Məhkəmə qərarları › İş №2(102)-119/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-119/2023

16.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-119/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı və Cavabdeh2 İddiaçı və Nümayəndə iş üzrə QƏRARİ İş № 2(102)-119/23 (Açar sözlər: mənzildən çıxarılma və pul tələbləri) Bakı şəhəri, 16 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-194/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətinə əsasən, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində 77,9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı qızının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Hazırda mübahisə ilkin iddia üzrə cavabdehlərin həmin evdən çıxarılması və qarşılıqlı iddiaçıların verdikləri pul vəsaitinin geri qaytarılması barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı və Nümayəndə iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılması, ödənilmiş 12300 manat vəsaitin kirayə haqqı kimi hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlkin iddia üzrə iddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, DƏDRX-in 17 saylı Yevlax ra yon ərazi idarəsi tərəfindən seriya nömrəsi 0012060, reyestr nömrəsi **********45- 05101-093002 qeydiyyat nömrəsi ********** olan xx.xx.2009-cu il tarixli çıxarışla Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır və tam olaraq da mülkiyyətinə verilmişdir. Cavabdehlər 2014-cü ildə yaşayış evini almaq niyyəti ilə onlar ilə razılaşmış, bundan sonra ilkin olaraq onlara 13000 manat ilkin ödəniş ödəyərək qalan məbləği də 1 ay ərzində ödəyəcəklərinə söz vermişlə r. Sonradan cavabdehlər mənzili almaq üçün imkanlarının çatmadığını, ödədikləri məbləğin əvəzində də kirayə qalacaqlarını bildirdirlər. Bundan sonra cavabdehlər həmin məbləğin 700 mantına soyuducu aldılar. Yerdə qalan 12300 manat manatın əvəzinə də 2021-ci ilədək onların evində kirayə qalacaqlarına dair razılaşdılar. 2021-ci il başlayandan cavabdehlərə dəfələrlə evi boşaltmalarını, onlara təhvil vermələrini bildirsələr də, cavabdehlər evlərindən çıxmır, onlara məxsus mülkiyyətlərinə zəbt edərək qanunsuz əməllərinə davam edirlər. Bu günədək yaxın ünsiyyətləri olduğu üçün dəfələrlə qanunsuz əməllərinə son vermələri barədə xəbərdarlıq etsələr də, hər dəfəsində qanunsuz hərəkətlərinə davam edirlər. Hazırda onlar öz mülkiyyətlərindən istifadə edə və evlərinə girə bilmirlər, cavabdehlər isə onla rın mülkiyyətlərinə sahiblənməkdədirlər.

5. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə Ağdaş şəhəri Nəbiyev küçəsi 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində ümumi sahəsi 77.9 kv.m, yaşayış sahəsi 55.2 kv.m olan 4 otaqdan ibarət 9 nömrəli mənzilə görə ödəmiş olduğu 18000 (on səkkiz min) ABŞ dolları, həmin vəsaitin 7 il üzrə illik 5 (beş) faizi 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində, 5000 (beş min) manat həmin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş xərcin əvəzinin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat, cəmi 24300 (iyirmi dörd mi n üç yüz) ABŞ dolları və 5030 (beş min otuz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsi tam əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 2014-cü ilin may ayında o və əri Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 ilə razılaşaraq mübahisə predmeti olan mənzili 40000 (qırx min) ABŞ dolları məbləğində pula almağı qərarlaşdırdılar. Razılaşma belə oldu ki, o və əri Cavabdeh1 həmin mənzilə görə həmin puldan onlara nəğd olaraq 18000 ABŞ dolları məbləğində verirlər, qalan 22000 ABŞ dollarını isə bir il müddətinə onlara verirlər. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər onunla razılaşaraq 18000 ABŞ dollarını onlardan qəbu l edəndən sonra evin açarlarını onlara verdilər. Mənzil yaşayış üçün tam yararsız və təmirsiz, işıq, su və təbii qaz xətləri, eləcə də mənzilin balkonu təhlükəli vəziyyətdə olduğuna görə onlar həmin mənzili 5000 manat vəsait xərcləməklə orta səviyyədə təmir etdirib, qaz, elektrik və su xətlərini qaydasına salandan sonra həmin mənzilə köçərək orada yaşamağa başlamışlar. Qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında mübahisə predmeti olan mənzilin onlara satılması ilə bağlı razılaşma və ya beh müqaviləsi bağlanmamış və rəsmiləşməmişdir. 2015-ci ilin fevral ayında dolların manata nisbətən dəyəri qalxdığından və mənzilə görə qarşılıqlı iddia üzrə cavabdehlərə borclu olduqları 22000 ABŞ dollarını vermək imkanları olmadığına görə o əri ilə qarşılıqlı iddia üzrə cavabdehlərlə görüşərək vəziyyəti onların nəzərlərinə çatdırdılar və dolların qiymətinin onlardan asılı olmayan səbəblərdən qəflətən bahalaşdığından onlara güzəşt etmələrini onlardan xahiş etdilər. Lakin onlar onlara heç bir güzəşt etməyəcəklərini bildirəndə, onlar onlardan verdikləri 18000 ABŞ dolları pullarından həmin mənzildə yaşadıqları dövr üçün kirayə haqqını çıxaraq qalan məbləği qaytarılmasını və mənzildən çıxmaq istədiklərini bildirəndə cavabdehlər dedilər ki, hazırda həmin məbləğdə pulları yoxdur, pulu düzəldən kimi onlara xəbər edəcəklər. Onlar onlardan evin təmirinə çəkdikləri xərcin əvəzini də istəmədiklərini onların nəzərinə çatdırmışlar. Cavabdehlər pulu düzəldənə qədər onların orada yaşamaqlarına razı olduqlarını söylədilər. Bundan sonra onlar hər il qarşılıqlı iddia üzrə cavabdehlərdən pullarının qaytarıl masını onların nəzərinə çatdıranda hər dəfə deyiblər ki, hələlik pulu düzəldənə kimi yaşasınlar və heç nədən narahat olmasınlar. Lakin sonradan qaşılıqlı iddia üzrə cavabdehlər ona və ailə üzvləri olan digər cavabdehlərə qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia üzrə cavabdeh və əri ilə aralarında yaranmış mübahisənin səbəbləri yuxarıda qeyd etdiyi kimi olduğu halda onlar iddia ərizəsində göstərmişlər ki, onlardan mənzili onlara satmaları ilə bağlı cəmi 13000 manat pul almış, sonradan guya onlar mənzilə görə onlara borclu qaldıqları pulu verə bilmədiklərinə görə ödədikləri məbləğin əvəzində 2021-ci ilə kimi mənzildə kirayə qalacaqlarını bildirmişlər. Bütün bunların hamısı yalandır. İşin həqiqi halları məhz yuxarıda göstərdikləridir. Ona görə də o və ailə ü zvləri həmin mənzili qarşılıqlı iddiası üzrə cavabdehlər Cavabdeh2 və Nümayəndə oğlu tərəfindən 18000 ABŞ dolları məbləğində pulun həmin mənzili təmir etdirərək tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 5000 manat xərcin əvəzi ona tam ödənildikdən sonra onlara qaytara bilmir. Həqiqətən iddiaçıdan soyuducu almışlar.

7. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)-1092/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.M.Əliyev) ilkin iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli onlara məxsus mənzildən çıxarılmaları, mənzilin boşaldılması, ödənilmiş 12300 manatın cavabdeh tərəfin 20142021-ci illər ərzindəki kirayə haqqı kimi hesablanması qət edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) İddiaçı və Nümayəndə qarşı “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəf iddia predmeti olan mənzilin özlərinə məxsus olduğuna əsaslanaraq cavabdehlərin həmin mənzildən çıxarılmasını, məznilin boşaldılmasını və onlara ödənilmiş 12300 manat məbləğində vəsaitin kirayə haqqı kimi hesablanmasını tələb edir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı və cavabdeh tərəf öz aralarında şifahi əqd bağlayaraq hazırda mübahisə predmeti olan mənzili cavabdeh tərəfin ilkin ödəniş kimi 13000 manat ödəməsində və mənzilin satış məbləğinin 1 ay müddətinə ödənilməsi qarşılığında mənzili cavabdeh tərəfə satmağa razı olmuşlar. Cavabdeh tərəfə iddiaçı tərəfə 13000 manat məbləğində pulu ödəmiş, lakin qalan məbləği ödəyə bilməmişdir. Maddi imkanı zəif olduğundan cavabdeh tərəf iddiaçı tərəfə verdikləri pulun müqabilində 2014-2021-ci illəri ərzində qalmalarını bildirmiş və iddiaçı tərəfdə buna razı olmuşdur. Hazırda isə həmin müddət tamam olmuşdur, lakin cavabdeh tərəf iddiaçı tərəfə məxsus mənzili könüllü tərk etm əkdən imtina edir. İş materialları arasında olan çıxarışdan da tam aydın olur ki, mübahisə predmeti olan mənzil İddiaçı məxsusdur. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir.

10. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə görə ödənmiş məbləğ və “mənzilin təmirinə çəkilmiş xərc” olduğu iddia edilən məbləğlə bağlı Mülki Məcəllənin 373-cü maddəsində göstərilmiş iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında hər iki tərəfində etiraf etdiyi kimi şifahi müqavilə (əqd) 2014-cü ildə bağlanmışdır. Həmin müddətdən hazırki müddətə qədər isə qarşılıqlı iddia üzrə iddiaçı həmin pulları ilkin iddia üzrə iddiaçı tərəfdən tələb etməmiş və bu hərəkətsizliyi nəticəsində də həmin məbləğin evin kirayə pulu kimi verildiyini bir növ etiraf etmişdir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

11. Məhkəmə qarşılıqlı iddianın 18000 (on səkkiz min) ABŞ dolları, həmin vəsaitin 7 il üzrə illik 5 (beş) faizi 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində pul tələbi hissəsi ilə bağlı qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçıların mənzilin dəyəri kimi 18000 ABŞ dolları məbləğində vəsait ödəmələri öz təsdiqini tapmamışdır. Həmçinin hər iki tərəf təsdiq etmişlər ki, bu münasibət iddiaçıların mənzillərini satması, cavabdehlərin isə mənzil almaq istəklərindən yaranmışdır. Mənzillərin alqı-satqısında isə Az ərbaycan Respublikasında manat ekvivalenti istifadə oluna bilərdi. Hazırda dolların kursu qalxdığından cavabdehlərin pulun dəyərinin artırılması məqsədilə 13000 manat ödədikləri vəsaiti dollar ekvivalenti ilə tələb etdikləri aşkardır.

12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 5000 (beş min) manat həmin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda təmir olunduğu göstərilən mənzildə iddiaçılar deyil, cavabdehlər yaşayır. Həmçinin 7 ildən artıq müddətdir ki, həmin təmirdən yararlanmışlar. Həmin təmir işlərinin 2014-2015-ci ildə aparıldığını Cavabdeh2 məhkəmə icl asında təsdiq etmişdir. İddiaçlar İddiaçı və Nümayəndə mənzilin təmiri ilə bağlı tapşırıq vermələri də öz təsdiqini tapmamışdır.

13. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Mənzilin dəyəri kimi 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulun ödənilməsini, həmin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş 5000 (beş min) manat xərcin olduğunu sübuta yetirmə yükü cavabdehin (qarşılılıqlı iddia üzrə iddiaçının) üzərinə düşür. Cavabdeh (qarşılılıqlı iddia üzrə iddiaçı) tərəf ilk iddia üzrə iddiaçılara 8000 ABŞ dolları pul ödədiklərini və iddiaçıların varlandığını sübuta yetirə bilməm işlər. Ödənilmiş 13000 manat vəsaiti isə 2015-ci ildən qaytarılması ilə bağlı iddia qaldırmaq hüquqları olsa da, belə bir iddia qaldırmayaraq iddiaçılarla razılaşdıqları kimi kirayəçi kimi yaşamaqda davam etmişlər. Kirayə müddəti bitdikdən sonra iddiaçılar mənzildən çıxarma tələbi qaldırdıqdan sonra, pul tələbi ilə qarşılıqlı iddia vermişlər.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152,157.1, 158.2, 373.2, 1091.1, 1095, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İlkin iddia üzrə cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi, ilkin iddianın iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsinin iclasında tərəflərin və məhkəmənin iştirakı ilə yazılı sübut olaraq məhkəməyə təqdim etdiyi səs yazısını dinləmişlər. Həmin səs yazısı tərəflərdən Nümayəndə, özü Cavabdeh2 və oğlu olan digər Cavabdeh3 arasında baş vermiş danışıqların səs yazısıdır. Həmin səs yazısı məhkəmənin iştirakı ilə dinlənildikdən sonra müzakirə olunmuş və işin həqiqi hallarını özündə əks etdirməsi sübut olunmuşdur. Həmin səs yazısından məlum olur ki, Nümayəndə onlardan 18000 ABŞ dollarını aldığını etiraf edir, həmin məbləğin 1000 ABŞ dollarını soyuducuya çıxdığını göstərir. Mənzildən istifadə və mənzildən çıxarılma ilə bağlı aramızda heç bir razılıq əldə olunmadığı öz təsdiqini tapır. Həmin disk maddi sübut kimi məhkəməyə təqdim edilməsinə və məhkəmə tərəfindən məhkəmə iclasında araşdırılmasına baxmayaraq qətnamədə bu barədə heç bir qeyd yoxdur, qətnaməndə yazılı sübut kimi səs danışığına münasibəti bildirilməmişdir, həmin diskin yazılı sübut kimi qəbul edilməməsi əsaslandırılmamışdır. Bundan başqa iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, tərəflər arasında mənzilin alqısatqısı, satış qiyməti, qarşılıqlı iddia üzrə iddiaçının evin alınması ilə bağlı borclu olduğu ödəyə bilmədiyinə görə pulunu geri istəməsi, cavabdehlərin bununla razılaşması, cavabdehl ər tərəfindən həmin məbləğin hazırda qaytarılmasının mümkün olmaması, pulu qaytarana kimi iddiaçıların həmin mənzildə yaşamalarına razılıq vermələrinin hamısı qarşılıqlı razılaşma əsasında şifahi qaydada həyata keçirilmişdir. İlkin iddia üzrə cavabdehlər həmin mənzilə köçərək orada yaşamağa başlamışlar və mənzildə yaşadıqları dövrdə mənzili təmir etdirmişlər. Cavabdehlərin mənzilə görə onlara verdiyi pulu qaytarana kimi həmin mənzildə yaşamaqlarına razı olmaları barədə razılaşmanı əks etdirən diskə yazılmış telefon danışığı sübut kimi məhkəməyə təqdim olunmuşdur. Qarşılıqlı iddia üzrə cavabdehlər sonradan yuxarıda göstərilən şifahi razılaşma şərtlərini pozmaqla qarşılıqlı iddia üzrə iddiaçıya və digər ailə üzvlərinə mənzilə görə ümumilikdə 24300 ABŞ dolları məbləğində maddi zərər vurmuşlar. Mənzilin təmirinə 5000 manat pulunu da ilkin iddia üzrə cavabdehlər çəkmişlər. Qarşı tərəflə aramızda bizim həmin mənzildə kirayıçi kimi yaşamağımız barədə hər hansı formada razılaşmaları olmamışdır. İlkin iddia üzrə iddiaçılar ondan mənzilə görə verdikləri pulu istəyəndə dedilər ki. pulumuz yoxdu. Pulu düzəldənə kimi mənzildə yaşayın. Ağdaş Rayon Məhkəməsi 12300 manatın kirayə haqqı kimi hesablanması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, tərəflər arasında kirayə haqqında nə yazılı, nə də şifahi heç bir razılaşma olmuşdur. Kirayə müqaviləsi sadəcə olaraq qarşılıqlı iddia üzrə cavabdehlərin onlara qaytarmalı olduğu 18000 ABŞ dollarını birdəfəlik qaytara bilmədiklərinə və həmin məbləği onlara qaytarmaq istəmədiklərinə görə həmin məbləği onlara qaytarana kimi həmin mənzildə qalmaqlarına razılaşmasını onların 2014-cü ildən həmin mənzildə yaşamağını əsas götürərək şəxsən özünün razılığı ilə qaytarmalı olduğu 18000 ABŞ dolları məbləğində pulla kompensasiya etmək üçün uydurmasıdır. Göründüyü kimi, özləri tərəfindən razılaşmanın şərtləri pozulmadığı halda, qarşılıqlı iddia üzrə cavabdehlər aralarında olan qarşılıqlı razılaşmanın şərtlərini sonuncular pozmuş, nəticədə qeyd etdikləri məbləğdə zərər vurmuşlar.

17. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyinin 04 may 2022-ci il tarixli, 10/1498 saylı ekspert rəyində mübahisəli mənzildə aparılmış təmir - bərpa işlərinin hansı tarixdə və hansı tarixdən hal-hazıradək aparılıb aparılmamasının müəyyən olunmasına dair hər hansı metodika olmadığı səbəbindən 2014-cü ildən hal-hazıradək hansı təmirbərpa işlərinin görülüb-g örülməməsini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, bu səbəbdən də. Təmir-bərpa işlərinə nə qədər xərc çəkilməsi və ustalara nə qədər pul verilməsi ilə bağlı suallar üzrə tədqiqat aparılmadığı göstərilmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-194/2022 nömrəli mülki iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cav abdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər (ilk iddia üzrə iddiaçılar) İddiaçı və Nümayəndə qarşı “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf mübahisə predmeti olan mənzilin 2014-cü ildən hal-hazıradək onların istifadəsində olduğunu və həmin mənzildə yaşadıqlarını etiraf edir. Yəni belə çıxır ki, qarşılıqlı iddia əsaslı sayılacağı təqdirdə, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) əvəzsiz olaraq heç bir haqq ödəmədən iddiaçıların mülkiyyətində olan mənzildə 7 il ərzində yaşayaraq həmin mənzildən istifadə etmişlər. Mübahisənin həllinə belə yanaşma ağlabatan olmamaqla yanaşı, tərəflərin qarşılıqlı münasibətlərinə də uyğun deyildi r. Digər tərəfdən, cavabdehlərin mənzilin dəyəri kimi 18000 ABŞ dolları məbləğində vəsait ödəmələri öz təsdiqini tapmamışdır. Həmçinin, hər iki tərəf təsdiq etmişlər ki, bu münasibət iddiaçıların mənzillərini satması, cavabdehlərin isə mənzil almaq istəklərindən yaranmışdır. Mənzillərin alqı-satqısında isə Azərbaycan Respublikasında manat ekvivalenti istifadə oluna bilərdi. Hazırda dolların kursu qalxdığından cavabdehlərin pulun dəyərinin artırılması məqsədilə 13000 manat ödədikləri vəsaiti dollar ekvivalenti ilə tələb etdikləri aşkardır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddəti tətbiq etməklə qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Bu aşağıdakı hallardan irəli gəlir. Birincisi, qarşılıqlı iddia tələblərinə iddia müddətinin tətbi qi o anlama gəlir ki, iddia tələbi əsaslıdır, lakin tərəf məhkəməyə qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyindən iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin belə yanaşması onun ilk iddia ilə gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Çünki qarşılıqlı iddianın pulun ödənilməsi hissəsində əsaslı olması ilk iddianın ödənilmiş 12300 manat vəsaitin kirayə haqqı kimi hesablanmasına dair hissəsinin əsassızlığına səbəb olan haldır. Digər tərəfdən, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya iddia müddəti tətbiq edərkən tərəflər arasında mənzilə görə ödənmiş və “mənzilin təmirinə çəkilmiş xərc” olduğu iddia edilən məbləğlə bağlı şifahi müqavilənin (əqdin) bağlanmasına istinad etmişdir. Halbuki, qanunun tələbinə görə daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi yazı lı formada bağlanmalı və notarial qaydada təsdiq olunmalıdır. İndiki halda bu baş verməmişdir. Mənzilin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş 5000 (beş min) manat xərcin olduğunu sübuta yetirmə yükü cavabdehin (qarşılılıqlı iddia üzrə iddiaçının) üzərinə düşür. İşin apellyasiya baxışı zamanı alınmış 04 may 2022-ci il tarixli, 10/1498 saylı ekspert rəyində mübahisəli mənzildə aparılmış təmir - bərpa işlərinin hansı tarixdə və hansı tarixdən hal-hazıradək aparılıb aparılmamasının müəyyən olunmasına dair hər hansı metodika olmadığı səbəbindən 2014-cü ildən hal-hazıradək hansı təmir-bərpa işlərinin görülüb-görülməməsini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, bu səbəbdən də təmir-bərpa işlərinə nə qədər xəərc çəkilməsi və ustalara nə qədər pul verilməsi ilə bağlı suallar üzrə təd qiqat aparılmadığı göstərilmişdir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəf yaşayış evinin təmirinə 5000 manat pul xərclədiyini sübuta yetirə bilməmişdir. Eyni zamanda iddiaçlar İddiaçı və Nümayəndə mənzilin təmiri ilə bağlı cavabdehlərə tapşırıq vermələri də öz təsdiqini tapmamışdır.

21. Kollegiya hesab etmişdir ki, iddia ərizəsində göstərilən mənzilin iddiaçı tərəfə məxsus olduğunu və bu mənzilin cavabdeh tərəfin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir.

49. Göründüyü kimi, cavabdehlər ödənilmiş yaşayış evinə görə ödənilmiş vəsaiti isə 2015-ci ildən qaytarılması ilə bağlı iddia qaldırmaq hüquqları olsa da, belə bir iddia qaldırmayaraq iddiaçılarla razılaşdıqları kimi kirayəçi kimi yaşamaqda davam etmişlər. Kirayə müddəti bitdikdən sonra iddiaçılar mənzildən çıxarma tələbi qaldırdıqdan sonra, pul tələbi ilə qarşılıqlı iddia vermişlər.

50. Eyni zamanda toplanmış sübutlarla iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) cavabdehlərə zərər vurması və mülki hüquq pozuntusu (delikt) törətmələri öz təsdiqini tapmamışdır. Ona görə də iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) mülki hüquq məsuliyyəti yaranmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İlkin iddia üzrə cavabdehlər kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilki n iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə biz cavabdehlər tərəfindən razılaşmanın şərtləri pozulmadığı halda, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər aralarında olan qarşılıqlı razılaşmanın şərtlərini özləri pozmuş, nəticədə onlara 24300 ABŞ dolları məbləğində zərər vurmuşlar. Lakin işə baxan məhkəmə kollegiyası işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə yuxarıda göstərdiyimiz maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. Bununla da maddi hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarından məlum olur ki, tərəflər arasında mənzilin alqı-satqısı, satış qiyməti, qarşılıqlı iddia üzrə iddiaçının evin alınması ilə bağlı borclu olduğu ödəyə bilmədiyinə görə pulunu geri istəməsi, cavabdehlərin bununla razılaşması, cavabdehlər tərəfindən həmin məbləğin hazırda qaytarılmasının mümkün olmaması, pulu qaytarana kimi iddiaçıların həmin mənzildə yaşamalarına razılıq vermələrinin hamısı qarşılıqlı razılaşma əsasında şifahi qaydada həyata keçirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər iddiaçılardan mübahisəli evə görə 18000 ABŞ dolları almalarına baxmayaraq sonradan şifahi razılaşma şərtlərini pozmaqla qarşılıqlı iddia üzrə iddiaçıya və digər ailə üzvlərinə mənzilə görə ümumilikdə 24300 ABŞ dolları məbləğində maddi zərər vurmuşlar. İlkin iddia üzrə iddiaçılar qarşılıqlı razılaşma əsasında mülkiyyətində olan evi cavabdehlərə satmaları, sonradan evə görə qalan borcu ödəyə bilmədiklərinə görə onlara verdikləri 18000 ABŞ dolları məbləğində pulu və evin təmirinə çəkdikləri xərcin əvəzini qaytaracaqları, pulu qaytarana kimi həmin evdə yaşamaqları üzrə üzərinə götürdükləri öhdəliyi pozmaları birbaşa onlara zərər vurmalarına gətirib çıxarmışdır. Mübahisəli mənzilin ilkin iddia üzrə iddiaçılar tərəfindən onlara satılması, buna görə iddiaçılara 18000 ABŞ dolları pulun verilməsi, evi təmir etməkləri, evin pulunun qalan hissəsini verə bilmədiklərinə görə verilmiş 18000 ABŞ dolları pulun qaytarılması, iddiaçıların buna hələlik imkanlarının olmaması, pulları olan kimi cavabdehlərin pulunu qaytarmaları, ona kimi də həmin mənzildə yaşamaqlarına razılıq vermələri barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etsələr də məhkəmə həmin sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və isti fadə etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddiaya qarşı etirazlarının əsaslarını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş və istinad etdikləri halları sübut edə bilməmişlər. İşə baxan məhkəmə kollegiyası tərəflərindən məhkəməyə təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə həmin sübutlara tətbiq etdiyi normaları düzgün təfsir etməyərək apellyasiya şikayətini qismən təmin edərək və qarşılıqlı iddianın rədd edərək düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini mübahisəli evin ilkin iddia üzrə onlara satılması, sonradan tərəflərindən evə görə qalan pulu ödəyə bilmədiklərindən evə görə ödəmiş olduqları pulun geri qaytarılması, qarşılıqlı iddia üzrə cavabdehlər həmin pulu bizə qaytarana kimi həmin mən zildə yaşamaqlarına razı olmaları kimi hallara, tərəflərin alıcı və satıcı kimi qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam ver ə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

30. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıl dığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-194/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar