Məhkəmə qərarları › İş №2(102)-1172/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1172/2020

25.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1172/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi n oğlunun, onun vəkili X1, Cavabdeh və vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Qədimov, iş № 2(010)-4259/18) İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilərək İddiaçı tərəfindən Cavabdeh 17.000 manat kompensasiya verilməklə, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 3 saylı evin 4-cü mənzilindən istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn, iş № 2(103)4871/19) apelyasiya şikayəti təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018ci il tarixli qətnaməsi ləğv edil miş və iddia tələbi rədd olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikkayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Əhmədova-sədrlik edən və məruzəçi, Ə.Nurməmmədov və İ.Xələfov, iş № 2 (102)-5773/19) İddiaçı kassasiya şikayəti təmin olunaraq Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova-sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Şamayev, iş № 2(103)-12981/19) Cavabdeh apelyasiya şikayəti təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixl i qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17.000 manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 3 nömrəli evin 4 nömrə li mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi N.Nəzərov və vəkili V.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi eyni zamanda məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək cavabdehin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmasının əvəzi kimi təklif olunan kompensasiya məbləğ ini 25 000 (iyirmi beş min) manata qədər artıdığını bildirdi və göstərilən məbləğ ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Cavabdeh və vəkili N.Ələsgərov kassasiya şikayətini və eləcə də kassasiya baxışı zamanı təklif olunan 25 000 manat kompensasiya məbləğini qəbul etmədiklərini bildirərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şika yətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İlk öncə qeyd edilməlidir ki, hazırkı mülki iş bundan əvvəl arıtq bir dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmənin Mülki kollegiyasının 26 avqust 2019-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş müvafiq föstərişlərlə yeni apelyasiya baxışına qaytarılmışdır. İşin mübahisə olunmayan hallarına görə, mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 3 saylı evin 4-cü mənzili 27 avqust 1996-cı il tarixdə İddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş və hazırda da iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçı ilə nikah bağladıqdan sonra, yəni 2005-ci ilin noyabr ayından etibarən mübahisəli mənzildə yaşamışdır. Həmin nikahdan onların 2006 və 2010-cu il təvəllüdlü iki uşaqları varıdr. Tərəflər arasında nikah Suraxanı Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 23.05.2018-ci il tarixdə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğunu və cavabdehlə ailə münasibətlərinə xitam verildiyini əsas gətirərək cavabdehin mənzildən istifadə hüququna 17.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılması barədə iddia qaldırmışdır. Birinci instansiya mə hkəməsi Mülki Məcəllənin 152, 228-ci maddələrinə istinad edərək iddianı əsaslı saysa da, apelyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq qətnaməni ləğv etmiş və iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının istər iddia ərizəsində, istərsə də apelyasiya baxışı zamanı təklif etdiyi kompensasiya məbləği iddianı təmin etməyə imkan verən məbləğ kimi qiymətləndirilə bilməz. Çünki, həmin məbləğin cavabdehə və azyaşlı uşaqlarına, davamlı surətdə və müəyyən müddət ərzində mübahisəsi gedən mənzilə xas olan şəraitlə müqayisədə oxşar şəraitli evdə yaşamaq imkanı verəcəyi ağlabatan deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara maddi hüquq normalarını düzgün tətbi q etməmışdır. Belə ki, əvvəla, tərəflər arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında hər hansı razılaşma yoxdur. Ona görə də mənzilin mülkiyyətçisi kimi İddiaçı keçmiş arvadı Cavabdeh mənzilə olan istifadə hüququna məhkəmə qaydasında bazar qiymətləri ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarix li qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin istifadə hüququna xitam verilməsi üçün təklif olunan kompensasiyaməbləği yetərli deyil və həmin kompesasiya məbləği əsas tutularaq cavabdehin istifadə hüququna xitam verilərsə, bu, sonuncunun qanunla qorunan istifadə hüququnu pozar. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mənzilin mülkiyyətçisi İddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ilə kifayətlənərək bazar qiymətlərinə uyğun olaraq yetərli kompensasiyanın məbləğini müəyyən etməməklə və bunu mənzilin mülkiyyətçisi ilə razılaşdırmamaqla Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququn a xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə forma da çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kompensasiyanın məbləğini yetərli hesab etmədiyi halda, sadalanan maddələrin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq yetərli hesab etdiyi kompensasiyanın məbləğini müəyyən etməmiş və həmin məbləğə mülkiyyətçinin münasibətini öyrənməmişdir. Digər tərəfdən, iddiaçının nümayəndəsi tərə findən kassasiya instansiyası məhkəməsinə təqdim edilən yazılı ərizədən görünür ki, o, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün 25.000 manat məbləğində kompensasiya ödəməyə razıdır. Məhkəmə kollegiyası tərəflərin ailə münasibətlərinə xitam verilməsini və bundan sonra onların eyni mənzildə birgə yaşamalarının qeyri-mümkün olmasını, mübahisəli mənzilin bazar qiymətinin orta hesabla 90.000-105.000 manat arası, bir aylıq mənzil kirayə haqqının isə 300 manat civarında olmasını və sair halları nəzərə alaraq hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi üçün təklif edilən 25 000 manat kompensasiya məbləği yetərlidir və bazar qiymətlərinə uyğundur. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tar ixli qərarınınAzərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamış dır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur. Ona görə də iddiaçının cavabdehə təklif edildiyi 25.000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuşşəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməküçünəhəmiyyətlimaddidəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi İddiaçı qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından onların hər ikisinin mənafeyinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olubolmamasını müəyyən etmək səlahiyyəti isə işə baxan məhkəmələrə verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təklif olunan məbləğ cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin etmək üçün kifayət qədər yetərlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkə mənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarnın və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlillərini, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını və mülkiyyətçi tərəfindən 25 000 manat kompensasiya məbləği təklif olunduğunu nəzərə alaraq hesab edir ki, maddi hüquq normaları düzgün tətbiq olunmadığına görə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə müəyyən olunan hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinin tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə, bu Məcəllənin 417.1.4-cü maddədə nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli, 2(103)-12981/19 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qərar qəbul edilsin. İd diaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin olunsun. İddiaçı tərəfindən Cavabdeh 25.000 (iyirmi beş min) manat kompensasiya ödənilməklə, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 3 saylı evin 4-cü mənzilindən istifadə hüququna xitam verilsin və o, həmin mənzildən çıxarılsın. İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi ilə cavabdehin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar