Məhkəmə qərarları › İş №2(102)-1169/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1169/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1169/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2162/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları 1. xx.xx.2023-cü il tarixli Akta əsasən, Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, 5 saylı evin 1/21 saylı mənzilinə dair İddiaçı adına açılmış məişət qaz sayğacına kənar xətt qoşulduğu aşkar edilmiş və qaz istehlakçılarının günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 51840 m3 müəyyən edilmişdir.

2. Abonentin saldosuna əsasən, Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, 5 saylı evin 1/21 saylı mənzilində yaşayan İddiaçı təbii qazdan istifadəyə görə 6.220,80 manat məbləğində borc hesablanmış, həmin saldodan müəyyən olunur ki, abonent tərəfindən sonuncu dəfə 2.000 manat məbləğində ödəniş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh İB Sumqayıt Qaz İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən ona hesablanmış 6220,80 manat borcun onun abonent hesabından qanunsuz və əsassız olması səbəbindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh kimi Cavabdeh İB Sumqayıt Qaz İstismar Sahəsi əvəzinə Cavabdeh İB-nin nəzərə alınmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı abonent kodu **********08210 olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, 5 saylı evin 1/21 saylı mənzilində yaşayır və həmin mənzilin mülkiyyətçisidir. 25 aprel 2023-cü il tarixdə cavabdehin əməkdaşları fərdi yaşayış evinə gələrək az əvvəl dəyişdiyi sayğaca baxış keçirərək hesab etmişlər ki, qeyri-qanuni qaz xətti vasitəsilə qazdan istifadə edilmişdir, halbuki onun ümu miyyətlə sayğaca hər hansı bir müdaxiləsi olmamışdır. Cavabdeh hesab etmişdir ki, 360 gün müddətində 24 saat qazdan istifadə artıq etməklə o, 51.840 kub metr qaz istifadə etmişdir və 6.220,80 manat bir ilə borcu yaranmışdır. Həmin borc ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmışdır. Halbuki, 2022-ci ildə o, cəmi 324 manatlıq qaz istifadə etmişdir, 2023-cü ildə 4 gözlü qaz plitəsi, qızdırıcı radiator peçi və samovar kimi cihazı qeydə alınmışdır. İstehlakçı olaraq aylıq 500 manatdan çox qaz istifadə etməyi mümkünsüzdür. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(060)-4118/2023 saylı qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilərək, Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, 5 saylı evin 1/21 saylı mənzilinə dair (abonent kodu: **********08210) hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı aktın tərtib edilməsi ilə bağlı video görüntü və ya qeyd edilən aktın tərtib edilməsində iştirak edən şəxslərin məhkəməyə şahid qismində təqdim edilməsi cavabdehə təklif edilsə də, iddiaçı həmin video görüntünü məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında həmin şəxslərin iştirakını təmin etməmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər isə kserosurət olmaqla həmin şəkillərə əsasən iddiaçının mənzilində kənar xətdən istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün deyil.

8. Beləliklə, məhkəmə yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda qazdan kənar xətt vasitəsilə istifadə edi ldiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Cavabdeh isə mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutları təqdim edə bilməmişdir.

9. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarına, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsa slandırılmışdır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi iddiaçının yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 5 saylı evin 1/21 saylı mənzilinə xidmət edən sayğaca baxış keçirmiş və orada sayğacdan kənar qeyri-qanuni xətt (video görüntü və fotoşəkillər mövcuddur) aşkarlamış, bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-yə göndərilmişdir. Həmin akta uyğ un tələbnaməyə əsasən iddiaçının abonent koduna 51840 kub.metr qaz sərfiyyatına görə 6.220,80 manat itirilmiş qazın dəyəri hesablanmışdır. Qeyd olunan borc məbləği itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Qətnamə qəbul edən məhkəmə təqdim edilmiş sənədlərin heç birini nəzərə almamış, iddianın təmin edilməsinə heç bir əsas olmadan borcun silinməsi barədə əsassız qətnamə qəbul etmişdir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdu r. İstehlakçıya dəymiş zərərin əvəzinin ödənilməsi barəsində bildiriş göndərilmişdir. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2162/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, borcun hesablanmasına əsas olan tələbnamə və akt cavabdeh təşkilat tərəfindən qəbul edildiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifə si də məhz cavabdehin üzərinə düşür. Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsində istehlakçı kimi qeydiyyatda olan iddiaçı özünə məxsus mənzildə müvafiq alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə etmiş və 2022-ci ildə 324 manat, 2023-cü ildə isə bir dəfəyə 2.000 manat ödəniş edilmişdir.

14. Cavabdeh tərəfindən iddiaçının yaşadığı (abonent kodu: **********08210) ünvanda təbii X1na riayət olunması vəziyyəti yoxlanılarkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmasına, bununla bağlı akt tərtib olunmasına baxmayaraq, səlahiyyətli orqan olan Azəriqaz İB tərəfindən hərəkətsizlik edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş, “X1”nın 6.5-ci bəndinə riayət edilməmiş, əksinə pozun tunun davam etdirilməsinə şərait yaradılaraq borc məbləğinin artmasına imkan yaratmışdır.

15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli akt əsasında “dəymiş ziyanın bərpasına dair” eyni tarixli tələbnamə adlı sənədə əsasən qaz sayğacının nominal qaz sərfi 6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sonda itirilmiş təbii qazın həcmi 51.840 (6x 24 x 360) kub metr müəyyən edilmişdir. Cavabdeh tərəf bu qaydada hesablanmasının özlərinin daxili əmri əsasında aparıldığını əsaslandırmağa çalışmış, lakin hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 24 saat və 360 gün müddətlə aparıldığı nı əsaslandıra bilməmişdir.

16. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3, 1.4, 4.1, 4.2, 4.8, 5.2, 6.5, 6.7-ci bəndlərinə, Qaz təchizatı” haqqında Qanunun 11-ci maddənin 6-cı bəndinə və 13-cü maddənin 8, 9-cu bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhk əməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə məxsus ümumi qaz paylayıcı küçə qaz xəttinə boru vasitəsilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinə özbaşına qaz xətti çəkmiş, mənzilini təbii qaz ilə təmin edən qaz sayğacı üzrə ödənişlər aparmaqla (pul ödəmədən) təbii qazdan qanunsuz istifadə etməklə öhdəlik münasibətlərini pozmuşdur. İddiaçı, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilə öhdəliklərini pozmuş, cavabdehə məxsus qaz paylayıcı küçə qaz xəttinə boru vasitəsi ilə qanunsuz qoşulub fərdi yaşayış evinə qaz xətti çəkməklə cavabdehə maddi zərər vurmuşdur. İddiaçının təbii qazdan qanunsuz istifadə etməsi faktı aktla rəsmiləşdirilmiş, həmin aktı iddiaçı imzalamaqdan imtina e tmişdir. İstinad olunan xx.xx.2023-cü il tarixli, ******* saylı aktın həqiqiliyini, mötəbərliyini, əsaslılığını işə baxan məhkəmələr mülki iş materiallarına əlavə edilmiş həmin aktın tədqiqatını aparmadan qanuni və əsaslı olmayan yekun məhkəmə aktları qəbul etmişlər. İddiaçı öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıdığından, yol verdiyi hər bir qanuna zidd fakta münasibətdə cavabdehə vurmuş olduğu maddi zərərə görə məsuliyyət daşıyır. İddiaçı cavabdehə məxsus ümumi qaz paylayıcı küçə qaz xəttinə boru vasitəsi ilə kustar üsulla qanunsuz qoşulmaqla cavabdehin əmlakına və işgüzar nüfuzuna maddi zərər vurmuş olduğundan, vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş üzrə məhkəmə kollegiyası iddiaçı tərəfindən imza lamaqdan imtina edilmiş aktı, abonent saldoları ilə əlaqəli şəkildə şərh etməmiş, cavabdeh tərəfindən təsdiq edilmiş aktları və abonent saldolarını sübut qismində qəbul etməməsinin səbəblərini izah etməmiş, həmin sübutları hüquq normalarına müvafiq olaraq qiymətləndirməmişdir. İddiaçı tərəfindən akt yazılan tarixdən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə 2000 manat ödəniş edilmişdir. Akt yazılandan sonra iddiaçı tərəfindən edilmiş bu hərəkət qanunsuz qoşulma halının mövcud olmasının etirafı kimi qəbul edilməlidir. Ümumiyyətlə apellyasiya instansiya məhkəməsi öz qətnaməsində qanunsuz qoşulma faktını təkzib etməsə də hesablanmış ziyan məbləğinin yüksək olmasını bildirmişdir. Özünə məxsus hesablama apararaq müəyyən bir ziyan məbləğinin hesabatını aparmışdır. Dolayısı ilə ziyan faktını t əsdiqləmişdir. Daha sonra məhkəmə həmin ziyanın iddiaçı tərəfindən artıq ödənildiyini bildirərək artıq ödənilmiş ziyan məbləğini təkrar silmişdir. Halbuki, dəymiş ziyanın məbləği şişirdilmiş və əsassız olması qənaətinə gəlinmişdisə belə, o zaman məhkəmə ödənilmiş 2000 manatı ümumi ziyan məbləğindən çıxmalı və təkrar hesablama apararaq qalan məbləği silməli olduğu halda bunu etməmişdir. Bu da nəticədə abonent saldosuna əsasən iddiaçının borc kimi silinməsini istədiyi mövcud olmayan borcun silinməsinə gətirib çıxarmışdır. Çünki iddia qaldırılan dövrdə iddiaçının abonent saldosuna əsasən 4.220,80 manat borcu olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məc əlləsi

20. Maddə 560.

1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

21. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 13, bənd 8.1. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birin ə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunu n xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1” 23. 4.2-ci bənd Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəx s olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, t əmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə v ə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşa raq qeyd etmişdir ki, iddia olunan borcun hesablanmasına əsas olan tələbnamə və akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edildiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi də məhz həmin təşkilatın üzərinə düşür.

34. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Sumqayıt Qaz İstismar sahəsində istehlakçı kimi qeydiyyatda olan iddiaçı özünə məxsus mənzildə müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə 2022-ci il tarixdə 324 manat, 2023-cü il tarixdə isə birdəfəyə 2.000 manat ödəniş etmişdir.

35. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı (abonent kodu: **********08210 ) mənzildə təbii X1na riayət olunması vəziyyəti yoxlanılarkən, onun sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilməsinə və bununla bağlı akt tərtib olunmasına baxmayaraq, cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş, “X1”nın 6.5-ci bəndinə riayət olunmamış, əksinə pozuntunun davam etdirilməsinə şərait yaradılaraq borcun artmasına süni şərait yaradılmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli akt əsasında “dəymiş ziyanın bərpasına dair” eyni tarixli tələbnamə adlı sənədə əsasən qaz sayğacının nominal qaz sərfi 6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qa zın bərpası üçün hesabat aparılmış və sonda itirilmiş təbii qazın həcmi 51.840 (6x 24 x 360) kub.metr müəyyən edilmişdir. Cavabdeh, bu qaydada hesablamanı özlərinin daxili əmri əsasında apardıqlarını əsaslandırmağa çalışmış, lakin hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 24 saat və 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir.

37. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə d üzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)-2162/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar