Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1167/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müddətli əmək müqaviləsi, tərəflərin hüquq bərabərliyi, işəgötürənin vəzifələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1598/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 1980-ci ildə X2 Texnikumunu bitirmişdir. İddiaçı xx xxxxxxx 1981-ci ildə Mingəçevir şəhəri 39 №-li orta texniki peşə məktəbinə (sonrakı adı Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbi, bundan sonra – cavabdeh) laborant qəbul edilmiş, xx xxxxxx 1995-ci il tarixli əmrlə istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. Tərəflər arasında xx xxxxxxxx 2005-ci ildə iddiaçının istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi barədə müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2018-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləs i) 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz xahişi ilə) iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş və eyni tarixli əmrlə yenidən istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmişdir. Həmin tarixdə tərəflər arasında bağlanmış 11 №-li əmək müqaviləsi ilə iddiaçı istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 3 ay sınaq müddəti müəyyən edilməklə 1 il müddətinə xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək müddətinə bağlanmışdır. Sonuncu müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli, 64 nömrəli razılaşmaya əsasən həmin müqavilənin 2.3-cü bəndi aşağıdakı redaksiyada verilmişdir “Bu əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxxxx 2019-cu il tarixdən 3 (üç) ay müddətinə bağlan mışdır”. xx xxxxxx 2019-cu il tarixli, 165 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 165 №-li əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi üzrə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işdən azad olunmasına əsas kimi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, Məktəbdə 20 18-ci ilin sentyabr ayına kimi müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Sonra məktəbə yeni təyin olunmuş direktor ona müddətli əmək müqaviləsi bağlanması lazım olduğunu, müddət bitdikdən sonra yenidən müqavilə bağlanacağını, müddətli əmək müaviləsi bağlanmasına razı olmadığı halda isə işdən azad olunacağını bildirmişdir. Direktorun təkidi ilə, həm də verdiyi vədə inanaraq əmək müaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli ərizəni imzalamağa məcbur olub. Həmin tarixli əmrlə vəzifəsindən azad olunub və eyni tarixli əmrlə yenidən həmin işə qəbul edilib. 2019-cu ilin sentyabr ayında direktor yenidən bir müqavilə imzalanmasını təkid edərək, müqavilənin müddətinin uzaldılmasını bildirib. Bundan sonra müddətli əmək müqaviləsi bağlamasına məcbur edilməsi, eləcə də əmək haqqının və m əzuniyyət pulunun verilməməsi barədə Dövlət Əmək Müfəttişliyinə ərizə ilə müraciət etməyə məcbur olub. Ərizəsinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunub. Bundan sonra direktor onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayacağını bildirərək, xx xxxxxx 2019-cu il tarixli əmrlə onu işdən azad edib. 38 ildən çox müxtəlif vəzifədə, 24 il isə istehsalat təlimi ustası işlədiyi məktəbdən müqavilənin müddətinin bitməsi səbəbindən işdən azad olunmasını qanunsuz hesab edir. İşlədiyi müddətdə işdə hər hansı bir nöqsana yol veməmiş, əmək vəzifələrini layiqincə yerinə yetirmişdir. İşdən azad olunması özünün və ailə üzvlərinin maddi vəziyyətini daha da ağırlaşdırır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2018-ci ildə könüllü şəkildə işdən azad edilmiş, ona t əsir göstərilməmişdir. Elə həmin gün qarşılıqlı razılıq əsasında iddiaçı ilə 1 il müddətinə əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2019-cu ildə əlavə razılaşma əsasında 3 ay müddətinə uzadılmışdır. Lakin iddiaçı işin öhdəsindən gələ bilmədiyinə, tədris prosesi üçün müasir texnologiyanı tam öyrənə bilmədiyinə, eləcə də müqavilənin vaxtı bitdiyinə görə işdən azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-331/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Kərimova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müddətsiz əmək müqaviləsi ilə 38 ildən çox eyni müəssisədə, 23 il eyni vəzifədə işləyən işçinin öz təşəbbüsü ilə könüllü olaraq əmək müqaviləsin ə xitam verilməsi barədə ərizə verməsi, yenidən həmin gün həmin işə qəbul olunmaq üçün ərizə verərək müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyil. Məhkəmə həmçinin, hesab etmişdir ki, cavabdehin iddiaçının işinin öhdəsindən gələ bilməməsi barədə izahatı da əsassızdır. Belə ki, məhkəmə iclasında iddiaçının əmək fəaliyyəti müddətində hər hansı nöqsana yol verməsi, əmək funksiyasının lazımi qaydada yerinə yetirməməsinə görə ona irad tutulması, tənbeh verilməsi müəyyən olunmadı. Eyni müəssisədə, eyni vəzifədə 23 il işləyən işçi ilə müddətli, həm də 3 ay sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanması onun hüquqlarının pozulmasıdır. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsi, 47-ci maddəsi, 294-cü maddəsinin 1-ci hissəsi, 297-ci maddəsi, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-1598/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) cavabdehin apelyasiya şikayəti təmin olunmuş, qətnаmə ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, məhkəmə iddia tələbindən kənara çıxaraq tərəflərin mübahisələndirmədikləri tələb üzrə, yəni iddiaçının müddətsiz əmək müqaviləsi ilə işə bərpa olunması barədə qətnamə qəbul etmişdir. Bundan başqa tərəflər sözügedən müddə tli əmək müqaviləsini sərbəst şəkildə bağlamışlar. Həmçinin iddiaçı həmin müqavilənin müddətli bağlamağa məcbur edildiyini təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 390.1-ci maddələri, Əmək Məcəlləsinin 2, 14-cü maddələri, 45-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 294-cü maddəsinin 1-ci hissəsi, MPM-in 9.1, 9.3, 14.2, 7 7.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, Əmək Məcəlləsinin 47-ci maddəsini düzgün tövsif etməmişdir. Məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinə baxılması zamanı kassator və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəm əsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üzrə yeganə iddiaçı olan kassator şikayət verdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 12
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:...b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək... Maddə
45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə
47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddə tə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə
51. Sınaq müddəti
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e ) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarı İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Mülki Prosessual Məcəllə Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçının işdən azad edilənədək 38 il müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə işlədiyi, həmin müddətin 24 ilini isə istehsalat təlimi ustası vəzifəsində çalışdığı işin mübahisə olunmayan hallarıdır. xx.xx.2018-ci il tarixli əmrlə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş və həmin gün də 3 ay sınaq müddəti müəyyən etməklə 1 illik müddətə eyni vəzifəyə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə tərəflər arasında imzalanmış müqavilə ilə əvvəlki müqavilənin müddəti 3 ay müddətinə uzadılmış, həmin müddətin sonunda isə iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəflər arasında müddətli əmək müqaviləsinin bağlandığına istinad edərək mübahisələndirilən əmri qanuni hesab etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin iddiaçının öz ərizəsi ilə işdən azad edilərək eyni gündə 3 ay sınaq müddəti ilə 1 illik müddətə yenidən işə qəbul edildiyi xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş redaksiyası əmək müqaviləsinin müddətsiz və ya müddətli bağlanmasını mümkün hesab edir. Maddənin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyə n edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə). Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Məhkəmələr tərəfindən hazırkı mübahisə üzrə həmin maddədə sadalanan “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd olunan maddənin “f” bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflər in hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilələrin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarını n, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 38 il müddət ərzində fasiləsiz olaraq eyni müəssisədə işləmiş, həmin müddətin 24 ilini isə sonuncu vəzifədə çalışmış işçinin öz ərizəsi ilə işdən azad edilərək onunla eyni gündə 3 ay sınaq müddəti müəyyən edilməklə 1 illik müqavilənin bağlanması əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Həmçinin belə şəxslə bağlanan əmək müqaviləsində sınaq müddətinin müəyyən edilməsi də Əmək Məcəlləsinin 51-ci maddəsinin təyinatına aç ıq-aşkar ziddir. Həmin maddənin məzmunundan göründüyü kimi sınaq müddətinin müəyyən edilməsində məqsəd işə yeni qəbul edilmiş, yaxud vəzifəyə yeni təyin olunmuş işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdan ibarətdir. Əgər işəgötürən artıq müəssiədə daimi işləyən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün onunla əmək müqaviləsinin ləğv olunmasını arzu edirsə, bu halda işçi ilə əmək münasibətlərinə Əmək Məcəllənin 68-ci maddəsinə deyil, 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsasl andırıcı hissəsində sadalanan maddi hüquq normaları və hüquqi mövqelər nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1598/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.