Məhkəmə qərarları › İş №2(102)-1176/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1176/2024

19.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1176/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Tərtər rayon notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 cav abdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi) alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və torpaq sahəsinin onların sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2616/2023 nömrəli 4 dekabr 2023cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 19 mart 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrindən 26 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Tərtər rayon Bəyimsarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 6,0518 ha torpaq sahəsinin 1/9 hissəsi X3, 1/9 hissəsi X4, 1/9 hissəsi X5, 2/9 hissəsi İddiaçı1, 1/9 hissəsi X6, 1/9 hissəsi İddiaçı3 və 2/9 hissəsi İddiaçı4 mülkiyyətinə verilmişdir.

2. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o, cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, əmlakı girova (ipotekaya) qoymaq və ipotekanı (girovu) qəbul etmək barədə əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər hüquqları həyata keçirmək barəd ə Cavabdeh2 notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş, sonuncu da həmin etibarnamə əsasında onların payına düşən 3,362 ha hissəni Cavabdeh1 4.500 manata satmış və bu barədə Tərtər rayon Dövlət Notariat Kontorunda 17 dekabr 2014-cü il tarixli ******* nömrəli AN-İ seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Tərtər rayon Bəyimsarov kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,36 ha torpaq sahəsinə dair Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış və **********64 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının 8 yanvar 1999-cu il tarixli, 1 saylı qərarı ilə onların ailə üzvləri X12, X17, X11, X13, X14, X10, İddiaçı1, X15, İddiaçı3 mülkiyyətinə verilmiş və torpağa mülkiyyət hüququna dair JN-092, kod 61100028 saylı dövlət aktı ilə rəsmiləşdirilmiş və Tərtər rayonu, Bəyimsarov kənd ərazisində yerləşən 6,60 ha ölçüdə torpaq sahəsinin satılmasına dair satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında Tərtər rayon Notariat Kontorunda təsd iq edilmiş AN-İ N ******* nömrəli, 17 dekabr 2014-cü il tarixli, reyestrdə 4Ə-N297 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və torpaq sahəsinin onların istifadələrinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin 3,362 ha hissəsini Cavabdeh2 etibarnamə əsasında 17 dekabr 2014-cü il tarixdə Tərtər rayon dövlət notariat kontorunda ******* nömrəli alqı-satqı müqaviləsi ilə digər Cavabdeh1 4500 manata satmış və nəticədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Halbuki alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, ailə başçısı X12 25 yanvar 2011-ci il tarixində, X16 isə 1 fevral 2010-cu il tarixdə vəfat etmişlər, lakin onların əmlaklarına dair vərəsəlik işi açılmamış və mülkiyyətçilərin soyadı, adı səhv göstərilmişdir.

5. İddiaçı2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əri İddiaçı1 göstərdiklərini təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, ona etibarnamə verərək məhkəmə iclasında təmsil etməyi həvalə etmişdir. Cavabdehlə heç bir ədavətləri olmamış, ailə üzvlərinin münasibətləri yaxşı olmuşdur. Ona və ailə üzvlərinə məxsus yaşadıqları Tərtər rayonu, Bəyimsarov kəndindən 6,60 hektar pay sahəsi verilmi şdir. Bu günə kimi həmin torpaq sahəsindən Cavabdeh1 istifadə etmişdir. Evdə danışığa görə torpaq icarəyə verilmişdir. Hal-hazırda gəlir yerləri olmadığını, torpağı qaytarıb özlərinin əkib-becərmək istədiklərini bildirmiş və iddialarının təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, digər Cavabdeh1 onun atasıdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuş, lakin səhhəti ilə bağlı məhkəmə iclasına gəlməmiş, ona etibarnamə verərək məhkəmə iclasında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İddiaçı tərəflə heç bir ədavəti olmamış, münasibətləri həmkəndli kimi normal olmuşdur. İddiaçılardan 2014-cü ildən ona məxsus olan və həmin tarixə qədər isə onların mülkiyyətində olmuş təqribən 5 ha. pay torpaq sahəsini bütün a ilə üzvlərinin razılığı ilə almışlar və hər bir sənədləşməyə qanunun tələblərinə uyğun olaraq riayət etməklə 2014-cü ildə və 2015-ci ildə Cavabdeh1 adına sənədləşdirmişdir. Sənədləşmənin nəticəsi olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* və Seriya RX ******* saylı çıxarışlar almışdır. İddiaçılar ilə aralarında heç bir icarə müqaviləsi bağlanmamışdır. Onlarla aralarında 2014-cü ildə həmin vaxt onların mülkiyyətində olmuş təqribən 5 ha. pay torpaq sahəsinə görə alğı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi 2014-cü ildə iddiaçılar torpaqlarını həmkəndli və yaxın münasibətdə olduqları üçün onlara almağı təklif etmişlər. Onlar torpağı almaq qərarına gəlmişlər. Torpağı almaq məqsədi ilə həmin vaxt 2.000 manat X7 v ə 8.000 manat İddiaçı1 vermişlər. Sənədlərdə olan texniki səhvlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən aradan qaldırılmış, mərhumlar X8 və X9 əmlaklarına vərəsəlik işi açılmış, iddiaçıların 7 nəfər ailə üzvlərinin adına çıxarış alınmış, 5 nəfər ailə üzvlərinin payları 1/9 hissədə, X2 və İddiaçı1 payları mərhumların payları hesabına 2/9 hissə müəyyən edilmişdir. Son zamanlar iddiaçılar İddiaçı1 və həyat yoldaşı Nazilə Məmmədova torpağı qaytarmalarını tələb etmişlər. İddiaçılara məxsus pay torpaq sahəsini onların razılığı ilə 9 il bundan əvvəl almışlar və qanunun tələblərinə uyğun olaraq Cavabdeh1 adına sənədləşdirmişlər.

7. Tərtər Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli 2(061)-757/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, 2014-cü il dekabr ayında Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 və mərhumlar X1 və X8 mülkiyyətlərində olan Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən pay torpaq sahəsini satın almışdır. Məhkəmədə elan olunmuş Tərtər rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələri ilə bu fakt təsdiq olunmuşdur. Həmin müqavilələrdə tərəflərə alqı-satqının təfərrüatları geniş şəkildə izah edilmiş və hər iki tərəf müqaviləni imzalamışdır. O cümlədən qanuna müvafiq qaydada sənədləşmələr aparılmış və İddiaçı4 və İddiaçı1 mərhumlar Telman M əmmədov və Salatın Məmmədovanın qanun üzrə vərəsələri kimi ərizə ilə notariat kontoruna vərəsəlik şəhadətnamələri verilməsi üçün müraciət etmiş və onlara mərhumların Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,733 ha pay torpaq sahəsinə görə vərəsəlik şəhadətnaməsi verilmişdir.

9. Məhkəmə iclasında izahat vermiş İddiaçı1 göstərmişdir ki, ona və ailə üzvlərinə yaşadıqları Tərtər rayon Bəyimsarov kəndindən 6,60 hektar pay torpaq sahəsi verilmişdir. Həmin vaxt pula ehtiyacları olduğundan 17 dekabr 2014-cü ildə uzunmüddətli həmkəndliləri Cavabdeh2 və Cavabdeh1 istifadəsinə vermişlər. Məhkəmə iclasında sədrlik edənin torpaq sahəsini neçə illiyə və ilini hansı qiymətə icarəyə verməsi barədə sualını iddiaçı cavablandıra bilməmişdir. Yalnız bunun müqabilində Cavabdeh1 4.500 manat pul aldığını bi ldirmişdir. Məhkəməyə təqdim olunmuş alqı-satqı müqaviləsi oxunmuş, həmin müqaviləyə imza etmişdir. Lakin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir. Məhkəmə iclasında izahat vermiş digər cavabdeh İddiaçı2 da ailə başçısı kimi İddiaçı1 dediklərini təsdiqləmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar göstərdikləri ilə bağlı heç bir sübut və dəlili məhkəməyə təqdim də bilməmişlər. İddiaçılar yalnız verdikləri ifadələr ilə kifayətlənmişlər.

11. Məhkəmə hesab etmişdir ki, əgər iddiaçılar sonradan cavabdehin istifadə adı ilə alqı-satqı müqavələsinə imza etdirdiyini bilsələr də həmin vaxt və ya sonralar bunu məhkəmədə mübahisələndirməmişlər. Həmçinin onların özlərinin də göstərdikləri kimi alqısatqı müqaviləsi onlara izah edilmiş, sonra imzalanmışdır. Bundan sonra, Cavabdeh1 sözügedən torpaq sahəsini adına sənədləşdirmiş və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın seriya RX № ******* və RX № ******* dövlət reyestrindən çıxarışlar verilmişdir. Cavabdeh1 artıq təqribən 10 ilə yaxın müddətdir ki, həmin torpaq sahəsinin qanuni sahibi kimi torpaq sahəsindən istifadə edir. İddiaçılar iddia ərizəsində torpaq sahəsini cavabdehə uzun müddət istifadəsinə vermələrini göstərsələr də onların arasında aparılan sənədləşmələrdə bu barədə hər hansı bir qeydiyyat aparılmamış, tərəflər arasında belə razılaşmanın və ya hər hansı bir sənədin olmasını təsdiq edən sənədi, sübutu məhkəməyə təqdim edə bilməmişlər.

12. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

13. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddə sində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə itirilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində hüququ qeydiyyata alınmış, aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq torpaqdan istifadə edir. Ona görə də cavabdehin torpaq üzərində sahibliyi əsaslıdır. Göstərilənlərə əsasən iddiaçıların cavabdehə qarşı tələb hüququ yar anmır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.3, 157.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 78.1, 84, 88, 213, 217.4, 218.1, 216-220, 233, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, ona və ailə üzvlərinə Tərtər rayon Bəyimsa rov kəndində yerləşən 6,60 ha pay torpaq sahəsi verilmişdir. Pula ehtiyacları olduğuna görə 2014-cü ildə həmin pay torpaq sahəsinin 3,68 ha hissəsini Cavabdeh1 uzun müddətə icarəyə vermişlər və bunun müqabilində sonuncu 4500 manat ödəmişdir. Sonradan torpaq sahəsini qaytarmasını təklif etmiş, lakin Cavabdeh1 razı olmamışdır. Həmin vaxt mərhumlar X12 və X9 əmlaklarına vərəsəlik işi açılmamış və sənəddə texniki səhvlər səbəbindən torpaq sahəsinin satılması qanunsuz olmuşdur. Hazırkı dövrədək pay torpaq sahəsindən Cavabdeh1 istifadə edir. Torpaq sahəsini icarəyə verməmişdən əvvəl pambıq əkmək üçün Tərtər rayon Pambıq Zavodu ilə onlar arasında bağlanmış müqaviləyə əsasən torpağın dövlət aktının və digər sənədlərin əsli Tərtər Rayon Pambıq Zavodunda qalmışdır. Həmin Torpağa Mülkiyyət Hüququna D air JN-092, kod 61100028 nömrəli Dövlət Aktında ailə üzvlərinin ad və soyadların çoxunda yanlışlığa yol verilmiş və alqı-satqı müqaviləsi bağlanarkən sənədlərin əslinin olmamasına nəzər yetirilməmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyək bildirmişdir ki, iddiaçılar 2014-cü ildə torpaq sahəsini onlara satmışlar və bunun müqabilində 2000 manat Müşfiqə, 8000 manat isə Eyvaza verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi barədə aralarında razılaşma olmamışdır. İddiaçılar ona etibarnamə vermiş, həmin etibarnamə əsasında da alqı-satqı müqaviləsi bağlanmışdır.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2616/2023 nömrəli 4 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi) Ə dil Məmmədov və Fikrət Mehyiyev) apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

19. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əqdin qanunvericiliklə müəyyən edilmiş etibarlılıq şərtlərinə istinad etməklə bildirmişdir ki, 17 dekabr 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Yəni qeyd olunan müqavilə yazılı formada notarial qaydada tərtib olunmuş, səlahiyyətli şəxslər tərəfindən imza edilməklə iradə ifadələri göstərilmiş və bununla da hüquqi nəticələrə səbəb olmuşdur.

20. Kollegiya qeyd etmişdir ki, 17 dekabr 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin et ibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə olan təqdirdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab olunması (ləğv olunması) üçündə əsas yaranmır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya hesab etmiş dir ki, şikayətin dəlillər əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 139.1, 152.1, 324, 329.1, 329.2, 331.1, 337.1, 362.1, 365.1.7, 567, 646.1-ci, MPM-in 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı1 kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun cavabdehlərlə heç bir ədavəti olmamış, münasibəti yaxşı olmuşdur. Ona və ailə üzvlərinə Tərtər rayon Bəyimsarov kəndindən 6,60 ha. pay sahəsi verilmişdir. Həmin vaxt pula ehtiyacları olduğundan 2014cü ildə həmin pay torpaq sahəsinin 3,36 ha hissəsini Cavabdeh1 uzun müddətə icarəyə vermişlər. Bunun müqabilində Cavabdeh1 4.500 manat pul almışlar. 2 il bundan əvvəl pulunu qaytarmaq şərti ilə torpağı qaytarmasını təklif etmiş, lakin Cavabdeh1 razı olmamışdır. Həmin vaxt mərhum ailə başçısı X8 və X9 əmlaklarına vərəsəlik işi açılmamış və sənəddə texniki səhvlər səbəbindən torpaq sahəsinin satılması qanunsuz olmuşdur. Hazırkı dövrədək pay torpaq sahəsindən Cavabdeh1 istifadə edir. Sözügedən torpaq sahəsini icarəyə verməmişdən əvvəl pambıq əkmək üçün Tərtər Rayon Pambıq Zavodu ilə aralarında bağlanmış müqaviləyə əsasən torpağın dövlət aktının və digər sənədlərin əsli Tərtər Rayon Pambıq Zavodunda qalmışdır. Həmin torpağa m ülkiyyət hüququna dair JN-092, kod 61100028 saylı Dövlət Aktında ailə üzvlərinə məxsus ad və soyadların çoxunda yanlışlığa yol verilmiş, alqı-satqı müqaviləsi isə bağlanarkən sənədlərin əslinin olmamasına fikir verilməmişdir. O, müharibə veteranı olmaqla yeganə gəlir yeri həmin torpaq sahəsidir. Bu səbəbdən, məhkəmənin çıxardığı hazırkı qətnamə onun hüquqlarını pozur. İşdəki sənədlərə əhəmiyyət verməyən məhkəmə onun haqlı tələbini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hü ququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

27. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış ş əxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

29. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

30. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

31. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

32. Maddə 152.1. Mül kiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiq i məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

34. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

35. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

36. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

37. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblər inə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

40. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. Maddə 646.1. Daşınmaz əşyaları n alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, iddiaçı lar mübahisəli torpaq sahəsini 17 dekabr 2014cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmış və əşya dövlət reyestrində mülkiyyət hüququ ilə sonuncunun adına qeydə alınmışdır.

55. Qanuna əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

56. Məhkəmələr bu qənaə tə gəlmişlər ki, cavabdeh torpaq sahəsini qanuni əsaslarla bağlanmış müqavilə əsasında əldə etmiş və müqavilənin etibarsızılığı üçün hər hansı əsas mövcud deyildir. Ona görə də iddia təmin oluna bilməz.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məh kəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 dekabr 2023-cü il tarixli, 2(104)-2616/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar