Məhkəmə qərarları › İş №2(102)-3782/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3782/2025

12.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3782/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3763/2025 nömrəli 20 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakılarıları müəyyən müəyyən etdi: İşin halları

1. Nərimanov rayon X10 013455 saylı xx.xx.1991-ci il tarixli orderə əsasən, Yusif-zadə 51/59 ünvanında yerləşən 29 saylı mənzil X8 (6 nəfər ailə üzvü ilə birgə) istifadəsinə verilmişdir.

2. X15 26 iyun 2022-ci il tarixdə vəfat etdikdən sonra, iddiaçı həmin mənzilin hazırkı iş üzrə Cavabdeh adına özəlləşməsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində razılıq ərizəsi vermişdir.

3. X16 xx.xx.2023-cü il tarixli, 7 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisində verdiyi ərizə ilə mübahisəli mənzilin X1 adına özəlləşməsinə etiraz etməmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)2761/2023 nömrəli qətnaməsi ilə, İddiaçı ilə X6 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış, 1101 nömrəli akt ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində aliment cavabdeh X4 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. 5. ünvan 1 ünvanda yerləşən 29 saylı mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir.

6. İddiaçı və X11, ünvan 2 ünvanında yerləşən 29 saylı mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdd iaçı, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X9 ünvan 3 ünvanında yerləşən evə (mənzilə) istifadə hüquqlarının tanınması və həmin evə (mənzilə) köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 dekabr 2010-cu ildə rəsmi nikaha daxil olmaqla X16 ilə evlənmiş və həmin vaxtdan ünvan 4 ünvanına gəlin köçərək, cehiz əşyalarını da həmin mənzilə yerləşdirmişdir. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X17 adlı uşaqları doğulmuşdur. X16 ilə nikahı pozulduqdan sonra, cavabdeh onu və iki azyaşlı uşaqlarını qeydiyyatda olduğu mənzildən güc tətbiq etməklə qovmuşdur. Baxmayaraq ki, həm cavabdehin, həm də uşaqlarının həmin mənzilə istifadə hüquqları tanınmışdır.

9. Məhkəmə iclasında i ştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək, iddiaçının həmin mənzili könüllü tərk etdiyini, mülkiyyətçi ilə arasında hər hansı bir razılığın olmadığını bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-510/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim X2) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin–qaynanasının ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Mübahisəli mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Bu baxımdan da iddiaçı həmin mənzildən istifadə hüq uqunun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. İddiaçı mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud olmadığından, İddiaçı mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.

12. Məhkəmə iddiaçının iddia tələbinin əsasını təşkil edən dəlilə - mənzil cavabdehin xüsusi mülkiyyətinə keçərkən iddiaçının notarial qaydada verdiyi ərizədə göstərdiyi qeydə münasibət bildirərək göstərmişdir ki, həmin qe yd iddiaçı ilə cavabdeh arasında mənzildən istifadənin razılaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın 49-cu bəndinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

13. Məhkəmə iddiaçının digər dəlilinə - iddiaçının mənzildən zorla çıxarılmasına dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, nə hazırkı mülki işə, nə də nikahın pozulması ilə bağlı işə baxılarkən iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

14. Məhkəmə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015- ci il təvəllüdlü X12 aid hissədə isə qeyd etmişdir ki, qanunvericliyin tələblərinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azyaşlılar yetkinlik yaşına çatmamış olmaqla anasının, hazırkı iş üzrə iddiaçının himayəsində saxlanılmışdır. Belə olan halda onların da həmin məznilə istifadə hüquqları tanına bilməz və mənzilə köçürülə bilməzlər.

15. Məhkəmə öz mövqeyini Azərbay can Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5 və 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.2-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarlarına istinadla əsaslandır mışdır.. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, ərizədə “qeydiyyatda olduğu Bakı, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 51/59 saylı evin 29 nömrəli mənzilinin X1 adına özəlləşməsinə həmin ünvanda qeydiyyatının ləğv olunmaması şərti ilə razıdır, etirazı yoxdur” qeyd edilmişdir. Birinci instansiya məhkəməsində işin obyektiv araşdırılması və iş üzrə əhəmiyyət kəsb edən və iddiaçının mübahisəli mənzilin hazırkı iş üzrə cavabdehin adına özəlləşməsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində verdiyi r azılıq ərizəsinə hüquqi qiymət verməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3763/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-510/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilsməsi, İddiaçı övladları xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X17 ilə birlikdə ünvan 3 ünvanında yerləşən evə (mənzilə) köçürülməsi, qalan hissədə iddia tələbinin rədd olunması qət edilmişdir.

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında sərgilənmiş hüquqi mövqeyə əsasən ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.

20. Məhkəmə mübahisənin mahiyyətini nəzərə alıb, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olan hüququnun tanınmas ından söhbət gedə bilməz.

21. Mübahisəli mənzil cavabdehin adına qeydiyyata alınarkən belə tərəflər arasındakı münasibətlər dəyişməmişdir. Yəni, mülkiyyətçi yenisi ilə əvəz edilməmişdir. İddiaçının isə köçməsini tələb etdiyi mənzilin cavabdeh X1 mülkiyyətinə keçməsinə razılıq verməsi onun həmin mənzilə olan istifadə hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı ilə cavabdehin oğlu 2010-cu ildə nikaha girərkən mərhum qaynataya münasibətdə də evlə bağlı münasibətlərin yaranması baş vermişdir. Tərəflərin nikahı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2761/2023 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Müddət etibarı ilə İddiaçı mənzil mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alındığı 2023-cü ildən idd iaçının cavabdehin oğlu ilə nikahının pozulduğu günədək mübahisəli mənzildə (birgə nikahdan doğulmuş X11 və X17 ilə birlikdə) yaşamışdır. Həmin mənzili müvəqqəti tərk eməsinə səbəb isə onunla keçmiş həyat yoldaşı və qaynanası arasında yaranan problemlər olmuşdur. Onun mənzildən çıxması başqa yaşayış sahəsinə sahib olması ilə bağlı deyil, məcburiyyət qarşısında qalması ilə bağlıdır, yəni, cavabdehin onun orada yaşamamasına imkan verməməsi səbəbindən evi tərk etmişdir. Bundan əlavə cavabdeh tərəfin də bildirməsinə görə iddiaçının cehiz əşyaları da hal-hazırda mübahisəli mənzildədir.

22. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, cavabdehin yaşadığı mənzilə dair hüquqi vəziyyəti və onun mənzilə münasibətdə statusu müxtəlif olmuşdur. Belə ki, xx.xx.1991-xx.xx.2023-cu il tarixlərdə mübahisəli mənzil dövlət mənzil fonduna aid olmuş və cavabdeh həmin mənzilin icarədarı olmuş, xx.xx.2023-cü il tarixdən isə mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Lakin mənzildən istifadə edilməsi ilə bağlı onların arasında münasibətlər cavabdehin ailə üzvü olan Rəhim Rüstəmovun uşaqları olmaqla doğulduqları 2012, 2015-ci il tarixlərdən mübahisəli mənzildə yaşamalarına baxmayaraq, həmin vaxt mənzilin cavabdehin mülkiyyətində olmaması və dövlət mənzil fonduna aid olması bu münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsini qeyri-mümkün edir.

23. Bundan başqa, özəlləşdirilmiş mənzilin mülkiyyətçisi, yalnız və yalnız həmin mənzildə faktiki yaşayan ailə üzvlərinin razılığı ilə mənzilə sərəncam verə bilər. Əks təqdirdə adına ö zəlləşdirilmə aparılmış şəxsin, buna razılıq vermiş ailə üzvlərinin ona olan güvən və etimadlarına zidd səkildə öz mülkiyyət hüququndan istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur. Halbuki, mənzilin cavabdehin mülkiyyətinə keçərkən belə iddiaçı razılıq ərizəsini həmin ünvanda qeydiyyatının və istifadəsinin ləğv olunmaması şərti ilə vermişdir.

24. Bu səbəbdən iddiaçının bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini haqlı olaraq tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən də qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçının həmin mənzilə köçürülmə sini qanunla istisna edən hər hansı maneə yoxdur. Keçmiş qaynana olan iş üzrə cavabdehin isə ona manelər yaratması qanuni və əsaslı hesab edilə bilməz.

25. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının həmin mənzildə yaşamaq üçün ora köçürülməsi barədə tələbi qanuni olmaqla sonuncu həmin mənzilə xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X17 (mülki qanunvericiliyin tələblərinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır) ilə köçürülməlidir. Sözügedən istifadə hüququna xitam verilməsi isə yalnız müvafiq kompensasiya verilməsi yolu ilə mümkün ola bilər.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.3 və 68.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanuna, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 5, 8 və 12-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlara düzgü n hüquqi qiymət verilməmişdir. Belə ki, şikayət olunan məhkəmə qətnaməsi yalnız iddiaçının formal mülahizələriilə əsaslandırılmış, lakin işdə olan mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarış sübut kimi qəbul edilməmişdir. Məhkəmə qanunla və dövlət tərəfindən qorunan və təminat verilən mülkiyyət hüquqlarını bərpa etmək yerinə, iddiaçının maraqlarını təmin etməkdən ötrü, mülkiyyət hüquqlarını pozan qətnamə qəbuletməsindən çəkinməmişdir.

29. İiddiaçı cavabdehin oğlu ilə xx.xx.2010-cu ildə nikaha daxil olaraq mübahisəli mənzilə köçməklə yaşamağa başlamış və cavabdehin oğlu ilə ailə münasibətləri pozulduğuna görə mənzili öz istəyi ilə tərk etmişdir. Məhkəmə isə mübahisəli hüquq münasibətindən əvvəl qüvvədə olmuş normalara istinad etməklə, maddi hüquq normalarının pozuntusu ilə bərabər prosessual pozuntuya da yol vermişdir.

30. Apellyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarı yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtadək yaranmış mübahisələrə aiddir. Həmçinin, məhkəmə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna istinad etməsi isə anlaşılmır. Bundan başqa, məhkəmənin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 8 və 12-ci maddələrinə istinad etməsi isə, həmin normalar da kirayəçinin ailə üzvlərinin razılığının tələb olunmasını ehtiva edir. Yəni, iddiaçının həmin mənzildə qeydiyyatda olması onun mülkiyyətçinin ailə üzvü kimi həmin mənzildə istifadə hüququnun əldə etməsi anlamına gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi

32. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

33. Maddə 68.

2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

34. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.

35. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə m üqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı:

36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İzah edilsin ki, icarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:

37. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:

38. Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

39. Maddə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

40. Maddə

8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

41. Maddə

12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəl illərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. Cavabdehı qızının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq nor masının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3763/2025 nömrəli iş üzrə 20 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar