Məhkəmə qərarları › İş №2(102)-1171/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1171/2024

14.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1171/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bədəlova (Qurbanova) Zəminə Balabəy qızının Cavabdeh (mübahisəli predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, X6 və "xxxx" MTK) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürmə tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1553/2023 nömrəli, 1 noyabr 2023-cü il tar ixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh ilə X5 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmışdır, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə Mirəli adlı uşağı doğulmuşdur;

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-3862/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulması qət edi lmişdir;

4. Yasamal rayon İHB-nin xx.xx.2014-cü il tarixli məktubuna əsasən, Cavabdeh (ailə üzvlərinin sayı-3) xx.xx.2011-ci il tarixdən Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil uçot siyahısına daxil edilmişdir;

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş imtiyazlı vətəndaş Cavabdeh Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, “Yeddi Gözəl” yaşayış kompleksində 6 saylı evin 8 saylı mənzili (ailə üzvlərinin sayı-1, xx.xx.2011-ci il tarixdən Qarabağ müharibəsi əlili kimi güzəş tli mənzil uçot siyahısına daxil edilmişdir) verilmişdir. xx.xx.2020-ci il tarixli akta görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, X17 Kompleksində mənzil təqdim edilmişdir; 6. xx.xx.2020-ci il tarixli akta görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014- cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, X17 Kompleksində mənzil təqdim edilmişdir; 7. "xxxx" MTK-nın 03 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, X17 Kompleksi, 6 saylı evin 8 saylı mə nzilində yaşayır;

8. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1879/2023 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh iddiası təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 881 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalması qət edilmişdir;

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi, X17 kompleksi, ev 6, mənzil 8 ünv anı üzərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********49-05301-091004 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

10. Yasamal Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna “Elektron məhkəmə” sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavab məktubunda göstərmişdir ki, Cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti Başçısı müavininin xx.xx.1993-cü il tarixli, 4/083-3 nömrəli sərəncamına əsasən üç nəfər ailə tərkibi ilə Qarabağ müharibəsi iştirakçılarının mənzil növbəsinə götürülmüşdür.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakmiyyətində xx.xx.2011-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində xx.xx.2020-ci il tarixində Nazirlik tərəfindən ünvan 2 ünvanında 8 nömrəli bir otaqlı mənzillə təmin edilmişdir. Cavabdeh mənzillə təmin olunması məqsədilə yalnız özünə dair müvafiq sənədləri, o cümlədən övladı X7 üçün aliment ödəməsi barədə icra vərəqini təqdim etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və xx.xx.2013-cü il təvəllüdlü X4 Cavabdeh məxsus Abşeron rayonu, Mə mmədli kəndi, X17 Kompleksi, 6 saylı evin 8 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi, X17 Kompleksi, 6 saylı evin 8 saylı mənzili Cavabdeh Qarabağ əlili olaraq o və övladı nəzərə alınmaqla 2020-ci ilin dekabr ayında verilmişdir və hazırda onun istifadəsindədir. Cavabdeh ilə 19 iyul 2012-ci ildə Bakı şəhəri, Yasamal rayonu Qeydiyyat Şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikah münasibətlərindən 05 iyun 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh ona və uşağına baxmadığından, qazancını ailədən gizlədərək, autizm xəstəsi olan övladının müalicə xərclərində iştirak etmədiyindən o, nikah ləğv olunmadan cavabdehə qarşı aliment tələbinə dair i ddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə hazırda icra olunur. O, cavabdehin rəsmi nikahlı arvadı olduğundan, xx.xx.2013-cü il təvəllüdlü X7 isə autizm xəstəsi olduğundan mübahisəli yaşayış sahəsinə ehtiyacları vardır. Cavabdeh onu və uşağını kirayədə yaşadıqları evdən 2020-ci ilin iyul ayında qovmuş, daha sonra 2020-ci ilin dekabr ayında hazırki mənzili ailəsi nəzərə alınmaqla Qarabağ əlili kimi almışdır. Onların başqa yaşayış yeri olmamasına baxmayaraq cavabdeh onu və oğlunu mənzilə buraxmamışdır. Ona görə də o, autizm xəstəsi olan övladı ilə kirayədə yaşamağa məcburdur və əlavə kirayə xərcləri ödəyir. Xəstə övladı ilə kirayədə yaşamaq qeyri-mümkündür, buna görə də tez-tez kirayə mənzillərini dəyişməli olur. Başqa mənzil və yaşayış sahəsinin alınması maddi imkanı xaricindədir. Onun və övladının həmin mənzilə hüquqları vardır. Həmin mənzil alınana qədər onlar 9 il cavabdehlə kirayələrdə yaşayaraq bu mənzilin alınmasını gözləmişlər. Onların adları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ev növbəsində qeydiyyatda olmuşdur. Lakin buna baxmayaraq cavabdeh onları bu mənzildən məhrum etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

14. Məhkəmə icla sında Cavabdeh iddianı qəbul etməmiş və onun rədd olunmasını xahiş etmişdir.

15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

16. Abşeron Rayon Məhkəməsinin (hakim Məlahət Abbasova) 2(012)-1168/2023 nömrəli iş üzrə 3 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Cavabdeh hələ Z.B.Qurbanova ilə nikaha girməmişdən öncə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüş, onların ailə münasibətlərinə 2020-ci ilin iyul ayında son qoyulmuş və həmin ilin dekabr ayında cavabdehə mübahisəli mənzil verilmişdir. Bu zaman onlar birlikdə yaşamadıqlarından Z.B.Qurbanova mübahisəli yaşayış sahəsindən onunla birlikdə hüquq və vəzifələrə malik olan şəxs statusu qazanmamışdır. Belə olan halda isə iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsindən söhbət gedə bilməz.

18. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının, mənzilin kirayəçisi kimi cavabdehlə birlikdə həmin mənzildən istifadə etməsi üçün qanuni əsaslar olmadığından iddia təmin oluna bilməz. İddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1, 51.1 və 68-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi nin 14, 217.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən mənzil cavabdehə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı Qarabağ müharibəsi veteranı olduğu üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Bununla bağlı işdəki mötəbər sübutlardan görünür ki, cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial məişət şəra itinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində hələ 2011-ci ildə (nikahdan öncə) növbəyə alınmış və 1 ailə üzvü göstərilməklə o, mübahisəli 1 otaqlı mənzillə təmin edilmişdir. Həyat yoldaşı mənzil üçün müraciət etdikdən sonra növbə gözlədikləri uzun bir müddət ərzində, həmin vaxtlarda evli olmuşlar və bir övladları doğulmuşdur. Mənzil verilən zaman da evli olmuşlar, hal-hazırda evlidirlər. Məhkəmə qətnaməsini onunla əsaslandırır ki, işin şərh edilən faktiki halları və göstərilən hüquq normaları əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının, mənzilin kirayəçisi kimi cavabdehlə birlikdə həmin mənzildən istifadə etməsi üçün qanuni əsaslar olmadığından iddia təmin oluna bilməz. İddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən özünün belə qətnamədə əsaslandırdığı halı nəzərə almamışdır. Hansı ki, ev verilərkən deyildiyi kimi ailə üzvləri nəzərə alınırsa və s.. Bəs nə üçün şəxsin ailə vəziyyətinə baxılanda onun evli olduğu bilindiyi halda, bir övladı olduğu halda nə üçün sanki ailə üzvü yoxuymuş kimi ona mənzil verilmişdir. Məhkəmənin də qeyd etdiyi normada deyildiyi kimi o və oğlu həmin sosial kirayə müqaviləsində göstərilməli idilər və kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. İllərlə övladı ilə bərabər gözlədiyi mənzillə təmin olunub və o həmin mənzildə yaşaya bilmir. B elə olan halda cavabdehin ailəsi olaraq o və xəstə övladı harada yaşamalıdır. Onlar mənzil növbəsində olduqları vaxtlarda bir yaşamışlar. İmtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tələb olunan sənədlər qismində ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri, mənzil növbəsində olma haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti, ailə vəziyyəti ilə bağlı digər sənədlər qeyd olunmuşdur. Tələb edilən sənədlərdən də göründüyü kimi müvafiq dövlət orqanlarının Cavabdeh evli olmasını, övladının olmasını bilməməsi ehtimalı olmamışdır. Göründüyü kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə məhz bu halların heç birini araşdırmamışdır, onun övladı ilə qalacaq bir yerinin olub-olmaması, yaşayış sahəsinə ehtiyacının olub-olmaması halları aydınlaşdırılmamışdır. Ədalətli məhkəmə araşdırılması aparılmamışdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və İlqar Dəmirov) 2(105)-1553/2023 nömrəli mülki iş üzrə 1 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(012)-1168/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1879/2023 nömrəli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. İddiaçının köçürülməsini xahiş etdiyi mənzil isə cavabdehə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı Qarabağ müharibəsi veteranı olduğu üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (sosial məqsədlə) verilmişdir.

24. İddiaçının iddiasından müəyyən olunur ki, Cavabdeh X1 yaşadıqları evdən 2020-ci ilin iyul ayında qovmuşdur və onlar mənzil verilərkən birgə yaşamamışdır. Sonradan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş və yaşayış sahəsinə ehtiyacı olan Cavabdeh xx.xx.2020-ci il tarixində ünvan 2 ünvanında yerləşən 8 nömrəli bir otaqlı mənzil verilmişdir.

25. İş materiallarından aydın olur ki, Cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti Başçısı müavininin xx.xx.1993-cü il tarixli sərəncamına əsasən üç nəfər ailə tərkibi (əvvəlki nikah üzrə arvadı olmuş X11 və qızı X1 0) ilə Qarabağ müharibəsi iştirakçılarının mənzil növbəsinə götürülmüşdür. Hazırda iddiaçı mənzil verilərkən cavabdehlə birgə yaşamamasına baxmayaraq, mübahisəli mənzilə köçmək istəyir.

26. Belə ki, Mənzil Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.1.-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir.

27. Göründüyü kimi, qanunverici kirayəçinin ailə üzvlərinin yaşayış sahəsindən onunla birlikdə hüquq və vəzifələrə malik olması üçün iki şərti müəyyən etmişdir. Birincisi, şəxs kirayəçinin ailə üzvü omalıdır, ikincisi, kirayəçi ilə birgə yaşamalıdır.

28. Kollegiya hesab edir ki, mənzil cavabdehə təhvil verilərkən iddiaçı Cavabdehlə birgə yaşamadığından, digər tərəfdən tərəflər artıq boşandığından və iddiaçı cavabdehin ailə üzvləri sırasından da çıxdığından, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün heç bir əsas yoxdur.

29. Məhkəmə araşdırmaları zamanı iddiaçının mənzilin kirayəçisi kimi cavabdehlə birlikdə həmin mənzildən istifadə etməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. İddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eyni məzmunlu olmaqla iddiaçının tələbi və mülahizəs indən ibarətdir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1, 51.1, 68.1, 68.2, 68.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

34. Maddə 48.1. Sosial kirayə müqav ilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

35. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.

36. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.

38. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, mənzil cavabdehə təhvil verilərkən iddiaçı Cavabdehlə birgə yaşamadığından, digər tərəfdən tərəflər artıq boşandığından və iddiaçı cavabdehin ailə üzvləri sırasından da çıxdığından, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün heç bir əsas yox dur. Məhkəmə araşdırmaları zamanı iddiaçının mənzilin kirayəçisi kimi cavabdehlə birlikdə həmin mənzildən istifadə etməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. İddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya instansiyası məhkəməsi sübuta yetiri lməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1553/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar