Məhkəmə qərarları › İş №2(102)-1180/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1180/2024

08.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1180/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1180/2024 ( Açar sözlər: əmlakın bərabər paylara bölünməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakın hərracdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 2(104)2361/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən yaşayış evi hər birinə ½ hissədə olmaqla, İddiaçı ilə Cavabdeh birgə mülkiyyətindədir.

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-172/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdən payının naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan və ünvan 1 ünvanda yerləşən yaşayış evinin hərracdan satılması, satışdan əldə edilən məbləğin ½ paylara mütənasib surətdə bölüşdürülməsi, ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, X4 2018-ci ildə vəfat edəndən sonra mirası faktiki olaraq onun oğlu Cavabdeh qəbul etmişdir. Həmin evdən birgə istifadə zamanı X4 ilə, onun ölümündən sonra isə oğlu Cavabdeh ilə mütəmadi mübahisəsi yarandığı üçün o, ümumi mülkiyyətdən payın real ayrılmasına dair iddia ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Ekspertiza qərarı əsasında payların real ayrılmasının mümkün olmaması müəyyən ediləndən sonra məhkəmənin hazırda qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2(044)-172/2022 saylı qətnaməsi ilə iddiası rədd olunmuşdur. Ona görə də, ümumi birgə mülkiyyətdə olan əmlakın hərra cdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5.Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, mübahisə olunan ev onun ata məhəlləsidir və o, orada yaşayır. Onun qardaşı rəhmətə gedib, qardaşının sağlığında da onlar evin bölgüsü ilə bağlı razılığa gələ bilməmişlər. Həmin həyətdə iki ev var, birinin sənədləri var, digərinin yox, sənədləri olan ev ona məxsusdur və o, həmin evdə yaşayır. İddiaçı həmin həyətə gəlin gəlib, onun orada heç bir payı yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/1405 saylı, xx. xx.2020-ci il tarixli arayışının surətinə əsasən müəyyən olunmuşdur ki, 12 noyabr 2020-ci il tarixli ********** №-li ərizəsinə və 12 noyabr 2020-ci il tarixli ********** №-li müqavilədən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan fərdi yaşayış sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 19 noyabr 2020-ci il tarixinə bazar dəyəri 80000 manat təşkil edir. 7.Notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən müəyyən olunmuşdur ki, X5 atası X1 v əfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2-ci dalan, 8 №-li evdən ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. 8.Notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən, X6 atası X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2ci dalan, 8 №-li evdən ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.

9. Notariat qaydasında təsdiq olunmuş ərizəyə əasən, X3 atası X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2- ci dalan, 8 №-li evdən ona düşən paydan qardaş ı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. 10.Notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən, X7 atası X1 vəfatından sonra qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 iyul 2023-cü il tarixli, 2(125)-3318/2023 nömrəli qətnaməsi (hakim Mustafa Musatafayev) ilə iddianın təmin edilməsi, ½ hissədə İddiaçı və ½ hissədə mərhum X2 məxsus olmaqla paylı mülkiyyətdə оlan ünvan 2 ünvanda yerləşən yaşayış evi açıq hərracdan satılması və satışdan əldə edilən pul paylı mülkiyyətçilər olan İddiaçı və Cavabdeh (mərhumun vərəsəsi) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alına raq İddiaçı verilməsi qət edilmişdir. 12.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ümumi əmlakın bölünməsi, ondan payın ayrılması, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmadığından mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən yaşayış evi açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. 13.Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.6 və 221-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətna mə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə miras qalan mülkdən ona və digər vərəsələr pay tanımadan əmlakın hərracdan satılması haqda qətnamə qəbul etməklə onun hüquqlarını pozmuşdur. Bununla da məhkəmə çəkişmə prinsipini pozmaqla ədalətsiz qətnamə qəbul etmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsininə əmlakın tam şəkildə bölünməsi barədə verdiyi ərizə əsasında əmlaka mütəxəssis tərəfindən baxış keçirilmiş və şifahi o laraq bildirilmişdir ki, əmlakın naturada bölünməsi mümkündür. Buna baxmayaraq əmlakın bölünməsinə dair iddiaçının verdiyi iddia tələbinə baxılan zaman ekspert belə qərara gəlmişdir ki, əmlakın bölünməsi mümkün deyil. Əmlaka vizual baxdıqda dam örtükləri ayrı olduğundan bölünməsinin mümkünlüyü müəyyən etmək çətin deyildir. İddiaçının əsas tələbi əmlakın bölgüsündən ibarət olmasını nəzərə aldıqda bölünməsi mümkün olan əmlakın satılmasını məqsədə müvafiq hesab etmirik. Göründüyü kimi əsassız olan iddia tələbi təmin edilməsi nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Eyni zamanda həmin əmlakın satışından əldə olunan vəsaitə oxşar şəraitdə ev almağı mümkün olmayacaq.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2361/2023 n ömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri payın ayrılması ilə bağlı razılığa gələ bilmədikdə, paylı mülkiyyətçi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman payın naturada ayrılması mümkün olmadıqda ayrılan mülkiyyətçi öz payının miqdarının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi kimi hüquqa malik olur. Həmçinin, qanunverici müəyyən etmişdir ki, yuxarıda qeyd o lunan qaydalar əsasında əmlakın bölünməsi və ya ondan pay ayrılması mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Hazırki halda isə iddiaçı paylı mülkiyyətdə olan evin açıq hərracdan satılaraq onun payına uyğun vəsaitin verilməsini tələb edir. Odur ki, iddiaçının tələbi qanuni və əsaslıdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.6 və 221-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil Fərhad oğlu) kassasiya şikayəti verərək apellya siya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisi vəfat etmiş və həmin əmlak vərəsələr tərəfindən qəbul edilməmişdir. Odur ki, Cavabdeh mülkiyyətçi deyildir və onun mülkiyyətində olmayan əmlak satıla bilməz.

21. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi tələb olunmuş və qiymətləndirmə keçirilmişdir. Lakin qiymətləndirmə rəyi məhkəməyə təqdim edilməsinə baxmayaraq rəy qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

25. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

26. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onu n mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

27. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

28. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisinin vəfat etməsi, həmin əm lakın vərəsələr tərəfindən qəbul edilməməsi və cavabdehin həmin əmlakın mülkiyyətçisi olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən bu dəlillər nə birinci instansiya məhkəməsində, nə də apelyasiya məhkəməsində cavabdeh tərəfindən irəli sürülməmişdir.

39. Lakin birinci instansiya məhkəməsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, paylı mülkiyyətçi X4 xx.xx.2018-ci ildə vəfat etmiş, onun cavabdehdən başqa digər vərəsələri(4 övladı) qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində mirasdan onlara düşən paydan qardaşları Cavabdeh xeyrinə imtina etmişdirlər. Cavabdeh mirasdan özünün imtina etməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

40. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(104)-2361/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar