Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-118/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan aldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-163/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiy yəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Daşınmaz Əmlakın Dövlət reyestrinin xx.xx.2012-ci il tarixli, MA ******* saylı çıxarışına əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,0976 ha torpaq sahəsi İddiaçı (bundan sonra iddiaçı) və onun ailə üzvləri adına qeydiyyata alınmışdır;
3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər Şamaxı rayon Sabir Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şamaxı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinə və üçüncü şəxs iddiaçıya qarşı “İddiaçının adına verilmiş bələdiyyə qərarının etibarsız hesab edilməsi, hə min qərara əsasən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin MA ******* seriyalı dövlət reyestrindən çıxarışın ləğv edilməsinə” dair verildiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.
4. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 torpaq komitəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Satılan torpaq sahəsi Dövlət torpaq komitəsi tərəfindən verilmiş şəhadətnamə əsasında X5 məxsusudur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 qarşı qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Sa bir qəsəbəsində yerləşən, ona məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən özbaşına tikilmiş evin 2 metrinində olan hissəsinin, ot-küləş üçün tikilmiş yardımçı tikilinin, qanunsuz zəbt olunmuş torpaq sahəsinə dəmir torun onun öz hesabına sökülərək ona məxsus torpaq sahəsindən çıxarılmasına və torpağın onun istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onunla qonşudur. Bir neçə ildir ki, o, ona məxsus torpaq sahəsinin 0,04 ha hissəsini zəbt edərək orada ot küləş damı tikib. Tikdiyi evin isə 2 metr enində hissəsi onun torpağındadır. Sonra isə 7mX56 metr enində onun torpaq sahəsini zəbt edərək orada olan setkanı çıxarıb atmış, sahəyə tökülmüş ona məxsus mişar daşlarını da götürüb torpağın digər hissəsinə köçürmüş və həmin sahəni çəpərləmişdir. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək, damı onun torpağından çıxarmasını, dəmir toru çıxarıb öz sahəsinə çəkməsini, evin onun torpağına düşən hissəsini söküb çıxarmasını desə də heç bir nəticəsi olmamışdır. Hətta son vaxtlar onu öz torpağına belə yaxın buraxmayaraq və həmin torpaq sahəsində iri və kiçik buynuzlu heyvanlar saxlayır.
7. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmiş və Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilmişdir.
8. İddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdehin istifadəsində olan torpağın heç bir hüquqmüəyyənedici sənədi olmamış. Cavabdehin bugünədək də həmin torpağa çıxarış almamasının səbəbi torpağın mülkiyyətə verilməsinə dair akt bazada və DƏDKRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində mövcud deyil.
9. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbinə qarşı etirazını bildirərək, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 28 fevral 2023-cü il tarixli **********27 saylı məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsi naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fə rqi vardır. Cavabdeh1 tərəfindən naturada faktiki istifadə edilən torpaq sahəsinə dair heç bir hüuqmüəyyənedici sənəd təqdim olunmamışdır. Seriya MA № ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin 0,0258 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur və həmin hissə yerquruluşu planında öz əksini tapmışdır. Torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdimək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş JN-2000H (kod ********) nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə elektron baza məlumatlarında və idarənin arxivində mövcud deyildir. Bundan əlavə JN-2000H (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X3 adındadı r və alqı-satqı qaydasında Cavabdeh2 satılmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, № 10/83 saylı rəyinə əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı ərazi idarəsinin 28 fevral 2023cü il tarixli **********27 nömrəli mütəxəssis rəyi nəzərə alınmaqla, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərzidə yerləşdiyi, lakin sahə və konfiquriasiya fərqinin olduğu müəyyən olunaraq MA № ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,0976 ha torpaq sahəsinin 0,0258 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur.
12. Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(074)-119/2023 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0,0258 ha hissəsinin cavabdehlər tərəfindən boşaldılması və iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər və çəkilmiş dəmi r torun sökülməsi və həmin torpaq sahəsinin iddiaçının əməli istifadəsinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
13. Məhkəmə işin yuxarıda müəyyən edilmiş hallarını, Mülki Məcəllənin sahibliyin və mülkiyyətin müdafiəsinə dair normalarını qeyd edərək bu qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən, 0258 ha hissəsi cavabdehlər tərəfindən boşaldılmalı və iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililər və çəkilmiş dəmir tor sökülməli həmin torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini işin hallarına, keçirilmiş ekspertizalara, təqdim edilən sübutlara və tərəflərin izahatlarına istinadən əsaslandırmışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 164.1, 164.2, 384.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellya siya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Şəhid atası X4 adına qeydiyyata alınmış və reyestr idarəsi tərəfindən Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN 2000 H kod 41014017 nömrəli torpağın mülkiyyətinə dair şəhadətnamə verilmiş Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsi xx.xx.2007-ci il tarixli notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmış və həmin tarixdən onun və həyat yoldaşı Cavabdeh1 və digər ailə üzvlərinin istifadəsindədir. Cavabdehlər orada bir həyat qurub, yaşayış evi və heyvanlarının saxlaya bilməsi üçün tövlə tikmişlər. Cavabdehlərə sənəd üzrə verilmiş torpaq sahəsi 0,12 hektar olduğu kimi, onların faktiki istifadəsində olan torpaq sahəsi də 0,12 hektardır. İndi 15 il sonra iddiaçı iddia irəli sürərək həmin yerin zəbt olunduğunu iddia etməsi tamamilə əsassız və qanunsuzdur. Lakin məhkəmə işi hər tərəfli araşdırmadan, maddi və prosessual normaları pozaraq qətnamə qəbul etmiş, bununla cavabdehlərin hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə qeyd edilən qətnaməni qəbul edərkən iş üzrə verilmiş natamam ekspertiza rəyinə istinad edib, təkrar ekspertizanın keçirilməsi üçün verdiyi vəsatəti isə əsassız olaraq rədd edib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 fevral 2023-cü il tarixli **********27nömrəli mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin sahə və konfiquriasiya fərqinin olduğu müəyyən olunmuşdur. Seriya MA № ******* nömrəli çıxarışla iddia çının mülkiyyətinə verilmiş, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,0976 ha torpaq sahəsinin 0,0258 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən olundu. Ekspertiza rəyindən anlaşılmamışdır ki, № ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin sənəddəki sahəsi ilə faktiki istifadəsində olan sahə eynidirmi? İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında cavabdehlərə satılmış və onların faktiki istifadəsində olan X4 adında Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş JN 2000 H kod 41014017 nömrəli torpağın mükiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeydiyyatda olan Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki istifadə olan sahəsi eynidirmi? Ekspert bu mühüm sualları aydınlaşdırmadan natamam rəy verməsinə baxmayaraq, məhkəmə bu rəy ilə razılaşaraq cavabdehlərin təkrar ekspertizanın keçirilməsi barədə əsaslı vəsatətlərini rədd edərək, onların mülkiyyət hüququnu, ədalətli məhkəmə araşdırması hüququnu, başqa bir ifadə ilə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 25ci, 60-cı və digər maddələrini, o cümlədən Mülki Məcəllənin 152-ci maddəsinin və digər maddələrinin tələblərini pozmuşdur. Bu səbəblə hesab etmişdir ki, həmin qətnamə ləğv edilməli və iddiaçının iddia ərizəsi rədd olunmalıdır. İndi 15 il sonra iddiaçı iddia irəli sürərək, həmin yerin zəbt olunduğunu iddia etməsi tamamilə əsassız və qanunsuzdur. Lakin məhkəmə işi hər tərəfli araşdırmadan, maddi və prosessual normaları pozaraq qətnamə qəbul etmiş, bununla cavabdehlərin hüq uqlarını pozmuşdur. Belə ki, məhkəmə qeyd edilən qətnaməni qəbul edərkən iş üzrə verilmiş natamam ekspertiza rəyinə istinad edib, təkrar ekspertizanın keçirilməsi üçün verdiyi vəsatəti isə əsassız olaraq rədd etmişdir.
18. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/4110 nömrəli, 14 iyun 2024-cü il tarixli rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-41/2-896/2024 nömrəli mütəxəssis rəyi nəzərə alınmaqla Şamaxı rayonu, Sabir qəsəbəsi sakinlərinin həyətyanı torpaq sahələrinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə naturadakı f aktiki istifadədə olan torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq (sürüşmələr) vardır. Bu səbəbdən mübahisəli ərazidə yerləşən, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ona məxsus A № 214774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlara uyğun deyil və həmin sənəddə göstərilən koordinatlardakı torpaq sahəsinin harada yerləşməsini əks etdirən ortofoto görüntüləri mütəxəssis rəyinə əlavə olunmuşdur.
19. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Şamaxı rayonu, Sabir qəsəbəsi sakinlərinin həyətyanı torpaq sahələrinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə naturadakı faktiki istifadədə olan torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq vardır. Bu səbəbdən mübahisəli ərazidə yerləşən, cavabdehlərin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları X7 məxsus A No 215258 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlara uyğun deyil və həmin sənəddə göstərilən koordinatlardakı torpaq sahəsinin harada yerləşməsini əks etdirən ortofoto görüntüləri mütəxəssis rəyinə əlavə olunmuşdur. Mütəxəssis rəyinə əsasən Ərazi idarəsində mövcud olan elektron məlumat bazasında Cavabdeh1 və Cavabdeh2 adlarına naturada istifadələrində olan torpaq sahəsinə (mübahisə predmeti olan torpaq sahəsinə) dair heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmadı. Torpaq sahəsinin cavabdehlərə satılmasında istifadə olunmuş X4 adına olan JN-2000H saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat baz asında öz əksini tapmadığından, şəhadətnamədə məsafə və koordinatlar olmadığından həmin şəhadətnamədə qeyd olunan 0.12 ha torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyildir. X4 adına olan JN-2000H saylı kod 41014017 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron məlumat bazasında mövcud olmadığından və koordinatlarını müəyyənləşdirmək mümkün olmadığından iddiaçıya məxsus A No 214774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlara və X7 məxsus A No 215258 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlarla üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir.
20. Mütəxəssis rəyində o da qeyd olunmuşdur ki, həmin ərazidə həyətyanı torpaq sahələrinə sənədlər həmin sürüşmələr nəzərə alınaraq (naturaya uyğunlaşdırı laraq) verilir. Mübahisəli torpaq sahəsində tikililər mövcuddur və həmin tikililər cavabdehlər tərəfindən istifadə olunur. Plan ölçü sənədlərini naturaya uyğunlaşdırdıqda (sürüşmələr nəzərə alındıqda) cavabdehlərə məxsus tikililərin bir hissəsi X7 məxsus A No 215258 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində olan torpaq sahəsinə, bir hissəsi İddiaçı məxsus A No 214774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahəsində yerləşir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-163/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Qafari Səyyad – sədrlik edən və məruzəçi, Mahmudov Ayaz və Hüseynzadə Afiq) apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi cavabde hlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində iddia tələbi rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, habelə məhkəmə xərcləri həll olunmuşdur.
22. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. İkinci, iddiaçılar tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanu nsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbidir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər apellyasiya şikayətində məhkəmənin kifayət qədər tam olmayan Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə istinad etməsinə, obyektiv nəticəyə gəlməkdən ötrü əlavə məhkəmə ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilməsinə istinad etmişlər.
24. Kollegiya ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən faktiki istifadə olunması və onlara məxsus tikililərin bir hissəsinin iddiaçıya məxsus torpaq sahəsinə düşməsi öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin cavabdehlər tərəfindən çəkilmiş dəmir torun sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.
25. İddia tələbinin cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bund an sonra onu hər il ödəməlidir. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. Lakin mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi (iddiaçı) vaxtında etiraz etməmişsə müəyyən məsrəflər hesabına başa gələn tikilinin tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən müəyyən məsrəflər hesabına başa gələn tikililərin sökülərək həmin söküntü materialları cavabdehlərin şəxsi vəsaiti hesabına daşınması cavabdehləri daha da ağır itkilərə məruz qoyduğundan, iddiaçının isə hüququnu əhəmiyyətli dərəcədə pozmadığından, həmin hissədə iddia tələbi təmin edilə bilməz.
27. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməmişdir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli və mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 172.3-cü, Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3, 372.1, 372.7, 384.0.2-ci maddələrinə istinadla əsəlandırmışdır. Kassas iya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil X10) birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-163/24 saylı qətnaməsinin cavabdehlərin apellyasiya şikayətinin təmin edilmədiyi, iddiaçının iddia ərizəsinin təmin hissəsində ləğv edilməsi, həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, iddiaçının iddia ərizəsi tam rədd edilməsi, bu mümkün olmadıqda işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə geri göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qe yd edilmişdir ki, məhkəmə qətnaməni qəbul edərkən iş üzrə verilmiş natamam ekspertiza rəylərinə istinad edərək, cavabdehlərin sənədlərin kökünün harada olduğu barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə ekspert rəyi ilə razılaşaraq, cavabdehlərin təkrar ekspertizanın keçirilməsi barədə əsaslı vəsatətlərini rədd edərək, onların mülkiyyət hüququnu, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, mübahisəli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin mə zmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulm asını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlər
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını a raşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir, cavabdehin həmin sahə üzərindəki sahibliyi qanuni əsasa söykənmir. Belə olan halda, iddiaçı mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı p rezumpsiyası qüvvədədir. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 33-35).
47. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-163/ 2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.