Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1179/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2(107)1251/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakıları müəyyən etdi: İşin halları:
1. Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 28/1, 33 saylı mənzil X3 mülkiyyətində olmuş və onun 13 aprel 2018-ci il tarixdə ölümündən sonra vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir.
2. Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı X3 əri X8 birinci nikahdan olan övladıdır və hazırda faktiki olaraq Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 28/1, 33 saylı mənzildə yaşayır.
3. Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı cavabdehlər Mingəçevir regional ASAN Xidmət Mərkəzində notariat ofisinə və 14 saylı Mənzil İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 12 oktyabr 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X3 adına Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 28/1 saylı evi n 33 saylı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsini, həmin mənzilə payının müəyyən olunmasını xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs X4 apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 may 2022-ci il tarixli qərarı ilə Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində ic raat
4. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 28/1, 33 saylı mənzildən cavabdehin çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilinin mülkiyyətçisidir. Mənzilin sahibi əvvəllər iddiaçının xalası X9 olmuş, xalası 13 aprel 2018-ci ildə vəfat etmiş və bundan sonra cavabdeh mübahisəli mənzilə daxil olmuş və 2021-ci ilin may ayından qeyri-qanuni olaraq orada yaşayır. Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozur, mənzildən çıxmır. İddiaçı, bir mülkiyyətçi kimi mənzilinə köçüb yaşaya bilmir.
6. Cavabdeh Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli mənzil valideynlə rindən ona miras qalmış, həmin mənzil mərhum valideynlərinin birgə nikah dövründə əldə etdikləri mülkiyyət olmuşdur. O, 1969-cu il tarixdən 1995-ci il tarixədək həmin ünvanda yaşamış, atası 1994-cü ildə evi adına sənədləşdirmiş, 2006-cı ildə isə rəhmətə getmişdir. O, həmin mənzildə yaşayır və qeydiyyatdadır.
7. Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(051)-1324/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.M.Hüseynov) iddia təmin edilmiş, cavabdeh X1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı ilə cavabdeh arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığında n, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onun iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özünün saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə cavabdehin istifadə hüququnun olub-olmaması araşdırılmış və hüquqi qiymət verilmişdir. Həmin məhkəmə qərarları ona əsas verir ki, cavabdehin mübahisəli mənzilə heç bir istifadə hüququ yoxdur və onun mübahisəli mənzilə istifadə hüququnun olubolmamasının yenidən araşdırılmasına zərurət yoxdur.
10. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olm ası, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz.
11. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan cavabdeh tərəfindən pozulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152, 157.1 və 157.2-ci, Mülki Prosessual Məcəllənin 82.1, 82.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2(107)-1251/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Mehtiyevdən və Ə.T.Məcidovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(051)-1324/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişd irilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 21 dekabr 1991-ci ildə cavabdeh X7 el adəti ilə Oğuz rayonunun Padar kəndinə ailə qurub ərə getmiş, 22 fevral 1994-cü il tarixdə mübahisəli mənzil atası X8 adına özəlləşdirilmişdir. 23 mart 2006-cı il tarixdə cavabdeh X1 atası X10 dünyasını dəyişmişdir. 12 oktyabr 2006-cı il tarixli şəhadətnamə ilə Mingəçevir şəhəri, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili X8 qanun üzrə vərəsəsi X5 adına keçmişdir. Məmmədova (Rəfiyeva) Almaz Ramazan qızı vəsiyyətnamə əsasında adı çəkilən mənzili 04 noyabr 2006-cı il qeydiyyat tarixli ******* seriya nömrəli Çıxarışla mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmış və 30 aprel 2008-ci il tarixli,7E-09-6254 reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakla bərabər İddiaçı vəsiyyət etmişdir. Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 28/1 saylı evin 33 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh 2021-ci ilin may ayından iddiaçıya məxsus mənzilə mülkiyyətçinin razılığı olmadan daxıl olaraq orada yaşayır.
16. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh ilk dəfə mübahisəli mənzili tərk edərək daimi olaraq ər evinə köçdüyü vaxtdan mübahisəli mənzilə dair istifadə hüququnu itirmişdir.
17. Cavabdehin mübahisəli evi daimi olaraq tərk etdiyi vaxt, yəni 1991-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1 və 3-cü hissələrinə, 60, 87-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisəli evi daimi olaraq tərk etdiyindən istifadə hüququnu itirmişdir.
18. Daha sonra apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin 2021-ci ilin may ayından iddiaçıya məxsus mənzilə mülkiyyətçinin razılığı olmadan daxil olaraq orada yaşaması onun mübahisəli mənzilə istifadə hüququnun yaranması anlamına gəlmir. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildə yaşamağa dair hər hansı bir razılaşma olmamışdır. Cavabdeh iddiaçının razılığı olmadan mübahisəli mənzili zəbt etməklə orada yaşayır. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 28/1 saylı evin 33 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehin sözügedən mülkiyyətin valideynlərindən ona miras qalması barədə şikayətin dəlilləri MPM-in 82.3-cü maddəsinə görə əsassızdır. Eyni zamanda ki, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması onun həmin mənzildə istifadə hüququnun olması anlamına gəlmir.
20. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan s übutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
21. Cavabdeh Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2(107)-1251/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 68.1, 68.2-ci, Mülki Prosessual Məcəllənin 88, 106-cı maddələri pozulmuşdur.
23. Belə ki, mübahisəli mənzil cavabdehə valideynlərindən miras qalmış, o, həmin mənzildə qeydiyyatda olmaqla yaşayır.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərab ərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətn aməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mü bahisəli yaşayış sahəsinə cavabdehin vərəsəlik hüququnun olması qanuni qüvvədə olan məhkəmə aktları ilə inkar olunmuşdur (bax bənd 3). Odur ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən həmin hal hazırki icraatda mübahisələndirilə bilməz.
34. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
35. Həmçinin, cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olması da, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
36. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 37. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Kons titusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdi yi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
38. Beləliklə, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin həmin mənzilə dair hər hansı hüququ olmadığından, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
39. Cavabdehin kassasiya şikayətində istinad etdiyi Mənzil Məcəlləsinin 68-ci maddəsinin hazırki mübahisəyə hər hansı aidiyyəti yoxdur. Belə ki, həmin maddə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini tənzimləyir. Hazırki mülki mübahisənin predmetini isə dövlət və ya bələdiyyə mənzil fo ndunun yaşayış sahəsi deyil, iddiaçının mülkiyyətində olan yaşayış sahəsi təşkil edir; həmçinin cavabdeh iddiaçının ailə üzvü deyildir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2(107)-1251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.