Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1186/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)1547/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(004)-3053/2018) iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavab deh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 49.404,75 ABŞ dolları əsas borc, 18.300,41 ABŞ dolları faiz borcu, 562,10 ABŞ dolları cərimə olmaqla, cəmi 68.267,26 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 28,20 manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, N-də yerləşən 60 kv.m ümumi, 47 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 39 nömrəli mənzil ilkin satış qiyməti 120.000 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilm əsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ipoteka qoyana qaytarılması, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh1 mənzildən çıxarılaraq mənzilin boşaldılması qət edilərək, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) iddiaçının nümayəndəsi və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan X1 Cavabdeh1 q arşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi" tələblərinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 49.404,75 ABŞ dolları əsas, 18.300,41 ABŞ dolları faiz, 562,10 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 68.267,26 ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 manat tutulması qət edilərək, ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzilə tutma yönəldilmiş, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına 68.267,26 ABŞ dolları məbləğində kredit borcunun(ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının m üəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 manatın İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 133.000 manat məbləğində müəyyən edilməsi, mənzil hərracda satıldıqdan sonra Cavabdeh1 oradan çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia tələbləri qalan hissələrdə təmin olunmamışdır. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit mqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 26 faiz olmaqla 24 ay müddətinə 65.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı ol araq xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc verən qarşısında borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 2018-ci ilin fevral ayında bank iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ASC-nin xeyrinə cəmi 72.767,26 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kas sasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanıl malıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqa vilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1.) Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ə vəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-1186/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1186/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver