Məhkəmə qərarları › İş №2(102)-119/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-119/2025

21.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-119/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Etilenpolietilen” zavoduna qarşı iş üzrə QƏRARİ Kateqoriya: İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Etilenpolietilen” zavoduna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti) qarşı “işə bərpa və məcburi iş bu raxmağa görə əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1266/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh “Etilen-polietilen” zavoduna 11-ci dərəcəli usta kimi işə qəbul edilmişdir. 2. xx.xx.2024-cü il tarixdə iddiaçının öz ərizəsi əsasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərkimya” İstehsalat Birliyi “ Etilen-polietilen” zavodunun xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1K-16/2024 nömrəli əmrinin etibarsız hesab olunaraq ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, xx.xx.2024cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və hüququnun müdafiəsi üçün vəkil tutması ilə əlaqədar çəkdiyi 300 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə SOCAR-ın Azərkimya istehsalat birliyində 11-ci dərəcəli usta vəzifəsi üzrə vakansiyasına imtahan verib keçmiş və Etilen polietilen zavodunda işə başlamışdır. İşlədiyi müddət ərzində qüsursuz işləmişdir. İddiaçı ilə prinsipiallıq aparan iş yoldaşı Elnur Bədəlov onu gizlin video lent ə alıb elektron siqaret çəkən zaman zavod rəhbərliyinə göndərib və Socar-ın baş ofisinə ərizə ilə müraciət edib işdən çıxarılmağını təkidlə tələb etməyə başlayıb. Bu hadisədən sonra ondan izahat tələb olunduqda iddiaçıya izahatın mətni diktə edildiyi şəkildə yazmış, etdiyi əməlin səhv olduğunu və birdə təkrarlanmayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya zavodda siqaret çəkməyin qadağan edildiyi barədə təlimat keçirildi və elə həmin vaxtda da bu barədə “Azərkimya” İstehsalat Birliyinin keçmiş direktoru İmran Arzumanzadənin xx.xx.2020-ci il tarixli əmri ilə tanış edilmişdir. Qeyd olunan təlimatlandırılma ilə bağlı müvafiq jurnala imza çəkdiriləndə təlimatlandırma tarixinin 2023cü ilin sentyabr ayı qeyd olunduğunu görəndə həmin jurnala imza atmaqdan imtina etmiş və xx.xx.2024 -cü il tarixdə təlimatlandırma keçirildiyi üçün həmin tarixi yazıb imza çəkmişdir. Bir neçə gün sonra zavodun direktoru Oqtay Niftəliyevin 14-2-3-1/3İ-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçıya və yanında siqaret çəkən X1 “töhmət” verildi və bu barədə əmrlə tanış edilmişdir. Həmin vaxt sahə rəisi Mikayıl İbrahimov narahat olma işinə davam et demişdir. Bundan sonra sadəcə işlədiyi növbə dəyişdirildi və iddiaçı başqa növbədə işinə davam etmişdir. xx.xx.2024-cü il tarixdə tabe olduğu sahə rəisi Mikayıl İbrahimov tərəfindən iddiaçı ilə və digər yoldaşla fərdi söhbət aparılarkən o bildirdi ki, videonu çəkən iş yoldaşı SOCAR-ın baş ofisinə şikayət göndərib ki nə üçün onlar işdən çıxarılmayıblar və bu şikayətlə əlaqədar baş ofis və “Azərkimyanın” rəhbəri Elnur Məmmədli onların iş dən çıxarılmağını tapşırıb. O, həmçinin ərizəsini yazıb özü işdən çıxmasa Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını və belə olan halda isə heç bir yerdə işə qəbul ola bilməyəcəyi ilə iddiaçını hədələmişdir. Eyni zamanda qeyd etdi ki, vaxtları çox azdır, əgər təcili öz xahişi ilə işdən azad olunmaqları barədə ərizə yazmasalar günün sonunadək əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verəcəklər. Bu kimi təzyiqlər iş günü olmadığı halda zavodun digər vəzifəli şəxsləri tərəfindən də davam etdirildi. Qeyd olunan hədə-qorxular altında iddiaçı və yanındakı iş yoldaşı X2 guya başqa yerdə işə düzəldiyi üçün onların əmək müqavilələrinə xitam verin məzmununda ərizənin mətnini sahə rəisi Mikayıl müəllim diktə edərək yazdırdı. Bir neçə dəqiqə ərzində əri zələrinə baxıldı və işdən çıxmaq haqqında əmrləri və əmək kitabçaları onlara verilərək işdən azad olunmuşlar. İşdən çıxarılanda məcburi köçkün olduğunu, ailə vəziyyətini, iki azyaşlı övladının olduğunu və birinin sağlamlıq imkanları məhdud 1-ci qrup əlil olduğunu bildirsə də “dəxli yoxdu əks halda əmək kitabçana ləkə düşəcək, səni heç bir yerdə işə götürməyəcəklər, bu bizim sənə yaxşılığımızdı, Socarın baş ofisi və zavod rəhbərliyinin göstərişidir” dedilər. Başına gələn qeyd edilən hadisə ilə bağlı bir neçə hüquqşünasla məsləhətləşdikdən sonra cavabdehin hərəkətlərinin qanunsuz olduğu ona bildirildiyi üçün xx.xx.2024-cü ildə zavodun direktoru Oqtay müəllimin qəbulunda olub işə bərpa olunmağını tələb etmişdir. O, bunun artıq mümkün olmadığını iddiaçıya bildirmişdir. Buna baxmayaraq işdən az ad olunmağı barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv olunaraq işə bərpa olunmağına dair xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmək istəsə də müəssisənin dəftərxanasının əməkdaşları ərizəsini qəbul etməkdən imtina etdilər. Bundan sonra xx.xx.2024-cü il tarixdə işə bərpa tələbi ilə bağlı ilkin mediasiya təklifini cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən hədə-qorxu üsulu ilə iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edildiyindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv olunmalı və xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.

5. Cavabdehin nümayəndəsi X3 etirazını onunla əsaslan dırdı ki, iddiaçı xx.xx.2022-ci il tarixində “Etilen-polietilen” zavoduna işə qəbul edilərkən etilen və propilen anbarlarının növbə ustasının vəzifə təlimatına imza atmaqla şəxsən tanış edilmişdir. Növbə ustasının vəzifə təlimatının tələbinə görə iddiaçı həm özünün, həm də tabeliyində olan növbə işçilərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə görə məsuliyyət daşıyır. İddiaçı isə tabeçiliyində olan işçi ilə birlikdə xx.xx.2024cü il tarixində “A” növbəsi üzrə işdə olarkən, “A” kateqoriyalı (yanğın-partlayış təhlükəli) risk qrupuna aid olan ərazidə siqaret çəkmişdir. Həmin gün anbarlarda 1265 ton sıxılmış maye etilen qazı və 965 ton sıxılmış maye propilen qazı olmuşdur. Zavod rəhbərliyi gənc, məcburi köçkün olmağını nəzərə almış və zavod üzrə 14-2-3-1/3-1İ95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət verilmişdir. Barəsində intizam tənbehi tədbiri görüldükdən üç gün sonra - xx.xx.2024 cü il tarixində ərizə ilə zavod rəhbərliyinə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün qeyd olunan tarixdən işdən azad edilməyini xahiş etmişdir. Buna görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024cü il tarixli, 14-2-3-1/3-1K-16/2024 nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə tam əməl edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, 2(060)-2972/2024 nömrəli qətnaməsi ilə (hakim G. Tağızadə) iddianın təmin edilməməsi qət edilmişdir.

7. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş şahid Oruc Allahverdiyev məhkəmə iclasında bildirmişdir ki, 8 fevral tarixdə sahə rəisi Mikayıl onlarla fərdi söhbət edərək, işdən çıxarılmamaları üçün baş ofisə şikayət göndərildiyini və buna əsasən onların işdən çıxarılmalarının tapşırıldığını bildirib. Sahə rəisi həmçinin onları Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaqla hədələmiş və təcili ərizə yazmazlarsa, həmin gün işdən azad olunacaqlarını söyləmişdir. Qeyd olunan hədəqorxular altında iddiaçı və o, guya başqa yerdə işə düzəldiyi üçün onların əmək müqavilələrinə xitam verin məzmununda ərizənin mətnini sahə rəisi Mi kayıl müəllim cümlə-cümlə diktə edərək yazdırmışdır. Bir neçə dəqiqə ərzində ərizələrinə baxılıb və işdən çıxmaq haqqında əmrləri və əmək kitabçaları onlara verilərək işdən azad olunmuşlar.

8. Birinci instansiya məhkəməsi iddianı rədd edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı heç bir kənar təsirlərə məruz qalmadan, yəni ona münasibətdə zor işlədilmədən, hədə-qorxu olmadan, yaxud hər hansı başqa üsulla iradəsinə zidd hərəkətlərə yol verilmədən könüllü qaydada ərizə tərtib edərək xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X4” Etilen-Polietilen zavodunda tutduğu vəzifəsindən azad edilməsinə dair iradə ifadəsini nümayiş edərək ərizə yazmış, bu qaydada hərəkət etməklə əmək qanunvericiliyində təsbit edilmiş hüququndan istifadə etmişdir. İddiaçı işdən azad edilmə barədə sənədin tərtib olunması mərhələsində ona münasibətdə zor işlədilməsi, hədə-qorxu gəlməsi, yaxud hər hansı başqa üsulla iradəsinə zidd hərəkətlərin olduğunu təsdiq etməmiş, habelə bu halların olmadığını qəbul edərək, iddia ərizəsində bununla bağlı göstərilən dəlillərin əlavə araşdırılmasını məqsədəuyğun saymamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddiaçının iddia tələbi sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. Əmək münasibətlərinin emosional vəziyyəti və psixoloji durumunun qanuni əsaslarla xitam verilmiş münasibətlərə təsir etməyəcəyini bildirir. Nəticə etibarilə, məhkəmə iddiaçının işə bərpa və əmək haqqı tələbini haqlı saymamışdır.

10. Məhkəmə ö z mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “a”, 69.1, 69.2, 69.3, 83.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçının sahə rəisi M. İbrahimov iddiaçı ilə və digər şəxs O.Allahverdiyevlə fərdi söhbət apararaq bildirmişdir ki, videonu çəkən iş yoldaşı SOCAR-ın baş ofisinə şikayət göndərib ki nə üçün onlar işdən çıxarılmayıblar. Bu şikayətlə əlaqədar baş ofis və Azərkimyanın rəhbəri Elnur Məmmədli onların işdən çıxarılmağını tapşırıb. Həmin vaxt sahə rəisi M.İbrahimov onlara ərizələrini yazıb özü işdən çıxmasalar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını və belə olan halda isə heç bir yerdə işə qəbul ola bilməyəcəkləri ilə iddiaçını və O.Allahverdiyevi hədələmişdir. Eyni zamanda qeyd etmişdir ki, vaxtları çox azdır, əgər təcili öz xahişi ilə işdən azad olunmaqları barədə ərizə yazmasalar günün sonunadək əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verəcəklər. Qeyd olunan hədə qorxular altında iddiaçı və yanındakı iş yoldaşı X2 guya başqa yerdə işə düzəldiyi üçün onların əmək müqavilələrinə xitam verin məzmununda ərizənin mətnini sahə rəisi Mikayıl İbrahimov cümlə-cümlə diktə edərək yazdırmış və bir neçə dəqiqə ərzində ərizələri nə baxılaraq əmək müqavilələrinə xitam verilməsi haqqında əmrləri və əmək kitabçaları onlara verilərək işdən azad olunmuşlar.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), A.Süleymanova və F.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı başqa işə keçməsinə dair ərizənin təzyiq və hədə-qorxu altında verildiyini iddia etməsinə baxmayaraq, həmin ərizənin intizam tənbehi haqqında əmrdən sonra verildiyini və təzyiq altında və iradəsinə zidd verildiyi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsi nin 69.3-cü maddəsinə əsasən, işçi başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı razılığı olduqda əmək müqaviləsi ləğv edilə bilər.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlara uyğundur və yalnız formal səbəblərlə ləğv edilə bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verildiyini göstərsə də, məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 3 5-ci, Əmək Məcəlləsinin 68.1, 69.3, 300.1-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin 43 nömrəli hissəsində məhkəmə qeyd edir ki, AZEMİS elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən, İddiaçı hal-hazırda "xxxx" MMC-də maşinist vəzifəsində işləyir/ Məhkəmənin bu məlumatı hansı məqsədlə qətnaməsində göstərməsi, onun mübahisənin ədalətli həlli üçün hansı əhəmiyyət kəsb etməsi aydın göstərilməyib. Əsl ində hesab edirik ki, məhkəmə həmin məlumatı göstərməklə guya iddiaçının həqiqətən də başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün işdən çıxmasına, onun iddiasının əsassızlığına eyham vurmaq istəmişdir. Halbuki, iddiaçı cavabdeh müəssisədən işdən azad olunması barədə ərizə yazmağa məcbur edilərkən heç bir işə götürənlə əmək müqaviləsi bağlamamış və onun belə bir fikri də olmamışdır. Çünki iddiaçı ixtisasca kimya mühəndisidir və SOCAR kimi bir müəssisədə onun gələcək karyera perspektivləri və aylıq məvacibi (əmək haqqı) yüksək olmuşdur. Məhkəmənin göstərdiyi müəssisədə isə iddiaçı cavabdeh müəssisədən işdən çıxarıldıqdan 2 aydan artıq müddət keçdikdən sonra, əvvəlki iş yerindəki vəzifədən aşağı(usta vəzifəsindən maşinist) vəzifəyə və xeyli az maaşlı(cavabdeh müəssisədə 1297, hazırkı i ş yerində isə 963 manat) işə qəbul olmuşdur. İddiaçının həmin işi qəbul etməsinin səbəbi isə onun həm aliment, həm də kredit öhdəliklərinin icrasında yaranmış çətinlikləri olmuşdur. Məhkəmə qətnamənin 46-cı bəndində qeyd edir ki, “işçi tərəfindən imzalanmış başqa işə keçməsi ilə əlaqədar ərizənin məhz xx.xx.2024-ci il tarixli intizam tənbehi haqqında əmrdən sonra verilməsi, həmin ərizənin təzyiq altında və iradəsinə zidd verildiyi kimi qiymətləndirilə bilməz. Bu cümlədən sonra hər bir məntiqli insanda sual yaranır ki, ərizənin intizam tənbehindən sonra verilməsi niyə təzyiq altında yazılmış ərizə kimi qiymətləndirilə bilməz? Məhkəmə cümləni yazır, amma hansı ağlabatan mühakimə əsasında bu qənaətə gəldiyini bir cümlə ilə belə əsaslandırmır. Məhkəmə qətnamənin 49-cu bəndində deyir ki, “məhkə mədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir”. Biz anlaya bilmirik ki, tərəfimizdən daha nə qədər sübut əlavə edilməli idi ki, bu, məhkəməni qane etmiş olsun. Hərçənd aşağıda sadalayacağım sübutların heç birinə məhkəmə tərəfindən bir cümlə ilə belə münasibət bildirilməmişdir: 1. cavabdehin müxtəlif vəzifəli şəxsləri ilə iddiaçı arasında vatsap ani mesajlaşma sistemi vasitəsi ilə aparılmış mesaj mətnləri, 2. cavabdehin rəsmi facebook səhifəsində messenger ani mesajlaşma sistemi vasitəsilə yazılmış mesajların skrin şəkillərindən i barət yazılı sübutlar. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Burada qərəzsiz olma-tərəfsizliyi, tərəflərin hüquq bərabərliyihüququn şəxsə tanıdığı imkanı, faktlar əsasında baxma-obyektivliyi, qanuna müvafiq baxma-qanunauyğunluğu nəzərdə tutur. Yəni hakim işə baxarkən hər hansı bir qaydanı, maddi və prosessual normanı tətbiq etdikdə yuxarıda qeyd olunan prinsipləri mütləq rəhbər tutmalıdır. Bu prinsiplər hakimin işə baxarkən işə necə münasibət göstərməli olmasını özündə ehtiva edir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Yəni məhkəmə qərarı qanunazidd ola bilməz və mötəbər sübutlara əsaslanmad an çıxarıla bilməz. Əmək məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi həmin normaya əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İddiaçının yazmış olduğu ərizə ağlabatan bir səbəblə izah olunmadıqda, belə ərizənin işəgötürənin təzyiqi altında yazılması daha inandırıcı görünür. Məhkəmələr isə nə iddiaçı tərəfindən təqdim edilmiş sübutları nə də işdəki uyğunsuzluq və məntiqsizliyi araşdırmamış, işçinin zəif tərəf olması xüsusatını gözardı edərək güclü tərəfin yanında durmaqla əsassız qətnamələr çıxarmışlar. Hazırki işdən isə görünür ki, iddiaçının iddiaçının əsası kimi istinad etdiyi halların və qanuni əsasların hüquqa uyğunluğu sübut olunsa da apellyasiya məhk əməsi sübutları hərtərəfli araşdırmadığından apellyasiya şikayətimizin təmin olunmaması barədə məhkəmə kollegiyasının gəldiyi nəticə MPM-in 88-ci maddəsinin tələbləri pozulmaqla əldə edilib, belə olan halda iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilməz Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Etilenpolietilen” zavodunun kassasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnamədə maddi və prosessual hüquq normalarını tamamilə düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı İbrahim oğlu ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, heç bir qanun pozuntusuna yo l verilməmişdir, iddiaçı öz arzusu ilə işdən azad olunmasını xahiş etmişdir. İddiaçının guya ona təsir göstərilməsi, hədə-qorxu gəlinməsi kimi dəlilləri də həqiqətə uyğun deyil və özünümüdafiə xarakteri daşıyır. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi, magistr təhsillidir, ikinci ali təhsil alır, bir neçə ixtisas üzrə biliklərə yiyələnmişdir. Təhsilsiz, savadsız deyildir ki, onu təhdid etmək, aldatmaq, məcbur etməklə işdən çıxma əmrinə imza etdirmək mümkün olsun. Digər tərəfdən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Etilen-Polietilen” zavodu bu cür hərəkətlərə yol verməyəcək qədər nüfuzlu dövlət müəssisəsidir. Həmişə öz işçilərinin qayğısına, əmək şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyinə qayğı ilə yanaşmış bunu öz vəzifəsi hesab etməklə yanaşı, həm də insan həyatına, hüquq və vəzifələrinə hörmət hissi, vicdanlılıq prinsiplərindən çıxış edərək etmişdir və etməkdə davam edir. Həmçinin, iddiaçının vəkili apellyasiya instansiyasında işə baxılarkən, iddiaçının işdən öz arzusu ilə çıxarılması barədə əmr verildikdən bir neçə müddət sonra iddiaçının zavodun əməkdaşlarından biri ilə internet üzərindən apardığı yazışmanın iddiaçıya təsir, hədə-qorxu gəlinməsinin sübutu kimi təqdim edib məhkəmədən iddiasının təmin olunmasını tələb etmişdir. Halbuki, həmin yazışma həm iddiaçı işdən çıxarıldıqdan sonra aparılmışdı, həm də ümumiyyətlə həmin yazışmada belə hər hansı hədə-qorxuya işarət edən bir hal, fakt və s. yoxdur Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

20. Maddə 68.2 a) bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

21. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

22. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

23. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzər də tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və y a nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

36. İlk növbədə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan prosessual pozuntulara yol verilməmişdir.

37. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh “Etilen-polietilen” zavodu tərəfindən iddiaçı öz ərizəsi əsasında (başqa işə götürənlə əmək müqaviləsi bağladı ğına istinad edərək) xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir.

38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işçinin təqdim etdiyi ərizə birtərəfli iradə ifadəsidir.

39. Hazırkı halda iddiaçı iradə ifadəsinin zədələndiyini, əmək münasibətlərinə xitam verməsinə məcbur edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələbinin işəgötürən tərəfindən pozulduğunu iddia etdiyindən tələbin əsaslı hesab edilməsi üçün aşağıdakılar sübut edilməli idi: - işəgötürən tərəfindən ona qarşı zor işlədilməsi; -işəgötürənin ona hədə-qorxu gəlməsi; - işəgötürənin hər hansı başqa üsulla onun iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etməsi.

40. İddiaçının təqdim etdiyi sübutların qiymətləndiri lməsi zamanı məhkəmə tərəfindən işəgötürən tərəfindən iddiaçıya əmək müqaviləsini ləğv etməyə zor tətbiq etmək, hədəqorxu gəlmək və ya hər hansı digər üsulla müqavilənin ləğvi barədə ərizə verməyə məcbur edən hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətini əsassız hesab edər və əlavə olaraq qeyd edir ki, işçinin yol verdiyi pozuntuya görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyindən ehtiyat edərək öz iradə ifadəsi ilə işdən azad edilməsinə dair işəgötürənə ərizə təqdim etməsi əgər məcburetmə və hədəqorxu faktı müəyyən olunmursa əmək münasibətlərinə xitam verilməsi zamanı iradə ifadəsinin zədələnməsi kimi qiymətləndirilə bilməz.

42. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxmış məhkə mə tərəfindən maddi və prosessual pozuntulara yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2024-cü il tarixli 2(105)-1266/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar