Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1170/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinə və Cavabdeh2na qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin məzmununa dair tələblər, əmrin etibarsızlığı, iş vaxtı ərzində törədilən inzibati xəta və ya cinayət tərkibli əməl, təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinə və Cavabdeh2na qarşı əmrin ləğvi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-6924/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçın (bundan sonra – iddiaçı) 2008-ci ildən Cavabdeh2nda (bundan sonra – cavabdeh və ya xəstəxana) işləmiş, sonuncu vəzifəsi konsultativ poliklinika şöbəsinin tibb qeydiyyatçısı olmuşdur.
2. Xəstəxananın Tibbi şurasının xx.xx.2021-ci il tarixli iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilməsi qərar a alınmışdır.
3. Xəstəxananın baş həkiminin xx.xx.2021-ci il tarixli, 108-K saylı əmrinə (bundan sonra – mübahisəli əmr) əsasən iddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə (bundan sonra - əmək müqaviləsi) xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-28/2022 saylı hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 32.4, 308.1 və 32.4, 313 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 32.4, 308.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla,01 il 06 ay müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 32.4, 313 maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla iddiaçıya qəti olaraq hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 il müddətinə islah işləri cəzası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli əmrin ləğv edilməsi, onun xx.xx.2021-ci il tarixdən etibarən cavabdeh müəssisənin konsultativ poliklinika şöbəsinin tibb qeydiyyatçısı vəzifəsinə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edi lməsi, xx.xx.2021-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının cavabdeh müəssisənin hesabından tutularaq ona ödənilməsi, işgüzar nüfuzuna və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat pulun cavabdeh müəssisənin hesabından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifəni hər zaman layiqincə yerinə yetirmiş və işlədiyi müddət ərzində əmək qanunvericiliyinin və əmək müqaviləsi üzrə öhdəliyin heç bir normasını pozmamışdır. Lakin cavabdeh müəssisənin baş həkimi qeyri-müəyyən səbəblərdən mübahisəli əmri imzalamışdır. Baş həkimin qəbulunda olaraq məsə ləni araşdırmaq və hansı səbəbdən işdən azad edildiyini öyrənmək istədikdə ona bildirilmişdir ki, öz xahişi ilə işdən azad olma barədə ərizə yazmadığı üçün işdən azad edilmişdir. Mübahisəli əmrdə işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı əsaslandırılmamış, Əmək Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasına əməl edilməmişdir.
7. İşə baxılması zamanı Xəstəxananın Həmkarlar ittifaqı komitəsinin xx.xx.2021-ci il tarixli iclasından çıxarış elektron qaydada məhkəməyə təqdim edilmişdir (həmin sənədin surəti apellyasiya baxışı zamanı kağız daşıyıcıda da təqdim edilmiş və işə əlavə olunmuşdur). Çıxarışa əsasən iclasda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilməsi məqsədə uyğun hesab edilmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 avqust 2022-ci il tarixli, e-2(007)-120/2022 nömrəli qətnaməsi ilə (hakim X3) iddia qismən təmin olunmuş, mübahisəli əmr ləğv olunmuş, iddiaçının cavabdeh müəssisənin konsultativ poliklinika şöbəsinin tibb qeydiyyatçısı vəzifəsinə bərpa edilməsi, həmin müddət əmək stajına aid edilməklə xx.xx.2021-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının cavabdeh müəssisənin hesabından tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli əmrdə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilsə də, əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilməmişdir. Konkret olaraq əmək müqaviləsinə hansı əsaslarla xitam verildiyi öz əksini tapmamışdır. İşəgötürən əmək müqaviləsinə xitam verərkən iddiaçının cinayət xarakterli əmələ yol verməsini, bununla əlaqədar cinayət təqibinin başlanmasını nəzərdə tutmuşdursa (halbuki əmrdə bu hal göstərilməmişdir) bu da mübahisəli əmrin qanuni və əsaslı olmasına dəlalət etmir. Belə ki, işçi inzibati və ya cinayət xarakterli əmələ yol verdikdə işdən kənarlaşdırılmalı, müvafiq araşdırma aparılmalı, y alnız məhkəmənin və ya inzibati orqanın qanuni qüvvəyə minmiş qərarı olduqda və həmin qərarla onun təqsirliliyi sübuta