Məhkəmə qərarları › İş №2(102)-1167/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1167/2022

01.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1167/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspert rəyinin qiymətləndirilməsi zamanı səlahiyyətli şəxs tərəfindən verilməsinin yoxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-80/2021 nömrəli iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, Qəbələ rayonunun Vəndam qəsəbəsində X2 (səhvən Sabir yazılıb) və İddiaçı (səhvən Sdərəddinova yazılıb) ümumi birgə mülkiyyətlərinə 0,13 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-1888F nömrəli 40600048 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

2. Qəbələ rayonun Vəndam qəsəbəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28.10.2019-cu il tarixdə qeydiyyat a alınmışdır və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən, JN-1888 F saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və zəbt etdiyi 0,03 ha torpaq sahəsinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı əsasında onun və X1 mülkiyyətinə verilmiş 0,13 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakin dövlət reyesrtindən çıxarı ş almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə müraciət etmiş və İdarənin əməkdaşları yerində torpaq sahəsinin plan ölçüsünü tərtib edərkən, mülkiyyətindəki torpaq sahəsindən 0,03 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu məlum olmuşdur. Bu səbəbə görə də torpaq sahəsinin tam olaraq ölçülərinin tərtib olunması mümkün olmamışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək göstərmişdir ki, bəhs olunan 0,03 ha torpaq sahəsi onun ixtiyarındadır. İddiaçının torpaq sahəsini zəbt etməmiş, onun istifadəsində olan torpaq sahəsinin cəmi 2 sot yarımı zəbt olunmuş torpaq sahəsidir və həmin torpaq sahəsinin iddiaçının torpaq sahəsinə heç bir aidiyyəti yoxdur.

6. Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(025)-83/2020 nömrəli qətnaməsi ilə (hakim E.İsayev) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18.03.2020-ci il tarixli 1213 saylı rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Zaur Rzayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-1888F nömrəli (kod: ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ rayonun Vəndam qəsəbəsində X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0,13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və koorperativ bağlar, dövlət bağçılıq təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, İddiaçı JN-1888 F saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və zəbt etdiyi 0,03 ha torpaq sahəsinin alınıb ona verilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt edilməmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 28.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən onun və ailə üzvlərinin mülkiyyətindədir. Beləliklə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 1 3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 156.1, 157-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində 18.03.2020-ci il tarixli 1213 nömrəli rəyə istinad etmişdir. Rəydə isə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmadığı qeyd edilmişdir. Ekspert rəyi ilə razılaşmadığını və təkrar ekspertizanın keçirilməsinin təmin olunmasını məhkəmədən xahiş etsə də nəticəsi olmamışdır. Məhkəmə ekspert rəyi il ə razılaşmadığını nəzərə almaqla yenidən işin ekspertizaya göndərilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Nəticədə onun torpaq üzərində olan və qanunla qorunan hüquqları pozulmuşdur.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-80/2021 saylı, 23.02.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, Cavabdeh JN-1888F nömrəli (kod: ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş, Qəbələ rayonun Vəndam qəsəbəsində yerləşən 300 kv.m. həyətyanı torpaq sahəsindən məcburi qaydada çıx arılması və həmin torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi, ekspertiza xərci olan 350 manatın cavabdehə aid edilməsi qət edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Müstəqil Məhkəmə Ekspertizаsı” MMC-dən daxil olmuş 08 oktyabr 2020-ci il tarixli 425 nömrəli ekpert rəyində göstərilmişdir ki, kompleks yerquruluşu xəritəsinə və naturada ölçülmüş torpaq sahəsinin koordinatları üzrə aparılmış tədqiqatın nəticəsinə uyğun olaraq Vəndam qəsəbəsi ərazisində yerləşən, iddiaçılar X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş JN-1888F saylı şəhadətnaməyə əsasən 0,13 ha həyətyanı torpaq sahəsinin 0,097 ha hissəsi Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanmış və faktiki istifadə olunan torpaq sahəsinin daxilində yerləşir. Cavabdeh idd iaçının JN-1888F saylı şəhadətnaməsi əsasında mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin 0.097 ha hissəsini iki tərəfdən daş hasarla, bir tərəfdən dəmir çəpərlə hasara alaraq istifadəsinə qatmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********55-10301 reyestr nömrəli çıxarış əsasında mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsi naturada mövcuddur.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli 10 nömrəli rəydə isə göstərilmişdir ki, JN1888F nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ rayonunun Vəndam qəsəbəsində X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinin 302 kv.metri Cavabdeh tərəfindən tutul muşdur. Tutulmuş sahə çıxıldıqda İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin 998 kv.metrlik (0,0998 ha) hissəsi qalır. Tutulmuş torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilməmişdir. Hazırda Cavabdeh mülkiyyətində və qanuni istifadəsində 0,22 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi onun qanuni istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh faktiki istifadəsində isə onun qanuni istifadəsinə verilmiş torpaq sahəsindən artıq torpaq sahəsinin olması rəyin təsviri hissəsində qeyd edilmişdir.

15. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli qərarı ilə Qəbələ rayonunun Vəndan qəsəbəsində iddiaçı və onun mərhum ərinin ümumi birgə mülkiyyətinə 0,13 ha torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsinin 0,03 hektarı cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb edilsə də, cavabdeh bunu etməmişdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qətnamədə onların hər birinin qəbul edilməsi və ya rədd edilməsi səbəblərini göstərməlidir. İşdə olan üç ekspert rəyinin birində - 18.03.2020-ci il tarixli 1213 nömrəli rəydə cavabdehin iddiaçıya məxsus 0,13 torpaq sahəsini zəbt etməməsi, 08 oktyabr 2020-ci il tarixli 425 nömrəli rəydə 0,097 ha hissəsini tutması, 07 dekabr 2021-ci il tarixli 10 nömrəli rəydə isə 302 kv metrini tutması göstərilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvə sinin olmamasını nəzərə alaraq belə qənaətə gəlmişir ki, mübahisənin həllində sonuncu ekspert rəyi əsas götürülməlidir. Məhkəmə kollegiyası ona görə belə qənaətə gəlmişir ki, 18.03.2020-ci il tarixli 1213 nömrəli rəy tərəflərin qarşılıqlı münasibətlərinə və işin həqiqi hallarına uyğun gəlmir. Çünki, rəydə cavabdehin iddiaçıya aid torpaq sahəsini zəbt etməməsi göstərilsə də, həm iddiaçının nümayəndəsinin izahatından, həm də sonrakı ekspert rəylərindən cavabdehin mübahisəli torpaq sahəsini qanunsuz istifadəsində saxlaması müəyyən olunur. Belə olan halda həmin ekspert rəyinə mötəbər sübut kimi qiymət verilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh Sərdrəzənov Arif Nurpaşa oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

21. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğu n izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.“Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29.“Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə

152. Mülkiyyət hüququnun anlay ışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi“qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla“müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. “Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 1.“Azərbaycan“Respublikasında“torpaqların“özbaşına“tutulması zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada ola “binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutlar ın qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

27. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüququ normalarının tələbləri pozulmuşdur. Buna görə də kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün hə min məhkəməyə göndərilməlidir.

31. Belə ki, baxılan işdə iddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən tutulmuşdur.

32. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

33. İddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Qəbələ rayonunun Vəndam qəsəbəsində 0,13 ha həyətyanı torpaq sahə si verilməsini təsdiq edən JN-1888F nömrəli 40600048 kodlu şəhadətnaməni təqdim edir.

34. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdehlər tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.

35. Bu halın müəyyən edilməsi yerquruluşu sahəsində xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmadığı müəyyən edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi bu rəyi sübut kimi qəbul etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, DƏDRX-nin torpaq sahəsinə baxış zamanı müəyyən olunan fak ta, yəni torpağın cavabdeh tərəfindən bir hissəsinin zəbti ilə ekspert rəyində olan ziddiyyətli mövqe məntiqi cəhətdən tam olaraq bir-birinin əksini təşkil edir. Məhkəmə tələskənliyə yol verməklə işi tam və obyektiv araşdırmamışdır.

37. Məhkəmənin kollegiyasının ekspert rəyini qiymətləndirməsi Azərbaycan Respublikası MPM-nin 88-ci və 103-cü maddələrinə uyğundur. Çünki heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

38. Məhkəmə kollegiyası eksperti n rəyi ilə razılaşmadığına görə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizasının aparılması "xxxx" MMC-nə həvalə etmişdir. 39. "xxxx" MMC-nin 08 oktyabr 2020-ci il tarixli 425 nömrəli ekpert rəyi ilə JN-1888F saylı şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətində olan 0,13 ha həyətyanı torpaq sahəsinin 0,097 ha hissəsinin Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanmas və faktiki istifadə olunan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəylərinin arasında kifayət qədər ziddiyyət olduğunu bildirmiş və komission ekspertiza təyin edərək, ekspertizanın keçirilməsini “X6 və Ekspertiza Mərkəzi” MMC-nə həvalə etmişdir. 41. “X6 və Ekspertiza Mərkəzi“MMC-nin 07 dekabr 2021-ci il tarixli 10 nömrəli r əyi ilə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinin 302 kv.metri Cavabdeh tərəfindən tutulmuşdur. Tutulmuş sahə çıxıldıqda İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin 998 kv.metrlik (0,0998 ha) hissəsi qalır. Hazırda Cavabdeh mülkiyyətində və qanuni istifadəsində 0,22 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi onun qanuni istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

42. Apellyasiya instansiyası məhkəməsi sonuncu rəyi sübut kimi qəbul etmişdir.

43. Lakin istər “X6 və Ekspertiza Mərkəzi” MMC-nin, istərsə də "xxxx" MMC-nin rəyləri sübut kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, “X6 və Ekspertiza Mərkəzi” MMC-nin və “Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ek spertlərin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir.

44. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər.

45. İşə əlavə olunmuş ekspert rəyləri bu tələblərə cavab vermir. Qeyd olunduğu kimi Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

46. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

47. Bu baxımdan, ekspert rəyinin qiymətləndirilməsi zamanı ilk addım h əmin rəyin məzmunu deyil, ekspertiza rəyini vermiş subyektin etkspertiza aparmaq səlahiyyəti araşdırılmalıdır. Əgər bu sualın cavabı mənfi olarsa, o halda ekspert rəyi sübut kimi hər hansı gücə malik olmayacaqdır və onun məzmununun araşdırılması əhəmiyyətsizdir.

48. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

49. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-80/2021 nömrəli iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar