Məhkəmə qərarları › İş №2(102)-1186/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1186/2021

05.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1186/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh xxxna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, maneənin aradan qaldırılması və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)234/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı1 və cavabdeh xxx qardaşdırlar. Tərəflərin ataları xxx oğlunun və sonuncunun ailə üzvləri - X4, X5, X3 mülkiyyətinə Zərdab rayonu Aqrar İslahat Komissiyasının 07 aprel 1998-ci il tarixli 04 saylı qərarına əsasən Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,74 ha torpaq sahəsi verilmiş və bununla bağlı Torpağa Mülkiyyət Hüququna dair (JN-0080 Kod ********) Dövlət Aktı tərtib olunmuşdur. Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi tərəfindən verilmiş 16 iyul 2018-ci il tarixli 28 saylı arayışa əsasən Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 aprel 1998-ci il tarixli 27 nöm rəli qərarı ilə verilmiş 2,74 ha torpaq sahəsinin 2,20 ha hissəsi mərhum xxx oğlunun ailə üzvlərinə, 0,54 ha hissəsi isə oğlu şəhid X1 adına verilmişdir. Həmin 0,54 ha torpaq sahəsinə görə vergi hesablanmamış, digər torpaq sahəsinə görə hesablanmış vergilər İddiaçı1 tərəfindən 01 yanvar 2018-ci il tarixədək ödənilmişdir. Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi tərəfindən verilmiş 23 iyun 2019-cu il tarixli, 25 saylı arayışa əsasən Aqrar islahat zamanı Cavabdeh1 atası xxx oğluna və onun ailə üzvlərinin mülkiyyətinə 2,74 ha pay torpağı verilmişdir. Həmin pay torpağından əlavə 0,50 ha şəhid ailəsi olduğu üçün verilmişdir. Həmin torpaq sahəsinə heç bir vergi hesablanmamışdır. Onun qardaşı İddiaçı1 Aqrar İslahat gedən zaman ərazidə qeydiyyatda olmadığına görə ona pay torpağı bölünməmişdir. Hal-h azırda onun qardaşı həmin torpaq sahəsinin 2,24 ha hissəsindən istifadə edir və həmin sahəyə görə hesablanmış vergini ödəyir. Digər 1,00 ha torpaq sahəsi Zərdab Rayon Məhkəməsi tərəfindən verilmiş qətnaməyə əsasən xxx tərəfindən istifadə olunur. Zərdab Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli, 2(035)-16/2013 nömrəli qətnaməsinə əsasən iddiaçı xxxnun iddiası qismən təmin edilərək, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanuna müvafiq olaraq xxx oğlunun mülkiyyətində verilmiş 1,00 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmiş, iddianın qalan hissəsi əsassız olaraq təmin edilməmişdir. Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(035)-871/2017 nömrəli qətn aməsinə əsasən ərizəçi İddiaçı1 ərizəsi təmin edilərək, xxx oğlundan miras qalmış (ona aid hissədə) ünvan 2ndə bir mərtəbəli, 2 otaqdan, bir şüşəli balkondan və eyvandan ibarət fərdi yaşayış evinin, Torpağa Mülkiyyət Hüququna dair JN-0080 Kod 90514018 olan Dövlət Aktına əsasən və Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zərdab rayon Aqrar İslahat Komissiyasının 04 saylı, 07 aprel 1998-ci il tarixli qərarı ilə verilmiş torpaq sahələrinin (xxx oğluna aid hissədə) ərizəçi İddiaçı1 tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 04 iyun 2019-cu il tarixli rəyinə əsasən Zərdab rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 04 saylı qərarı ilə JN-0080 Kod 90514018 “Torpağın Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əs asən xxx oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,74 ha torpaq sahəsinin və Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(035)-871/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı1 tərəfindən miras kimi qəbul edilmiş torpaq sahəsi cavabdeh xxx tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 12 mart 2020-ci il tarixli 03/047 nömrəli mütəxəssis rəyinə və ona əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02 iyul 2020-ci il tarixli rəyinə görə cavabdeh xxxnun özü tərəfindən istifadə olunan (Zərdab Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi əsasında miras kimi qəbul edilmiş) torpaq sahəsindən kənar əlavə torpaq sahəsini zəbt edib-etməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Cavabdehə torpaq sahəsinin miras qalması barədə Zərdab Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi və hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Zəbtetməni müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid olmadığından və hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı və cavabdeh naturada eyni torpaq sahəsinə iddia etdiyindən həmin torpaq sahəsinin kim tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdeh xxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 07 aprel tarixli 04 saylı qərarı ilə onun mərh um atası xxx oğlunun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün ünvan 2ndə verilmiş və Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(035)-871/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı tərəfindən miras kimi qəbul edilmiş 2,74 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 1 ha hissəsindən cavabdehin məcburi qaydada çıxarılması və zəbt etdiyi torpaq sahəsindən əldə etdiyi 200 ədəd ot kipinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(035)-94/2019 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddia qismən təmin edilmiş, cavabdeh xxxnun Zərdab rayon Aqrar İslahatı Komissiyasının 1998-ci il 07 aprel tarixli, 04 saylı qərarı ilə iddiaçının mərhum atası xxx oğlu nun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün ünvan 2ndə verilmiş və Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(035)-871/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı1 tərəfindən miras kimi qəbul edilmiş 2,74 hektar torpaq sahəsinin zəbt edilmiş 1,0 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xxx oğlundan miras qalan Zərdab rayonu Yarməmmədbağı kəndində yerləşən əmlaklar iddiaçı tərəfindən miras kimi qəbul edildiyindən, həmin əmlaklar miras açıldığı gündən onun mülkiyyəti sayılır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.1, 213.2, 213.6-cı maddələrinə istinad edərək belə nəticəyə gəlmi şdir ki, iddiaçı tərəfindən miras kimi qəbul edilən və aqrar islahat zamanı miras qoyanın ailə üzvləri kimi göstərilmiş şəxslərlə birlikdə onların birgə mülkiyyətində olan, haqqında mübahisə qaldırılan pay torpaq sahəsinin 0,1 ha hissəsinin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçının mülkiyyət hüququnun pozulmasıdır. Məhkəmə iddia tələbinin “cavabdehin zəbt etdiyi torpaq sahəsindən əldə etdiyi 200 ədəd ot kipi cavabdehdən alınaraq iddiaçıya verilməsi”nə dair hissədə hesab etmişdir ki, iddiaçı həmin hissədə tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh xxx apellyasiya şikayəti verərək, Zərdab Rayon Məhkəməsinin 27 iyun 201 9-cu il tarixli, 2(035)-94/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-234/2020 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən ibarət tərkibdə) cavabdeh xxx tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019cu il tarixli, 2(035)-94/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xxx oğlundan miras qalan, Zərdab rayonu Yarməmmədbağı kəndində yerləşən əmlaklar (bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evin, Torpağa Mülkiyyət Hüququna Dair JN-0080 Kod 90514018 olan Döv lət Aktına əsasən və Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zərdab rayon Aqrar İslahat Komissiyasının 04 saylı, 07 aprel 1998-ci il tarixli qərarı ilə verilmiş torpaq sahələri) hazırki iddiaçı tərəfindən miras kimi qəbul edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinin müddəasına görə həmin əmlaklar miras açıldığı gündən sonuncunun mülkiyyəti sayılır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sa həsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəsi gedən torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında baş verməmiş və iddiaçı tərəfin iradəsinə uyğun olmamışdır. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh xxx kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-234/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, cavabdehin vəsatətlərinə münasibət bildirilməmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçının istinad etdiyi Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçi İddiaçı1 mirasın qəbul saxlanılmışdır. ed ilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı1 məhkəməyə mahiyyəti kassasiya şikayətinə etiraz olan ünvanlayaraq, kassasiya şikayətinin dəlillərinin əsassız olmasını göstərmişdir. ərizələr c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə ünvanladığı ərizələrdə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azə rbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilə r. Kassasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, iddia birinci instansiyası məhkəməsi tərəfindən qismən təmin olunsa da, həmin qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya baxışının hədlərini iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük ver ilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü mad dəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur.... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcə lləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə i lə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən e dilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, iddianı təmin edən məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, mübahisələndirilən torpaq sahəsi tərəflərin ataları və ailə üzvlərinin mülkiyyətində olmuş, sonuncunun ölümündən sonra iddiaçı tərəfindən miras kimi qəbul edilmiş və mülkiyyətindədir. Cavabdehin həmin torpaq sahəsindən istifadəsi qanunsuzdur. Bu nəticəyə gələrkən məhkəmələr Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsinə istinad etmişlər. Lakin iş materiallarından müəyyən olunur ki, məhkəmələrin istinad etdiyi həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(107)-410/2020 nömrəli qərardadı ilə maraqlı şəxs X2 apellyasiya şikayəti əsasınd a ləğv edilmiş və ərizə MPM-in 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Həmin qərardadın surəti apellyasiya instansiyası məhkəməsinə mübahisələndirilən qətnamə qəbul edildikdən sonra – 03 sentyabr 2020-ci il tarixdə təqdim olunsa da, müəyyən olunur ki, qərardad iş apellyasiya məhkəməsinin icraatında olduğu dövrdə qəbul olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının araşdırılması ilə əlaqədar prosessual hüquq normalarının tələblərinə tam riayət etmədən, faktiki olaraq qanuni qüvvədə olmayan məhkəmə aktına istinad edərək qətnamə qəbul etmişdir. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi qüvvədə olduğu halda da, apellyasiya instansiya sı məhkəməsi işin faktiki hallarının araşdırılması ilə əlaqədar prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi mərhum xxx oğlunun və əlavə 3 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş, Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə torpağın yalnız xxx oğluna aid hissədə İddiaçı1 tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Yəni torpaq sahəsinin iddiaçının və daha 3 nəfərin ümumi birgə mülkiyyətində olması ehtimal olunur, paylar naturada bölünməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının torpaq sahəsinin 1,0 ha hissəsindən cavabdehin çıxarılması üçün iddia verməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməmişdir. Nəhayət qey d olunmalıdır ki, iş materiallarında tərəflərin atalarının mülkiyyətinə hansı sahədə torpağın verilməsi dəqiq olaraq müəyyən olunmamışdır. Belə ki, Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi bununla bağlı iki arayış vermişdir ki, birinə əsasən xxx oğluna və ailə üzvlərinə 2,20 ha torpaq sahəsi və əlavə olaraq 0,54 ha torpaq sahəsi isə şəhid olmuş X1 adına (cəmi 2,74 ha torpaq sahəsi), digərinə əsasən xxx oğluna və onun ailə üzvlərinə 2,74 ha pay torpağı və bundan əlavə 0,50 ha şəhid ailəsi olduğu üçün (cəmi 3,24 ha torpaq sahəsi) verilmişdir. Həmçinin müəyyən olunur ki, Zərdab Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli, 2(035)-16/2013 nömrəli qətnaməsi ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanuna müvafiq olaraq xx x oğlunun mülkiyyətində verilmiş 1,00 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Cavabdeh də şikayətlərində mübahisələndirilən 1 ha torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi xxx oğluna “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanuna müvafiq olaraq verilmiş torpaq sahəsinin həcmini və yerləşməsini, hazırda mübahisələndirilən torpaq sahəsi ilə tam və ya qismən eynilik təşkil edib-etməməsini müəyyən etmədən cavabdehin torpağı zəbt etməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyə nliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqu mentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən ilk olaraq iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı, iddiaçıya bununla bağlı müvafiq sübutları təqdim etmək hüququnu izah etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-234/2020 nömrəli qətnaməsi ləğ v edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar