Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1181/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7rşı ilkin, “Ucar Rayon Mərkəzi Xəstəxanası” X6rşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, iddia müddəti, iddia müddətinin axımı, preyudisiallıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7rşı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə ilkin, “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 işgüzar nüfuzun müdafiəsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1131/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1989-cu ildən Ucar Rayon Mərkəzi xəstəxanasında tibb bacısı işləyib. 2. “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2021-ci il tarixli, 445 saylı əmri ilə həmin tibb müəssisəsində tibb bacısı işləyən İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
3. Ucar Rayon Prokurorluğunun 28 yanvar 2022-ci il tarixli qərarı ilə, iddiaçının vaksini vətəndaşa vurmadan atması barədə məlumat və ona əlavə edilmiş materiallar; iddiaçının cavabdehin işçilərinin ondan 1000 manat rüşvət istəmələri barədə şikayəti, habelə Mehriban Misirovanın vaksin olunduqdan sonra səhhətində kəskin pisləşmə yaranması ilə bağlı şikayəti əsasında toplanmış 63-C-21 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7rşı (bundan sonra – cavabdeh) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində tətbiq edilən 19 may 2021-ci il tarixli, 445 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, onun xəstəxanada əvvəlki vəzifəsinə bərpa olunması, 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi, mənəvi ziyana görə cavabdehin bank hesabından 20.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə həmişə işinə məsuliyyətlə yanaşmış, heç vaxt işi ilə əlaqədar qaydaları pozmamış, işlədiyi müddətdə heç vaxt rəhbərlik tərəfindən heç bir xəbərdarlıq belə almamışdır. 2021-ci ildən, yəni yanvar ayından vaksinator şöbəsinə kömək etmək üçün rəhbərlik tərəfindən yönəldilmişdir. 3 ay ərzində Ucar rayonu və onun kəndlərində vaksin vurulma kompaniyasında işləmişdir. Vaksin vurularkən çox vaxt vətəndaşların səhhətində olan xəstəliklərlə əlaqədar problemlərlə rastlaşıblar. Belə hallar onu bir tibb bacısı kimi narahat etmiş və qorxutmuşdur. Çünki o, Ucar rayonunda yaşayıb, əhalinin çox hissəsini tanıyıb. Vaksin vurularkən insanlar hər hansı xəstəlikləri barədə bəzən məlumat verməyib, yaxud xəstəlikləri barədə heç özləri belə məlumatsız olublar. 14 aprel 2021-ci il tarixdə saat 11:00 radələrində növbəti vaksin vurulması zamanı X2 vaksin vurmuş və o, özünü pis hiss etmiş, ona ilkin yardım göstərilmiş və özünə gəlmişdir. Sonra M.Misirova ilə gələn X4 da vaksin vurmuş və “Covid” pasportunu imzalayıb kompüter qeydiyyatından keçirmiş və onları yola salmışdır. Növbəsi başa çatdıqdan bir neçə saat sonra baş tibb qardaşı Lətifov İmran onu öz otağına çağırmış, ona dolu şprisi ona göst ərərək Mehriban Misirovaya vaksin vurmadığı barədə irad bildirmişdir. Buna etiraz etsə də yalan vədlərlə onu aldadaraq ondan Mehriban Misirovaya guya iynə vurmadığı barədə izahat almışlar. Lakin sonradan izahat baş həkimə təqdim edilmiş, nəticədə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Əmək kitabçasını isə yalnız 25 may 2021-ci il tarixində ala bilmişdir. Əslində heç bir qəsdə, səhlənkarlığa, etinasızlığa yol verməmiş, hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının ahəngi pozulmamışdır. Qeyd olunan izahatı Lətifov İmranın diktə etdiyi sözlərlə yazılmışdır. Rəhbərlik və Həmkarlar ittifaqı təşkilatı məsələni araşdırmadan onu qanunsuz işdən azad etmək barədə qərar vermişdir. Əmək Məcəlləsinin 10-cu maddəsində göstərilən əsas vəzif ələrini həmşə yerinə yetirmiş, heç kimə, cəmiyyətə ya dövlətə zərər yetirməmiş, iş funksiyasını, vəzifəsini 32 ildir ki, məsuliyyətlə yerinə yetirmişdir. Mübahisələndirilən əmrlə xəstəxanada 32 illik iş fəaliyyətinə xələl gətirilmiş, şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna güclü zərbə vurmuşdur. Belə ki, Xəstəxana rəhbərliyi tərəfindən qanunsuz və əsassız olaraq əmək müqaviləsinə xitam verilmiş və onun barəsində cinayət işi qaldırmaq üçün Ucar Rayon Prokurorluğuna müraciət etmişdir. Ucar Rayon Prokurorluğu araşdırma aparmış və cinayət işinin rədd edilməsi barədə qərar çıxarmışdır. Ona vurulan mənəvi ziyanı 20.000 manat qiymətləndirir.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək cavabdehin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq iddiaçıdan 10.000 manat məbləğində pulun alınaraq c avabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ucar rayon Prokurorluğuna müraciət edərək, “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 baş tibb qardaşı İmran Lətifovun və hüquqşünası Pakizə Ələsgərovanın ondan işdə qalması müqabilində baş həkimə vermək üçün 1000 manat rüşvət istəmələrini bildirmişdir. İddiaçının bildirdikləri öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir.
8. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, İmran Lətifovun və Pakizə Ələsgərovanın 1000 manat tələbi barədə prokurorluğa ərizə versəydi, həmin gün prokurorluqdan pul alıb onlara verər və beləliklə 1000 manat tələbi təsdiq olunardı. Lakin birinci dəfə xəstəxananın adına və nüfuzuna xələl gəlməsin deyə İmrana inanıb onun diktəsi ilə “izahat” yazmışdır. İmran Lətifova və Pakizə Ələsgərovaya 1000 manat vermədiyi üçün, onlar yalan, saxta akt və izahat barədə baş həkim Zeynal Bayramlını aldatmış, barəsində saxta yolla tərtib etdikləri sənədləri 21 may 2021-ci il tarixdə Ucar Rayon Prokurorluğuna göndərmişlər.
9. Cavabdeh ilkin iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı özü iddia ərizəsində əmək kitabçasını xx.xx.2021-ci il tarixdə aldığını etiraf etmiş, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
10. İşə baxılarkən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilkin iddiaya etiraz edərək bildirmişdir ki, M.Misirovaya vurulmalı olan vaksin vurulmamış şəkildə 2 qramlıq şprisdə ucunda iynə qapaqsız şəkildə tibbi tulantı qutusunda baxış zamanı aşkar edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş M.Misirovanın izahatından məlum olduğu kimi, o da etiraf etmişdir ki, iddiaçı vaksin iynəsi vurmadan onun qolundan çıxarmışdır və xahiş etmişdir ki, iddiaçı cəzalandırmasın. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı vəzifə öhdəliklərini pozması ilə bərabər, hətta bu hərəkətləri ilə Agentliyin simasında dövlətin dünya üzərində yayılmış “COVİD-19” yoluxucu xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq, əhali arasında vaksinasiyanın aparılması sahəsində həyata keçirdiyi siyasətin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətin pozulmasında ifadə olunan qanuni mənafelərinə qəsdən maddi və mənəvi zərər vurmuşdur.
11. Ucar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(063)-32/2022 nömrəli iş üzrə 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Hilal Xəlilov) ilk iddia qismən təmin olunmuş, cavabdehin iddiaçının işdən azad edilməsi barədə 19 may 2021-ci il tarixli, 455 saylı əmrinin ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının “Ucar Rayon Mərkəzi Xəstəxanası” X9 öz vəzifəsinə bərpa olunması və 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiy a məhkəməsi ilkin iddia tələbinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, cinayət işinin başlamasının rədd edilməsi barədə qərarla iddiaçının “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 baş tibb qardaşı İmran Lətifov və qeyrilərinin işdən çıxarılmaması müqabilində ondan 1000 manat rüşvət istəmələri və sair barədə göstərmiş olduğu xüsusatlar; habelə iddiaçının 14 aprel 2021-ci il tarixdə, saat 11:35 radələrində X2 vurulmalı olan vaksini vətəndaşa vurmadan tibbi tullantı qabına atması barədə cavabdehdən daxil olmuş məlumatda göstərilən xüsusatlar tərəflərin izahatları və digər sübutlarla öz təsdiqini tapmamışdır.
13. X1 adına tərtib edilmiş məhkəmə-komisyon ekspertizasının 737/KEŞ saylı rəyində isə qeyd olunmuşdur ki, M.Misirovaya vaksin inyeksiyasının vurulmasından öncə anamnezinə əsasən onda olan xəstəliklər müvafiq müayinələr keçirilməklə hansı mərhələdə olduğu müəyyən edildikdən sonra vaksinin vurulub-vurulmamasına dair qərar verilməli olduğu halda, vaksinin icra edilməsinə göstəriş verən həkim tərəfindən buna əməl edilməsə də, qeyd olunanlar M.Misirovanın sağlamlığına mühüm zərər vurmamışdır.
14. Göründüyü kimi iddiaçının əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, buna görə də işdən azad edilməsinin hüquqi əsası yoxdur. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmişdir. Buna görə də, iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edilməlidir. Həmçinin, iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edildiyindən, o əvvə lki vəzifəsinə bərpa edilməli və onun məcburi işburaxmaya görə əmək haqqı tələbi də təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının poçt vasitəsi ilə məhkəməyə göndərdiyi iddia ərizəsi 21 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 29 iyun 2021-ci il tarixli, 2(063)-647/2021 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı iddiası və ona əlavə edilmiş sənədlərin geri qaytarılmış, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə poçt vasitəsi ilə məhkəməyə göndərdiyi növbəti iddia ərizəsi 12 iyul 2021-ci il tarixdə m əhkəməyə daxil olmuş, məhkəmənin 14 iyul 2021-ci il tarixli, 2(063)-647/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla da müəyyən olunur ki, iddia müddəti buraxılmamışdır.
16. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı bildirmişdir ki, iddiaçı hüququnun pozulması nəticəsində 20.000 manat mənəvi ziyanın cavabdehdən alınıb ona verilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə təzminatın 20.000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığ ı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir.
17. Həmçinin cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunu ləkələyə bilən məlumatı geniş kütlə arasında yayması cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması, habelə bunun nəticəsində cavabdehin işgüzar nüfuzuna zərər vurulması məhkəmə iclasında sübuta yetirilməmişdir.
18. Ona görə də ilkin iddianın mənəvi zərər hissəsi və qarşılıqlı iddia təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, Əmək Məcəlləsinin 70, 292, 294, 296, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 4.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 7 nömrəli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin mənəvi ziyanın təmin edilməməsi hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əs aslandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi barədə sənədlərin cavabdeh tərəfindən prokurorluğa göndərilməsi onun rayonda olan qohumlar, tanışlar arasında, 32 il işlədiyi kollektivdə şərəf və ləyaqətinin alçaldılmasına, sarsıntı, iztirab keçirərək səhhətinin pozulmasına səbəb olmuşdur. Digər tərəfdən, işləmədiyinə görə banka olan kredit borcunu ödəyə bilməmiş və bu barədə şifahi şəkildə birinci instansiya məhkəməsinə bildirmişdir. Həbs olunmaq qorxusu altında çəkdiyi stress, iztirab, əzablar hər hansı sübutla təsdiq oluna bilməz.
22. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şi kayəti onunla əsaslandırmışdır ki, iddiaçı özü iddia ərizəsində qeyd etdiyi kimi, işdən çıxarılması barədə əmrin imzalandığı gün, yəni 19 may 2021-ci il tarixində artıq onun əmrdən xəbəri olmuşdur. Beləliklə iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gün 19 may 2021-ci il tarixidir, bu işin mübahisəsiz halıdır. İş materiallarından isə məlum olur ki, iddia ən yaxşı halda 17 iyul 2022-ci il tarixdə (iddia ərizəsinin imzalanma tarixi) irəli sürülüb. Bu isə onu deməyə əsas verir ki, 1 aylıq iddia müddət ötürülmüşdür. İstintaq orqanının cinayət işi üzrə qəbul edilmiş qərarları mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir. İddiaçı qeyd edilən izahatı onunla qərəzli münasibətdə olan baş tibb qardaşı İmran Lətifovun təkidi ilə yazdığını bildirsə də, bunu sübut edə bilməmişdir. Həmçinin məhkə mə Mehriban Misirovanın izahatına qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, rüşvət istəmək barədə məlumatlar rüşvət istəməsi iddia olunan şəxs haqqında cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslar arasında mənfi rəy yaradır. Belə böhtan xarakterli məlumatların prokurorluğun, məhkəmənin, xüsusən xəstəxananın əməkdaşları xəbər tutmuşlar ki, bu da həmin məlumatların geniş kütlə arasında yayılması hesab oluna bilər. Xəstəxana hüquqi şəxsdir, hüquqi şəxsin işçilərinə atılmış böhtan xarakterli məlumatların onun işgüzar nüfuzuna ziyan vurması şübhəsizdir.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(107)-1131/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: G.Cavadova (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, M.Misirovaya “COVİD-19” virusuna qarşı vaksin vurulması xüsusi biliyə malik olan ekspertin Ucar rayon Prokurorluğuna 63-C-21 nömrəli material üzrə təqdim etdiyi 737/KEŞ saylı rəyi ilə təsdiq olunur. Bu baxımdan hesab olunmalıdır ki, iddiaçı əmək funksiyalarını və (və ya) əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir, “COVİD-19” virusuna qarşı vaksin M.Misirovaya vurulmuşdur. Bunun əksini iddia edən mötəbər sübutları cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi əsassızdır. Müzakirə olunan hissədə iddiaçının iddiası və həmin tələbdən irəli gələn digər tələblər (əmək kitabçasındakı qeydin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi) əsaslıdır. Həmin hissələrdə birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
26. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməsi, yəni M.Misirovaya vaksin vurulması məhkəmə-komisyon ekspertizasının 737/KEŞ saylı rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda, cinayət təqibi orqanının qəbul etdiyi qərarın məhkəmələr üçün preyudisial xarakter daşımaması barədə cavabdehin dəlili tərəflər arasındakı mübahisənin həllində əhəmiyyət kəsb etmir.
27. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən ilk iddianın irəli sürülməsi üçün iddia müddətinin ötürülməsi barədə dəlili ilə bağlı bildirmişdir ki, həmin dəlil də əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli əmr ilə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, iddiaçı əmək kitabçasını xx.xx.2021-ci il tarixdə almışdır. Belə olan halda, iddiaçıya münasibətdə iddia müddətinin axımının başlandığı tarix - xx.xx.2021-ci il, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmə müddətin bitdiyi tarix xx.xx.2021-ci ildir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı “əmrin ləğv edilməsi və sair tələblər barədə” iddia ərizəsi ilə ilk dəfə birinci instansiyası məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçının həmin iddia ərizəsi mülki prosessual qanunvericiliy in tələblərinə uyğun olmadığına görə, iddia ərizəsi bir neçə dəfə iddiaçının özünə qaytarılmışdır. İddiaçı isə həmin nöqsanları ağlabatan müddətdə aradan qaldırmış və eyni məzmunla iddia ərizəsi ilə yenidən müraciət etmişdir. Belə olan halda, iddiaçı tərəfindən hazırkı iddia ərizəsini verərkən qanunda nəzərdə tutulan bir aylıq iddia müddəti buraxılmamışdır.
28. Məhkəmə ilkin iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, hazırkı halda iddiaçı ona dəymiş mənəvi zərər nəticəsində onun mənəvi sarsıntılara, iztirab keçirməsinə səbəb olub-olmamasını əsaslandıra bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
29. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdi r ki, iddiaçının müraciəti əsasında dövlət orqanı tərəfindən aparılmış araşdırma nəticəsində müraciətdə göstərilənlərin öz təsdiqini tapmaması cavabdehin işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləqdirilməməlidir. Çünki iddiaçının müvafiq dövlət orqanına müraciət etməsinin məqsədinin Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqlarının realizə edilməsi deyil, qəsdən cavabdehə zərər vurması, yəni hüquqdan sui-istifadə etməsi iş materialları ilə təsdiq edilmir.
30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 83.2, 292.1, 294.1, 296.3, 300.1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 23.1, 23.2, 23.4-cü, MPM-in 14.2, 77.1, 217, 384.0.1-ci, “Vətəndaşların müraciətlərinə baxılması qa ydası haqqında” Azərbaycan Respublikası Qanununun 5.3, 7.1, 12.10-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
31. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmələrin hazırkı mövqelərinə görə, iddiaçı qanunla müəyyən edilməmiş qaydada ayda bir dəfə sonsuz sayda iddia ərizəsi ilə məhkəməyə müraciət edə və uzun illər sonra iddia ərizəsini məhkəmənin icraatına qəbul etdirməyə nail olmaqla, bütün dövr üçün əmək haqqını da tələb edə bilər. İddia ərizəsi bir neçə dəfə geri qaytarmış olsa belə, qanuna uyğun iddia ərizəsi iddia müddəti ərzində təqdim olunmalıdır.
33. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli, 63-C21 nömrəli qərarı ancaq ilkin iddiaya münasibətdə, yəni birtərəfli qaydada sübut kimi qəbul etmişdir. Əks halda məhkəmə qarşılıqlı iddia tələbini də təmin etməli idi.
34. Kassator şikayətini Mülki Məcəllənin 23.1, 23.4, 23.6, 372.1, 372.5-ci, Əmək Məcəlləsinin 187(2), 296(2)-cı, MPM-in 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
35. İddiaçı (Vəkil1) da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, ilkin iddia tələbinin mənəvi ziyanın rədd olunması hissəsində təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazların dəlilləri
37. İddiaçı cavabdehin kassasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia ərizəsini qanunda müəyyən edilmiş 1 ay müddətində təqdim etmişdir. Bundan başqa, Ucar rayon prokurorluğu cavabdehin ona aid göndərdiyi sənədləri hərtərəfli araşdırmış və onlara qiymət vermiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Cavabdeh mənəvi ziyan çəkdiyini iddia etsə də, bunu əsaslandıra bilməmişdir. Əgər cavabdehin xəstələri kütləvi şəkildə xəstəxananı tərk etmiş, müayinə olunan xəstələr müayinədən imtina etmiş, xəstəxananı dərmanla təmin edən depolar dərman verməkdən imtina etmiş, həkim və tibb bacıları kollektiv olaraq azad olunmağı barədə ərizə yazmış, KİV-də və sosial şəbəkədə bu barədə məlumat yayılmış olsaydı və bu hallar sübuta yetirilsəydi onda cavabdehə mənəvi ziyan dəymiş olardı. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı və cavabdehin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin d aha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
41. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
42. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
43. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
44. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
45. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
46. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı
47. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair ş əxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənil məsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı
48. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Əmək Məcəlləsi
49. Maddə 70 (bənd “ç”) Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
50. Maddə 83 (2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçini n əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
51. Maddə 296 (1). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
52. Maddə 296 (2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
53. Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, h aqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
54. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddə nin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şah idlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
60. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
61. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
63. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
64. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın rədd olunması hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Kassasiya şikayətlərinin həmin hissələrlə bağlı dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
70. Qeyd olunan hissə ilə bağlı kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
71. İlkin iddianın təmin edilmiş hissəsi ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qey d olunmasını zəruri hesab edir.
72. Əmək qanunvericiliyi fərdi əmək mübahisəsinin həll edilməsi məqsədilə işçinin məhkəməyə müraciət etməsi üçün onun hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 aylıq qısaldılmış iddia müddəti müəyyən etmişdir. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (§ 52-53).
73. Baxılan iş üzrə iddiaçının işdən azad olunduqdan sonra əmək kitabçasını 25 may 2021-ci il tarixdə aldığı işin mübahisəsiz halıdır. Hazırkı iddia ərizəsi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə imza lanmış və birinci instansiya məhkəməsinə həmin tarixdə daxil olmuş, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət verilməmişdir. İşə baxılarkən cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərzə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
74. Məhkəmələr iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi barədə qənaətə gəlmiş və bu mövqeyi onunla əsaslandırmışlar ki, iddiaçı “əmrin ləğv edilməsi və sair tələblər barədə” iddia ərizəsi ilə ilk dəfə birinci instansiyası məhkəməsinə xx.xx.2021-ci il tarixdə, yəni bir aylıq müddətə riayət etməklə müraciət etmişdir. İddiaçının həmin iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığına görə, iddia ərizəsi bir neçə dəfə iddiaçının özünə qaytarılmışdır. İddiaçı isə həmin nöqsanla rı ağlabatan müddətdə aradan qaldırmış və eyni məzmunla iddia ərizəsi ilə yenidən müraciət etmişdir. Məhkəmələr qeyd olunanlara əsasən hesab etmişlər ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsini verərkən qanunda nəzərdə tutulan bir aylıq iddia müddəti buraxılmamışdır.
75. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
76. Maddənin məzmunundan göründüyü kimi istənilən iddianın deyil, məhz “müəyyənləşdirilmiş qaydada” iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir. İddia ərizəsinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə verilmiş iddianın həmin qanunvericiliyin tələblərinə uyğun irəli sürülməmiş (tərtib olunmamış) və bu əsasla qeyri-mümkün hesab edilmiş iddia ərizəsi iddia müddətinin axımını kəsən hal kimi qəbul edilə bilməz.
77. Baxılan iş üzrə iddiaçı tərəfindən iddia müddəti çərçivəsində verilmiş iddia ərizəsi məhz prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə görə məhkəmə tərəfindən geri qaytarılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sonrakı iddia ərizələri də eyni əsasla geri qaytarılmış, nəhayət müəyyənləşdirilmiş qaydada iddia məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim olunmuşdur.
78. Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 380.1-ci maddəsini düzgün tətbiq etməmiş, iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmiş və bu əsasla geri qaytarılm ış iddianı həmin maddənin mənasında müəyyənləşdirilmiş qaydada verilmiş iddia kimi qiymətləndirmişdir.
79. Bununla yanaşı, birinci və apellyasiya instansiyası məhkəməsi MPM-in 82.4-cü maddəsinə istinad etməsə də, ilkin iddianın təmin olunmuş hissəsini, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə Ucar Rayon Prokurorluğunun 28 yanvar 2022ci il tarixli qərarında müəyyən edilmiş hallara istinadla əsaslandırmışlar.
80. Qeyd olunmalıdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən preyudisial əhəmiyyətə malik olduğu üçün cinayət işinin başlanmasının rədd olunması barədə ibtidai araşdırma orqanının qərarı və ya iş üzrə gəldiyi qənaət mülki iş üzrə preyudisial əhəmiyyət da şımır. Bununla yanaşı, istinad olunan halların preyudisial əhəmiyyətə malik olmaması həmin sənədlərin sübutlardan biri kimi tərəflərin iş üzrə verdiyi izahat və digər sübutlarla birlikdə məcmu şəkildə qiymətləndirilməsinə mane olmur.
81. Lakin hazırkı işə baxılarkən işdə iştirak edən şəxslər tərəfindən Ucar Rayon Prokurorluğunun 28 yanvar 2022-ci il tarixli qərarının qəbul olunmasına əsas olmuş hər hansı sənədlər (sübutlar) təqdim edilməmiş, rədd materiallarının tələb olunması barədə vəsatət qaldırılmamış, məhkəmə yalnız qeyd olunan qərar əsasında işin hallarını müəyyən etmiş və iş üzrə müəyyən nəticələrə gəlmişdir.
82. Baxılan işin digər mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının işdən azad edilməsinə əsas olmuş hadisənin baş verdiyi gün iddiaçı tərəfindən ya zılmış izahatda onun vaksini pasiyentə vurmadan təhlükəsizlik qutusuna tulladığı, əməlindən çox peşman olduğu qeyd edilmişdir. İddiaçı sonradan həmin izahatı aldadılaraq və tibb qardaşının diktəsi ilə yazdığını (imzaladığını) bildirmişdir.
83. Lakin birinci və apellyasiya instansiyası məhkəməsi surəti iş materiallarına əlavə edilmiş həmin izahata və onun yazılma şəraiti ilə bağlı iddiaçının dəlillərinə qiymət verməmişdir.
84. Halbuki MPM-in 80, 81 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) mali k olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verməlidir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1 və 88-ci maddələri).
85. Bu baxımdan əgər məhkəmə işdə iştirak edən şəxslərin təqdim etdikləri sübutları qəbul edərək iş materiallarına əlavə edibsə, həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir. Eyni zamanda MPM-in 76.2-ci maddəsinə əsasən (§ 57) işdə iştirak edən şəxslərin məhkəmədən kənar verdikləri yazılı izahatlar da yazılı sübut növlərindən biri kimi çıxış edir. Əgər tərəflərdən b iri qarşı tərəfin istinad etdiyi məzmunda izahat verdiyini, belə izahatı imzaladığını mübahisələndirmirsə və ya bu hal mötəbər sübutlarla təsdiq olunursa, həmin izahatın onun iradəsini ifadə etmədiyi barədə ağlabatan dəlillər irəli sürmək və ya sübutlar təqdim etmək vəzifəsi müvafiq tərəfin üzərinə düşür.
86. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ləğv olunmuş hissədə işə yenidən baxılarkə n bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
87. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1131/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.