Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1178/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X29 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1178/2023 (Açar sözlər: pul tələbi, kredit müqaviləsi, borc münasibətləri) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X31 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X29 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1865/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 06 mart 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X14 Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə 08 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, torpağın dəyəri olan 2.400.000 manatı bələdiyyənin hesabına ödəmiş, bunun müqabilində Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən bələdiyyənin ərazisində 600 kv.m. torpaq sahəsinin ona satılması barədə 17 iyun 2005-ci il tarixli, 12/01 saylı qərar qəbul edilmişdir. Eləcə də, satılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Lakin bu alqı-satqı aktı həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən m üvafiq torpaq şöbəsində dövlət qeydiyyatına alınmamışdır.
2. X25 həmin torpağı ünvan 1 ünvanında qeydiyyatda olan X1. Lakin həmin alqısatqı aktı da qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmamışdır.
3. Cavabdeh, ev tikmək üçün torpaq sahəsi axtaran İddiaçı müraciətinə əsasən 20 avqust 2015-ci il tarixdə ona Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Yeni yaşayış massivi adlanan ərazidə fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.metr torpaq sahəsini 10.000 manata satmağa söz vermiş, satmalı olduğu torpaq sahəsini İddiaçı göstərmiş, sonuncudan 10.000 manat pulu aldıqdan sonra isə torpaq sahəsinin alqı-satqısı ilə bağlı tərəflər arasında hər hansı müqavilə bağlanmamış, rəsmiləşdirmə aparılmamışdır.
4. Torpaq sahəsini görə pulu aldıqdan sonra Cavabdeh tərəfindən, X5 adından, eti bar edən kimi, etibar edilən İddiaçı Bakı şəhər 19 saylı notariat kontorunda İddiaçı 20 avqust 2015-ci il tarixli AR-İ 423092 nömrəli etibarnamə verilmişdir. Həmin etibarnamədə göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli N/12/01 saylı qərarına sasən Binəqədi rayon Xocəsən Bələdiyyəsi ərasində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m. olan torpaq sahəsinə dair sənədləşmə işinin aparılması, yəni hüquq müəyyənedici sənədi, dövlət torpaq aktı və ya çıxarış verildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin məhdudiyyət və yüklülük haqqında arayışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Kadastr planı almağı, özəl ləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi satmağı, bağışlamağı, dəyişməyi, ipoteka ödənişlərini ödəməyi və iddia ərizəsi verməyi digər hərəkətləri etməyi etibar etmişdir.
5. İddiaçı torpağa görə Cavabdeh 10.000 manat pul ödəsə də, ondan torpağın alqısatqısına dair başqa hər hansı sənəd tələb etməmişdir.
6. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən ona göstərilən torpaq sahəsinin, əslində onun aldığı torpaq sahəsi olmadığını, eyni zamanda ona məxsus torpaq sahəsində başqa şəxsin tikinti işləri apardığını öyrənmişdir.
7. Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ramil Vəliyevin “cinayət işindən materialın ayrılması” haqqında 19 oktyabr 2021-ci il tarixdə qərarının surətindən görünür ki, araşdırma zamanı X12 bildirmişdir ki, ünvan 2 ünvanında y aşayan X14 xx.xx.2005-ci il tarixdə Binəqədi rayonu, Xocəsən bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək Xocəsən bələdiyyəsi ərazisində 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi xahiş etmiş, həmin torpaq sahəsi üçün həmin dövrə olan qiymətlə 2.400.000 manat pulu Xocəsən Bələdiyyəsinin büdcəsinə ödəyərək almış, vət.Əliqulu Qəmbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il keçsə də maddi imkanının olmaması səbəbindən orada hər-hansı bir tikinti işləri apara bilmədiyindən həmin torpaq sahəsini etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan X2, Cavabdeh həmin torpaq sahəsində heç bir tikinti işləri aparmadan həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə ona satmışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra, həyat yoldaşın ın qəflətən ciddi xəstəlik tapması, onun həmin torpaq sahəsində hər hansı bir tikinti işləri aparmasına çətinlik yaratdığını, hal-hazırda maddi imkanı normal olduğu üçün həmin torpaq sahəsində tikinti işləri aparmaq istədiyini, ona bu işdə maneçilik yaradan şəxslərin olduğunu, torpaq sahəsi ilə qonşu olan adlarını bilmədiyi şəxslər qanunvericiliyin tələblərini pozaraq ona məxsus torpaq sahəsinin xeyli hissəsini zəbt etmələrini və hal-hazırda tikinti işlərini aparmalarını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı (X29 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10.000 manat pulu, həmin vaxtdan bu günə qədər olan inflyasiya fərqini indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yaşayan X14, 17 iyun 2005-ci il tarixdə, Binəqədi rayon Xocəsən Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək, Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadəsində olan 600 kv.m. torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmişdir. Əliqulu Qənbərov həmin torpağın nəzərdə tutulmuş satış qiymətini, o vaxtki qiymətlə 2.400.000 manat pulu Xocəsən bələdiyyəsinin büdcəsinə ödəyərək alm ışdır. Əliqulu Qənbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il vaxt keçsədə maddi imkanının olmaması səbəbindən, hər-hansı bir tikinti işləri apara bilməmişdir. Ona görə də həmin 600 kv.m. olan torpaq sahəsini etibarnamə vasitəsilə ünvan 6 ünvanda yaşayan Cavabdeh satmışdır. Cavabdeh həmin torpaq sahəsini aldıqdan bir neçə il vaxt keçsədə hər hansı bir tikinti işləri aparmamışdır. O, və bacısının həyat yoldaşı X29 2015-ci ildə, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidən hər birinə 3 sot olmaqla, 6 sot torpaq sahəsi almaq istəyiblər. Elnur adlı bir şəxs həmin ərazidə özünə məxsus olan 600 kv.m. torpaq sahəsi satdığını öyrənmişlər. Elnurun mobil nömrəsini öyrənmiş, onunla danışmış və müəyyən olunmuş yerdə görüşmüşlər. Bacısının yoldaşı Beyl əqan şəhərində yaşadığına görə tez-tez Bakıya gəlməsi çətin olduğundan o, öz payına düşən (yəni 3 sotun) 5.000 (beş min) manat pulunu ona verib ki, 600 kv.m. torpaq sahəsini alsın və sonra torpağı bölsünlər. Ona görə də o, Elnurla həyat yoldaşı ilə birlikdə görüşmüşlər. Söhbət zamanı Cavabdeh onlara deyib ki, Sulutəpə qəsəbəsi Yeni yaşayış massivi adlanan ərazidə öz adına fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m. torpaq sahəsi var. Həmin torpaq sahəsini ümumilikdə 10.000 (on min) manata satır. Şifahi razılaşdıqdan sonra torpağa baxmaq üçün getmiş Cavabdeh hamar bir sahəni göstərərək torpaq sahəsinin ora olduğunu demişdir. Xoşagələn sahə olduğu üçün razılaşmışdır. Həyat yoldaşı Elnurdan torpağın çıxarışının olub-olmamasını soruşmuş, Elnur isə hələ çıxarış almadığını, ancaq problem olmad ığını, Məhbubənin adına etibarnamə verəcəyini, həmin etibarnamə əsasında torpağın bütün sənədlərini ala biləcəklərini demişdir. Həmin gün o, həyat yoldaşı və Cavabdeh Bakı şəhər 19 saylı notariusuna getmişlər və Cavabdeh onun adına 20 avqust 2015-ci il tarixli AR-İ 423092 nömrəli etibarnamə vermişdir. Həmin etibarnamədə özəlləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi, satmağı, bağışlamağı ipoteka qoymağı, adından ərizə verməyi və iddia ərizəsi verməyi və digər hərəkətləri etməyi etibar edildiyi qeyd edilmişdir. Əlbəttə dövlət notariusu tərəfindən verilən bu hüquqlar onları inandırıb ki, onlar bu etibarnamə əsasında həmin torpağın tam mülkiyyətçisi olmuşlar. Onlar 10.000 (on min) manat pulu Cavabdeh vermişlər. Həmin vaxtdan sonra yoldaşının xəstəliyi ilə əlaqədar torpaqla maraqlan a bilməmişlər. 23 sentyabr 2020-ci il tarixdə Sulutəpə ərazisində torpaq alqı-satqısı (makler) ilə məşğul olan Zaur adlı şəxs səhər-səhər zəng edib torpaq sahəsində kənar şəxslərin tikinti işləri apardığını demişdir. O, yoldaşı ilə həmin yerə getmiş Cavabdeh onlara göstərdiyi (satdığı) yerdə yox, sağ tərəfindəki yerdə tikinti işləri aparıldığını görmüşdür. Onlar həmin vaxt oradan gedib Xocəsən Bələdiyyəsinə sədrin qəbulunda olmuş və torpağa dair bütün sənədləri göstərmişlər. Sədr mütəxəssis çağırmış və aydın olmuşdur ki, Cavabdeh yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satıb. Hansı ki, kənar şəxslər tikinti işləri aparırlar. 23 sentyabr 2020-ci il tarixdə o yoldaşı ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə i lə müraciət etmişlər. Etibarnamə ilə aldığı torpaq sahəsi adlarını bilmədiyi şəxslər tərəfindən zəbt edilərək, qanuna zidd tikinti işləri aparırlar. Həmin tikinti işlərinin dayandırılmasını, həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsini və məhkəmə vasitəsi ilə torpağından çıxarılması barədə tədbirlər görülməsini xahiş etmişdir. Beləliklə həmin gündən Xocəsən qəsəbəsinin 40-cı PB-də araşdırma işi başlamışdır. 19 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ramil Vəliyevin “cinayət işindən materialın ayrılması” qərarı ilə başa çatmışdır. Həmin qərarda Cavabdeh 10.000 (on min) manat verib etibarnamə ilə aldığı 600 kv.m. torpaq sahəsini, X30 heç bir rəsmi sənəd vermədən, aldadaraq öz əmlakı adı altında X17 və X7 pul alaraq satmışdır. Ona görə də h əmin qərarda Elman Bağırova Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, torpağı zəbt edənlər X16 və X6 həmin torpaq sahəsindən çıxarılmaları barədə ona mülki qaydada məhkəmədə iddia qaldırmağı bildirmişlər.
10. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat pulu qaytarıb almasına üzürlü səbəbdən itirilmiş iddia müddətinin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, oğlu X27 hansı torpaq sahəsini alıbsa oranı da iddiaçıya 10.000 manata satmışdır. Həmin torpaq sahəsi isə kadastr planındakı kordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir. Hazırda həmin işlə bağlı mülkiyyətçi tərəfindən iddia qaldırılmış və iş məhkəmədədir. Eyni zamanda iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, hazırki iddianın verilməsi üçün müəyyən edilmiş 6 illlik iddia müddəti ötürülüb. Həmin torpaq sahəsi satıldığı xx.xx.2015- ci ildən 6 il 5 ay keçdikdən sonra verilmiş iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmiş imperativ normaya, yəni daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 il müəyyən edilmiş müddətin keçirilməsi ilə verildiyindən rədd edilməlidir. Həmçinin əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında 1 illik iddia müddəti də ötürülmüşdür.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadə verib bildirmişdir ki, iddiaçını tanıyır, Məhbubə ona torpaq axtardığını demiş və o, Cavabdeh torpaq s ahəsi satdığını demişdir. Özləri danışıb razılaşdıqdan sonra Məhbubə torpağı almışdır. Göstərilən torpaq tikintiyə yararlı olmuşdur.
13. Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilmiş, Cavabdeh 10.000 manat pulun alınaraq İddiaçı ödənilməsi və Cavabdeh 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh 20 avqust 2015-ci il tarixdə Xocəsən bələdiyyəsinin ərazisindən yerləşən 600 kv.metr torpaq sahəsini qanunvericliyin tələblərini pozaraq İddiaçı 10.000 manata satmışdır. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə ona satılan torpaq sahəsində başqa şəxslər in tikinti işləri apardığını bildikdən sonra bu barədə həmin gün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə şikayət etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və iddiaçı Cavabdeh verdiyi 10.000 manat pul məbləğini tələb etməkdə haqlı olmuşdur.
15. Məhkəmə iddianın digər hissəsinə münasibətdə qeyd etmişdir ki, iddianın 10.000 manat pul məbləğinin 20 avqust 2015-ci il tarixdən bu günədək olan inflyasiya nəzərə alınmaqla indeksasiya edilərək qaytarılması hissəsi əsassız olduğundan təmin edilməməlidir.
16. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddianın məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xə rclər olan 96 manat pula dair heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyindən həmin hissədə də iddia təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 146.3, 337.1, 337.3, 337.5, 372.1, 377.1, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1091.2, 1092.1, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.2, 217.4, 218.3-cü və maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
18. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınma z əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir il ərzində mübahisə edilə bilər. Göründüyü kimi iddiaçı 2015-ci ildə aldığı torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə, cavabdehə qarşı qanunsuz iddia irəli sürmüşdür. Yəni iddiaçı öz mülki hüquqlarından sui-istifadə etmiş, nəticədə isə cavabdehin hüququnun, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi iddia müddəti və əqdin etibarsızlığının mübahisələndirmə müddətləri iddiaçı tərəfindən ötürülsə də, məhkəmə bu halları nəzərə a lmamış, qətnamədə bu hallara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh iki dəfə iddia ərizəsinə verdiyi etirazlarda iddia müddətinin tətbiqini məhkəmədən xahiş etmişdir. Bundan əlavə işdən aydın olur ki, Cavabdeh, X4 hansı torpaq sahəsini alıbsa, həmin torpaq sahəsini də iddiaçıya satmışdır. Hətta torpaq sahəsi iddiaçıya verilərkən bələdiyyə sədri də ərazidə olmuşdur. İddiaçı torpaq sahəsini alarkən, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olmadığını bilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçının aldadılmasından söhbət gedə bilməz. Həmin torpaq sahəsi isə kadastr planındakı koordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir. İddiaçı özü 2015-ci ildə torpağı aldı qdan sonra torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə cavabdehə qarşı heç bir hüquqi əsası olmayan iddia irəli sürmüşdür. Göründüyü kimi cavabdeh iddiaçıya heç bir zərər vurmamışdır. Cavabdeh aldığı pulun əvəzinə torpaq sahəsini iddiaçıya vermişdir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan və həmçinin cavabdehin heç biri təqsiri olmadan, iddianı qismən təmin etməklə, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
20. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cavabdeh onları aldatmış, bir tərəfdən özünə aid olmayan torpağı onlara satmış, digər tərəfdən onlara başqa yer göstərərək daha əlverişsiz başqa torpaq sahəsini satmışdır. Hazırda ilkin torpaq ayrılan şəxs öldüyündən onlara verilən etibarnamə də öz qüvvəsini itirmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1865/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir.
22. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, X3 Bələdiyyəsinə 08 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, torpağın dəyəri olan 2.400.000 manatı bələdiyyənin hesabına ödəmiş, bunun müqabilində Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən bələdiyyənin ərazisində 600 kv.m. torpaq sahəsinin ona satılması barədə 17 iyun 2005-ci il tarixli, 12/01 saylı qərar qəbul edilmişdir. Eləcə də, satılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Lakin bu alqı-satqı aktı həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müvafiq torpaq şöbəsində dövlət qeydiyyatına alınmamışdır. Qanunvericiliyə görə isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Lakin buna baxmayaraq daşınmaz əmlak olan həmin torpaq sahəsinə dair sərəncam verilmiş, özgəninkiləşdirilmişdir. Göründüyü kimi torpaq sahəsinin alqı-satqısı həyata k eçirilmiş, lakin qanunun tələb etdiyi kimi bu alqı-satqı notarial qaydada təsdiq edilməmiş və həmin əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır.
23. Məhkəmə kollegiyasının işin tədqiq edilmiş hallarına əsasən mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tərəflər arasında bağlanmış əqd əhəmiyyətsiz əqddir. İddiaçı cavabdehdən əhəmiyyətsiz əqd əsasında əldə etdiyi pul məbləğinin geri qaytarılması ilə bağlı tələbi bir il ərzində irəli sürə bilərdi. Yuxarıda şərh olunanlardan göründüyü kimi o, bu müddəti ötürmüş, müddət keçdiyi üçün isə hazırki tələb hüququnu itirmişdir. Ona görə də hazırkı halda iddia tələbi təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni deyildir. İddia ərizəsində qeyd olunan hallar (iddiaçının ərinin xəstəliyi, habelə onun hüquqi savads ızlığı) daha öncə istinad olunan ötürülmüş müddətin üzürlü hesab edilməsi üçün əsas hesab edilə bilməz.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 144.1, 144.2, 146.1, 146.2, 337.1, 337.2, 337.4, 354-cü maddələri, Mülki Prosessual Məcəllənin 372, 384-cü, Torpaq Məcəlləsinin 67, 68-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. Qətnamədən İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Binəqədi rayon Polis İdarəsində 19 oktyabr 2021-ci il tarixli “cinayət işindən materialın ayrılması” barədə qərar qəbul edilmiş və həmin qərarla X19 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və ona da torpağı zəbt etmiş şəxslərin torpaq sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. O, bundan sonra hüquqşünaslara müraciət etmiş, ona məlum olmuşdur ki, torpaq sahəsinə dair heç bir hüquqi sənəd olmadığından, həmin torpaqla bağlı məhkəmədə iddia qaldırmaq hüququ da yoxdur. Həmin vaxt bilmişdir ki, Cavabdeh ona başqa bir adama aid olan torpaq sahəsini göstərməklə 10.000 manat pulunu ələ keçirdiyindən ona qarşı 01 fevral 2022-ci il tarixində Şamaxı Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır.
27. İş materiallarından da göründüyü kimi, onların aralarında yalnız Cavabdeh tərəfindən verilmiş etibarnamə vardır. Cavabdeh tərəfindən ona verilmiş etibarnamə isə onun adına rəsmi qeydiyyatda olan heç bir mülkün olmadığı halda heç bir işə yaramır. Hətta Sumqayıt Apellyasiya Məhkəməsinin gedişində ona məlum olmuşdur ki, Cavabdeh etibarnamə vermiş X14 04 dekabr 2015-ci il tarixində vəfat etmişdir. Bu isə o deməkdir ki, Cavabdeh tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli etibarnaməyə hələ 04 dekabr 2015-ci il tarixində xitam verilmişdir. Çünki mülkiyyətçinin verdiyi etibarnamə onun vəfat etdiyi gündən etibarsız sayılır.
28. O, Cavabdeh tərəfindən verilmiş etibarnaməni torpaq sahəsinə dair hüquqi sənəd hesab etmişdir. Əslində isə torpaq sahəsinə dair onların arasında hər hansı bir hüquqi sənədləşmə aparılmamışdır. Cavabdeh hamar bir torpaq sahəsini göstərərək, digər hamar olmayan torpaq sahəsini satdığını təsdiq edən şahid Zaur Bəxtiyarovun səs yazısı olan disk məhkəmə iclasında dinlənilsədə məhkəmə tərəfindən nəzərə alınmamışdır.
29. Bu gün iş materialları arasında hər hansı bir müqavilənin olmadığı təqdirdə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əsil həqiqət odur ki, o, 600 kv.m. torpaq sahəsini Cavabdeh alandan sonra da üzun müddət hiss etmişdir ki, o, qanuni torpaq sahəsini almışdır. Lakin sonda ona məlum olmuşdur ki, satılmış torpaq sahəsi ilk gündən başqa şəxsə məxsus olmuşdur. Yalnız torpaq satılması adı ilə aldadılaraq 10.000 manat pulu ələ keçililmişdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinin tələbinə görə ümumi iddia müddəti 10 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddət i isə 6 il təşkil edir. İş materiallarından da götründüyü kimi, Cavabdeh adına 600 kv.metr torpaq sahəsi olmamış və bu gün də yoxdur. Ona görə də bu məsələdə 1 illik iddia müddətindən söhbət gedə bilməz. Çünki heç bir müqavilə sənədi yoxdur.
31. Cinayət işinin başlanılmasının rədd edilməsindən və aldadılaraq 10.000 manat pulunun ələ keçirilməsindən sonar pul tələbinə dair iddianı təmin etmiş Şamaxı Rayon Məhkəməsinin qətnaməsini ləğv etməklə Sumqayıt Apellyasiya Məhkəməsi Konstitusiyon hüquqlarını pozmuşdur.
32. Cavabdeh tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli etibarnaməyə, həmin etibarnaməni vermiş X5 04 dekabr 2015-ci il tarixdə vəfat etməsindən sonra qanunla müəyyən olunmuş qaydada xitam verilməsi həll olunmuş olsaydı, onun 10.000 manat pulunun taleyi vaxtlı-vaxtında həll edilm iş olardı. Bu qədər vaxt itgisinə yol verilməzdi. Sumqayıt Apellyasiya Məhkəməsində heç bir əqdin olmadığı halda bir illik iddia müddətindən istifadə edilməklə onun 10.000 manat pulu taleyin ümuduna buraxılmazdı.
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınin 02 noyabr 2022-ci il tarixli qətnaməsi faktlar əsasında qəbul edilməmişdir. Məhkəmə tam və obyektiv araşdırılma aparmadan qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh ona qarşı olan etiraz ərizəsində qeyd etdiyindən belə bir nəticəyə gəlmişdir ki, 600 kv.m. torpaq sahəsini 2007ci ildə almış və ötən səkkiz il ərzində heç bir sənədləşdirmə apara bilmədiyindən 600 kv.m. torpaq sahəsini 10.000 manata satıb. Əgər sənədləşdirə bilsəydi həmin torpaq sahəsini 20.000 manata satacağını da bildirmişdir. Bu isə o deməkdir ki, həmin torpa q sahəsinin mülkiyyətçisi ilə bağlı problem vardır.
34. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini verməsindən sonra torpaq sahəsinin əsil sahibini axtarmağa başlamışdır. Ona məlum olmuşdur ki, torpaq sahəsinin sahibi X13 04 dekabr 2015-ci il tarixində vəfat etmişdir. X10 bildirmişdir ki, atasının ölümündən 1-2 il keçdikdən sonra torpaq sahəsi üçün reyestrdən çıxarışın alınması ilə bağlı olaraq maraqlanmış, lakin həmin mübahisəli torpaq sahəsinin hələ 2004-cü ildən etibarən Neft Şirkətinin əməliyyat şöbəsinə verildiyindən, həmin ərazilərədə olan torpaq sahələrinə mükkiyyət hüquq verən çıxarışların verilməsinin mümkün olmaması deyilmişdir. Məhkəmə tam və obyektiv araşdırılma aparmadan qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i.
35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
36. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
37. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
38. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əml akın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
39. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
40. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
44. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
46. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
47. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələr i hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş q aydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Kassasiya şikayətində iddiaçı apellyasiya ins tansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
63. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halların dan aydın olur ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/01 saylı qərarı ilə Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə X5 mülkiyyətinə verilməsi qərara alınmışdır. X9 Xocəsən bələdiyyəsi tərəfindən 600 kv.m torpaq satılmasına dair bələdiyyənin elektron bazasında qeydiyyat aparılmışdır. X25 həmin torpağı etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan X2, Elmir Mikayılov isə öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə İddiaçı satmışdır. İddiaçı uzun müddət orada heç bir tikinti işi aparmadığından həmin torpaq sahəsi kənar şəxslər tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmağa başlanılmışdır. Məsələyə aydınlıq gətiri lməsi üçün iddiaçı ona məxsus olduğunu hesab edən torpaq sahəsinin hansı ərazi olduğunu müəyyən etmək məqsədi ilə 23 sentyabr 2020-ci il tarixdən sonra Xocəsən Bələdiyyəsinə müraciət etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh Elmir Mikayılov yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satmışdır. Həmin vaxt isə kənar şəxslər həmin yerdə tikinti işləri aparmışlar. Beləliklə, məlum olmuşdur ki, cavabdeh Elmir Mikayılov iddiaçını aldadaraq başqa torpaq sahəsini satmışdır. Bu barədə cavabdehdən soruşduqda isə cavabdeh bildirmişdir ki, “ona da elə göstərib satıblar”. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında mövcud olmuş münasibətləri əqd ki mi qiymətləndirmiş, bağlanmış əqdi isə əhəmiyyətsiz əqd kimi qəbul edərək, iddiaçının cavabdehdən əhəmiyyətsiz əqd əsasında əldə etdiyi pul məbləğinin geri qaytarılması ilə bağlı tələbi bir il ərzində irəli sürə bilməsini, bu müddətin ötürülməsini, müddət keçdiyi üçün isə hazırki tələb hüququnu itirməsini qeyd etmiş və ona görə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmişdir.
65. Lakin bu zaman apellyasiya məhkəməsi əqdin hansı əsasla etibarsız hesab edilməsini qətnamədə göstərməmiş, gəldiyi nəticə ilə bağlı yalnız “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad etmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsində verilmişdir. Həmin normaya görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.6-cı maddəsində isə qeyd olunmuşdur ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
67. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.
68. Əqdin mübahisələndirilməsi isə Mülki Məcəllənin 337.1-ci maddəsi ilə tənzimlənir. Həmi n maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
69. İddiaçı iddia ərizəsində cavabdehdən 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10.000 manat pulu, həmin vaxtdan bu günə qədər olan inflyasiya fərqini indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
70. Qeyd olunan iddia əsasında işə məhkəmələrdə baxılarkən, iddiaçı və cavabdeh arasında mövcud olmuş münasibətlərin etibarsız hesab edilməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia verilməmişdir.
71. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdehin arasında torpağın alqısatqısına dai r razılaşma olsa da, alqı-satqının rəsmiləşdirilməsi ilə bağlı hər hansı addım atılmadığından, həmin münasibətlərin alqı-satqı kimi qiymətləndirilməsi və alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Çünki iddiaçı ilə cavabdehin arasında alqı-satqı münasibətlərinin olması haqqında işdə heç bir sübut yoxdur. Hüquqi əsası olmadığını bildiyi halda, dəqiq yeri belə ona məlum olmayan torpaq sahəsi barəsində cavabdeh tərəfindən iddiaçıya yalnız torpağın yanlış yeri göstərilmiş, ilk sahibinin adından etibarnamə verilmiş və iddiaçıdan torpağa görə pul alınmışdır.
72. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. (Mülki Məcəllənin 14.2.7-c i maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
73. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh iddiaçıya heç bir hüquqi əsas olmadan torpaq sahəsi satmaqla iddiaçıdan aldığı pul vəsaiti hesabına varlanmışdır.
74. Göründüyü kimi iddiaçı ilə cavabdehin arasında əsassız varlanma ilə bağlı münasibətlər mövcud olduğundan apellyasiya instansiyası məhkəməsi tərəflərin arasında mövcud olmuş münasibətlərlə bağlı maddi hüquq normasını düzgün tətbiq etməmişdir. 75. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016- cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
77. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
78. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtə rəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, bundan sonra mövcud münasibətlərə iddia müddətinin tətbiq edilib-edilməməsini müzakirə etməli, hazırki Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1865/2022 saylı, 02 noyabr 2022-c i il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.