 2-ci və 3-cü hissələrinə əsasən yaradılan qurumların əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərinin təsdiq edilməsi tapşırılmışdır.
20. Bundan əlavə apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Arzu Rüstəmov verdiyi izahatında iddiaçıya həmin qurumda ixtisasına uyğun iş olarsa, ona məlumat veriləcəyinin bildirildiyi, ixtisasına uyğun iş olmadığından iddiaçının işlə təmin olunmadığını, sosial işlə bağlı iddiaçının sənədlərinin DOST mərkəzinə göndərildiyini, növbəti iclasda həmin sənədləri təqdim edəcəyini bildirmişdir. Növbəti məhkəmə iclaslarında cavabdeh digər nümayəndə ilə məhkəmə iclasında təmsil olunmuş, o, cavabdehin əvvəlki nümayəndəsinin izahatını təkzib etmiş, sosial işlə bağlı iddiaçının hər hansı müraciətinin olmadığını bildirmişdir. Apellyasiya şikayətinin dəlillərində də, cavabdehin nümayəndəsi Arzu Rüstəmovun həyəcanlı olduğundan qeyd edilən məzmunda izahat verdiyi, iddiaçının işdən azad olunma barədə ərizəsindən başqa hər hansı ərizəsinin olmadığı göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərini inandırıcı hesab etməmiş və cavabdehin sonrakı nümayəndəsinin iddiaçının belə bir müraciətinin olmamasına dair izahatına tənqidi yanaşaraq bunu özünümüdafiə məzmunlu izahat kimi qəbul etmişdir. Belə ki, birinci instans iya məhkəməsinin 26 may 2022-ci il tarixli iclasında iddiaçı və cavabdehin nümayəndələri iştirak etmiş, həmin məhkəmə iclasında cavabdeh iki nümayəndə - Fəridə Allahverdiyeva və Arzu Rüstəmov ilə təmsil olunmuş, Arzu Rüstəmov sözügedən məzmunda izahat verərkən Fəridə Allahverdiyeva ona etiraz etməmiş, izahatında həmin məqamlara toxunmamış, beləliklə, cavabdehin nümayəndələri eyni mövqedən çıxış etmişlər. Növbəti məhkəmə prosesləri cavabdehin nümayəndəsi Fəridə Allahverdiyevanın iştirakı ilə davam etmiş, sonuncu əvvəlki nümayəndənin həyəcanlı olduğundan həmin məzmunda izahat verdiyini, əslində isə belə bir ərizənin olmadığını bildirmişdir.
22. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin qeyd edilən dəlilləri ağlabatan deyildir və işin halları və tərəflərin izaha tları ilə ziddiyyət təşkil edir. Beləliklə, kollegiya apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhz bu baxımdan məhkəmə hesab etmişdir ki, prosessual qənaət prinsipi baxımından mübahisələndirilən əmrin tərtib edilməsinin forması və məzmunu ilə bağlı Əmək qanunvericliyinin şərtlərinə əməl edilməməsinə (əmri verən şəxsin ata adının göstərilməməsi) dair apellyasiya şikayətinin digər dəlili üzrə əlavə araşdırmaya zərurət yoxdur.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə, 63-cü, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2 -ci hissəsinin “a” bəndinə, 69-cu maddəsinin 7-ci hissəsinə, 84-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
24. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il i tarixli, 2(103)-6826/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin, 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin, 84-cü maddəsi nin 2-ci hissəsinin, Mülki Prosessual Məcəlləsinin 77.1, 82, 82.1-ci maddələrinin tələbləri pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, işə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmişdir. Xitam əmrini verən idarə iddiaçının həmin vaxtkı işəgötürəninə yad olan bir idarə (müəssisə) deyil, bu elə eyni idarə, yəni eyni işəgötürəndir. Sadəcə olaraq struktur dəyişikliyi ilə əlaqədar olaraq idarənin adında dəyişiklik olmuşdur. İddiaçı özü öz ərizəsi, yəni şəxsi təşəbbüsü ilə işdən ayrılmışdır.
26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
28. A zərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək q adağandır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessua l hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı əmək müqaviləsini xitam verilməsi barədə ərizəsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin pozulması ilə imzalamışdır. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
34. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hər tərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il i tarixli, 2(103)-6826/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edild