Məhkəmə qərarları › İş №2(102)-119/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-119/2020

10.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-119/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, vəkili X2, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-2819/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(031)-92/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ç.Ə.İsgəndə rov) İddiaçı Babverdi qızının Cavabdeh1 İsgəndər oğluna qarşı “hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, torpağa mülkiyyət hüququnu müəyyən edən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-2819/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “hüq uqların dövlət qeydiyyatı haqqında çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, torpağa mülkiyyət hüququnu müəyyən edən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, o, Şabran rayonu, Ağalıq kəndində ailəsilə birlikdə 6,5 sot torpaq sahəsində tikilmiş evdə yaşayır. X3 1999-cu ildə, anası Qəmər Allahverdiyeva 2005-ci ildə ölüblər. Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən cavabdehin mülkiyyəti kimi göstərilmiş torpaq sahəsi evlərinin qarşısında yerləşir. Həmin torpaq sahəsində qonşular ot tayası qoyub, toyuq damı, tövlə tikib mal-heyvan saxlayıblar. O, cümlədən onun ailəsi onların torpaq sahəsində mal-heyvan saxlamışlar, bostan yerləri olub, hazırda da oradan bostan kimi ist ifadə edirlər. Eyni zamanda daş töküb, ev tikmək üçün binə atmışlar. Həmin torpaq sahəsində sovxoz vaxtından şüşə anbarı olub, orada Didenko soyadlı rus millətindən olan şəxs yaşayıb və orada heyvan saxlayıb. 1989-cu ildə Didenko malheyvanını satıb, torpaq sahəsini mal-heyvan saxladığı tiklilərlə bərabər mərhum X3ə verib, Rusiyaya gedib. Bundan başqa respublikada keçirilən aqrar islahatlarla əlaqədar həmin torpaq sahəsində yerləşən sovxoza məxsus şüşə anbarı əmlak payı qismində xx xxxx 2000-ci il tarixli Akta əsasən anası xx əmlak payı haqqı kimi verilmişdir. Mübahisəli torpaq sahəsi daim malheyvan yatağı kimi istifadə edildiyindən ora kol-kos, qamışlıq və bataqlıq olub. Həmin natəmizlikləri mərhum atası torpaq sahəsini qeyri-rəsmi də olsa 1989-cu ildə aldığına görə təmizləyib istifadə ü çün yararlı hala salmışdır. Bundan başqa 1997-ci ildə ailələri böyük olduğundan ehtiyaclarına görə yerli icra nümayəndəliyi tərəfindən qardaşı Niyazi Allahverdiyevə həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir, lakin sənədləşmənin aparılıb-aparılmadığını bilmirlər. 2007-ci ildə Ağalıq bələdiyyəsi qardaşı x və anası x verilmiş torpaq sahəsindən artıq qalmış 0,12 ha torpaq sahəsini x adlı qonşularına həyətyanı torpaq sahəsi qismində satmışdır. Bu günə qədər qardaşı x və anası x verilmiş torpaq sahəsinə görə torpaq vergisi tədiyyə bildirişləri ünvanlarına göndərilir, həmin torpağın vergisini onlara ödəyirlər. Qardaşı x 2007-ci ildə bələdiyyə həmin torpaq sahəsini verərkən qardaşı bələdiyyəyə ərizə ilə müraciət etməklə yanaşı, həm də 700 manata yaxın pul ödəyib ki, həmin pulun ödənilmiş 352 manatlıq qəbzi indi də onlardadır. Pul qəbzləri bələdiyyədə qalan sənədlərin üstündə olmalıdır. Cavabdehə verilmiş mülkiyyət barədə çıxarış əsassızdır, eyni zamanda cavabdehə verilmiş torpağın planı və ölçüsü sənədi də tam qanunsuz və əsassızdır. Belə ki, dövlət reyestrindən çıxarışda həmin çıxarışın hansı əsaslarla verilməsi qeyd olunmur, məlum deyil. Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün isə əsas qismində X7 rayon şöbəsinin xx xxxx 2011-ci il tarixli arxiv çıxarışı, DT və XK Şabran rayon şöbəsinin xx xxx 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü göstərilmişdir. Nəzərə almaq lazımdır ki, 2011ci ildə həyətyanı torpaq sahəsini fərdi mənzil tikintisi üçün artıq bələdiyyələr satırdı. Belə olan halda, cavabdehə torpağa mülk iyyət barədə verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədləri əsassızdır, buna görə də ləğv edilməlidir.Buna görə də, iddia tələbi təmin edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İ ddiaçı və vəkili x kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 nümayəndəsi x məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 05 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iş də iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia tələbinin əsassız olmasına, iddia ərizəsini rədd e tməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq elib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünü r ki, Şabran rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1995-ci il tarixli, 02 saylı qərarına əsasən Cavabdeh1 Ağalıq kəndində fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Cavabdeh1 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon Şöbəsi tərəfindən xx xxx 2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilib verilmişdir və həmin sənədin verilməsinə əsas kimi Şabran rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1995-ci il tarixli, 02 saylı qərarı göstərilmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsinə əsasən, xxin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şabran rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iş üz rə yeni qətnamə çıxarılmaqla, xx və xx xx xxxx 2011-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinin onların öz vəsaiti hesabına boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə həmçinin müəyyən olunur ki, məhkəmənin qərarı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş, ekspertizanın xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən xx xxxx 2011ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Cavabdeh1 məxsus olan Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin yerdə müəyyən edilmiş sərhədləri həmin torpaq sahəsinin plan və ölçüsünə uyğun gəlir. Birinci instansiya məhkəməsi mülki iş materiallarına əsasən belə qənətə gəlmişdir ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 adına xx xxxx 2011-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış və xx xxx 2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qanunverciliyin tələblərinə uyğun olaraq verilmişdir və iddiaçı tərəfindən həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsinə dair məhkəməyə hər hansı mötəbər yazılı sübut təqdim edilməmişdir və birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 238.1-ci maddələrinin, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin MPM-nin 77.1-ci maddələrinin tələbləri ilə saslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi kassasi ya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin yuxarıda müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, mülki iş materialları ilə təsdiq edilir ki, Şabran rayonu Ağalıq kəndində yerləşən 0,12 ha torpaq sahəsi, Şabran rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1995-ci il tarixli, 02 saylı qərarına əsasən Cavabdeh1 ayrılıb və həmin qərar əsasında qeyd edilən torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ xx xxxx 2011-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən onun adına qeydə alınıb. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyesterində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verd iyi sənədlər əsasında təyin edilir. İddiaçı, iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində cavabdehin mülkiyyətində olan torpaq sahəsinin daha əvvəl onların ailəsinə ayrıldığını bildirsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut (qərar, müqavilə, akt və sair) təqdim etməmişdir. Onun istinad etdiyi istinad etdiyi şahidlər xx və Hicran Qurbanovun ifadələrinə gəlincə isə, onların ifadələri iddianın təmin edilməsi üçün əsas olan sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Torpaq sahəsinin kimin qanuni istifadəsində və m ülkiyyətində olması dövlət qeydiyyatı ilə müəyyən edilməli olduğu üçün, bu fakt da yalnız qeydiyyatı təsdiq edən sənədlə müəyyən oluna bilər və belə halda şahid ifadəsi torpağın hər hansı hüquqla kimə məxsus olmasının müəyyən edilməsi baxımından sübut kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əml ak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən edilir ki, Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh1 Şabran rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1995-ci il tarixli, 02 saylı qərarı ilə ayrılmış və həmin qərar əsasında da cavabdehə qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququ barədə xx xxxx 2011-ci il tarixli Çıxarış verilmişdir. Şabran rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1995-ci il tarixli, 02 saylı qərarı hazırda da qüvvədədir. Qeyd edilən qərarın qüvvədə olduğu halda, onun əsasında verilmiş xx xxxx 2011-ci il tarixli Çıxarışın və “Torpaq sahəsinin planı və ölçü” sənədinin ləğv edilməsi isə istisna olunur. E yni zamanda Cavabdeh1 adına verilmiş xx xxxx 2011-ci il tarixli Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi üçün heç bir əsas olmadığından və bu tələbdən doğan mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinə dair onun adına plan və ölçü sənədinin, eləcə də həmin torpaq sahəsinə dair onun adına mülkiyyət hüququna dair Çıxarışın verilməsi barədə tələb də təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-2819/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar