Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1176/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhməd Güləhməd oğlu Nurməmmədov (məruzəçi), Rəşad Məhəmməd oğlu Həsənov və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5510/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh1 ASC-də aylıq vəzifə maaşı 7000 manat almaqla, baş direktor vəzifəsində işləmişdir.
2. İddiaçının barəsində sağlamlığı ilə əlaqədar verilmiş “Əmək qabiliyyətinin olmaması” vərəqəsində, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “görmə sinirinin nevriti” diaqnozu ilə işdən azad edildiyi qeyd olunmuşdur.
3. LPO Cavabdeh1 ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrdə, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (işəgötürə nin təşəbbüsü ilə) xitam verildiyi qeyd olunmuşdur.
4. İddiaçının əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (öz xahişi ilə) xitam verildiyi qeyd olunmuşdur. 5. 21.11.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbüsü ilə xitam verildiyi) qeyd olunmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-3(103)-54/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, Cavabdeh1 ASC-nin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilməsi, Ca vabdeh1 ASC-nin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində bankın işçilərinin əmək haqqı üzrə ödənişlərinin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla), habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin etibarsız hesab edilərək vəzifəsinə bərpa olunması, cavabdeh LPO Cavabdeh1 ASC-dən əmək müqaviləsi üzrə yaranmış 35000 manat məbləğində məcburi işburaxmaya görə əmək haqqı və iddia verilən günə hesablanmış 1 faiz ödənc məbləği olan 31900 manat və vəkilin xid mət haqqı kimi ödənilmiş 320 manat olmaqla cəmi 67220 manat məbləğində vəsaitin, vəzifəsinə faktiki bərpa olunduğu günədək işburaxmaya görə hər ay üçün 7000 manat məbləğində əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1 faiz olmaqla hesablanmış ödənc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu ifadəsinin LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kimi qeyd olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına (1-6) istinad etməklə belə əsaslandırmışdır ki, görmə sinirinin nevriti diaqnozu ilə xx.xx.2023-cü il tarixdə əmək qabiliyyətini tam olaraq itirdiyindən müalicədə olmuşdur. Onun əmək qabiliyyətinin bərpa olunması və işə çıxma tarixi kimi xx.xx.2023-cü il tarixi göstərilmişdir. Xəstəlik səbəbindən işə çıxmadığı gün, yəni 2023-cü ilin 23 oktyabr tarixində əmək müqaviləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin, o, öz xahişi ilə işdən çıxmağına dair hər hansı ərizə ilə təşkilata müraciət etməmişdir. Eyni zamanda, cavabdeh bu günədək rəsmi qaydada işdən azad olunmağı ilə bağlı əmrlə iddiaçını tanış etməmiş, işlədiyi müddət üçün yekun haqq-hesabı, o cümlədən oktyabr ayı üçün əmək haqqını ona ödəməmişdir.
10. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçının mübahisəli əsasla işdən çıxarılmasının əsas səbəbi odur ki, o işdən çıxarılsa idi, iddiaçıya ikiqat kompensasiya ödənilməli idi. Bundan yayınmaq üçün cavabdeh belə addım atmışdır. Müəssisənin ləğvi əsası ilə və iddiaçıya müvafiq kompensasiya ödənilməklə onun işdən azad edilməsinə etirazı yoxdur.
11. Cavabdeh tərəf göstərmişdir ki, elektron sistemdə işəgötürənin təşəbbüsü ilə müqaviləyə xitam verilməsinə dair bölmə olmadığından əmək müqaviləsinə həmin əsasla xitam vermək mümkün olmamışdır. Cavabdeh bank hazırda ləğv prosesindədir və ləğv prosesi başa çatanadək müəssisənin ləğvi əsası ilə əmək müqaviləsinə xitam verilməsi mümkün deyildir. Həmçinin, iddiaçı xəstəliyi ilə bağlı məsələni sözügedən əmri məhkəmə qaydasında mübahisələndirmək üçün əsas gətirmişdir.
12. İşə məhkəmədə baxılarkən, X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələbl ər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
13. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 320 manat vəkilə çəkilmiş xidmət haqqının iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 100 manat dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir (hakim Solmaz Ədilova).
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad edərək xitam verilməsi zamanı onun səbəbinin göstərilməsi şərtdir. Məhz sadalanan halın mövcudluğu əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Lakin işin hallarından müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verildiyi müəyyən olunsa da, işçiyə məxsus əmək kitabçasında tərəflər arasında olan əmək müqaviləsinə “işçinin öz xahişi ilə” xitam verildiyi qeyd olunmuşdur. Bununla da cavabdeh (işəgötürən) tərəfindən ƏM-nin 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla əmək müqaviləsinə xitam verilmişdir.
15. Bundan başqa əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişind ə ƏM-nin 68-ci maddəsinin “a” bəndinə istinad olunmuşdur ki, bu faktın özü də yol verilmiş pozuntulardan biridir. Belə ki, xx.xx.2023-cü il tarixli əmr verilərkən ƏM-nin 83 maddəsinin 1-ci hissəsinin tələbi nəzərə alınmamışdır. Qeyd olunan qanunvericilik normasının müddəalarına görə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə ("işəgötürənin təşəbbüsü") istinad olunmuş, lakin Məcəllənin 70-ci maddəsinin konkret əsaslarına istinad edilməmişdir.
16. Belə ki, həmin əmrdə işçinin ƏM-də nəzərdə tutulan konkret hansı əsaslara və qaydalara istinad edilərək işdən azad edilməsi qeyd olunmamışdır. Əmrdə “Banklar haqqında” Qanunun 71.3-cü maddəsi qeyd olunsa da, Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsi və 2-ci hissələrinin tələbləri pozulmuş, o cümlədən də əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.
17. Cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə bankın lisenziyasının ləğv edilməsi, iddiaçının isə məhz növbəti gün üçün xəstəliklə bağlı arayış təqdim etməsi ilə bağlı etirazının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi göz müayinəsi ilə bağlı sənədlərdən müəyyən olunur ki, xəstəlik vərəqəsində qeyd olunan diaqnozla bağlı iddiaçı xx.xx.2023-cü il tarixdən müvafiq müayinə və müalicələrdən keçmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 35 və 71-ci, Əmək Məcəlləsinin 10, 68, 69, 70, 71, 73, 76, 79 və 83-cü, “Banklar haqqında” Qanunun 10, 23, 26 və 71-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, qətnamədə iddia tələbinin tərkib hissəsi olan 2023-cü ilin oktyabr ayı üçün əmək haqqının ödənilməsi və ödənilməmiş əmək haqqına görə günlük 1 faizi məbləğində kompensasiyanın ödənilməsi məsələsinə münasibət bildirilmədiyindən mülki işlə bağlı əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə ərizə təmin edilərək, mülki iş üzrə əlavə qətnamənin çıxarılması, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2023-cü ilin oktyabr ayı üçün 7000 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməsi, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2 023-cü ilin dekabr ayından başlayaraq, xx.xx.2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün 7000 manat məbləğində əmək haqqının 1 faizi məbləğində ödəncin tutularaq İddiaçı verilməsi qət olunmuşdur (hakim Solmaz Ədilova).
21. Məhkəmə əlavə qətnaməyə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 2023-cü ilin oktyabr ayı üçün əmək haqqısı ödənilməmişdir. Həmçinin də iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin ay üçün əmək haqqının ödənilməsi halı mübahisələndirilmir, oktyabr ayı üçün əmək haqqının ödənilmədiyi bildirilir. Belə olanda məhkəmə hesab edir ki, iddia tələbi oktyabr ayı üçün ödənilməmiş 7000 manat əmək haqqının ödənilməsi hissəsində əsaslıdır.
22. Məhkəmə həmçinin onu da göstərmişdir ki, iddia tələbi “7000 m anat əmək haqqının gecikdirilməsinə görə 1 faiz olmaqla hesablanmış ödənc məbləğinin tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətində göstərilmişdir ki, işin onlara mübahisəli qalan tərəfi əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1 faiz olmaqla hesablanmış ödənc məbləğinin tutulması” hissəsində təmin edilməməsidir. Məhkəmə iddia predmetinin qeyd olunan hissəsinin rədd edilməsinin əsasını əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq e dilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalı olduğunu məhkəmə tərəfindən qeyd edilmişdir. Məhkəmə iddianın sözügedən hissəsinin təmin etməməklə Əmək Məcəlləsinin 294-cü maddəsinin 1ci hissəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddədə 294-cü maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılması qeyd edilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 172-ci maddəs inin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya məhkəməsinin 11 aprel 2023-cü il qərarında qeyd edilmişdir ki, “Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.” Göründüyü kimi məhkəmə qanunvericiliklə işçiyə ödənilməmiş əmək haqqına görə günlük 1 faiz məbləğində vəsaitin ödənilməsinə dair tələbini tətbiq etməməsini qətnamədə heç cür əsaslandırmayıb, bununla da işçinin qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnmiş qətnamə qəbul edib.
25. Cavabdeh LPO Cavabdeh1 ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətində göstərilmişdir ki, Fond ləğvedici təyin edildikdən sonra həmin ay üzrə işçilərin əmək haqlarını kompensasiya etsə də, iddiaçının bankın inzibatçısı olduğu üçün baş direktora əmək haqqının ödənilməsi mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi yekun məhkəmə aktı qəbul edərkən bunu nəzərə almamışdır. Göründüyü kimi, Cavabdeh1 ASC-nin ləğv prosesində olduğu, habelə bankın idarəetmə orqanının səlahiyyətlərinin ləğvediciyə ötürüldüyü üçün baş direktorun (idarə heyətinin üzvü) ləğvetmə prosesindən mütləq qaydada kənarlaşdırılmasını nəzərə alaraq, ləğvedici tərəfindən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Rayon məhkəməsi isə qeyd olunan maddə üzrə işçinin işdən azad olunmasını əsassız hesab etmişdir. Göründüyü kimi, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3cü maddəsinə əsasən Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən bankın inzibatçısına bankın X2 Komitəsinin və İdarə Heyətinin üzvləri, xarici bankın yerli filialının və nümayəndəliyinin rəhbəri, habelə bankın (xarici bankın yerli filialının) baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin əməkdaşları, bankın filialının, şöbəsinin və nümayən dəliyinin rəhbərləri daxildir. Qanunvericiliyin qeydedilən maddələrinin tələblərindən də bəllidir ki, baş direktorun bütün vəzifə və səlahiyyətləri ləğvediciyə ötürülmüşdür. Bu səbəbdən ləğvedici öz təşəbbüsüilə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən İddiaçı işdən azad etmişdir. Əks halda isə ləğv prosesində olan bankın baş direktorunun işdə saxlanılması və ya Əmək Məcəlləsinin digər maddələrinə əsasən işçinin işdən azadedilməsi qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnərdi. Lakin məhkəmə bütün bunları, qanunvericiliyin və ələlxüsus da “Banklar haqqında Azərbaycan Respublikası Qanununun ləğvedici ilə bağlı normalarını doğru təhlil etməmiş və bununla da qanunsuz məhkəmə aktı qəbul etmişdir. Əmək qabiliyyətinin olmaması barədə isə ümumiyyətlə İddi açı tərəfindən işəgötürənə öncədən heç bir məlumat verilməməsi iddiaçının işdən çıxarılması isə onun bankın inzibatçısı olması ilə bağlı olmuşdur. Lakin birinci instansiya məkəməsi gəldiyi qənaətdən belə başa düşülür ki, ləğvedici tərəfindən İddiaçı işdən çıxarılması onun işə gəlməməsi ilə bağlı olmuşdur. Halbuki Fond ləğvedici təyin edildiyi tarixdən ilk növbədə bankın inzibatçılarının ləğvetmə prosesindən kənarlaşdırılmasını təmin etmiş və İddiaçı öz təşəbbüsü ilə işdən azad etmişdir. Məlumdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 23(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bununla da bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səla hiyyətləri ləğvediciyə keçmişdir. Lakin məhkəmə ləğv prosesində olan bankın baş direktor vəzifəsini səlahiyyətli hesab etmiş və bununla da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən, əsassız qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən isə ləğv prosesində olan bankın baş direktoru olmuş və hazırda ləğvetmə prosesində səlahiyyətləri ləğvediciyə ötürülən vəzifə ilə bağlı iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Belə olan halda ləğvetmə dövründə heç bir səlahiyyətə, f unksiyaya malik olmayan bir vəzifə üçün aylıq 7000 (yeddi min) manat pulun tutulub iddiaçıya – bankın inzibatçısına ödənilməsi digər kreditorların haqlı narazılığına səbəb olacaqdır. Məhkəmə isə qətnamə qəbul edərkən işi hərtərəfli nəzərdə keçirməmiş, ləğv prosesində olan bankla, hazırda bank lisenziyası üzrə fəaliyyət göstərən bankı eyniləşdirmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmə işin bağlanğıcından prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3-cü maddəsinə əsasən mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğvedən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Lakin birinci instansiya məhkəməsi işə obyektiv yanaşmamış və bu isə ləğvedicinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Ən vacib məqam isə odur ki, xx.xx.2024-cü il tarixli e2(005)-1611/2024 nömrəli qətnamədə “iddia tələbi qalan hissədə təmin olunmasın” qeyd olunmasına baxmayaraq yenidən əlavə qətnamə ilə “qalan hissə” də təmin olunmuşdur.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5510/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi ləğv edilərək İddiaçı “2023-cü ilin oktyabr ayı üçün əmək haqqının ödənilməsi və ödənilməmiş əmək haqqına görə günlük 1 faiz məbləğində kompe nsasiyanın ödənilməsi” barədə iddia tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir (hakimlər: Günay Axundova-sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Fərrux Qasımov).
28. Məhkəmə qeyd etmişdir ki, bankın müflis elan olunmasınadək məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün əmək haqqı verilməsi barədə işçilərinin tələbləri növbəlilik qaydasında ödənilir. Belə olan halda iddiaçının oktyabr ayı üzrə 7000 manat və əmək haqqının gecikdirilməsi üçün 1 faiz məbləğində kompensasiyanın ödənilməsi tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbi rədd edilmişdir.
30. Apellyasiya məhkəməsi bankın apellyasiya şikayəti verməyə subyektiv hüququnun olmaması ilə bağlı iddiaçının etirazına münasibətdə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının LPO Cavabdeh1 ASC-də tutduğu əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının tutulmasının qərara alınması cavabdeh LPO Cavabdeh1 ASC-nin marağına toxunduğundan onun apellyasiya şikayəti vermək hüququ olmuşdur.
31. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ASC ləğv prosesində olduğundan və bankın idarəetmə orqanının səlahiyyətləri ləğvediciyə keçdiyindən, ləğvedici tərəfindən öz təşəbbüsü ilə bankın müflis elan olunduğu və ləğvedici təyin edi ldiyi gün LPO Cavabdeh1 ASC-nin İdarə Heyətinin baş direktoru İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur.
32. Belə ki, “Banklar haqqında” qanunvericiliyə əsasən hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Ləğvedici istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir.
33. Apellyasiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 68-ci, “Banklar haqqında” Qanunun 71 və 72-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (vəkil Nümayəndə1) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən və qərardadından kassasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir.
35. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5510/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ayrıca baxılmış, kassasiya instansiyası məhkəməsinin 15 aprel 2025ci il tarixli qərarı ilə həmin qərardad dəyişdrilmədən saxlanılmış, kassasiya şikayəti qərardada aid hissədə təmin olunmamışdır.
36. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, banklarda əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi Əmək Məcəlləsinin müddəalarına əsasən həyata keçirilməlidir. İşə baxan apellyasiya məhkəməsi isə, mübahisəni “Banklar haqqında” Qanuna istinad etməklə həll etməklə, Əmək Məcəlləsinin 4-cü maddəsinin tələblərini pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
37. İddiaçı Baş direktor olaraq, bankın digər əməkdaşları kimi müflis elan olunmadan sonrakı mərhələdə də əmək haqqı almaq hüququna malik olsa da, ona sözügedən ödənişlər edilməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)54/202 3 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarı ilə qət edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində bankın işçilərinin əmək haqqı üzrə ödənişlərin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla), habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilsin.” İddiaçı isə əmək haqqını faktiki olaraq idarə heyətinin üzvü kimi deyil, məhz baş direktor vəzifəsində işlədiyinə görə almışdır. Lakin işə baxan apellyasiya məhkəməsi işin bu halını nəzərə almamış, bununla da Əmək Məcəlləsinin 178-ci maddəsinin tələblərini pozmuşdur.
38. Cavabdeh Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbinə zidd olaraq, işçinin əmək müqaviləsin ə bir neçə əsasla xitam versə də, məhkəmə işin bu halını nəzərə almamış, qiymət verməmişdir.
39. Cavabdeh apellyasiya şikayəti vermək üçün dövlət rüsumunu qanunvericilikdə nəzərdə tutulan qaydada ödəməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmasa idi, iddia tələbi olan 73900 manat görə 155,85 manat dövlət rüsumu ödəməli idi. Cavabdeh isə apellyasiya şikayəti vermək üçün bu məbləğin yarısı olan 77,9 manat dövlət rüsumunu ödəməli olduğu halda 50 manat ödəmişdir. 40. ““Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” inf ormasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Lakin, cavabdehi məhkəmədə təmsil edən nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nə elektron sistemə yerləşdirilmiş, nə də surəti iddiaçıya təqdim olunmuşdur. Belə olan halda həmin sənədin ümumiyyətlə mövcud olduğu şübhə altındadır. Digər tərəfdən həmin Məcəllənin 69-cu maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla vəya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri,yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmədə LPO Cavabdeh1 ASC-nin nümayəndəsi olan şəxs həmin hüquqi şəxsin əməkdaşı olmamışdır ki, bu da özlüyündə həmin şəxsin cavabdehi təmsil etmək səlahiyyətini istisna edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
42. Maddə 68.2.a). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.
43. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilər in sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
44. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha art ıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
45. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
46. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu
47. Maddə 10.5. X3 və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur.
48. Maddə
23. Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunması na və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.
49. Maddə 26.1. X4 bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
50. Maddə 26.2. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Hey ətinin əsasnaməsində müəyyən edilir.
51. Maddə 26.3. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər X4nin üzvü ola bilməz və səhmdarların ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər.
52. Maddə 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəz i Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir.
53. Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğv ediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu əsas götürülməklə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
64. Kassasiya şikayətinin işin faktiki hallarını n düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5510/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.