Məhkəmə qərarları › İş №2(102)-1195/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1195/2025

07.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1195/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə) 07.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı istifadə hüququ tanınmaqla fərdi yaşayış evinə köçürülmələri tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-356/2025 nömrəli 23 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmi ş kassasiya şikayətinə 07 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh övladlarıdır. İddiaçılar Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmaqla həmin fərdi yaşayış evinə köçürülmələrini tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınma qla həmin fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini valideynləri X2 və Cavabdeh birgə nikah dövründə öz vəsaitləri hesabına tikdirmişlər. Onlar sözügedən fərdi yaşayış evində yaşamış və əşyalarını orada yerləşdirmişlər. Hazırda valideynlərinin nikahları pozulmuş və ataları Cavabdeh həmin evdə onların yaşamalarına imkan verməmişdir. Cavabdeh onların əmlak üzərində istifadə hüquqlarını məhdudlaşdıraraq hüquqazidd addımlar atmışdır. Halbuki, onlar həmin evdə yaşamış və uşaqlıqları orada keçmişdir. Göstərdiklərini nəzərə alaraq, Sabirabad rayonu Qəzli kəndi ərazisində yerl əşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmaqla həmin fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər.

4. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1881/2024 nömrəli qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia rədd edilmişdir.

5. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 mübahisəli torpaq sahəsini qardaşı Cavabdeh bağışlamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş DİN-nin yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından məlum olmuşdur ki, İddiaçı2, X2 və İddiaçı1 14 aprel 2022-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin özlərinə və Cavabdeh məxsus olması, özlərinin və cavabdehin həmin fərdi yaşayış evin mülkiyyətçisi olmaları barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər.

7. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçıların qeyd olunan fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmaqla həmin fərdi yaşayış evinə köçürülmələri barədə tələbləri əsassızdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci madddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə ye ni qətnamə çıxarılmasını xahiş etmişlər.

10. Şikayət onunla əsaslandırılmışdır ki, onlar cavabdeh övladlarıdır. Qanunun tələbinə əsasən onun yaxın qohumları hesab edilməklə ona məxsus Sabirabad rayonu, Qəzli kəndi ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçülməkləri əsaslıdır. Lakin, məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmiş, hüquqlarını kobud surətdə pozmuşdur. Onlar sözügedən fərdi yaşayış evində yaşamış, əşyalarını orada yerləşdirmiş, həmin evdən daimi olaraq istifadə etmişlər. Cavabdeh sözügedən mübahisə predmeti olan fərdi yaşayış evində onların yaşamaqlarına imkan verməmiş, mübahisəli əmlak üzərində istifadə hüquqlarının məhdudlaşdırılmasına yönələn hüquqazidd addımlar atmışdır. Hazırda valideynlərinin nikahı poz ulduğundan cavabdeh (ataları) onların sözügedən evdə yaşamaqlarına icazə verməmişdir. Halbuki, həmin əmlakda onlar uzun illərdir ki yaşamış, uşaqlıqları da həmin evdə keçmişdir. Məhkəmə isə bu faktları gözardı edərək iddia tələbinin rədd edilməsini ümumiyyətlə əsaslandıra bilməmişdir. Belə olduğu halda, əsassız olaraq qəbul edilmiş məhkəmə aktı ləğv edilməlidir. Onlar ailə üzvü olan atalarına məxsus evdən istifadə etmək istəmiş, lakin cavabdeh Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-457/2024 saylı qərardadı ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçməkdən imtina etməsini, X1 Cavabdeh məxsus Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hər hansı tələb irəli sürməməsini, həmin evə dair sahiblik, istifadə və əmlak tələbindən imtina etməsini əsas gətirmiş, onların həmin fərdi yaşayış evinə dair hüquqlarının olmadığını bildirmişdir. Halbuki, sözügedən qərardad onların valideynləri arasında bağlanılmış, razılıq əldə edilən zaman onların iradə ifadələri nəzərə alınmamışdır. Həmçinin, cavabdeh özü də etiraf etmişdir ki, onlar həmin evdən birlikdə istifadə etmiş, yaşamışdırlar. Bu gün isə qərardadın olması əsası ilə evə buraxılmadıqlarını təsdiq etmişdir. Beləliklə, cavabdehin etirafı üzrə onların mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etməkləri və hüquqlarının olması faktı öz təsdiqi tapmış, məhkəmə isə bu faktları qəbul etməkdən, buna uyğun yekun akt qəbul etməkdən yayınmışdır. 11.Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şə xs X6 izahat verərək bildirmişdir ki, cavabdeh qardaşıdır. Təxminən 2-3 ay olar ki, cavabdeh ondan pul götürərək torpaq sahəsini mülkiyyətinə keçirmişdir. İddiaçılar həmin evə ev tikilib hazır olandan sonra cəmi 1-2 dəfə gəlib-getmişdirlər. İddiaçılarla münasibəti normal olmuşdur. Ədalətli qərar qəbul edilməsini xahiş edir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-356/2025 nömrəli 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Mahir Əsədli-sədrlik edən və məruzəçi, Tofiq Heydərov və Aytən Novruzova) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə ha qlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarını tətbiq etməmiş, eyni zamanda iddia tələbinin mübahisəli evə istifadə hüququnun tanınması hissəsinə münasibət bildirməmiş və iddia tələbini tam rədd etmişdir.

14. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisə predmeti olan yаşаyış evini 2006-cı ildə daimi olaraq tərk edərək analarının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən mənzilə köçmüşlər. Bu günə qədər də orada yaşayırlar.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiаçıların köçmək istədiyi yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2006-cı ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmasa da, evin yerləşdiyi tor paq sahəsi cavabdehin mülkiyyətində olmuş, sonradan onu qardaşı X3 bağışlamışdır. (X7 apelyasiya mərhələsində 3-cü şəxs kimi cəlb edilmişdir). Mübahisəli fərdi yaşayış evi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Yəni yaşayış evi cavabdehin sahibliyində və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2(011)-457/2024 saylı qərardadı ilə Cavabdeh X2 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçməkdən imtina etmişdir. X2 isə Cavabdeh məxsus Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hər hansı tələb irəli sürməmiş, həmin evə dair sahiblik, istifadə və əmlak tələbindən imtina etmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin barışıq sazişi ilə də təsdiq edilmişdir ki, Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi cavabdehə məxsus olmuşdur. Sonradan cavabdeh mübahisəli torpaq sahəsini formal olaraq qardaşına bağışlasa da işin bu halı mübahisənin mahiyyəti üzrə həll edilməsinə mane olmur.

18. Məhkəmən kollegiyasının qənaətinə görə belə olan halda, mübahisə qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir.

19. Məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçılar cavabdehin ailə üzvü kimi bir müddət birlikdə həmin evdə yaşadığından iddiaçıların mübahisəli evə istif adə hüququ yaranmışdır.

20. Bununla belə, məhkəmə tərkibi qeyd etmişdir ki, iddiaçılar 2006-cı ildən daimi olaraq Bakı şəhərinə köçərək analarına məxsus evdə yaşadıqlarından, həmin vaxtdan mübahisəli evdə yaşamadığından, onların mübahisəli evdən yaranmış istifadə hüququna xitam verilmişdir.

21. Beləliklə də, müəyyən olunmuşdur ki, iddiaçıların anasının xüsusi mülkiyyətində Bakı şəhərində mənzili mövcuddur. İddiaçılar 2006-cı ildən davamlı olaraq (məhkəmə iclasında iddiaçıların nümayəndəsinin izahatı ilə hər hansı maneə olmadan yaşadığını təsdiq etmişdir. Eyni zamanda qeyd etmişdir ki, iddiaçıların məqsədi oraya daimi köçüb yaşamaq deyil. Orada sadəcə olaraq xatirələri var deyə yay aylarında həmin evdən müvəqqəti olaraq zəruri yaşayış ehtiyaclarını təmin etmək üçün istifadə etmək istəyirlər ) anasına məxsus mənzildə yaşayırlar. Belə olan halda isə onların cavbdehin mülkiyətində olmuş torpaq sahəsində olan fərdi yaşayış evinə dair hazırkı iddiasının təmini hüquqdan sui-istfadə olmaqla yanaşı, həm də mülkiyyətə əsassız müdaxiləni təşkil etmiş olardı.

22. Eyni zamanda məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçıların başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olduğu halda, mübahisəli evə istifadə hüququnun tanınması və köçürülməsi tələbinin təmin edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 26, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 11.1, 146.1, 146.2, 228.1, 228.2, 228.5, 152.1-ci maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Mə cəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. İddiaçılar (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçıların valideynlərinin nikahı pozulduğundan cavabdeh (ata) onların sözügedən evdə yaşamaqlarına icazə vermir. İddiaçıların ailə üzvü kimi atalarına məxsus əml akdan istifadə hüququ mövcud olsa da, bu hüquqların realizəsində manələrlə rastlaşırlar.Cavabdeh Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2(011)-457/2024 saylı qərardadı ilə Cavabdeh X2 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçməkdən imtina edir, həmin evdən 1 ay müddətində pasport qeydiyyatından çıxacağına söz verir. X2 isə Cavabdeh məxsus Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hər hansı tələb irəli sürmür, həmin evə dair sahiblik, istifadə və əmlak tələbindən imtina etməsini əsas gətirmiş, bizim həmin fərdi yaşayış evinə dair hüquqlarımızın olmadığını bildirmişdir. Halbuki, sözügedən qərardad iddiaçıların valideynlərinin arasında bağlanı lmış, razılıq əldə edilən zaman iddiaçıların (övladların) iradə ifadəsi nəzərə alınmamışdır. Həmçinin, cavabdeh özü də etiraf etmişdir ki, onlar həmin evdən istifadə etmiş, birlikdə yaşamışlar. Bu gün isə qərardadın olması əsası ilə evə buraxılmadıqlarını təsdiq etmişdir. Beləliklə, cavabdehin etirafı üzrə hazırki mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etmələri və hüquqlarının olması faktı öz təsdiqi tapmış, məhkəmə isə bu faktları qəbul etməkdən, buna uyğun yekun akt qəbul etməkdən yayınmışdır.

26. Həmçinin Cavabdeh məhkəmə prosesi zamanı etirazında da qeyd etmşdir ki, iddiaçılar Sabirabad rayonu, Qəzli kəndi ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində yaşamış, birlikdə həmin evdən istifadə etmişlər. Cavabdehin etir afı və iddiaçıların məhkəməyə təqdim etdiyi sübutlar üzrə iddia tələbinin əsaslı olması öz təsdiqini tapmışdır. Məhz bu xüsusata əsasən iddia məhkəmə qaydasında təmin edilməlidir.

27. Kassator şikayətini Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 123-cü maddələrinə, A.Kərimov və qeyrilərinin şikayəti üzrə xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

29. Maddə 13 (hissə 1) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə

26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdaf iə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir.

31. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tə nzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

33. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

34. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

35. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifa də hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

37. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ər in, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

38. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Apellyasiya instansiya məhkəmsi işin halları baxımından haqlı olaraq qeyd etmişdir ki, iddiaçıların anasının xüsusi mülkiyyətində Bakı şəhərində mənzili mövc uddur. İddiaçılar 2006cı ildən davamlı olaraq (məhkəmə iclasında iddiaçıların nümayəndəsinin izahatı ilə hər hansı maneə olmadan yaşadığını təsdiq etmişdir. Eyni zamanda qeyd etmişdir ki, iddiaçıların məqsədi oraya daimi köçüb yaşamaq deyil. Orada sadəcə olaraq xatirələri var deyə yay aylarında həmin evdən müvəqqəti olaraq zəruri yaşayış ehtiyaclarını təmin etmək üçün istifadə etmək istəyirlər) anasına məxsus mənzildə yaşayırlar. Belə olan halda isə onların cavabdehin mülkiyətində olmuş torpaq sahəsində olan fərdi yaşayış evinə dair hazırkı iddiasının təmini hüquqdan sui-istfadə olmaqla yanaşı, həm də mülkiyyətə əsassız müdaxiləni təşkil etmiş olardı.

50. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Beləliklə də, mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının, 2(106)-356/2025 nömrəli, 23 yanvar 2025 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar