Məhkəmə qərarları › İş №2(102)-1180/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1180/2020

28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1180/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açı q məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, “xxxx” Firmasının adından təsisçi kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 149.7 kv.m olan qeyri-yaşayış binasına dair Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2 016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyriyaşayış binasına dair Cavabdeh2 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın(qeydiyyat) ləğv edilməsi, etibarsızlığın nəticələri tətbiq olunmaqla xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması, 50000(əlli min) manat pulun Cavabdeh1 alınaraq Cavabdeh2 qaytarılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabeh Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təsisçisi olduğu “xxxx” Firmasının ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi,“xxxx” Firmasının adına çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh1, X3 və Cavabdeh2 əməllərində cinayət tərki bi olması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası “xxxx” Firmasının mülkiyyətində olmuşdur. Həmçinin o da mübahisə olunmur ki, xx xxxx 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 149.7 kv/m olan qeyri-yaşayış binasını 50.000(əlli min) manat müqabilində “xxxx” Firmasının təsisçisi Cavabdeh1 almışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, "xxxx" Firmasının tək təsisçisi xx.xx.1994-cü il tarixində X2 olmuş, xx.xx.2008-ci tarixli alqı satqı müqaviləsi və xx.xx.2009-cu il tarixli təsisçi qərarı əsasında firmanın tək təsisçisinin Cavabdeh1 olması faktı xx.xx.2009-cu il tarixdə reyestrə dax il edilmişdir. xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2009-cu il tarixli təsisçi qərarı əsasında firmanın tək təsisçisinin İddiaçı olması faktı xx.xx.2009-cu il tarixdə reyestrə daxil edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilərək Cavabdeh1 firmanın tək təsisçisi olması faktı yenidən xx.xx.2013-cü il tarixdə reyestrə daxil edilmişdir. Bundan sonra, İddiaçı Ali Məhkəməyə yeni açılmış hallarla əlaqədar yenidən iddiaya baxılması xahişi ilə müraciət etmiş və nəticədə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli Qərarı ilə xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi rədd edilmiş və həmin qərar əsasında firmanın tək təsisçisinin İddia çı olması faktı xx.xx.2018-ci il tarixdə yenidən reyestrə daxil edilmişdir. Hal-hazırda firmanın təsisçisi İddiaçıdur. İddiaçı bildirir ki, mülkiyyətində olan “xxxx” firmasının daşınmaz əmlakı mülkiyyətçi kimi, onun məlumatı olmadan, ondan xəbərsiz, dələduzluq yolu ilə Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdə digər Cavabdeh2 satılmışdır. Beləki, onun mülkiyyətçisi olduğu "xxxx” firmasının ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı olmuşdur. Cavabdeh1 bilərəkdən “xxxx” firmasının mülkiyyətində olan ünvan 5 ünvanındakı daşınmaz əmlaka dair saxta DƏDRX-nin Çıxarışını 9 saylı notariat kontoruna təqdim edərək əmlaka dair xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 daşınmaz əmlakı real dəyərindən dəfələrlə ucuz qiymətə, 50 000 manata digər cavabdehə satmışdır. Cavabdeh1 saxtakarlığnı əvvəlcədən planlaşdırmış və bu səbəbə görədə əmlakın tezliklə satılması üçün dəyərindən dəfələrlə ucuz qiymətə satmaqla, digər Cavabdeh2lə əlaqəyə girmişdir. Cavabdeh2də əvvəlcədən məlum olmuşdur ki, əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satılır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil bildirir ki, mübahisələndirilən qeyri yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 qeyri-yaşayış sahəsini almaqda məqsədi ondan ibarət olmuşdur ki, mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi plana düşməlidir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin e dilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşin mübahisə edilməyən hallarında n göründüyü kimi Cavabdeh2 mübahisəli qeyriyaşayış binasını xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə edərkən həmin əmlakın mülkiyyətçisi olan “xxxx” firmasının həm təsisçisi həm də qanuni təmsilçisi Cavabdeh1 olmuşdur. Bu fakt rəsmi reyestr məlumatları ilə təstiq olunmuşdur. Belə ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr məlumatlarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilərək Cavabdeh1 “xxxx” firmasının tək təsisçisi və qanuni təmsilçisi olması faktı yenidən xx.xx.2013-cü il tarixdə reyestrə daxil edilmişdir və bu hal xx.xx.2018-ci il tairixinə kimi davam etmişdir. Göründüyü kimi mübahisəli əmlaka dair müqavilə bağlanan vaxt reyestrdə olan məlumatlara əsasən Cavabdeh1 əmlakın mülkiyyətçisi olmaqla, həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinə malik olmuş və Cavabdeh2 reyestrdəki məlumatların həqiqiliyi və tamlığı prezumsiyasına inanaraq alqı-satqı müqaviləsini bağlamışdır. Yəni göstərilən hallar onu təsbit edir ki, Cavabdeh2 mübahisə predmeti olan əmlaka münasibətdə vicdanlı alıcı olmuşdur. Digər tərəfdən iddiaçının mübahisəli əmlakın bazar dəyərindən aşağı qiymətə satılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmlakın qiyməti tərəflər arasındakı razılaşma ilə müəyyən edilir. Ona görə də alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə əmlakın qiymətinin bazar dəyərindən aşağı müəyyən edilməsi v icdanlılıq institutuna təsir etmir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabeh Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixliqətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar