Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1191/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1686/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 (vəkil Nümayəndə ) tərəfindən verilmiş kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı “TİR” yük avtomobili vardır və yük daşıma fəaliyyəti ilə məşğul olur.
2. Cavabdeh2 2022-ci ilin aprel ayında telefonla İddiaçı zəng edərək bildirmişdir ki, Dəyanət adlı şəxsin malı var, həmin malı İrandan götürüb Ukraynanın Lvov şəhərinə aparmaq lazımdır. Yükün daşınmasını 6.500 ABŞ dollarına razılaşmışlar.
3. İddiaçı yükün daşınması ilə əlaqədar İrana getmiş, lazım olan kivi meyvəsindən ibarət malı götürərək Ukraynaya aparmaq üçün Azərbaycan Respublikasına daxil olmuş, Astara rayonunda olarkən Cavabdeh2 Cavabdeh1 tapşırığı ilə onun adından razılaşma üzrə 3.000 ABŞ dollar pulu İddiaçı vermişdir.
4. İ ddiaçı Cavabdeh1 tapşırığına əsasən kivi yükünü Lvov şəhərinə çatdırmışdır. Lakin oradan ona bildirmişlər ki, yük Kiyev şəhərinə çatdırılmalıdır. İddiaçı yükü Kiyev şəhərinə çatdırmış və malı təhvil vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadları) qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən vurduqları 4.400 ABŞ dolları maddi ziyanın və 2.500 manat mənəvi ziyanın tutularaq ona ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel ayında yük daşıma işlərində vasitəçi kimi tanıdığı C avabdeh2 ona zəng vuraraq bildirmişdir ki, Cavabdeh1 sifarişi var. Bir fura kivi meyvəsini İrandan təhvil alıb Ukraynaya daşınmasını təklifini etmişdir. Ümumi daşıma məbləği 6.700 ABŞ dollarına razılaşdırılmışdır. İlkin olaraq 3.000 ABŞ dolları avans olaraq ödənilmiş, qalan məbləğin Lvov şəhərində malı təhvil verərkən təqdim ediləcəyi bildirilmişdir. Lvov şəhərinə malı çatdırdıqdan sonra Lvovdakı şərik heç bir səbəb göstərmədən malı qəbul etməmiş, Kiyevə getməyi bildirmişdir. Öz vəsaiti hesabına məcburi Kiyevə getmişdir. Demişlər əlavə xərclər olduğu üçün malı boşaldıb qayıdıb 4.400 ABŞ dolları Kiyevdən götürərsən, Lakin Kiyevdə də ona problemlər yaratmışlar, malların xarab olması bəhanəsi ilə çəkisini azaltmışlar, lakin buna baxmayaraq pulunu verməmişlər. Demişlər pulu gedib Bakıda Dəyanə tdən alarsan, biz pul vermirik, yalnız malı qəbul edirik. Yenidən Bakıya qayıdaraq Dəyanətdən pulunu tələb etsə də görüşməkdən imtina edilmiş, maraqlandıqda məlum olmuşdur ki, onun kimi sürücülərin çoxu bu formada aldadılmışdır. Bununla əlaqədar DİN BMCMİ-nə müraciət etmiş, Babək adlı əməkdaş tərəfindən həm özünün, həm də Məqsəd və Dəyanətin izahatları alınmış, sonradan işin nəticəsi olamamışdır. Dəfələrlə Babək adlı əməkdaşla əlaqə saxlasa da heç bir xəbər çıxmamışdır. Dəyanət və Məqsəd isə xəbər göndərmişlər ki, artıq izahatlarını veriblər, İddiaçı verəcəkləri bir şey yoxdur. Dəfələrlə müraciətlər etsə də müraciətinin nəticəsi barədə məlumat verilməsindən imtina edilmişdir. Bu səbəbdən ona qarşı qanunsuzluq edən şəxslər barəsində cinayət işinin açılması üçün prokurorluğa, ordan da nəzarə t qaydasında məhkəməyə müraciət edilmişdir. Dəfələrlə Nərimanov Rayon Məhkəməsi işi tələb etsə də işin verilməsindən imtina edilmiş, lakin sonradan DİN BMCMİ-dən ona yazılı müraciət edilərək işin mülki xarakterli olması barədə məktub verilmişdir. Artıq bir ildən artıqdır ki, ona vurulan ziyan cavabdehlər tərəfindən ödənilmir, o, və onun kimi sürücüləri bu formada xarici ölkələrə göndərərək yolda əziyyət verirlər. Məcbur olub müxtəlif şəxslərdən vəsait alıb nəqliyyat vasitəsini Ukraynadan Azərbaycana gətirib çıxartmışdır. Cavabehlər ona həm maddi ziyan həm də etibardan istifadə edərək, aldadaraq borclu olduqları vəsaiti verməməsi ilə mənəvi ziyan vurmuşdur. Hazırda ona vurulan 4.400 ABŞ dollar maddi ziyanı, 2.500 mənəvi ziyanı tələb edir.
7. Birinci instansiya məhkəməsindin iclasında Cava bdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahat verərək bildirmişdir ki, onun qardaşının Ukraynada daşıma şirkəti vardır və İddiaçı də həmin şirkətdə işləmişdir. İsmədin xüsusi “Tır” yük avtomobili vardır və yükdaşıma ilə məşğul olur. O, özü də bu sahədə çalışdığı üçün İsməd ondan xahiş etmişdir ki, yükdaşıma işi olanda onunla əlaqələndirsin. Dəyanət onun tanışıdır. 2022-ci ilin aprel ayında Dəyanət ona bildirmişdir ki, onun tanışları üçün X2 şəhərinə kivi meyvəsi olan yükü aparmaq lazımdır. Ona bu daşıma barədə Dəyanət bildirmişdir. İsməd həmin yükü Ukraynanın Lvov şəhərinə 6.500 ABŞ dollarına aparmağa razılaşmışdır. Bundan sonra o, danışıqlarını Dəyanətlə davam etdirmişdir. İsməd malı İrandan yükləyib Azərbaycan respublikasının ərazisinə keçdikdən sonra Dəyanətin ad ından Astara rayonu ərazisində onunla görüşüb razılaşdırılan kimi avans olaraq 3.000 ABŞ dollarını İsmədə ödəmişdir. Daşınan mal onun olmamışdır. İsmədi yaxından tanıdığı üçün daşıma xidmətinin haqqını ondan soruşmuşdur və qiymət barədə Dəyanətə bildirmişdir. İlk əvvəllər həmin malın kimə məxsus olduğunu bilməmişdir, çatdırılandan sonra həmin malın Anar və Rövşən adlı şəxslərə məxsus olduğunu bilmişdir. Sadəcə İsmədə onun xahişinə əsasən xeyir vermək üçün daşıma barədə ona məlumat verərək, Dəyanətlə onu əlaqələndirmişdir. Bu barədə İsmədə deyərkən onun bu işdə yalnız vasitəçi olduğunu və ona xeyir vermək məqsədilə işi ona caladığını bildirmişdir. Sonradan hətta ona bildirmişlər ki, İsməd yükü təhvil verərkən malın xarab olduğu məlum olmuşdur. Onunla İsməd arasında yükdaşıma ilə əlaqədar he ç bir müqavilə bağlanmamışdır və razılaşma olmamışdır. İsməd özü də həmin malın ona məxsus olmadığını bilirdi. Ona qarşı iddia tələbi əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə baxışında iştirak edən Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2022-ci ilin aprel ayında Anar və Rövşən adlı tanışları onunla əlaqə saxlayaraq X2 şəhərinə daşınası mallarının olduğunu və bunun üçün onlara avtomaşın lazım olduğunu bildirmişlər. O, da bu sahədə çalışan tanışı Məqsədə müraciət etmiş, Məqsəd də həmin yükün daşınması üçün İddiaçı məsləhət görmüşdür. İlkin olaraq İsmədlə Məqsəd danışsa da sonradan onunla özü əlaqə saxlamışdır. İlkin telefon danışığından malın və sifarişin ona deyil Ukraynada yaşayan Anar və Rövşən adl ı şəxslərə məxsus olduğunu İsmədə bildirmiş, həmin şəxslərin əlaqə nömrələrini ona təqdim etmişdir. Pulun qalığının da malın təhvil verilməsi zamanı həmin Anar və Rövşən adlı şəxslər tərəfindən İsmədə ödəniləcəyini ona bildirmişdir. Ukraynaya çatdıqdan sonra İsməd özü malın sahibləri ilə əlaqə saxlamış və onu təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki, malı təhvil verərkən onun xarab olduğu və bunun sürücünün təqsiri ucbatından baş verdiyi aşkar edilmişdir. O, daşıma zamanı soyuducunu düzgün işlətməyib və malı alan Ukrayna şirkəti 15.000 ABŞ dolları ziyana düşmüşdür. Göndərilən kivi məhsulu İran şirkəti ilə Ukrayna şirkəti arasında alğı-satqı müqaviləsi əsasında baş tutmuşdur. Həmin malın və daşımanın ona heç bir aidiyyəti yoxdur. Sonradan malı Kiyevə aparmağı da ona mal sahibləri ta pşırmışlar. Ona qarşı iddia tələbi əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(049)-2066/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar Pənahov) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, ziyanın məhz cavabdehlərin təqsirli, hüq uqazidd hərəkətləri nəticəsində vurulmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı İddiaçılə Cavabdeh1 şəxsi tanışlıqlarının olmadığı, Dəyanətlə olan telefon danışıqlarında sonuncunun yükü çatdıracağı şəxslərin (Anar və Rövşən) telefon nömrəsini iddiaçıya verdiyi, iddiaçının həmin şəxslərlə əlaqə saxlayan zaman malın xarab olması səbəbi ilə aralarında mübahisə yarandığı müəyyən e dilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında hər hansı yükdaşıma xidmətinin göstərilməsi barədə sövdələşmə olmamış, bununla da sonuncunun iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Eyni zamanda, məhkəmə iclasında iddiaçının Cavabdeh2 qardaşına məxsus şirkətdə işlədiyi, Cavabdeh2 yalnız iddiaçının Cavabdeh1la telefon vasitəsi ilə əlaqə saxlamasında vasitəçi olduğu müəyyən edilmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1128.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinc i instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də iddiaçı tapşırıq əsasında ona tapşırılan işin icrasına başlamış, tapşırıq ilkin olaraq Cavabdeh2 verilmiş, daha sonra Cavabdeh1 tərəfindən verilmiş, bütün danışıqlar da sona qədər Cavabdeh1 ilə olmuşdur. Yekunda narazılıq olduqda hər üçü birgə danışaraq tapşırığın icrası başa çatmışdır. Bütün bunlar məhkəmədə müzakirə edildiyi halda məhkəmə bunları qətnamədə görməzdən gələrək hüqu qi qiymət verməmişdir. İddiaçı tapşırığı yalnız cavadbehlərdən almışdır, cavabdehlər isə məhkəmədə tapşırığı bir-birlərinin üstünə ataraq məsuliyyətdən yayınmış, məhkəmə isə işin bu faktiki halına mülahizə kimi qiymət vermişdir. İddiaçının kimin tapşırığı ilə, kimin malını hara aparması, nə üçün pul alması buna görə belə çıxır naməlumdur. İddiaçı heç bir firma ilə müqavilə bağlamamış, mallar birbaşa Cavabdeh1 məxsus olmuşdur. Sadəcə özünün firması olmadığından üçüncü şirkət adından malları göndərmişdir. Buna görə də bütün vəsait Cavabdeh1 ilə razılaşdırılmış və ödəniş də edilmişdir. Məhkəmə bütün bunlara mülahizə deyir.
15. Cavabdeh1 ümumiyyətlə iddiaçını tanımadığını bildirirdi. Cavabdeh2 iştirak etdiyi sonuncu iclasda artıq bu ifadəni verə bilmədi. Çünki Cavabdeh2 ona yalan danışmamağı, malın şəxsən Cavabdeh1 özünə məxsus olduğu, sifarişi də malı aparmağı tapşırığını da şəxsən Cavabdeh1 aid olduğu, hətta İranda hardan və kimdən mal götürməyi Cavabdeh1nun özü tərəfindən iddiaçıya telefon vasitəsi ilə zənglə bildirildiyi təsdiqini tapmışdır. Belə vəziyyəti görən Cavabdeh1 malı Cavabdeh2 vasitəsi ilə sifariş verdiyini, pulu Cavabdeh2 vasitəsi ilə iddiaçıya ötürdüyünü etiraf etmişdir. Məhkəmə isə buna iddiaçının mülahizəsi kimi qərəzli hüquqi qiymət vermişdir. İddiaçı tapşırıq əsasında malın kimə məxsus olmasından asılı olmayaraq Cavabdeh2 vasitəsi ilə Cavabdeh1 tapşırıq almış, daha sonra iddiaçı İrana keçdikdən sonra Cavabdeh1 tapşırıqları bilavasitə özü telefon vasitəsi ilə vermiş, razılaşdırılmış məbləği şəxsən özü Cavabdeh2 vasitəsi ilə iddiaçıya təqdim etmişdir. Tapşırığ a əsasən qalan məbləği çatandan sonra almalı idi. Qalan məbləğ verilmədiyi halda Cavabdeh1 malın şirkətə məxsus olduğu yadına düşür, bu variantdan istifadə edərək tapşırıq üzrə ödənilməli puldan geri qaçır. Tapşırıq verən var, pulu ödəyən var, malın aparılması və çatdırıması var, malda ziyan olması əsası ilə malın qəbulundan imtina var, hər üç tərəf bunu qəbul edir və etiraf edir, lakin məhkəməyə bu sərf etmədiyindən bunu qərəzli olaraq iddiaçının mülahizəsi sayır.
16. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilən qətnamədə ümumiyyətlə heç bir hal müəyyən edilməmişdir, müəyyən edilən hal isə o olmuşdur ki Cavabdeh1 tapşırıq verdikdən sonra tapşırığın davamı olaraq malların Anar və Rövşənə aid olduğundan onlara çatdırmağı iddiaçıya tapşırır. Göründüyü kimi burda da Cavabdeh1 mal g öndərənin şirkət olduğunu deyil, mal alanların kim olduğunu bildirir. Məhkəmə bunu bildiyi, özü işin faktiki hallarını müəyyən etdiyi halda bu faktları görməzdən gəlmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1686/2023 nömrəli 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia qismən təmin edilmiş, Cavabdeh1ndan 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu gün Azərbaycan Respublikası manatı məzənnəsinə uyğun olaraq tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin olunmamışdı r.
18. Apellyasiya instansiya məhkəməsi iş materialları ilə müəyyən etmişdir ki, iddiaçı yük daşıma fəaliyyəti ilə məşğul olur. Bunun üçün onun “TİR” yük avtomobili vardır. İddiaçı cavabdehlərdən Məqsədi 5 ildir ki, tanımışdır. Çünki iddiaçı Məqsədin qardaşına məxsus yükdaşıma şirkətində işləmişdir. 2022-ci ilin aprel ayında Məqsəd telefonla iddiaçıya zəng edərək bildirmişdir ki, Dəyanət adlı şəxsin malı var həmin malı İrandan götürüb Lvov şəhərinə aparmaq lazımdır. Yükün daşınmasını 6.500 ABŞ dollarına razılaşmışlar. İddiaçı yükün daşınmasını 6.700 ABŞ dollarına razılaşması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən məhkəmə daşınma məbləğini cavabdehlərin etiraflarına əsasən 6.500 ABŞ dolları məbləğində qəbul etmişdir. İddiaçı yükün daşınması ilə əlaqədar İrana getmiş, lazım olan kivi meyvəsindən ibarət malı götürərək Ukraynaya aparmaq üçün Azərbaycan Respublikasına daxil olmuşdur. İddiaçı Astarada olarkən Məqsəd Dəyanətin tapşırığı ilə onun adından razılaşma üzrə 3.000 ABŞ dollar pulu iddiaçıya vermişdir. Bu hal işin mübahisəsiz hallarından biridir. Bundan sonra Dəyanətin özünün də dediyi kimi bütün danışıqlar iddiaçı ilə Dəyanət arasında baş vermişdir. İddiaçı Dəyanətin tapşırığına əsasən kivi yükünü Lvov şəhərinə çatdırmışdır. Lakin oradan ona bildirmişlər ki, yük Kiyev şəhərinə çatdırılmalıdır. İddiaçı yükü Kiyev şəhərinə çatdırmış və malı təhvil vermişdir. Bütün bu hallar da işin mübahisəsiz halıdır. Cavabdehlərin deməsinə görə mal xarab olmuş və buna görə də Dəyanətin tanışları Anarla Rövşən təhvil verilmiş malın daşıma xərcini iddiaçıya ödəməmiş və iddiaçıya demi şlər ki, pulu Dəyanətdən almalıdır. Bundan sonra iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında yük daşıma öhdəliyindən irəli gələn mülki hüquq münasibətləri yaranmışdır. Buna görə də qeyd edilən münasibətlərə yük daşıma və tapşırıq hüquq münasibətlərinə aid olan mülki hüquq normaları tətbiq olunmalıdır. Cavabdeh1 yükü alanın şifahi surətdə səlahiyyətləndirdiyi şəxsdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Dəyanət əvvəlcədən tanıdığı və yük daşıma ilə məşğul Məqsədə zəng vuraraq İrandan Ukraynaya çatdırılmalı olan yükün olmasını bildirmiş və bu işi başa çatdıra biləcək etibarlı şəxsi məsləhət bilməsini xahiş etmişdir. Məqsəd də Dəyanətə hazırkı iddiaçını məsləhət bilmişdir. B urada ilkin olaraq Məqsəd və İsməd Dəyanətin tapşırıqları üzrə hərəkət etmişdir. Belə ki, yükün daşınması 6.500 ABŞ dollarına razılaşdırılmış, lakin İsməd hər hansı ilkin ödəniş almadan Dəyanətin dolayı tapşırığı üzrə İrana gedərək yükü götürərək Ukraynaya aparmaq üçün Azərbaycana qayıtmışdır. Astarada olan zaman Məqsəd Dəyanətin adından İsmədə 3.000 ABŞ dolları pul vermişdir. Bu işin mübahisəsiz halıdır. Bütün bunlardan sonra isə İsməd yükün aparılması ilə bağlı Dəyanətlə telefonda əlaqə saxlamış və yükü Kiyevdə mal alanlara təhvil vermişdir. Yəni iddiaçı bundan sonra Məqsədlə hər hansı danışıq aparmamışdır.
20. Apellyasiya baxışında iddiaçı tərəf yalnız Dəyanəti sifarişçi (səlahiyyətli şəxs) kimi tanıdıqlarını və yükü mənzil başına çatdırana kimi bütün tapşırıqları yalnız Dəyanətdən aldı qlarını bildirmişlər. Ümumiyyətlə iddiaçı tərəf bəhsi keçən qətnamənin ləğv edilərək tam təmin olunmasını xahiş etsələr də, həm apellyasiya şikayətində həm də məhkəmə kollegiyasının iclasında izahatları zamanı Məqsədə qarşı hər hansı tələblərinin olması müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı özü də iddiaya cavab verməli olan şəxsin yalnız Dəyanət olduğunu düşünmüşdür.
21. Cavabdehlərin malın xarab olması barədə fikirlərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər mal xarab olmuş olsaydı mal sahiblərinin iddiaçıya qarşı bu və ya digər müstəvidə hər hansı iddiaları olardı. Lakin cavabdehlərin belə iddiaları olmamışdır. Həmçinin iddiaçının nümayəndəsi bildirmişdir ki, yük avtomobilinin soyuducusu sürücü kabinasından idarə edilir və nəzarət edilir. Buna görə də yükün xarab olmasının mümkün olmamasını qeyd etmişdir.
22. Bundan başqa iddiaçı bildirmişdir ki, Lvovdan Kiyevə qədər getməsi üçün cəmi 700 dollar xərcləmişdir. Həmin xərclərə yanacaq, dayanacaq, yemək, gözləmək və s xərclər aid olmuşdur. Lakin bildirmişdir ki, bu xərclərlə bağlı onlarda yazılı sübut mövcud deyildir.
23. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 21.1, 21.2, 328.1, 777.1, 777.2, 778.1, 778.2, 779.1, 850.1, 850.2, 851-ci və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən Cavabdeh1 (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın dair təmin edilmi ş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iddiaçı ilə Cavabdeh1 arasında tapşırıq müqaviləsinin bağlanması faktı öz təsdiqini tapmadığından və iddiaçı tərəf məhkəmə iclasında həmin faktın varlığı barədə inamlı nəticəyə gəlməyə əsas verən hər hansı rəsmi sənəd təqdim etmədiyindən tərəflər arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan tapşırıq müqaviləsi bağlanmadığını göstərir. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüq uqa malik olmamışdır. Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, göndərilən kivi məhsulu İran şirkəti ilə Ukrayna şirkəti arasında alğı-satqı müqaviləsi əsasında baş tutmuşdur. Həmin malın və daşımanın ona heç bir aidiyyəti yoxdur. Sonradan malı Kiyevə aparmağı da iddiaçının özünün də bildirdiyi kimi mal sahibləri tapşırmışlar. Əgər həmin mal ona məxsus olsaydı, onun başqa şəhərə aparılmasına dair ondan başqa kimsə tapşırıq verə bilməzdi. İddiaçı guya malın ona aid olduğunu, başqa şirkətin adından dövr etdiyini bildirsə də, buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının özünə də bəllidir ki, Cavabdeh1 yalnız bu məsələ ilə bağlı iddiaçını daşıma üçün şirkətə tövsiyə etmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında hər hansı yükdaşıma xidmətinin göstərilməsi barədə sövdələşmə olmamış, bununla da onun iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Lakin məhkəmə kollegiyası bu etirazlarını heç bir sübut olmadan əsaslı saymamış və yalnız iddiaçının izahatına əsaslanan qətnamə qəbul etmişdir. Halbuki, işin yuxarıda qeyd olunan hallarını iddiaçının izahatından başqa heç bir sübut təsdiq etmir. İşdə biri digərini tamamlayan sübutlar mövcud deyildir. Halbuki, həmin hallar işin həlli üçün bir başa əhəmiyyət daşıyır və məhkəmə kollegiyası qanunvericiliyin tələblərini pozaraq bu məsələlərə səthi yanaşmış, qeyd olunan hallara dair heç bir araşdırma aparmamışdır. Halbuki, məhkəmə daşınan mal alan və satan şirkətlərin azından müəyyən etməklə işin bu halını dəqiqləşdirməli və yalnız bundan sonra qətnamə qəbul etməli idi. Çünki məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslərin verdiyi sübutlar əsasında işə baxılaraq nəticə verilir. Bundan əlavə, Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və hüquqi şəxsdir. Bu normanın tələbi baxımdan məhkəmə kollegiyası əvvəlcə göndərilən yükün Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə sənədlərə istinad etməli və ya həmin rəsmiləşmənin kimin adına aparılmasını müəyyən etməli idi. İşin bu halı yalnız həmin sənədlər əsasında müəyyən edilməli və bundan sonra iddia tələbinin yönələ biləcəyi şəxsin kimliyi müəyyən edilməli idi. Lakin etirazlarında iddiaçının subyektiv hüququ tərəflərindən mübahisələndirilsə də, məhkəmə kollegiyası buna əhəmiyyət verməyərək qanunvericiliyin tələbinə uyğun deyil, yalnız iddiaçı tərəfin izahatına əsaslanan qətnamə çıxarmışdır. Halbuki, Cavabdeh1 adına heç bir yük göndərilməsi rəsmilşədirilməmiş və belə olan iddianın təmin edilməsi mümkün deyildir. Lakin məhkəmə kollegiyası necə deyərlər mümkün olmayanı mümkün etməklə ümumilikdə ədalət mühakiməsinin tələblərinə zidd olan bir qətnamə qəbul etmişdir. İddianın mahiyyətindən də aydındır ki, iddiaçı pulunu almağa malın sahiblərini tapa bilməmiş və iddianı ona qarşı yönəltmişdir. Bu hal özünü həmdə onda göstərir ki, iddiaçı əvvəlcə tələbini iki cavabdehə qarşı yönətmiş, sonradan fikrini dəyişmişdir. Lakin təəssüflə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi də buna rəvac verməklə işin həqiqi hallarını araşdırmadan belə bir nəticəyə gəlmiş və cavabdehlərə nisbətdə də iddiaçının istəklərinə uyğun hərəkət etmişdir. Halbuki, cavabd eh iddiaçının seçimi ilə deyil, mülki hüquq və vəzifələrin əmələ gəlməsi ilə müəyyən edilir. Bundan əlavə, Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs, digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi daşıyıcıya yüklərin daşınması üçün haqqı yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs ödəməlidir. Buna baxmayaraq məhkəmə kollegiyası Cavabdeh1 yükü alanın şifahi şəkildə səlahiyyətləndirdiyi şəxs olması nəticəsinə gəlmişdir. Lakin iş materiallarında Cavabdeh1 nə yükü alan şirkətin əməkdaşı olması, nə də ki ona vəkalətnamə ilə belə bir səlahiyy ətin verilməsi barədə heç bir sübut yoxdur. Nədə ki yükü alanın bununla bağlı məhkəmə ünvanlanmış hər hansı mövqeyi mövcud deyildir. Əgər Cavabdeh1 şifahi şəkildə səlahiyyətləndirilən şəxsdirsə, onda işin bu halını yalnız ona bu səlahiyyəti verən şəxsi dindirməklə müəyyən etmək olar. Həmçinin sonradan malı Lvovdan Kiyevə aparmağı da iddiaçının özünün də bildirdiyi kimi mal sahibləri tapşırmışlar. Əgər həmin mal ona məxsus olsaydı, onun başqa şəhərə aparılmasına dair ondan başqa kimsə tapşırıq verə bilməzdi. Lakin məhkəmə kollegiyası bütün bunlara baxmayaraq, yalnız iddiaçı tərəfin mövqeyinə uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası əgər iddianın təmin olunması barədə nəticəyə gəlirdisə, mübahisə üzrə yükün daşınmasının bir neçə dövlətdən, o cümlədən Azərbaycan Respublikasında gömrük nəzarətindən keçdyini və bununla da rəsmiləşmə aparılan, yəni malı göndərən və alan müvafiq şirkətlərin adlarını və malın kimin adına dövr edilməsi barədə iddiaçıdan sübutları tələb etməli idi. Əks halda mövcud sübutlar iddianın təmin edilməsinə yetərli olmadığı və iddiaçı tərəf vəsatət verdiyi halda və ya məhkəmənin təşəbbüsü ilə işin yuxarıda qeyd olunan hallarının müəyyən edilməsi üçün müvafiq sorğular verilməli və dövr olunan malın sahibi və bununla da ona dair tapşırıq verən şəxsin kimliyi müəyyən edilməli idi. Lakin məhkəmə kollegiyası müvafiq dövlət sərhədini keçdiyi və alan-satan şəxsin bəlli olduğu halda, beynəlxalq yük daşımaya dair mübahisə üzrə buna dair heç bir sübut olmadan və ya əldə etmədən əsassız olaraq cavabdehi mülki məsuliyyətə cəlb etmiş və səthi olaraq aparılan araşd ırma nəticəsində qanunsuz bir qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
28. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Madd ə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.
31. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
32. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, hə m də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
33. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
34. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
35. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyats ızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
36. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
37. Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
38. Maddə
851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük al an əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəv i iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 i ddianın təmin olunması hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquq i məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayət i üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhk əmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
59. Beləli klə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1686/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.