Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1189/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə qarşı “mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5701/2023 nömrəli mülki iş üzrə 13 oktyab r 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Kooperativ” Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə payçı İddiaçı arasında bağlanmış 26 avqust 2005-ci il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə binalarının 8-ci korpusundakı ümumi sahəsi 77,21 kv metr olan 111 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyəri olan 31000 ABŞ dollarının manat kursunu ödənilməsini öhdəsinə götürmüşdür.
2. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli kassa mədaxil orderlərinə əs asən İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ödənilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)2066/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 MTK-nın iddiasının təmin edilməsi, 20 sentyabr 2017-ci il tarixdə bağlanmış razılaşmaya əsasən Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, 1061-ci məhəllədə 1,437 ha və 0,33 ha və Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 131 saylı, 4 may 2005-ci il tarixli sərəncamı ilə Cavabdeh1 MTK tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektinin Heydər Əliyev prospekti ilə Miçurin küçəsi arasındakı hissəsində (“Gəncə” bazar-yarmarkasının və avtomobil dayanacağının yerində) 80,0 x 120,0 metr ölçüdə torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binal arının və bütün qeyri-yaşayış sahələrinin Cavabdeh2 MTK-ya verilməsi, müvafiq tikililərlə bağlı vətəndaşlara veriləcək sənədlərdə Cavabdeh1 MMC-nin Cavabdeh2 MTK kimi qeyd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi və Cavabdeh2 üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3-cü girişində 3-cü mərtəbəsində yerləşən 111 nömrəli mənzilə dair çıxarışın alınması üçün lazım olan sənədləri təqdim etmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yux arıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mənzilin Daşınmaz Əmlak tərəfindən çıxarış aktının alınması üçün şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməyərək lazım olan sənədləri təqdim etməkdən yayınır, əsassız pul tələb edilir. Bununla əlaqədar Cavabdeh1 MMC-nin vəzifəli şəxslərinə xx.xx.2023-cü il tarixdə etdiyi müraciət nəticəsiz qalmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsinin elektron kabinet vasitəsi ilə təqdim edilmiş maliyyə arayışı, müqavilə və Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş yaşayış binasının 08 korpusundakı 111 nömrəli 2 otaqlı mənzilin plan sxeminə əsasən Bakı 1 saylı ASAN xidmətə çıxarış üçün müraciət edərkən məlum olmuşdur ki, cavabdeh qeydiyyat üçü n sənədlərin verilməsi ilə əlaqəli hüquq və vəzifələrini başqa bir hüquqi Cavabdeh2nə ötürmüşdür. Dövlət qeydiyyatına alınması üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC etibarnamə üzrə nümayəndəsinin elektron kabinet vasitəsi ilə təqdim edilmiş maliyyə arayışı və Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş yaşayış binasının 08 korpusundakı 111 nömrəli 2 otaqlı mənzilin plan sxemin təsdiqindən də görünür ki, şirkətin rəhbəri Nümayəndə4dur. Araşdırmalar və təqdim edilmiş sənədlərdən məlum olur ki, eyni bir şəxsin müxtəlif hüquqi şəxs yaratmaqla niyyəti insanların halal qazancları ilə əldə etdiyi mənzillərdən əlavə ödənişlər əldə etmək və vergidən yayınmaqdır. Cavabdeh2 hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, X1, ev 9, mənzil 13 göstərilsə də, göndərilə n məktubların qəbul edilməməsi poçt xidmətinin qapının daimi bağlı göstərməsi qeyd edilənlərin təsdiqidir.
6. İddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əsasən Cavabdeh1 MMC, əsl Cavabdeh2 MTK ilə əvəz edilmişdir.
7. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasında yerləşən mənzillər ilkin olaraq vətəndaşlar tərəfindən təqdim edilmiş Cavabdeh2 (VÖEN**********) ümumi iclasının protokolundan çıxarışları və maliyyə arayışları əsasında fiziki şəxslərin adlarına dövlət qeydiyyatına alınmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(004)- 2765/2023 saylı qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağanmış müqavilə üzrə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulmuş dəyəri tam şəkildə ödənilsə də, cavabdeh tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün pay haqqının tam ödənilməsini təsdiq edən sənəd iddiaçıya verilməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir.
10. Qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində Cavabdeh1 MTK öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrində çıxarış alınması üçün qanunda nəzərdə tutulmuş sənədləri verməmişdir. İddiaçı pay haqqını tam verməklə əmlaka mülkiyyət hüququ əldə etmişdir. Lakin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb edilən sənədlər təqdim edilmədiyindən, iddiaçının bu hüququ qeydiyyata alına bilmir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan da Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 1061-ci məhəllə, 8 saylı binada yerləşən mənzillərin ilkin olaraq vətəndaşlar tərəfindən təqdim edilmiş Cavabdeh2 MTK -nın ümumi iclasının protokolundan çıxarışına, Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən fiziki şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilir.
12. Ona görə də, iddiaçı mənzilə dair çıxarışın alınması üçün lazım olan sənədləri təqdim etmək öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd kimi qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bunda n sonra – Mülki Məcəllə) 157.8, 178.8, 385.1, 399.1, 442 və 752-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh2 MTK qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə tərəflər arasında hər hansı bir müqavilənin mövcud olub-olmamasını araşdırmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə mövcud deyildir. Cav abdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə olan təqdirdə cavabdehin nəyi icra etməli olduğu qeyri-müəyyəndir. Məhkəmə iddiaçının təqdim etdiyi sübuta düzgün qiymət verməmişdir. Belə ki, məhkəmənin hansı sübuta istinad etməsi qətnamədə müəyyən edilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5701/2023 nömrəli iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və M.Məmmədov) apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi mənzilə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldırması üçün bu səlahiyyətə malik olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə aidiyyəti sənədləri, o cümlədən mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən sənədi (maliyyə arayışını) təqdim etməlidir. Həmin sənədlərin təqdim edilməsi də xx.xx.2005-ci il tarixli müqavilənin digər tərəfi olan Cavabdeh1 MTK tərəfindən həyata keçirilmə li idi.
18. İddiaçıda mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli maliyyə arayışı və mənzilin plan sxemi var. Lakin bu sənədlər ona xx.xx.2005-ci il tarixli müqavilənin tərəfi olan Cavabdeh1 MTK tərəfindən deyil, onun hüquqi varisi Cavabdeh1 MMC tərəfindən verilmişdir. Lakin həmin sənədlər əsasında iddiaçının mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 MMC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 04 saylı Razılaşma bağlanmışdır. Müvafiq tikililərlə bağlı vətəndaşlara veriləcək sənədlərdə Cavabdeh1 MTK-nın hüquqi varisi olan Cavabdeh1 MMC-nin Cavabdeh2 MTK kimi qeyd edilməsini məhz hazırki iş üzrə cavabdeh tələb etmiş və onun bu barədə tələbi təmin edilmişdir. Daşınm az Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının mənzilinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 1061-ci məhəllə, 8 saylı binada yerləşən digər mənzillərin fiziki şəxslər tərəfindən təqdim edilmiş Cavabdeh2 MTK-nın ümumi iclasının protokolundan çıxarışa və bu kooperativ tərəfindən verilmiş maliyyə arayışına əsasən onların adlarına dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir.
20. Bu səbəbdən ümumi yığıncağın qərarının, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışının və mənzilin plan cizgisinin iddiaçıya təqdim edilməsi məhz cavabdeh tərəfindən təmin edilməlidir.
21. Məhkəmə vurğulamışdır ki, mənzilə dair hüquqların qeydiyyata alınması və ya hər hansı başqa məqsədlərlə lazım olmasından asılı olmayaraq, cavabdeh mənzillə bağlı sənədlərin mənzil sahiblərinə verilməsini təmin etməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 752.1-ci maddəsinə istinad etsə də, iş materiallarında iddiaçı ilə Cavabdeh2 MTK arasında hər hansı bir müqavilənin mövcud olub-olmamasını araşdırmamışdır. Belə ki, iddiaçı ilə Cavabdeh2 MTK arasında hər hansı bir müqavilə mövcud deyildir. Məhkəmə, səhv nəticəyə gələrək başqa bir müəssisə ilə olan müqaviləyə istinad etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verməmiş iddiaçının mülahizəsinə əsasən qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı iddiaçıların nümayəndəsi Nümayəndə1 Məmmədhüseyn oğlu tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 MTK-nın məsul şəxsləri barədə xüsusi qərardad çıxarılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
27. Maddə 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
28. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
29. Maddə 139-1.1.9.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə min ənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 178.8. (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiya). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
33. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu
34. Maddə 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün ) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.
35. Maddə 8.0.9.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazı rkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələr i mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5701/2023 nömrəli mülki iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.