Məhkəmə qərarları › İş №2(102)-1190/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1190/2022

11.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1190/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə cavabdeh "xxxx" QSC-nin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1330/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı X3 оğlu Göyçay Rayon Məhkəməsində iddia qaldıraraq, 22 iyul 1991-ci il tаriхdə istеhsаlаtdа bаş vеrmiş bədbəхt hаdisə nəticəsində işdə аldığı хəsаrətə görə оnа təyin оlunmuş müаvinətin dаy аndırıldığı vахtdаn, yəni 2013-cü ilin mаrt аyındаn еtibаrən cаvаbdеh "xxxx" QSC-dən аlınıb оnа ödənilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. DSMF-in Göyçay yayon filialı mübаhisə prеdmеti bаrəsində müstəqil tələb irəli sürməyən üçüncü şəхs qismində işə cəlb edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-148/2021 saylı, 17 mart 2021-ci il tаrixli qətnaməsi iddia təmin edilməmişdir. (hakim Elxan Əmirəliyev) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1330/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 və mübаhisə prеdmеti bаrəsində müstəqil tələb irəli sürməyən üçüncü şəхs DSMF-in Məhkəmə Mübahisələri ilə X4 filialı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Göyçay rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-148/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, idda ərizəsi qismən təmin edilmiş, 01.11.2019-cu il tаriхdən başlayaraq istеhsаlаt qəzаsı nəticəsində sаğlаmlığı pоzulmuş X1 аylıq ödənişin "xxxx" QSC tərəfindən ödənilməai, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Ələddin Məcidov) "xxxx" QSC (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəs inə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ödənilməli aylıq müavinət 66 manat olmuşdur. Mülki Prosessual Məcəllənin 112.1.5-ci maddəsinə görə müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda iddianın qiyməti ödəmələrin 3 illik məcmusu ilə müəyyən edilir. İddiaçıya ödənilməli aylıq müavinətin aylıq 66 manat olması nəzərə alı narsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qət edilən müavinətin 1 illik məcmusu 792 manat, 3 illik məcmusu isə 2376 manat təşkil edir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan bundan kassasiya şikayəti verilə bilməz. İddiaçı tələbinin sonunda müavinətin məbləğini qeyd etmədiyi, eyni zamanda apellyasiya məhkəməsi də qətnamədə yalnız müavinətin ödənilməsini qət etməklə məbləği göstərmədiyi üçün kassasiya şikayəti də bu səbəbdən səhvən icraata götürülmüşdür. Buna görə də kassasiya şikayəti baxışından çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kass asiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izahı qətnamə qəbul edildiyi dövr üçün mülki prosessual qanunvericiliyinə uyğun olmuşdur. Lakin Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə, o cümlədən həmin Məcəllənin 402.1-ci maddəsinə dəyişiklik edilmiş, mülki işlər üzrə mübahisələndirilən hissədə iddianın qiymətinin beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" QSC-nin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1330/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin i craata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" QSC-nin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1330/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" QSC-nin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1330/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnam əsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar