Məhkəmə qərarları › İş №2(102)-1189/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1189/2022

01.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1189/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2021-ci il tarixli, 2(107)1767/2021 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı1 və İdd iaçı2 Cavabdeh qarşı birgə iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədlərinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehdən alınaraq İddiaçı1 qaytarılması, həmçinin, cavabdehdən 4162 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 4392 manat məbləğin tutularaq İddiaçı1, 1000 manat məbləğin tutularaq İddiaçı2 ödənilməsi çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia qismən təmin olunmuş, Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı1 qaytarılması, Cavabdeh 3468 manat maddi zərər məbləği, hüquqi yardım üçün vəkilə ödənilən 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 25 manatdan ibarət hissəsinin - cəmi 3693 manat pulun tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh 1000 manat maddi zərər məbləğinin tutularaq İddiaçı2 ödənilməsi, ödənilmiş 30 man at dövlət rüsumu məbləğinin 5 manatdan ibarət hissəsinin İddiaçı1 aid edilməsi, iddia tələbinin maddi ziyan məbləğinin qalan 694 manatdan ibarət hissəsinin cavabdehdən tutulması, həmçinin Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədlərində göstərilən 0,666 hektar və 3,2912 hektar torpaq sahələrinin Cavabdeh alınaraq İddiaçı1 qaytarılmasına dair hissələrdə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək,qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2021-ci i l tarixli, 2(107)1767/2021 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi) M.Əsədli və A.Mahmudov) Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş - Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı1 qaytarılması, Cavabdeh 3468 manat maddi zərər məbləği, hüquqi yardım üçün vəkilə ödənilən 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 25 manatdan ibarət hissəsinin - cəmi 3693 manatın tutularaq İddiaçı1 ödənilməsi, Cava bdeh 1000 manat maddi zərər məbləğinin tutularaq İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 5 manatdan ibarət hissəsinin İddiaçı1 aid edilməsi - hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə də rədd edilmiş, qətnamə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

5. İddiaçı X1 həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin tam şəkildə ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

402. Kassasiya şikayəti vermə hü ququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzal anmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə

409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilərək iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

9. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

10. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

11. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

12. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi baxılan iddiada bir neçə tələb irəli sürmüşdür: 1. 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehdən alınaraq İddiaçı1 qaytarılması;

2. Cavabdehdən 4162 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 4392 manat məbləğin tutularaq İddiaçı1 verilməsi;

3. Cavabdehdən 1000 manat məbləğin tutularaq İddiaçı2 ödənilməsi.

13. Göründüyü kimi, baxılan iddiada İddiaçı2 tələbi 1000 manat məbləğdə maddi zərərin ödənilməsindən ibarət olmuş və Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. X2 Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2021-ci il tarixli qətnaməsi ilə Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi «Cavabdeh 1000 manat maddi zərər məbləğinin tutularaq İddiaçı2 ödənilməsi»nə aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin edilməmişdir.

14. Bu halda, yəni qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə Az ərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. İddiaçı2 kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, kassasiya instansiyası məhkəməsinin icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.

15. Çünki kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətin in geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

16. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 402.1, 417.1.7 və 408.1.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2021-ci il tarixli, 2(107)1767/2021 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 25.01.2022-ci il tarixli, 2(102)1189 saylı qərardadı ləğv edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar