Məhkəmə qərarları › İş №2(102)-1194/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1194/2022

06.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1194/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə və 4 saylı Ərazi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1573/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı

1. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Şəki şəhəri 18 nömrəli orta məktəbdə müəllimə işlədiyi müddətdə Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən ixtisası üzrə Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktorunun 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə İddiaçı ilə Şəki şəhəri 17 nömrəli tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir.

2. İddiaçı əsassız olaraq işdən azad edildiyini göstərərək aşağıdakı tələblərlə məhkəməyə mür aciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmri ləğv edərək, əvvəlki iş yeri olan cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbə müddətsiz olaraq ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edib, məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqısının 4 saylı Oğuz Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin, Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 14 sentyabr 2016-cı il tarixli, 45 nömrəli əmrinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində ikinci iş yeri kimi dərs deməsinə icazə verilmiş, Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 01 iyun 2017-ci il tarixli, 606 nömrəli əmrinə əsasən 01 iyun 2017-ci il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbi İddiaçı əsas iş yeri, Şəki şəhər 18 nömrəli tam orta m əktəbi isə onun ikinci iş yeri hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş 08 iyun 2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş 23 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin məktəbdə işlədiyi müddətdə öz işinin öhdəsindən lazımınca gəlmişdir. Lakin, buna baxmayaraq, hər hansı bir qanuni əsas olmadan və ona xə bərdarlıq edilmədən əsassız olaraq 12 iyun 2020-ci il tarixli əmrlə 16 iyun 2020-ci il tarixdən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə İddiaçı işdən azad edilmişdir. Halbuki iddiaçı işdən çıxarılması ilə bağlı heç bir qanun pozuntusuna yol verməmiş, İddiaçı ilə cavabdeh məktəbin arasındakı əmək münasibətinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edə biləcək heç bir sənəd də mövcud deyildir. Bir sözlə Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin İddiaçı işdən azad edilməsi ilə bağlı 12 iyun 2020-ci il tarixdə verdiyi əmri tam qanunsuz və əsassızdır. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O həmin məktəbdə işlədiyi müddətdə öz işinin öhdəsindən lazımınca gəlmişdir. Lakin, buna baxmayaraq, hər hansı bir qanuni əsas olmadan və ona xəbərdarlıq edilmədən əsassız olaraq 12 iyun 2020-ci il tarixli əmrlə 16 iyun 2020-ci il tarixdən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə İddiaçı işdən azad edilmişdir. Halbuki iddiaçı işdən çıxarılması ilə bağlı heç bir qanun pozuntusuna yol verməmiş, İddiaçı ilə cavabdeh 5. 6. 7. 8. məktəbin arasındakı əmək münasibətinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edə biləcək heç bir sənəd də mövcud deyildir. Bir sözlə Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin İddiaçı işdən azad edilməsi ilə bağlı 12 iyun 2020-ci il tarixdə verdiyi əmri tam qanunsuz və əsassızdır. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktoru Nümayəndə1 birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, o, Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktorudur. Həmin vəzifəyə 08 yanvar 2020-ci il tarixdə təyin edilmişdir. İddiaçı 14 sentyabr 2016-cı il tarixdən həmin məktəbdə ikinci iş yeri kimi riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Həmin vaxt İddiaçı ilə müddətsiz əsaslarla müqavilə bağlanılmış, lakin, sonradan, yəni 2019-cu ilin oktyabr ayında İddiaçı ilə müddətli əsaslarla əmək müqaviləsi bağlanılmışdır. İddiaçı onun 12 iyun 2020-ci il tarixli əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə 16 iyun 2020-ci il tarixdən vəzifəsindən azad etmişdir. Bununla bağlı əmr iddiaçıya elan edilmiş və iddiaçıya son haqq-hesabı da verilmildir. İddiaçı işlədiyi müddətdə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Cavabd eh 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi Nümayəndə3 birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, İddiaçı Şəki şəhəri 17 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi işləsə də, onun həmin məktəbdə müddətsiz əsaslarla işləməsi barədə hər hansı bir əmr verilməmişdir. Həmçinin, Təhsil Şöbəsinin məktəbə müəllim təyin etmə səlahiyyəti yoxdur. Əmri məktəb direktoru verməlidir. İddiaçı həmin məktəbdə müddətli əsaslarla müəllim işləmiş və əmək müqaviləsinin müddəti başa çatdığına görə işdən azad edilmişdir. Buna görə də iddianı qəbul etmir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 08 sentyabr 2020-ci il tarixli, 2(075)-1025/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqavi ləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki iş yeri olan cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə müddətsiz əsasla ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilmiş, məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqısı 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə 15 sentyabr 2016-cı il tarixdən riyaziyyat müəllimi təyin edilərkən onunla müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmışdır. Lakin, 3 ildən artıq müddət keçdikdən sonra İddiaçı ilə müddətli əmək müqaviləsi bağlansa da, İddiaçı ilə məktəb arasında müddətli əmək müqaviləsinin bağlanmasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin hansı hallarda müəyyən müddətə bağlanıla bilməsi dəqiq olaraq sadalanmışdır. Həmçinin, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində işləməsi ilə bağlı müddət müəyyən edilmiş əmr verilərkən həmin əmrdə İddiaçı ilə müddətsiz deyil, hansı əsaslara görə müddətli əmək müqaviləsi bağlanması göstərilməmiş, həmin tarixdən sonra müddətli əsasla və hansı müddətə əmək münasibətlərinin davam etdirilməsini nəzərdə tutan əmək müqaviləsi nə iddiaçı, nədə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı da həmin münasibətləri n müddətli olması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əsasların olmadığı müəyyən edilmişdir. Bundan başqa Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktoru tərəfindən İddiaçı vəzifəsindən azad edilməsi barədə verdiyi əmrdə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin müddətinin məhz 16 iyun 2020-ci il tarixdə bitdiyi əsaslandırılmamışdır. Beləliklə də, cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında müddətli əmək müqaviləsinin bağlanması əsas götürülərək Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmri ilə İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə istinad edilərək 16 iyun 2020-ci il tarixdən işdən azad edilmişdir. Halbuki, cavabdeh tərəfdən iddiaçı ilə aralarındakı əmək münasibətlərinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edəcək heç bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktoru əmək qanunvericilinin tələblərini pozaraq İddiaçı işdən azad edilməsi barədə əmr vermişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin göstərilən tələblərinin pozulması ilə xitam verilən əmrlər qanunauyğun hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) 26 noyabr 2020-ci il tarixli, 2(107)-2283/2020 nömrəli qətnaməsi ilə cavabdeh Şəki şəhəri 17 saylı tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməs inin 08 sentyabr 2020-ci il tarixli, 2(075)1025/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın rədd edilməsi qət edilmişdir.

10. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsi təqdim olunmasa belə, əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişi vardır. Həmin bildirişin olması iddiaçı ilə müddətli bağlanmış müqavilənin mövcudluğunu sübut edir. İşdən görünür ki, iddiaçının işdən azad olunmasına əsas əmək müqaviləsinin müddətinin başa çatması olmuşdur. Bununla bağlı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktorunun 12 iyun 2020-ci il tarixli 181 nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən bağlanmış əmək müqaviləsinə 16 iyun 2020-ci i l tarixdən xitam verilmişdir. Kollegiya hesab etmişdir ki, cavabdehin 12.06.2020-ci il tarixli 181 nömrəli əmri qanuni və əsaslı olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) 2(102)-2707/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2283/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müddəti müəyyən edən müqavilənin olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyindən fərqli mövqedən çıxış edərkən heç bir mötəbər sübuta istinad etməmiş, mövqeyini yalnız formal mülahizələr və aid olmayan sübutlarla əsaslandırmağa çalışmışdır. Yaranmış halda apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə mövcud deyil, işəgötürənin birtərəfli qaydada vermiş olduğu əmri və ya əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişinin mövcud olması tərəflərin iradə ifadələrini müəyyən edən müqaviləni əvəz edə bilməz. Qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada m üəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 07 oktyabr 2021-ci il tarixli, 2(107)-1573/21 nömrəli qətnaməsi ilə Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(075)-1025/2020 saylı qətnaməsi cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sax lanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

15. Şəki şəhəri 17 nömrəli tam orta məktəbi kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı 16.09.2019-cuil tarixdən 14 iyun 2020-ci il tarixədək Şəki şəhəri 17 saylı tam orta məktəbdə müddətli riyaziyyat müəlliməsi vəzifəsinə təyin edilmişdir. Müqavilənin müddəti bitdiyində n cavabdehin, həmin müqaviləyə xitam verməsi qanuni olmuşdur. Təhsil sistemində formalaşmış qaydaya əsasən əsas iş yeri ilə bağlanmış müqavilənin müddətsiz olması mümkün və adi olduğu halda ikinci iş yeri ilə bağlanmış müqavilə müddətsiz ola bilməz. Müddətli bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqdan sonra həmin əmək müqaviləsinə xitam vermək tərəfin hüququdur. 23.10.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zülhəccə əlavə iş yeri kimi 16 sentyabr 2019-cu il tarixdən 14 iyun 2020-ci il tarixədək Cavabdeh1də müddətli riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi əmək müqaviləsi təqdim olunmasa belə əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişi vardır. Həmin bildirişin olması iddiaçı ilə müddətli bağlanmış müqavilənin mövcudluğunu sübut edir. İddiaçının işdən azad olunmasına əsas əmək müqaviləsinin müddətinin başa çatması olmuşdur. Bununla bağlı Şəki şəhəri 17 nömrəli orta məktəbinin direktorunun 12 iyun 2020-cı ıl tarixli ərinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən bağlanmış əmək müqaviləsinə 16 iyun 2020-cı il tarixdən xitam verilmişdir. Cavabdehin 12.06.2020-ci il tarixli əmri qanuni və əsaslı olmuşdur. Məhkəmə tərəfindən MPM-nin 221.7-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin qanunun mənasına görə qətnamə iş üzrə müəyyən edilmiş, həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətbiq olunmuş, sübutlarla əsaslandırmalıdır. Məhkəmə Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Belə ki, həmin Məcəlləyə görə Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən və ya 5 ilədək (müddətli) bağlana bilər.İddiaçının əsas işə yeri Şəki şəhəri 18 nömrəli məktəbdir. İddiaçı ilə 2016-cı ildən mütamadi olaraq hər il sentyabr ayının 15-dən iyun ayının 15-dək müddətli müqavilə bağlanmış və ona əmək haqqı ödənilmişdir. Lakin iddiaçıya müqavilənin müddəti bitdikdən sonra yay müddəti üçün əmək haqqı pulu verilməmiş və iddiaçı da bunu tələb etməmişdir. Həmin məbləği iddiaçının tələb etməməsi onu göstərir ki, iddiaçı onunla müddətli əmək müqaviləsi bağlandığını bilib və ona görə də həmin məbləği tələb etməyib. Çünki mü ddətli əmək müqaviləsi ilə işləyənlərə müqavilənin müddəti bitdikdən sonra xitam verilir və ona məzuniyyət pulu verilmir.

17. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin verdiyi kassasiya şikayətinin dəlilləri ilə eyni məzmundadır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz göndərərək, onların təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(107)-1573/21 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Etiraz onunla əsaslanadırılmışdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisəsiz halı ondan ibarətdir ki, Şəki şəhər 17 saylı tam o rta məktəblə iddiaçının arasında yalnız bir əmək müqaviləsi bağlanmışdır və bu müqavilə 15 sentyabr 2016-cı il tarixində bağlanmış müddətsiz əmək müqaviləsidir. Həmin müqavilədən başqa iddiaçı ilə cavabdeh arasında hər hansı yeni və yaxud həmin müqavilənin şərtlərinin dəyişdirilməsi barədə əmək müqaviləsi bağlanmamışdır. Təhsil sistemində əsas iş yeri ilə bağlanmış müqavilənin müddətsiz olması mümkün və adi olduğu halda ikinci iş yeri ilə bağlanmış müqavilə müddətsiz ola bilməməsinin təhsil sistemində formalaşmış qayda olması barədə cavabdehlərin mülahizələri əmək qanunvericliyinə ziddir. Belə ki, mülahizədən başqa bir şey olmayan və cavabdehlərin irəli sürdüyü qayda normativ hüquqi akt deyildir. Ümumiyyətlə əmək müqaviləsi bildirişi anlayışı qanunvericiliyə 27 dekabr 2013-cü il tarixli, 8 75İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin qüvvəyə minməsi” adlı 49-cu maddəsi isə yeni redaksiyada verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

21. Maddə

2. Hissə

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

22. Maddə

3. Hissə

2. İşçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fizikişəxsdir.

23. Maddə

3. Hissə

3. İşəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin ( müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

24. Maddə

8. Hissə

1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.

25. Maddə

8. Hissə

2. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyriiş günləri də daxildir.

26. Maddə

45. Hissə

1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45- ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müd dətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

27. Maddə

45. Hissə

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

28. Maddə

45. Hissə

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

29. Maddə

47. Bənd f. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

30. Maddə 58, hissə

1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi ə sas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

31. Maddə 58, hissə

4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

32. Maddə

68. Hissə

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam v erilə bilər.

33. Maddə

300. Hissə

1. İşəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

40. Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 14 sentyabr 2016-cı il tarixli, 45 nömrəli əmrinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə ikinci iş yeri kimi dərs deməsinə icazə verilmiş, Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 01 iyun 2017-ci il tarixli, 606 nömrəli əmrinə əsasən 01 iyun 2017-ci il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbi İddiaçı əsas iş yeri, Şəki şəhər 18 nömrəli tam orta məktəbi isə onun ikinci iş yeri hesab edilmişdir. İddiaçı 15 sentyabr 2012-ci il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləmiş və o, 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktorunun 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə İddiaçı ilə Şəki şəhəri 17 nömrəli tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir.

41. Eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə 15 sentyabr 2016-ci il tarixdən rizaziyyat müəllimi təyin edilərkən onunla müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmışdır. Lakin, 3 ildən artıq müddət keçdikdən sonra İddiaçı ilə müddətli əmək müqaviləsi bağlansa da, İddiaçı ilə məktəb arasında müddətli əmək müqaviləsinin bağlanmasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində işləməsi ilə bağlı müddət müəyyən edilmiş əmr verilərkən həmin əmrdə İddiaçı ilə müddətsiz deyil, hansı əsaslara görə müddətli əmək müqaviləsi bağlanması göstərilməmiş, həmin tarixdən sonra müddətli əsasla və hansı müddətə əmək münasibətlərinin davam etdirilməsini nəzərdə tutan əmək müqaviləsi nə iddiaçı, nədə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

42. Bundan başqa Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktoru tərəfindən İddiaçı vəzifəsindən azad edilməsi barədə verdiyi əmrdə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin müddətinin məhz 16 iyun 2020-ci il tarixdə bitdiyi əsaslandırılmamışdır. Belə liklə də, cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında müddətli əmək müqaviləsinin bağlanması əsas götürülərək Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmri ilə İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə istinad edilərək 16 iyun 2020-ci il tarixdən işdən azad edilmişdir. Halbuki, cavabdeh tərəfdən iddiaçı ilə aralarındakı əmək münasibətlərinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edəcək heç bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktoru əmək qanunvericilinin tələblərini pozaraq İddiaçı işdən azad edilməsi barədə əmr imzalamışdır.

43. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş və həmin müqav ilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə mövcud deyil, işəgötürənin birtərəfli qaydada vermiş olduğu əmri və ya əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişinin mövcud olması tərəflərin iradə ifadələrini müəyyən edən müqaviləni əvəz edə bilməz. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.

44. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilə nin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

45. Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmə k vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

46. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdi rilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər.

47. Bu baxımdan hazırkı iş üzrə 1 illik müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

49. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Kollegiya, iddiaçı ilə Şəki şəhəri 17 saylı tam orta məktəb arasında bağlanmış 15.09.2016-cı il tarixli əmək müqaviləsinin surətində müqavilənin müddətsiz bağlanması haqqında qeydin birinci instansiya məhkəməsinin 25.08.2020-ci il tarixli iclasında iştirak edən cavabdeh məktəbin direktoru tərəfindən də etiraf ol unduğunu, Əmək Məcəlləsinin 58-ci maddəsində əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə həmin maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəaların şamil edildiyini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1573/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar