Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1166/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, məcburi pay, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(107)1481/2021 nömrəli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 mənzil X1 mülkiyyətində olmuşdur. X2 və Cavabdeh 03 dekabr 2008-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçı X1 başqa nikahdan övladıdır. X2 27 iyun 2016-cı il tarixdə vəfat etmişdir. 23 fevral 2017-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum X1 vəsiyyətnamə üzrə vərəsəsi kimi İddiaçı tanınmış və miras əmlakı olan ünvan 1 mənzil üzərində sonuncunun mülkiyyət hüququ 01 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası 06 dekabr 2012-ci il tarixdə mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzili ona vəsiyyət etmişdir. Cavabdehin mənzildə yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adından 06 dekabr 2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 2 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu xxx tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX -nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233nömrəli, 01 mart 2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh X1 yaşadığı ünvan 1 mənzildə yaşayaraq, ümumi təsərrüfatı idarə etmiş və aralarında heç bir qeyd şərt olmamışdır. Birgə nikah dövründə həmin mənzili özəlləşdirilmiş, mənzildə əsaslı təmir və yenidən qurma işləri aparmışlar. X2 vəfat etdikdən sonra da, o, həmin mənzildə yaşamış, mənzilin kommunal xərclərini (su, qaz və elektrik pulunu) ödəmişdir. Mərhum əri X1 Bakı şəhərində yaşayan qızları ataları vəfat etdikdən sonra Cavabdeh ilə əlaqəni tamamilə kəsmiş, miras qalmış mənzildən istifadə et məmişlər. İddiaçı ünvan 4 ünvanda yerləşən mənzilə onun xəbəri olmadan Göyçay rayon Notariat Ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzilə dair adına DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən çıxarış verilmişdir. Halbuki, ərindən miras qalmış qeyd edilən mənzil onun tərəfindən qəbul edilməklə idarə edilmiş, miras əmlakı qəbul etmişdir. İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 4 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01 mart 2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Göyçay Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(04 6)-178/2021 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, X1 adından 06 dekabr 2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 2 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu xxx tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233nömrəli, 01 mart 2017-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamənin Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 2 ünvanda y erləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu xxx tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRXnin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01.03.2017-ci il tarixli çıxarışın ləğv edilməsi üçün əsas olması və qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1159.1.1, 1193, 1194, 1195, 1196, 1243.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, Cavabdeh mübahisəli mənzili faktiki idarə etməklə miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etmişdir. Cavabdeh mərhum X1 birinci növbəli vərəsəsidir və mərhum X2 mənzili q ızı İddiaçı vəsiyyət etdiyinə baxmayaraq, Cavabdeh həmin miras əmlakdan məcburi payı vardır. İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, Cavabdeh miras qoyanla nikah münasibətlərində olduğunu, birinci növbəli vərəsə olduğu, miras əmlak olan həmin mənzildə yaşamaqla mirası faktiki qəbul etdiyi nəzərə alınmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(046)-178/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2021-ci il ta rixli, 2(107)-1481/2021 nömrəli qətnaməsi ilə (hakimlər M.A.Əsədlinin sədrliyi və məruzəsi, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(046)-178/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh qeyd edilən mənzili faktiki idarə etməklə miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etmişdir. Qanunvericiliyin tələbinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göyçay Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsinə əs asən ünvan 1 mənzildən ibarət miras əmlakın ərizəçi Cavabdeh tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair ərizəçinin mülkiyyət hüququnun tanınması hazırkı iş baxılarkən hər hansı bir əhəmiyyətə malik deyildir. Digər tərəfdən apellyasiya şikayətinin nəticə hissəsindən görünür ki, apellyator miras əmlakın tərəflər arasında paylara uyğun bölünməsini xahiş edir. Yəni artıq apellyator cavabdehin miras əmlak faktiki qəbul etməyi ilə razılaşır. Ona görə də iş üzrə icraatın dayandırılmaması barədə şikayətin dəlilləri əsassızdır. Miras əmlakın tərəflər arasında paylara uyğun bölünməsi barədə şikayətin dəlillərinə qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələ blər üzrə qətnamə çıxarır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(107)-1481/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya şikayətinin surəti, hüquq və vəzifələrinin izahı barədə bildiriş iddiaçıya təqdim olunmamış, o, yalnız SMS bildirişlə apellyasiya məhkəməsinin vaxtı və yeri barədə məlumatlandırılmışdır. Apellyasiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının vərəsəlik hüququnu yoxlamamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmələr ilk iddiaya tələb həddində baxmış, maddi və prosessual hüquq normalarını pozmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul o lunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator kassasiya şikayətinin nəticə hissəsində yalnız ilk iddia tələbinin təmin edilməsini xahiş etsə də, həmin tələbin təmini qarşılıqlı iddianın əsaslığından asılı olduğundan, kassasiya baxışının hədlərini apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.1-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz n ümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstəri lən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, cavabdehin miras qoyanın birinci növbədə vərəsəsi olması, iddiaçıya vəsiyyətnamə qoyulsa da, cavabdehin miras əmlaka məcburi paya malik olması və onun miras əmlaka sahiblik etməklə və onun idarə etməklə, mirası faktiki qəbul etməsi işin mübahisəsiz hallarıdır. Cavabdehin miras əmlakda payı olduğu halda is ə ilk iddianın təmin edilməsi qeyrimümkündür. Belə ki, vərəsəlik hüququ mülkiyyət hüququnu yaranmasının əsaslarından biridir. Odur ki, mülkiyyətçinin ona məxsus əmlakdan çıxarılmasına dair iddia əsaslı ola bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasını göstərməmişdir. İstinad olunan prosessual hüquq normalarının pozulması ilə bağlı məhkəmə kollegiyası kassatorun dəlilləri ilə razılaşmır. Belə ki, ilk olaraq iş materiallarından müəyyən olunur ki, məhkəmə bildirişləri, tərəflərin hüquq və vəzifələrinin izahı ilə birlikdə iddiaçının və onun nümayəndəsinin ünvanlarına rəsmi qaydada göndərilmiş, eyni zamanda iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildirişlə məlumatlandı rılmışdır. İddiaçı məhkəmədə nümayəndəsi, vəkil Nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Apellyasiya şikayətinin iddiaçıya təqdim edilməməsi isə prosessual hüquq normasının pozuntusu kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı özü apellyator olmaqla, apellyasiya şikayətini imzalamışdır. İddiaçının vərəsəlik hüququnun yoxlanılmaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, iddiaçının bununla bağlı tələbi olmamış və məhkəmələr iddialara MPM-in 218.3-cü maddəsinə əsasən verilmiş tələblər həddində baxmışlar. Yəni, qətnamədə cavabdehin mübahisələndirilən əmlaka vərəsəlik hüququnun olması müəyyən edilsə də, iddiaçının vərəsəlik hüququ hazırki işdə mübahisə predmetini təşkil etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəld iyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(107)-1481/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1166/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1166/2022
05.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver