Məhkəmə qərarları › İş №2(102)-1171/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1171/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1171/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qarşı ilk, Cavabdeh5 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər C avabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddiası, Cavabdeh5 İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1463/2025 nömrəli, 2025-ci il 30 yanvar tarixli qərardadından Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S, ev 5, 13 saylı mənzillərini qanunsuz zəbt edərək həmin mənzildə məskunlaşan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və onların həmin mənzildə yaşayan digər ailə üzvlərinin mülkiyyətlərində olan mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Alıyeva X3 Elçin Şahin oğluna və İddiaçı2 qarş qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair xx.xx.1994-cü il tarixində əldə edilən orderin və həmin order əsası ilə əvvəllər X1 adına qeydiyyata alınan və hal-hazırda vərəsəlik əsası ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olması faktını təsdiqləyən **********53-05101-093005 reyestr nömrəli xx.xx.2023 və xx.xx.2023-cü il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(010)-4021/2024 nömrəli qərardadı ilə (hakim - Firuzə Mirzəyeva) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşlıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın ləğv edilməsi” tələbi üzrə icraata xitam verilməsi və qarşılıqlı iddia ərizəsinin ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada qaytarılması qərara alınmışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, onun mülki məhkəmə icraatı mümkün deyildir. Ona görə də, iddia ərizəsi icraata qəbul edilməməli və ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.

5. Məhkəmə hesab etmişdir ki, order inzibati orqan tərəfindən tərtib edilən və verilən sənəd olduğundan, onun mübahisələndirilməsi mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmələr tərəfindən həyata keçirilməlidir.

6. Həmin qərardaddan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 yanvar 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(010)4021/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiada ləğvi tələb edilən sənədlərdən biri orderdir və həmin order ilkin iddia üzrə iddiaçıların hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənəddir. Yəni, tələb tamamilə mülki xarakterlidir və mülki qaydada baxılmalıdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1463/2025 nömrəli, 2025-ci il 30 yanvar tarixli qərardadı ilə (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinsk i) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh5 50 manat məbləğində dövlət rüsumunu ödəmiş və həmin ödənişin təyinatı kimi Bakı Apellyasiya Məhkəməsi göstərilmişdir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 birinci instansiya məhkəməsinin qərardadından şikayəti ilk növbədə apellyasiya instansiya məhkəməsinə deyil, Suraxanı rayon məhkəməsinə vermişdir. Cavabdeh5 qərardadı mübahisləndirərkən ilk növbədə qərardadı çıxarmış birinci instansiya məhkəməsinə verdiyindən, şikayətin verilməsi üçün dövlət rüsumunu təyinatı üzrə Suraxanı rayon məhkəməsinə ödəməli idi.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyator tərəfindən dövlət rüsumu tam həcmdə ödənilsə də, təyinatı üzrə düzgün ödənilməmiş, lakin buna baxmayaraq, birinci instansiyası məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

14. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh5 (Vəkil2) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və şikayətə baxılmasının Bakı Apellyasiya Məhkəməsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası məsələyə formal nöqteyi-nəzərdən yanaşmış və prosessual qənaət prinsipinin tələblərini pozmuşdur. Belə ki, həmin şikayətə birinci instansiyada baxılmış və şikayət rədd edilərək apellyasiya məhkəməsinə baxılması üçün göndərilmişdir. Yəni, əslində birinci instansiya məhkəməsi öz qərardadını dəyişdirməmiş, şikayətə baxmanı i sə formal həyata keçirmiş və şikayətə faktiki baxılmasını apellyasiya məhkəməsinə yönləndirmişdir. Belə olan halda, rüsumun da apellyasiya məhkəməsinə ödənilməsi faktiki nöqteyi-nəzərdən şikayətə baxılmanı mümkün edir, qeyri-mümkünlük halını aradan qaldırmış olur. Məhkəmə öz qərardadını əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilməmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. Məhkəmə burada prosessual qanunvericiliyin normasını kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmişdir. Birinci instansiya məhkəməsi isə şikayətə baxarkən rüsumun apellyasiya instansiya məhkəməsinə ödənilməsinə hər ha nsı münasibət bildirməmiş və şikayətlə bağlı qərarını vermişdir. De-yure olaraq rüsum apellyasiya məhkəməsinə ödənilmiş və işə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edən hal mövcud deyildir.

18. Kassator şikayətini “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;

21. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlə r əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Qərardaddan kassasiya şikayəti verən kassator onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

29. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1463/2025 nömrəli, 2025ci il 30 yanvar tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar