Məhkəmə qərarları › İş №2(102)-1177/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-1177/2018

22.02.2018 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1177/2018 22.02.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 22 fevral 2018-ciil İş№ 2(102)-1177/2018 Bakışəhəri AzərbaycanRespublikasıAliMəhkəməsininMülkiKollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, Cavabdehin ŞirvanApellyasiyaMəhkəməsiMülki Kollegiyasının 2(106)-2119/2017 saylı04 oktyabr 2017-ciiltarixliqətnaməsindənverdiyikassasiyaşikayətiüzrəişəbaxaraq MÜƏY YƏN ETDİ: LənkəranRayonMəhkəməsinin27 aprel 2017-ciiltarixliqətnaməsiilə(hakimE.M.Kazımov, iş № 2(049)-1489/201 7) iddiaçı X2nin Cavabdehə qarşı «fərdi yaşayış evinə köçrülmə, həmin evə və digər yardımçı sahələrə istifadə hüququ verilməklə yaşayış hüququnun tanınması» tələbinə dair iddiası qismən təmin edilərək iddiaçı X2 azyaşlı uşaqları X12, X8, X13 və X9 ilə birlikdə Cavabdehin mülkiyyətində olan və Lənkəran rayonunun Şilavar kəndində yerləşən 2 mərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evinə köçrülməsi və onların həmin evdən və digər yardımçı sahələrdən istifadə hüquqlarının tanınması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Gəncə ApellyasiyaMəhkəməsiMülki Kollegiyasının04 oktyabr 2017ciiltarixliqətnaməsiilə(sədrlikedənvəməruzəçihakimN.F.Mirzəyev, hakimlərT.X.Heydərovvəİ.Q.Əsədov, iş № 2(106)-2119/2017) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(049)-1489/2017 saylı qətnaməsi dəyişdirilməmişdir. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İşinhalları: İddiaçı X2 iddiası onunla əsaslandırılmışdır ki, o, 03.01.1993-cü il tarixdə Lənkəran rayonu Şilavar kəndində anadan olmuş, cavabdehin oğlu X6 ilə 2006-cı ilin yay aylarında faktiki olaraq ailə qurub evlənmişdir. Onlar evləndikləri vaxt iddiaçının 13 yaşı olduğundan ailə üzvləri arasında toylarının Lerik rayonunun Qılqılov kəndində olması barədə razılıq əldə olunmuş, toy olduqdan sonra da o, müvəqqəti olaraq həmin kəndə gəlin köçmüşdür. Onun toyunun pulundan atası onlar üçün tikilməkdə olan evin tez zamanda tikintisinin başa çatması üçün cavabdehə vermişdir. Beləliklə, Lənkəran rayonunun Şilavar kəndində onlar üçün 5-6 aya mişar daşından 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi tikilmişdir. Onun toyundan 5-6 ay sonra Lerik rayonunun Qılqılov kəndində toyu olmuş və onu həmin kəndə gəlin aparmışdır. O, 10 gün orada qaldıqdan sonra yeni gəlin kimi Lənkəran rayonunun Şilavar kəndində onun toyunun puluna və həmçinin cavabdehin puluna tikilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə aparılmışdır. Bundan sonra valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyalarını həmin evin 2-ci mərtəbəsindəki 3 otağa yerləşdirmiş və orada yaşamağa başlamışdır. O, azyaşlı olduğu və həyat yoldaşı hərbçi olduğu üçün qaynanası ilə qaynatası onun yaşadığı evin 1-ci mərtəbəsində qalmış, 2016-cı ilin may ayına kimi orada yaşamışdır. Cavabdehin oğlu X5lə yaşadığı bu dövr ərzində həmin evdə 4 uşağı anadan olmuş, həmin evdə boya-başa çatmış və orada da qeydiyyatdadırlar. Əri hərbçi olduğu üçün o, arabir onun yanına gedib 10-15 gün qaldıqdan sonra qayıtmışdır. Sonuncu dəfə o, ərinin xidmət etdiyi Şəmkir rayonunda olarkən sonuncu heç bir səbəb olmadan onu döyərək xəsarət yetirdiyindən müalicə olunmaq üçün Lənkəran şəhərinə gəlmiş, xəstəxanada müalicə aldıqdan sonra isə valideynlərinin yaşadığı evə qayıtmışdır. Bundan sonra bir neçə dəfə uzun müddət yaşadığı və onunla X5 üçün tikilmiş evə getmək istəsə də, cavabdeh onu evə qoymamışdır. Onun cehiz əmlakları hazırda da cavabdehin mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindədir. Göstərdikləri nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada h əll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və onun vəkili X6 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2119/2017 saylı 04 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinixahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallara qiymətverilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-ci maddələrini tətbiq etməli olduğu halda bunu etməmiş, MPM-nin 88, 220-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunveri ciliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araq,tərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhkəməkollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələ n hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yə ni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, iddiaçı X1 ilə 2006-cı ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, toyları Lerik rayonunun Qılqılov kəndində olmuş, cavabdehin həmin kənddə olan evinə müvəqqəti olaraq köçmüş, lakin daha sonra cavabdehin Lənkəran rayonunun Şilavar kə ndində olan evinə köçərək ailə münasibətləri pozulanadək orada yaşamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Lənkəran rayonunun Şilavar kəndində 0,06 ha torpaq sahəsində yerləşən mübahisə olunan fərdi yaşayış evi 04.03.2016-cı il tarixdəX1nun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvv ədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, - “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsi ni əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı X2 2006-cı ildə Lənkəran rayonunun Şiləvar kənd sakini X1in evinə gəlin köçərkən mübahisə olunan ev mülkiyyət hüququ ilə cavabdehin adına dövlət reyestrində qeydə alınmadığından qanunun analogiyası qaydasında mövcud münasibətlərə 01 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına görə, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər (53, 54-cü maddələr). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 15 8.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4). Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına və həmin münasibətlərə yarandığı zaman qüvvədə olan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı 2006-cı ildə özünə məxsus olan cehiz əmlaklarını da yerləşdirərək, mübahisəli evdə yaşamaq hüquqlarına müdaxilə baş verənə qədər orada yaşadığına görə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək iddiaçının azyaşlı uşaqları ilə mübahisə olunan evə kö çürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İşə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəsini, işin hallarına dair hüquqi mövqeyini özündə əks etdirir. Bunun la əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «De Cubber Belçikaya qarşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2119/2017 saylı 04 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar