Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1172/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta məbləğinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)1717/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi: İşin halları X6 ipoteka kreditləri üzrə borc alanların həyat sığortası növü üzrə 15 yanvar 2021- ci il tarixli, MAP-219182 saylı “Xsığortası” Şəhadətnaməsi əsasında "xxxx" ASC-də sığorta olunmuşdur. X3 adına 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı ipoteka götürən şəxslər üçün “Xsığortası” Şəhadətnaməsi verilmişdir. X6 12 may 2021-ci il tarixdə “dəqiqləşdirilməmiş koma, beyin ödemi” diaqnozu ilə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-nə (bundan sonra cavabdeh) qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmaqla) “həyat sığortası məbləğinin banka ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, cavabdeh tərəfindən X6 ilə aralarında bağlanmış 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı müqavilə şərtlərinə uyğun olaraq "xxxx" ASC-nə ödənilməli olan 52.272,66 manat məbləğin və dəymiş mənəvi zərərin əvəzi kimi 50.000 manat və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-dən kredit götürərək əmlakını ipoteka qoyan şəxs kimi X2 cavabdeh tərəfindən həyat sığortası ilə sığortalanmışdır. 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı ipoteka götürən şəxslər üçün “Həyat Sığortası” Şəhadətnaməsi verilmişdir. X2 qəflətən 12 may 2021-ci il tarixdə “dəqiqləşdirilməmiş koma, beyin ödemi” diaqnozu ilə vəfat etmişdir. X1 ölümü ilə bağlı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə məlumat vermişdir. Lakin, bu günə kimi ona rəsmi olaraq heç bir cavab verilməmişdir. Cavabdehin Sənaye filialı ilə əlaqə saxlayaraq, X1 ölməsini və ödənişlərin cavabdeh tərəfindən tələb edilməsini bildirmişdir. Lakin, cavabdeh bir müddətdən sonra ona bildirmişdir ki, onun tərəfindən ödəniş edilməsindən imtina olunub və ödənişləri etməsə, X2na məxsus olan ev əllərindən alınacaq. Məcburiyyət qarşısında qalaraq, Banka olan aylıq ödənişi etmişdir. Yenidən vəkil tərəfindən cavabdehə ödənişin edilməsi barədə sorğu verilmişdir. Lakin, Sığorta Şirkətinin İdarə heyətinin sədri Azər Əliyev tərəfindən cavabdehə daxil olmuş 16 iyul 2021-ci il tarixli, 643 saylı sorğuya baxılması, məlumatın “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6cı maddəsinə əsasən sığorta sirri hesab edilməsi və həmin məlumatların açıqlanmasının Qanuna əsasən qadağan olunması barədə cavab verilmişdir. Bildirir ki, cavabdeh tərəfindən ipoteka götürən şəxslər üçün “XSığortası” şəhadətnaməsi üzrə ödənişinin verilməsindən imtina edilməsi sığorta haqqında qanunvericiliyin tələblərinə ziddir, bu səbəbdən, cavabdehin ödəməli olduğu icbari sığorta ödənişi və gecikdirilmiş hər gün üçün icbari sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu məhkəmə qərarı əsasında alınaraq ona verilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçının X2 ipoteka kreditləri üzrə borc alanların həyat sığortası üzrə 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı “ xSığortası” şəhadətnaməsi əsasında sığorta olunmuş və o, 12 may 2021-ci il tarixdə “dəqiqləşdirilməmiş koma; beyin ödemi” səbəbindən vəfat etmişdir. Bildirir ki, sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014- cü il tarixli, Q-21 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarının 6.1-ci bəndinə əsasən, sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizə formasını doldurmaqla tərtib olunan ərizəsi əsasında bağlanır. “Qaydalar”ın 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Cavabdeh tərəfindən X4 münasibətdə sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq üçün X6 ilə sığorta müqaviləsi bağlanan zaman ona ərizə forması təqdim olunmuş, ərizədə müxtəlif xəstəlik adları sadalanmaqla “Siz aşağıda adları çəkilən xəstəliklərə tutulmusunuzmu?”; “Yuxarıda qeyd olunmayan hər hansı xəstəliyiniz və ya travmalarınız varmı?”; sair suallarına X6 “xeyir” cavabını vermişdir. Həmçinin, X6 qeyd olunan ərizədə sığorta üzrə olan bütün müddəaların həqiqətə uyğunluğunu və doğruluğunu təsdiq etmiş, o cümlədən ərizə yalan olduğu və ya riskin düzgün qiymətləndi rilməməsi halında cavabdehlə imzalanmış müqaviləni ləğv etməyə ixtiyarı olduğunu təsdiq etməklə ərizəni imzalamışdır. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli, xx/xx-1424 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, X6 2015-ci ildən “Hipertoniya xəstəliyi. Xroniki pielonefrit. Xroniki böyrək çatışmazlığı İİ-İİİ mərhələ” xəstəlikləri mövcud olmuş və bu barədə müalicə tədbirləri başlanmışdır. Həmçinin, yuxarıda qeyd olunan məktubdan əlavə olaraq o da görünür ki, X6 2018-ci ildən Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında “Hipertoniya xəsitəliyi, İİ mərhələ, xroniki böyrək çatışmazlığı V mərhələ, renal anemiya” diaqnozu ilə proqramlı hemodializlə müalicəyə cəlb olunmuşdur. Son dövrdə isə ona 10 dekabr 2019-cu il və 15 aprel 2020-ci il tarixlərdə “Hipertoniya xəstəliyi, İİİ mərhələ”, 26 yanvar 2021-ci il tarixdə isə “Sol tərəfli xroniki otit. Burun çəpərinin əyriliyi” diaqnozu ilə Poliklinikada tibbi tövsiyələr verilmişdir. Bununla belə, X6 06 may 2021-ci il tarixdə “xroniki böyrək xəstəliyi” diaqnozu ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülərək müalicəsini davam etdirmiş, 12 may 2021-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Göründüyü kimi, X3 xeyrinə sığorta müqaviləsi bağlanan zaman ona təqdim olunmuş ərizədə heç bir xəstəliyinin olmamasını bəyan etməklə əslində mövcud olan “Hipertoniya xəsitəliyi, İİ mərhələ, xroniki böyrək çatışmazlığı V mərhələ, renal anemiya” və sair xəstəlikləri barədə sığortaçıya qəsdən yanlış məlumat vermiş, nəticədə sığortaçını sığorta riskini qiymətləndirmək hüququndan məhrum etmişdir. Baxılan halda, X6 qəsdən yanlış məlumat verməklə Mülki Məcəllənin və yuxarıda adı qeyd olunan Qaydaların tələblərini pozmuşdur. Mülki Məcəllənin 917-ci maddəsinə əsasən sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdə n yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarının 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək i mkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X6 qəsdən yanlış məlumat verməklə sığortaçını sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək hüququndan məhrum etdiyi üçün cavabdeh sığorta ödənişinin verilməsindən imtina etmiş və bununla bağlı 30 iyun 2021-ci il tarixli, X saylı məktubla faydalanan şəxs olan "xxxx" ASC-nin Sənaye filialına məlumat verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli, 20/02- 1424 saylı məktubundan və X3 e-təbib informasiya sistemindəki şəxsi kabinetindəki çıxarışdan aydın olur ki, onda 24 dekabr 2020-ci il və 09 yanvar 2021-ci il tarixlərdə Covid-19 virusu aşkarlanmışdır. Həmçinin, Azə rbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli, xx/xx-1424 saylı, habelə 04 iyun 2021-ci il tarixli, xx/xx-1424 saylı məktublarında o da qeyd olunmuşdur ki, X6 cari ilin yanvar ayının sonunda Poliklinikaya müraciət edərək 25 dekabr 2020-ci il tarixdə Covid-19 virus infeksiyasına yoluxması və 25 yanvar 2021-ci il tarixə kimi 24 saylı BŞX-nin həkiminin nəzarəti altında evdə izolyasiya şəraitində müalicə olunduğunu bildirmiş, tibbi sənəd təqdim etmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, X6 ipoteka kreditləri üzrə borc alanların həyat sığortası üzrə MAP219182 saylı “Həyat sığortası” Şəhadətnaməsinə əsasən 15 yanvar 2021-ci il tarixdə sığorta olunmuşdur. Göründüyü kimi, X6 25 yanvar 2021-ci il tarixə kimi 24 saylı BŞX-nin həkiminin nəzarəti altında e vdə izolyasiya şəraitində müalicə olunmuşsa, baxılan halda MAP-219182 saylı “Həyat sığortası” Şəhadətnaməsinin 15 yanvar 2021-ci il tarixdə, yəni X3 izolyasiyada olduğu müddətdə necə bağlanması sual yaradan hallardandır. Bu isə MAP-219182 saylı “Həyat sığortası” Şəhadətnaməsinin mötəbərliyini mübahisələndirməyi şərtləndirir. Həmçinin iddiaçı, iddia ərizəsində ərinin ölümü ilə bağlı cavabdehə məlumat verdiyini, lakin ona bu günə kimi rəsmi olaraq heç bir cavab verilmədiyini iddia etmiş və onu təsdiqləyici bir sənəd iddiaya əlavə etməmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, bu günə kimi iddiaçı tərəfindən nümayəndəsi vasitəsi ilə yalnız 16 iyul 2021-ci il tarixli, 643 saylı müraciət daxil olmuş, sözügedən müraciətə 04 avqust 2021-ci il tarixli, X saylı məktubla rəsmi qaydada cavab veril mişdir. İddiaçı, həmçinin iddia ərizəsində mənəvi zərəin vurulması ilə bağlı tələb irəli sürmüş, lakin iddiaçı şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində mənəvi zərərin vurulması hallarını əsaslandırmamış, təsdiqedici sənədlər əlavə etməmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra yaranır, baxılan halda isə cavabdeh tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır, çünki iddiaçının X2 sığortaçıya qəsdən yanlış məlumat verməklə sığortaçını sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək hüququndan məhrum etdiyi üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinə mənəvi zərəri təsdiqləyəcək heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən mənəvi zərərə görə iddia edilən zərər məbləğini heç bir hüquqi və elmi əsaslandırma olmadan iddia edilmiş, mənəvi və fiziki iztirablar, onların xarakteri və dərəcəsini, eləcə də buna münasibətdə cavabdehin təqsiri, əmlak vəziyyətini və sair sübut edən mötəbər sübutlar təqdim edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)5714/2021 saylı qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia qismən təmin edilmiş, 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı müqavilə şərtlərinə uyğun olaraq 52.272,66 manat məbləğində pulun "xxxx" ASC-yə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və qalan hissədə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya X1 ölümü ilə bağlı sığorta ödənişinin verilməsindən imtina üçün əsaslar yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etm işdir ki, iddiaçı ona cavabdeh tərəfindən hər hansı mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, ona vurulmasını iddia etdiyi mənəvi zərərin nədə ifadə olunmasını əsaslandırmamış, subyektiv mülahizələrə istinad edərək, cavabdehə qarşı 50.000 manat həcmində mənəvi zərərin ödənilməsi tələbi irəli sürmüşdür. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 883.1, 903.2, 904.2, 907.1, 907.3, 922.1, 922.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə, “İpoteka haqqında” Qanunun 27-ci maddəsinə, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarının 5.1, 5.2, 5.2.1, 5.2.2, 5.2.3, 5.2.4, 5.2.5, 5.2.6, 5.2.7, 5.2.8-ci bəndlərinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)-5714/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əri X ipoteka kreditləri üzrə borcalanların “Xsığortası” üzrə 15 yanvar 2021-ci il tarixli Həyat Sığorta Şəhadətnaməsi əsasında sığorta olunmuş və o, sığorta müqaviləsi bağlanandan 4 ay sonra, yəni 12 may 2021-ci il tarixdə “dəqiqləşdirilməmiş koma; beyin ödemi” səbəbindən vəfat etmişdir. İşin faktiki hallarından məlum olur ki, X sığortalanma barədə ərizə verərkən özündə olan ciddi xəstəlikləri, aldığı müali cələri və mövcud sağlamlıq durumu ilə bağlı vacib məlumatları bildirməmiş, tam sağlam olması barədə yanlış təsəvvür yaratmaqla sığorta müqaviləsi bağlanmasına nail olmuşdur. Bu faktlar onun ölümü barədə daxil olmuş məlumatlar araşdırılarkən tibbi sənədlər əsasında müəyyən edilmişdir. Yəni, sağlamlığı artıq pozulmuş olan və ciddi xroniki xəstəliklər səbəbindən həyatı üçün təhlükə olan şəxsin ölümü artıq gələcəkdə baş verməsi ehtimal edilən hadisə əsasında deyil, mövcud xəstəliyi səbəbindən baş vermişdir. Halbuki, Mülki Məcəllənin 911.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə s ığortaçıya məlumat vermək sığortalının borcudur. Məhkəmə isə qətnamədə yalnız maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin normaları tərəflər arasında münasibətlərə düzgün tətbiq etməmişdir. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin 435/KEŞ saylı rəyindən görünür ki, tibbi sənədlərə əsasən cavabdehlə mərhum X arasında həyat sığortası müqaviləsi bağlanan zamanı sonuncuda 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı həyat sığortası şəhadətnaməsinin 1-ci səhifəsində sadalanan xəstəliklərdən hər hansı biri onda müəyyən edilməmişdir. Eyni zamanda, X xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)1717/2022 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)-5714/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq ilkin olaraq qeyd etmişdir ki, sığorta şəhadətnaməsinin ilk səhifəsində “sığortalı (sığorta olunan) sığorta müqaviləsi bağlanan zaman özünün aşağıda sadalanan şəxslər siyahısına aid olmadığını bəyan edir” formada qeyd vardır. Həmin qeyddə göstərilmişdir ki, aşağıda göstərilən şəxslər siyahısına aid olan şəxslərlə bağlanmış sığorta müqavilələri bağlandığı a ndan etibarsızdır. 1) 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar 2) İ və İİ qrup əlillər, narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserdə qeydiyyatda olan şəxslər 4) hepatit C, onkoloji, xronoki ürək damar xəstəliklərindən əziyyət çəkən şəxslər, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan şəxslər. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarının 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır. 4.3.1. 18-dən aşağı, 65dən yuxarı yaşı olanlar, 4.3.2. İ və İİ qrup əlillər, 4.3.3. narkol oji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserdə qeydiyyatda olan şəxslər, 4.3.4. hepatit C, onkoloji, xronokiürəkdamarxəstəliklərindən əziyyət çəkən şəxslər, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan şəxslər. Məhkəmə kollegiya qeyd etmişdir ki, tibbi sənədlərdə iddiaçının sığorta müqaviləsinin 1-ci səhifəsində sadalanan xronoki ürək-damar xəstəlikləri kateqoriyasına aid olan“Hipertoniya və hər iki mədəciyin hipertrofiyası” xəstəliyi mövcud olmuşdur. Apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması istiqamətində məhkəmə tibbi ekspertizası təyin olunmuş, ekspertiza rəyi ilə də iddiaçının mərhum ərinin həyat sığortası müqaviləsi bağlanan zaman 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı həyat sığortası şəhadətnaməsinin 1-ci səhifəsində sadalanan xəstəliklərd ən, xüsusilədə xroniki ürək damar xəstəliklərindən əziyyət çəkdiyi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində həmçinin sığorta şəhadətnamənin 5-ci səhifəsinə əsaslanaraq, iddiaçının mərhum əri tərəfindən orada salanan xəstəliklərin onda olmamasını bəyan etməsini, lakin həmin xəstələiklərdən “xroniki böyrək xəstəliyinin” olmasını, beləliklə yanlış məlumat verməsini göstərmişdir. Məhkəmə kollegiyası qəbul etmişdir ki, iddiaçının mərhum ərində sığorta şəhadətnamənin 5-ci səhifəsində sadalanan xəstəliklərdən “Diabetik nefropatiya. Xroniki böyrək xəstəliyi” mövcud olmuşdur (bu hal yuxarıda qeyd olunan tibbi ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur). Lakin, cavabdeh sığorta şəhadətnamənin 5-ci səhifəsinin iddiaçının mərhum ərinə təq dim olunmasını, sonuncunun onunla tanış olmasını və onda həmin xəstəliklərin olmamasını bəyan etməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, işdə olan 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı həyat sığortası şəhadətnaməsinin 5-ci səhifəsi bir halda imzasız, digər halda isə kserosurət formasında təqdim edilmişdir. Cavabdehin nümayəndəsi həmin səhifənin iddiaçının mərhum ərinin imzası ilə təsdiq olunmuş əslini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sığorta ödənişinin verilməsindən imtinanı nəzərdə tutan Qaydaların 18.2-ci bəndinə əsasən bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıq da, habelə sığorta olma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Cavabdeh isə müvafiq məlumatların verilməməsində iddiaçının mərhum ərinin təqsirinin olmasını bilidrsə də, bu hal işdə olan sübutlarla tam təkzib olunur. Eyni zamanda, işdə olan ölüm haqqında şəhadətnamədən göründüyü kimi, ölümün səbəbi böyrəklə bağlı xəstəlikdən deyil, “dəqiqləşdirilməmiş koma. Beyin ödemi” ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, həmçinin birinci instansiya məhkəməsinin hüquqi mövqe yi ilə razılaşaraq, qeyd etmişdir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyanın 60, 127 ci maddənin 2 və 4-cü hissələrinə, MPM-in 14.2, 77.1, 89.1-ci maddələrinə, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarının 18.1.3cü bəndinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-1717/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassator, kassasiya şikayətini onunla əsaslandıraraq qeyd etmişdir ki, iş üzrə əlavə tibbi ekspertiza keçirilmiş və ekspertizanın nəticəsinə dair 435/KEŞ saylı ekspert rəyi verilmişdir. Hesab etmişdir ki, rəy ziddiyyətli olmaqla yanaşı (təsviri və nəticə hissəsi arasında ziddiyyət), suallara aydın olmayan cavab verilməklə, qoyulmuş suallar tam həll edilməmişdir. Bu səbəbdən təkrar məhkəmə ekspertizası keçirilməsinə dair vəsatət verilmiş, lakin məhkəmə vəsatəti təmin etmədən ziddiyyətli, suallara aydın olmayan cavab verilmiş ekspert rəyinə istinad etmişdir. Halbuki “Məhkəmə ekpertizası fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinə əsasən, ekspert in rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda təkrar ekspertiza aparılır. Bu səbəbdən hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə “Məhkəmə ekpertizası fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsi pozulmuşdur. Kassator, daha sonra göstərmişdir ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən səhvə yol vermişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan ərizə forması sığorta riskinin qiymətləndirilməsi üçün əsasdır və sığortaçı hazırki mübahisə üzrə həmin ərizə əsasında, orada qeyd olunlara uyğun olaraq sığorta riskini qiymətləndirmiş, sığorta müqaviləsini bağlamışdır. Yəni, bu zaman məhkəmə sığortaçının iradə ifadəsinin həqiqi mənasını nəzərə almamışdır. Həmçinin, məhkəmə bu zaman tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktik a, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmamışdır. Belə ki, hazırki qanunvericiliyin tələblərinə, həm də praktikada ərizə formasının alınması zəruridir və həmin ərizə forması müqavilənin ayrılmaz tərkib hissəsi kimi nəzərdə tutulmuşdur. Yəni, ərizə forması müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunmağına baxmayaraq məhkəmə ərizəni sübut hesab etməmişdir. Digər tərəfdən, məhkəmə tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, hansıki sığorta müqaviləsi sığorta haqqının ödənilməsi əsasında bağlanılır. Bu zaman sığortalı sığorta haqqını ödəməklə müqavilənin bağlanması ilə bağlı öz iradə ifadəsinin həqiqi mənasını əks etdirmiş və nəticədə müqavilə bağlanmışdır. Kassasiya şikayətinə dair etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr a edilməsi) başa düşülür; Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydaları Həmin “Qaydalar”ın 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndinə görə sığorta müqaviləsində ba şqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır; 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; İ və İİ qrup əlillər; narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserdə qeydiyyatda olan şəxslər; hepatit C, onkoloji, xronoki ürəkdamar xəstəliklərindən əziyyət çəkən şəxslər, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan şəxslərlə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüqu q normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq ilk növbədə qeyd etmişdir ki, Bank "xxxx" ASC ilə iddiaçının mərhum X2 arasında 15 yanvar 2021-ci il tarixli kredit müqaviləsinin b ağlanması, həmin müqaviləyə əsasən müvafiq yaşayış sahəsinin alınması məqsədilə sonuncuya 240 ay müddətinə, illik 4 faiz hesablanmaqla 53.000 manat kreditin verilməsi və bu məqsədlə X6 ipoteka kreditləri üzrə borc alanların həyat sığortası növü üzrə 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı “Xsığortası” Şəhadətnaməsi əsasında cavabdehdə sığorta olunması, sığortanın qüvvədə olma müddətinin 15 yanvar 2021-ci ildən 14 yanvar 2041-ci il tarixədək, sığorta haqqının isə 53.000 manat müəyyən olunması, X3 12 may 2021 -ci il tarixdə “dəqiqləşdirilməmiş koma, beyin ödemi” diaqnozu ilə vəfat etməsi işin mübahisələndirilməyən hallarıdır. Bununla yanaşı işdən görünür ki, iddiaçı, ərinin ölümü ilə bağlı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə məlumat vermiş, lakin sığorta ödənişi verilməmişdir. Cavabdehin etirazına (kassasiya şikayətinin dəlillərinə) əsasən iddiaçının mərhum əri sığorta müqaviləsi bağlanan zamanı xəstəlikləri barədə yanlış məlumat vermişdir. Belə ki, X ilə sığorta müqaviləsi bağlanan zaman ona ərizə forması təqdim olunmuş, ərizədə müxtəlif xəstəlik adları sadalanmaqla “Siz aşağıda adları çəkilən xəstəliklərə tutulmusunuzmu?”; “Yuxarıda qeyd olunmayan hər hansı xəstəliyiniz və ya travmalarınız varmı?”; sair suallarına X “xeyir” cavabını vermişdir. Həmçinin, X qeyd olunan ərizədə sığorta üzrə olan bütün müddəaların həqiqətə uyğunluğunu və doğruluğunu təsdiq etmiş, o cümlədən ərizə yalan olduğu və ya riskin düzgün qiymətləndirilməməsi halında cavabdehin imzalanmış müqaviləni ləğv etməyə ixtiyarı olduğunu təsdiq etməklə ərizəni imzalamışdır. Lakin, Azərbaycan Respubl ikası Səhiyyə Nazirliyinin Tibb Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli, xx/xx-1424 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, X 2015-ci ildən “Hipertoniya xəstəliyi. Xroniki pielonefrit. Xroniki böyrək çatışmazlığı İİ-İİİ mərhələ” xəstəlikləri mövcud olmuş və ona müalicə tədbirləri başlanmışdır. Göründüyü kimi, Vx xeyrinə sığorta müqaviləsi bağlanan zaman ona təqdim olunmuş ərizədə heç bir xəstəliyinin olmamasını bəyan etməklə əslində mövcud olan “Hipertoniya xəsitəliyi, İİ mərhələ, xroniki böyrək çatışmazlığı V mərhələ, renal anemiya” və sair xəstəliklər barədə sığortaçıya qəsdən yanlış məlumat vermiş, nəticədə sığortaçını sığorta riskini qiymətləndirmək hüququndan məhrum etmişdir. Baxılan halda, X qəsdən yanlış məlumat verməklə Mülki Məcəllənin və yuxarıda adı qeyd olunan Qaydaları n tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddianı sığorta şəhadətnaməsinin ilk səhifəsində “sığortalı (sığorta olunan) sığorta müqaviləsi bağlanan zaman özünün aşağıda sadalanan şəxslər siyahısına aid olmadığını bəyan edir” formada qeyd vardır. Həmin qeyddə göstərilmişdir ki, aşağıda göstərilən şəxslər siyahısına aid olan şəxslərlə bağlanmış sığorta müqavilələri bağlandığı andan etibarsızdır: 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlarla; İ və İİ qrup əlillərlə; Narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserdə qeydiyyatda olan şəxslərlə; hepatit C, onkoloji, xronoki ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərlə, QİÇS olan xəstələrlə, İÇV daşıyıcıları olan şəxslərlə. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarının 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır; 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlarla; İ və İİ qrup əlillərlə; narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserdə qeydiyyatda olan şəxslərlə; hepatit C, onkoloji, xronoki ürəkdamar xəstəliklərindən əziyyət çəkən şəxslərlə; QİÇS olan xəstələrlə; İÇV daşıyıcıları olan şəxslərlə. Göründüyü kimi, Sığorta Şəhadətnaməsinin birinci səhifəsində göstərilən hallar, həmçinin Qaydalarda göstərilənlərlə də eynilik təşkir edir. İddiaçı bildirmişdir ki, tibbi sənədlərdə iddiaçının sığorta müqaviləsinin 1-ci səhifəsində sadalanan xronoki ürək-damar xəstəlikləri kateqoriyasına aid olan“Hipertoniya və hər iki mədəciyin hipertrofiyası” xəstəliyi mövcud olmuşdur. Apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması istiqamətində məhkəmə tibbi ekspertizası təyin olunmuş və “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin 435/KEŞ saylı ekspert rəyindən görünür ki, tibbi sənədlərə əsasən mərhum X cavabdeh arasında “Həyat sığortası” Müqaviləsi bağlanan z aman onda 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı “Həyat Sığortası” Şəhadətnaməsinin 1-ci səhifəsində sadalanan xəstəliklərdən hər hansı biri onda müəyyən edilməmişdir. Yəni, X xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi müəyyən olunmamışdır. Göründüyü kimi, ekspertiza rəyi ilə də iddiaçının mərhum ərinin “X Sığortası” Müqaviləsi bağlanan zaman 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı “X sığortası” Şəhadətnaməsinin 1-ci səhifəsində sadalanan xəstəliklərdən, xüsusilədə “xroniki ürəkdamar” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən olunmamışdır. Belə olan halda, kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin bu istiqamətdə kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, həmin dəlillər işdə olan sübutlarla təqdiq olunmur. Cavabdeh, kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətində həmçinin sığorta şəhadətnamənin 5-ci səhifəsinə əsaslanaraq, iddiaçının mərhum əri tərəfindən orada salanan xəstəliklərin onda olmamasını bəyan etməsini, lakin həmin xəstələiklərdən “xroniki böyrək xəstəliyinin” olmasını, beləliklə yanlış məlumat verməsini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, iddiaçının mərhum ərində sığorta şəhadətnamənin 5-ci səhifəsində sadalanan xəstəliklərdən “Diabetik nefropatiya. Xroniki böyrək xəstəliyi” mövcud olmuşdur (bu hal yuxarıda qeyd olunan tibbi ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur). Lakin, cavabdeh sığorta şəhadətnamənin 5-ci səhifəsinin iddiaçının mərhum ərinə təqdim olunmasını, sonuncunun onunla tanış olmasını və onda həmin xəstəliklərin olmamasını bəyan etməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, işdə olan 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı həyat sığortası şəhadətnaməsinin 5-ci səhifəsi bir halda imzasız, digər halda isə kserosurət formasında təqdim edilmişdir. Cavabdehin nümayəndəsi həmin səhifənin iddiaçının mərzum ərinin imzası ilə təsdiq olunmuş əslini məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, bel ə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, həm də Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrindəədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, mü xtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir (Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu 13 iyun 2008-ci il tarixli Qərarında da qeyd etmişdir ki, MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlariş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışma lar və s. sənəd və materiallardır. Bu mənada qeyd olunmalıdır ki, MPM-in 89.3-cü maddəsinəəsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin, mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, mülki işəəlavəedilmiş yuxarıda göstərilən yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir. Beləliklə, istər qanunverciliyin tələblərinə, istərsə də Konstitusiya Məhkəməsinin Plenumunun çoxsaylı qərarlarındakı hüquqi mövqeyinə görə- yazılı sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin əlavə olunmaması həmin sənədin sübut kimi qəbul edilməsini istisna etməklə, iddia tələbinin əsasını təşkil edə bilməz. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisna yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Bununla yanaşı, qeyd edilməlidir ki, sığorta ödənişinin verilməsindən imtinanı nəzərdə tutan Qaydaların 18.1, 18.2-ci maddələrinin, həmçinin Qaydaların 4.3-cü və digər normalarının müqayisəli təhlili onu deməyə əsas verir ki, Qaydaların 4.3-cü bəndində (eləcə də sığota şəhadətnaməsinin 1-ci səhifəsində sadalanan hallar) göstərilən əsasların mövcudluğu özü-özlüyündə sığorta ödənişinin verilməsindən imtinaya birmənalı əsasdır (həmin halların mövcudluğu ümumiyyətlə sığorta müqaviləsinin etibarsızlığına əsasdır). Lakin, sığortaçının özünün müəyyənləşdirdiyi xəstəliklər sıyahısında (sığorta müqaviləsinin 5-ci səhifəsi) göstərilən hər hansı halın mövcudluğu özü-özlüyündə sığorta müqaviləsinin etibarsızlığına, dolayısı ilə sığorta ödənişinin verilməsindən imtinaya əsas ola bilməz. Qaydaların 18.1 və 18.1.3-cü bəndlərinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmet i, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qaydaların 18.2-ci bəndinə əsasən bu Qaydaların 18.1.3-cü yarım bəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödəniş inin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Cavabdeh isə müvafiq məlumatların verilməməsində iddiaçının mərhum ərinin təqsirinin olmasını bilidrsə də, bu hal işdə olan sübutlarla tam təkzib olunur. Eyni zamanda işdə olan “Ölüm haqqında” Şəhadətnamədən də göründüyü kimi, ölümün səbəbi böyrəklə bağlı xəstəlikdən deyil, “dəqiqləşdirilməmiş koma. Beyin ödemi” ilə bağlı olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, həmçinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq, qeyd edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, kred it müqaviləsindən və əlavə kimi razılaşdırılmış ödəniş cədvəlindən görünür ki, iddiaçının əri vəfat edən anda kreditin qalıq məbləği 52.272,66 manat təşkil etmişdir. “X sığortası” Şəhadətnaməsinin “Sığorta məbləği” hissəsində qeyd edimişdir ki, sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 53.000 manat təşkil edir. Növbəti aylar üçün ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cəlvəlinə uyğun olaraq müəyyən edilir. Görünüdüyü kimi, birinci instansiya məhkəməsi ödənilməli olan sığorta məbəlğini sığorta hadisəsi baş verdiyi anda ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cəlvəlinə uyğun olaraq 52.272,66 manat həddində müəyyən etməkdə də haqlı olmuşdur. Cavabdeh isə etirazının (həmçinin kassasiya şikayətinin dəlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özüözlüyündə əsassızdır. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasın da mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-1717/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.