yetirildiyi halda Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istinad olunmaqla (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) Məcəllənin 70-ci maddəsinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilə bilər. Lakin Xəstəxananın baş həkimi Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə təsbit edilmiş təqsirsizlik prezumpsiyasının tələblərini kobud şəkildə pozmuş, cinayət təqibi başa çatmadan, iddiaçının təqsirliliyi sübuta yetirilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa əmək müqaviləsinə xitam verilməmişdən əv vəl Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə sübutlar təqdim olunmamışdır. Göründüyü kimi cavabdeh müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin bir sıra müddəaları kobud şəkildə pozulmuşdur.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 62, 70, 71, 72, 84-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işdən çıxarılma səbəbi törətmiş olduğu cinayət əməli deyil, əmək funksiyalarının icrası zamanı yol verdiyi pozuntudur. Belə ki, iddiaçı öz tanışını gətirərək 50 manat müqabilində qeydiyy atdan keçirmiş, vaksinasiya qaydalarına əməl etməyərək vaksin vurulmadan vurulmuş kimi göstərmişdir. İddiaçı cavabdeh müəssisənin konsultativ poliklinika şöbəsinin tibb qeydiyyatçısı vəzifəsini daşımış, lakin başlıca vəzifə öhdəliyi olan tibbi xidmətlər üçün tibb təşkilatına müraciət etmiş xəstələrin qeydiyyatını aparmaq vəzifəsini vəzifə təlimatına zidd olaraq pozmuşdur. Beləliklə vəzifə təlimatlarının pozulması əmək funksiyalarının pozulmasını istisna etmir. İşçinin göstərməli olduğu xidmətləri və yerinə yetirməli olduğu müvafiq işi qeyri -qanuni vasitələrdən istifadə edərək yerinə yetirməsi onun pozulması faktına əsas verir. Bundan başqa a 23 aprel 2021-ci il tarixli Həmkarlar Komitəsinin İclasının Protokoluna məhkəmə tərəfindən lazımi qiymət verilməmişdir. Həmkarlar Komitəsinin protoko lundan çıxarışda qeyd edilir ki, qeydiyyatçı vəzifəsində çalışan iddiaçı öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirməsi müəyyən edilərək, 50 manat müqabilində öz yaxınını vaksin vurulmadan vurulmuş kimi göstərmişdir. Nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsi şəkildə pozulmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6924/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X7 və X6) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. İddiaçı bilavasitə özü etiraf etməsə də, bu, iş üzrə müəyyən edilən hallar, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4709/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təsdiq edilir. Sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdehin qəbul etdiyi əmrin əsaslı olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilsə də, birinci instansiya məhkəməsi tərəfindən onların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Qeyd edilənlərin əksini sübut etmək yükü iddiaçıya aid olsa da, belə hallar mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin iddiaçının işdən azad olunması üçün həmkarlar ittifaqı komitəsinin razılığının alınmaması barədə dəlilləri təqdim edilmiş xx.xx.2021-ci il tarixli protokolla təkzib edilir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 2, 7 -11, 68, 7173, 76, 80, 83, 84, 182-184, 296, 300-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21-23,372-384, 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76- 82, 88, 106, 217.4, 220.5, 372, 385-390, 420-ci maddələrinə, Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-c ı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əmrdə konkret olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hansı əsaslarla xitam verildiyi öz əksini tapmamışdır. Həmçinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində istinad etdiyi halları şəxsin işdən azad olunmasının məhz əmək qanunvericiliyinin tələblərinin pozulması ilə deyil, əmək funksiyasının pozulması ilə əsaslandırmışdır. Cavabdeh isə hökmə və ittiham aktına münasibətdə əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Belə olan halda təqsirsizlik prezumpsiyası kobud şəkildə pozulmuş, iddiaçı barəsində qanuni qüvvəsini almayan məhkəmə hökmü olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı 23 avqust 2021-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bu da onu deməyə əsas verir ki, əmək müqaviləsinə xx.xx.2021-ci ildə fərziyələrə əsasən xitam verilməsi əsassız olmuşdur.
19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçının Manana Şaripovnaya 50 manat verilməsinə dair sonuncunun yazılı izahatının olması qeyd edilsə də, X4 və iddiaçının təqsirləndirilməsinə dair ittiham aktında olan iddiaçının if adəsindən aydın olur ki, o, Manana Şaripovnaya 100 manat pulu borclu olduğu üçün vermişdir. Eyni zamanda həmin cinayət işində şahid qismində dindirilmiş Manana Şaripova iddiaçının ona 100 manat borclu olduğu üçün borcunu ödədiyini bildirmişdir. Bu hal Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırmalı olan məhkəmə kimi bu halı araşdırmamış və bu hissədə işin hallarına düzgün qiymət verməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
21. Maddə 62 (1). İşəg ötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:...c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə.
22. Maddə 62 (4). İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
23. Maddə 70 (ç). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; ləğv edilə bilər.
24. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə 71 (3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilmə sinin zəruriliyini əsaslandırmalıdır.
26. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
27. Maddə 80 (1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmk arlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
28. Maddə 80 (2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
29. Maddə 84 (1). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarix i və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
30. Maddə 84 (1). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin ad ı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
31. Maddə 84 (2). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 2 yanvar 2022-ci il tarixli qərarı
32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İ nzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə u yğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallar ı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsi əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əks etdirilməli olan məlumatları sadalamışdır. Həmin maddənin 2-ci bəndinə müvafiq olaraq qeyd olunan məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmrin (sərəncamın, qərarın) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməsi mümkün sayılsa da, bu hal əmrin etibarsızlığının imperativ əsası kimi nəzərdə tutulmamışdır. Normada qanunverici “etibarsız hesab edilə bilər” ifadəsindən istifadə etdiyi üçün bel ə məlumatların birinin və ya bir neçəsinin göstərilmədiyi əmrin etibarsız olub-olmadığına qərar vermək işə baxan məhkəmənin mülahizəsindədir. Əgər məhkəmə əmrdə əks olunmayan məlumatların həqiqətən də əmrin legitimliyini şübhə altına aldığı barədə qənaətə gələrsə, onda əmri etibarsız hesab edə bilər. Əks halda belə məlumat(lar)ın əks olunmadığı istənilən əmrin (sərəncamın, qərarın) tam formal mülahizələrlə etibarsız sayılması Əmək Məcəlləsinin 84-cü maddəsinin məqsədlərinə cavab vermir.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əmrin məzmununda Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində sadalanan məlumatların bəzisinin olmamasını əmrin etibarsızlığına əsas verən hal hesab etməmişdir.
45. Kasasiya şikayətinin digər dəlili cinayət işi üzrə yekun qərar qə bul edilmədən iddiaçının işdən azad olunmasının qanunsuz və təqsirsizlik prezumpsiyasına zidd olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinə əsasən işçi iş vaxtı ərzində inzibati xəta və ya cinayət tərkibli əməl törətdikdə onun işdən kənarlaşdırılması barədə qərar vermək, yaxud barəsində intizam tənbehi tədbiri tətbiq etmək (o cümlədən əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam vermək) işəgötürənin səlahiyyətindədir və belə tədbir işçinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq tətbiq edilə bilər. Belə ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü bəndinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutu lmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
46. İşçinin təqsirli olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya qərarı olmadan işçinin göstərilən əməllərə görə işdən kənarlaşdırılması və ya barəsində intizam tənbehinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasına da zidd hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarının; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq aktının olması da işçinin işdən kənarlaşdırılması üçün əsas kimi çıxış edir və bu hal təqsirsizlik prezumpsiyası ilə ziddiyyət yaratmır.
47. Digər tərəfdən Məhkəmə kollegiyası nəzərə alır ki, baxılan iş üzrə iddiaçının işdən azad edilməsi üçün əsas olmuş cinayət tərkibli əməli törətməkdə təqsirli olması sonradan da məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmişdir.
48. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı i craat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6924/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.