Məhkəmə qərarları › İş №2(102)-1183/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1183/2023

06.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1183/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh (iddiaçı) Cavabdeh3 kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsin in 2(001)1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək: - iddia “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X2 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, həmin evin X5 tərəfindən X4 bağışlanması barədə 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X3 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabba rlı küçəsi, 143C saylı evin X6 tərəfindən İddiaçı satılması barədə 21 avqust 2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı – satqı müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması barədə RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissələrdə baxılmamış saxlanılmış; - həmin mülki iş üzrə iddiaçı Cavabdeh3 iddiasına “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X3 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri ndən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissəsində xitam verilmiş; - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı, 19 yabvar 2016cı il tarixli qətnaməsi “ünvan 1 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatla bağlı verilmiş seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin tələb üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)325/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi “iddiaçılar Cavabdeh3, C avabdeh1 və Cavabdeh2 cavabdehlər X4, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı Sutanəli oğluna qarşı fərdi yaşayış evinin X5 tərəfindən X4 bağışlanması haqqında Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 05 may 2014-cü il tarixli Bağışlama müqaviləsinin, seriya RX N0386995 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X3 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki pasportun, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X3 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın, X6 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 37 saylı notariat kontorunda rəsmiləşdirilmiş 21 av qust 2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, seriya RX N0475340 saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli İddiaçı adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsi barədə tələblərinin rədd edildiyi” hissələrdə ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri rədd olunmuşdur. Cavabdeh (iddiaçı) Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının sədri 28 fevral 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, cavabdeh (iddiaçı) Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən də kassasiya şikayətinin verilməsini və bu səbəbdən mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Həm qərardad, həm qətnamədən kassasiya şikayəti bir-biri ilə əlaqəli olduğu üçün onlara birlikdə baxılması zərurətindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (iddiaçı) Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənləri əsasən və Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsini n Mülki Kollegiyasının 2(103)-66/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh (iddiaçı) Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1183/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar