Məhkəmə qərarları › İş №2(102)-1168/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1168/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1168/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənəvi zərərin əvəzinin ödənilməsi barədə 18.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2(103)6604/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı törətdiyi cinayət əm əlinə görə 04 sentyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. 05 sentyabr 2021-ci il tarixdə İddiaçı barəsində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 18 noyabr 2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi Cinayət kollegiyasının qərarı ilə İddiaçı barəsində olan həbs qətiimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 30 dekabr 2021- ci il tarixdə İddiaçı barəsində ev dustaqlığı qətimkan tədbirinin müddəti 03 mart 2021-ci il tarixədək uzaldılmışdır. İstintaq orqanı tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin yekununda məlum olmuşdur ki, İddiaçı əməlində cinayət tərkibi yoxdur və onun barəsində Cinayət Məcə lləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinə və seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilmişdir. İstintaq dövründə İddiaçı narkotik vasitələrin satışı ilə bağlı ittiham edilib və onun qanunsuz olaraq 74 gün həbsdə saxlanılması və həbsin 68 gün ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, cəmi 142 gün ağır cinayət törətməkdə şübhəli bilinməsi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X (bundan sonra cavabdeh) vasitəsi ilə istintaq orqanının səhvi nəticəsində ona dəymiş mənəvi ziyana görə 50.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına ist inadən belə əsaslandırılmışdır ki, istintaq dövründə onun narkotik vasitələrin satışı ilə bağlı ittiham edilib qanunsuz olaraq 74 gün saxlanılması və 68 gün həbsə əvəz olan ev dustaqlığı qətimkan tədbirində olmaqla, cəmi 142 gün ağır və aşağılayıcı cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Dövlət orqanlarının səhvi nəticəsində qanunsuz olaraq tutulmağı ilə əlaqədar özünə və ailəsinə çox böyük maddi və mənəvi zərər dəymişdir. Qanunsuz olaraq 74 gün saxlanılmaqla, ailə üzvlərindən uzaq qalmış və 68 gün həbsə əvəz olan ev dustaqlığı qətimkan tədbirində olmaqla, daimi mənəvi iztirab çəkmişdir. Həbsdə olarkən ailəsi mənəvi məhrumiyyətlərlə üzləşmiş, “narkoman ailəsi” damğası ilə yaşamaq məcburiyyətində qalmışlar. Qanunsuz həbs onun şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, indiyə kimi dostlar və qohumlar ondan qaçmağa çalışır, həyatın hər sferasında bu damğanı hiss edir. Qanunsuz həbs nəticəsində özünə uyğun iş tapa bilmir. Hər dəfə ailəsi İstintaq Təcridxanasına gələndə görüşlərdən sonra o, özünə gələ bilmirdi. Qanunsuz olaraq həbsdə qaldığı müddətdə təhsil alma hüququndan məhrum olmuşdur. Belə ki, mülki iş materiallarına əlavə olunan sənədlərdən məlum olduğu kimi, o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “bakalavr” təhsil səviyyəsinin məşqçilik fakülətsinin 2-ci kursunda əyani formada təhsil alır və həbsdə olduğu müddətdə təhsilindən əsassız olaraq yayınmış və yekunda universitetdən qovulma təhlükəsi ilə üzləşmişdir. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, o, Yunan-Roma güləşi üzrə öz çəki dərəcəsində dəfələrlə yer li və beynəlxalq turnirlərdə yüksək yerlərə layiq görülərək ölkəmizin bayrağını dəfələrlə dalğalandırmışdır. Bundan başqa, öz çəki dərəcəsində gələcəkdə Olimpiya Oyunlarında iştirak etmək üçün qanunsuz həbsdə olduğu müddətdə mütəmadi olaraq Güləş Federasiyasının diqqət mərkəzində olmuş və onun daima məşq etməsi üçün müvafiq şərait yaratmışdır. Barəsində yekun məhkəmə hökmü çıxmadan istintaq orqanı onun əməlinə qanunsuz və əsassız olaraq hüquqi qiymət verərərək, iş materiallarına əlavə olunan “CD” diskə görə müxtəlif televiziya verilişlərində narkotik satıcısı kimi göstərməsi birmənalı olaraq onun Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası hüququ pozulmuşdur. Halbuki, məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İstintaq Təcridxanasında saxlanıldığı müddətdə onun səhhətində problemlər yaranmışdır. İbtidai istintaq hərəkətləri qanunsuz olaraq keçirilmiş və mülki iş materialına əlavə olunmuş 08 noyabr 2021-ci il tarixli Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının sorğuya cavabına və əlavə olunan şəkillərə əsasən ona zor və işgəncə tətbiq edərək cinayəti etiraf etməsinə vadar etmişlər, lakin yekunda onun əməlində cinayət tərkibi olmadığına görə onunla bağlı icraata xitam verilməsi haqqında qərar çıxarılmış və bu onun şəxsiyyətinə və mənliyinə çox böyük zərbə olmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mənəvi ziyana görə 50.000 manat məbləğində vəsaiti n ona ödənilməsini tələb edir. Mülki Məcəllənin 1101.1-ci, 1114.3-cü maddələrinə istinad edərək qeyd edir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət etiraz ərizəsinə əlavə olunur. Mənəvi ziyanın vurulması ilə bağlı bildirir ki, iddiaçı mənəvi ziyan vurulması ilə bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir. Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad edərək, həmçinin qeyd etmişdir ki, iddiaçı mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının 08 oktyabr 2021-ci il tarixli məktubunda iddiaçının 06 sentyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildiyi, onun Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsindən ilkin tibbi müayinədən keçdiyi, ilkin tibbi müayinə zamanı onun xəsarət almasını bildirməsi nəticəsində bədəninin dəri səthinə baxış keçirilərkən sağ göz altı nahiyədə tünd bənövşəyi rəngli qançır müşahidə edilməsi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(006)1966/2022 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pulun cavabdeh vasitəsi ilə Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, yuxarıda qeyd olunan hallara əsasən iddiaçının “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun müddəalarına əsasən ziyanın ödənilməsi hüququ yaranmışdır. İddiaçı, yalnız mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Tələb əsaslıdır, çünki i ddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb və onun barəsində qətimkan tədbiri seçilib, nəticədə mənəvi sarsıntı keçirib və iztirab çəkib. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsindən görünür ki, belə halda mənəvi zərərin əvəzi ödənilməlidir. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan mənəvi ziyanın həcmini 5.000 manat müəyyən edərkən, onun əsassız yerə etmədiyi cinayət əməlində ittiham edilməsini, bununla bağlı uzun müddət istintaq aparılmasını və barəsində öncə həbs qətimkan, daha sonra isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini və sair diqqətəlayiq məqamları nəzərə almışdır. Birinci in stansiya məhkəməsi qeyd etmişdir ki, zərərin ödənilmə mənbəyi “Dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəll ənin 1096, 1100, 1101-ci maddələrinə, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1 58.2-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. Cavabdeh isə apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qət namə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti birinci instansiyada təqdim olunmuş etiraz ərizəsinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkumetmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Lakin, məhkəmə işə mahiyəti üzrə baxarkən məsə ləni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2(103)6604/2022 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz, çünki mənəvi zərərin əvəzi kimi 5.000 manatdan çox məbləğin tutulması üçün əsaslar yoxdur. Cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz, çünki mənəvi zərərin əvəzinin ödənilməsindən imtina edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı 5.000 manat məbləğində qismən təmin etməklə düzgun nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya şikayətlərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096, 1100, 1101-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlillə ri İddiaçı(vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamənin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zi yan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünü idarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyəti Dövlət orqanlarının, yerli özünü idarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünü idarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyə tinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki iş üz rə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya inastansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassas iya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı törətdiyi cinayət əməlinə görə 04 sentyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. 05 sentyabr 2021-ci il tarixdə onun barəsində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 18 noyabr 2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi Cinayət kollegiyasının qərarı ilə iddiaçı barəs ində olan həbs qətiimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 30 dekabr 2021- ci il tarixdə iddiaçı barəsində ev dustaqlığı qətimkan tədbirinin müddəti 03 mart 2021-ci il tarixədək uzaldılmışdır. İstintaq orqanı tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin yekununda məlum olmuşdur ki, iddiaçının əməlində cinayət tərkibi yoxdur və onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinə və seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilmişdir. Həmçinin, istintaq dövründə iddiaçı narkotik vasitələrin satışı ilə bağlı ittiham edilib və onun qanunsuz olaraq 74 gün həbsdə saxlanılması və həbsin 68 gün ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, cəmi 142 gün ağır cinayət törətməkdə şübhəli bilinməsi müəyyən edilmişdir. Apellyasiya in stansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, işin yuxarıda qeyd olunan hallarına görə iddiaçı, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun müddəalarına əsasən ona vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı, yalnız mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Tələb əsaslıdır, çünki iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb və onun barəsində qətimkan tədbiri seçilib, nəticədə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Bu səbəbdən də “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nə ticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5ci maddəsinə əsasən ona dəymiş mənəvi zərərin əvəzi ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıya ödənilməli olan mənəvi ziyanın həcmini 5.000 manat müəyyən edərkən, onun əsassız yerə etmədiyi cinayət əməlində ittiham edilməsini, bununla bağlı uzun müddət istintaq aparılmasını və barəsində öncə həbs qətimkan, daha sonra isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini və sair diqqətəlayiq məqamları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı 5.000 manat məbləğində qismən təmin etməklə düzgun nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tət biq etmişdir və apellyasiya şikayətlərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və mənəvi zərərə görə onun xeyrinə tutulan 5.000 manat pul vəsaitini yetərli hesab edir və istisna etmir ki, mənəvi zərər- bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərə cəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumiətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə müxtəlif ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransada və İtaliyada mənəvi zərərin mi qdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsi ndə xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn: şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsə qəsdən ağır xəsarət yetirilməsi nəticəsində onun məruz qaldığı mənəvi zərərin miqdarı fərqləndirilməlidir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişi rdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin maddi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qane edici olmaz. Həmçinin, təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin miqdarının müəyyən edilməsində əhəmiyyətli faktorlardan biri hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin miqdarı məsələsi həll edilərkən, ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanlar ı iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn: məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Ona görə də kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin məbləğinə aid hissədə gəldiyi nəticə ilə razılaşır. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2(103)-6604/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar