Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2202/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: mənzilə köçürülmə 17.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 3)-1421/2025 nömrəli 21 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər keçmiş ər-arvaddır. Onlar 2006-cı ildə faktiki nikaha, xx.xx.2011-ci ildə isə rəsmi nikaha daxil olublar. Nikahdan iki uşaq – xx.xx.2009-cu il təvəllüdlü Elmar Atakişili və xx.xx.2011-ci il təvəllüdlü Bağcagül Atakişili doğulub. Nikah xx.xx.2024-cü il tarixli qətnamə ilə pozulub. Uşaqlar ana ilə birlikdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı övladları i lə birlikdə cavabdehlə birgə nikah zamanı tikilən, cavabdehin faktiki istifadəsində və sahibliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində yerləşən evə yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının xalası oğludur. Onlar faktiki olaraq 2006-cı ildə nikaha girərək ailə qurmuşlar, rəsmi nikahları isə 2011-ci ildə qeydə alınmışdır. İddiaçı gəlin olaraq Qobustan rayonu, Ərǝbqədim kəndinə köçmüşdür. Birgə nikahlarından 14 fevral 2009-cu ildə Elmar Atakişiyev və 31 yanvar 2011-ci ildə Bağçagül Atakişyeva adlı iki uşaqları doğulmuşdur. 2011-ci ildə cavabdehin işi ilə əlaqədar Qaradağ rayonu, Qobustan qəsəbəsinə köçmək məcburiyyətin də qalmışlar. Bu zaman əvvəlcə bir otaqlı ev tikərək yaşamağa başlamışlar. Sonra isə həmin evi sökərək yerində 2017-ci ildə çoxotaqlı ev tikmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində yerləşən həmin ev birgə nikah dövründə tərəflərin öz hesabına tikilmişdir. Həmin evin sənədi olmasa da, tərəflər həmin evdə uzun müddət yaşamışlar. Cavabdehlə iddiaçı arasında münasibətlər 2022-ci ildə korlandıqdan sonra, cavabdeh onu evdən qovmuşdur. Hal-hazırda faktiki olaraq Xaçmaz rayonunda valideyninin yanında qalmağa məcbur olmuşdur, övladları ilə birgə yaşamağa başqa yeri yoxdur. Halbuki uzun müddət mübahisəli evdə yaşamış və oradan istifadə hüququ əldə etmişdir. Həmin ərazidə yan-yana 2 ev mövcuddur. Həmin evlərdən biri Cavabdeh, digəri isə onun qardaşı TCavabdehdir. Cavabdeh mübahisəli evin və yerləşdiyi torpaq sahəsinin cavabdehin əmisi oğlu Ədalət Atakişiyevə məxsus olduğunu iddia etsə də, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 30 may 1995-ci il tarixli 425 saylı sərəncamı ilə Ədalət Atakişiyevə ayrılmış torpaq sahəsində tikilən ev Telmana məxsusdur, həmin ev 20 ilə yaxındır tikilmişdir. Mübahisə predmeti olan ev isə həmin torpaq sahəsindən kənarda qalmaqla cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində yerləşir. Qaradağ rayonu Qobustan Bələdiyyəsinin təqdim etdiyi arayışlardan məlum olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 600 kv.metr sahəsində tikilmiş ev Cavabdeh məxsusdur, Cavabdeh həmin torpaq sahəsinə görə vergi ödəyicisi kimi vergi ödəyir. Bir sözlə, birgə nikah dövründə tikilmiş ev Ədalət Atakişiyevin torpağında yerləşmir, onun vəsaiti ilə deyil, tərəflərin öz vəsaiti ilə inşa edilmişdir. Məhkəməyə təqdim edilmiş videodiskdə tərəflərin mübahisəli evdə ev mübarəki tədbiri keçirdikləri əks olunmuşdur, məclisə yığışan adamlar mübahisəli evin hazır olmağı münasibətilə onları təbrik etmişdir. Bundan başqa, kommunal xidmətlər cavabdehin adına olmuşdur. Evin tikintisində iştirak edən şahidlər də xərclərin Elman tərəfindən çəkildiyini təsdiq edir. Mübahisə predmeti olan ev özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunmuşdur. Ona görə də iddia əsaslı hesab olunmalıdır..
4. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, mübahisə predmeti olan evin nə iddiaçıya, nə də cavabdehə heç bir aidiyyəti yoxdur. Həmin evin yerləşdiyi torpaq sahəsi, həmçinin evin özü cavabdehin əmisi oğlu X9 məxsusdur. Sadəcə olaraq, Elmanın torpaq sahəsi və yaşayış evi almaq və ya tikmək üçün maddi imkanı olmadığına görə, Ədalət Atakişiyev yaxın qohum kimi insanlıq baxımından kömək etmək məqsədilə özünə məxsus torpaq sahəsi üzərində öz vəsaiti ilə tikdirdiyi evi müvəqqəti olaraq tərəflərin istifadəsinə vermişdir. Belə ki, Ədalət qəsəbədə imkanlı adam olduğuna və işləri çox olduğuna görə, onun sexində işləyən Elmana bir qohum kimi etibar etmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 30 may 1995-ci il tarixli 425 saylı sərəncamı ilə özünə ayrılmış 6 sot torpaq sahəsində olan birotaqlı evdə müvəqqəti qalmasına şərait yaratmış, sonradan orada çoxotaqlı ev inşa etməyi Elmana tapşırmış, bütün tikinti xərclərini özü ödəmiş, tikinti başa çatdıqdan sonra tərəflərə müvəqqəti olaraq orada yaşamağa icazə vermişdir. Tərəflər maddi imkansız olduğundan, onların öz vəsaiti ilə ev tikməsi mümkün deyildi. Lakin sonradan İddiaçı qadın adını ləkələyən hərəkətlərə yol verdiyi üçün tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş və iddiaçının özü evi tərk etmişdir. Belə ki, qonşular tərəfindən Elnurənin cavabdehə xəyanət etməsi və başqa şəxslərlə intim münasibətlərdə olması barədə Elmana məlumat verilmişdir. Cavabdeh bu məlumatların doğruluğunu, Elnurənin həqiqətən həmin şəxslə görüşüb-görüşmədiyini yoxlamaq üçün xx.xx.2022-ci il tarixində saat 20:00 radələrində işdən evə tez gəlmiş, həyətin giriş qapısını xeyli müddət döydükdən sonra qapının açılmadığını gördükdə həyətin arxa tərəfinə keçərək həyətə düşmüş, bu vaxt Elnurənin və onun görüşdüyü şəxsin evdən qaçaraq müxtəlif istiqamətlərə uzaqlaşdıqlarını görmüşdür. Cavabdeh Elnurənin ona həqiqətən xəyanət etdiyinin şahidi olmuşdur. Göründüyü kimi, Elnurəni heç kim qovmamış, onun özü evi bu cür rüsvayçılıqla tərk etmişdir. Bundan sonra, iddiaçının yaxın qohumları gələrək Elnurənin əşyalarını götürüb Xaçmaz rayonunda yerləşən ata evinə yerləşdirmişlər. Təbii ki, cavabdeh Elnurənin ona xəyanət etdiyini öz gözləri ilə gördüyü üçün iddiaçının cavabdehə nə zəng etməyə, nə də onunla görüşməyə üzü qalmışdır. İddiaçı hal-hazırda da Xaçmaz rayonunda valideynlərinə məxsus evdə yaşayır. Bu faktlar bir daha sübut edir ki, iddiaçı tərəfin bildirdiyi hallar tamamilə əsassızdır. Belə ki, iddiaçı özü xəyanət üstündə tutulduğuna görə evdən qaçaraq getmişdir. Hal -hazırda da iddiaçının daimi yaşayış yeri vardır. Belə bir şəxsin belə bir hərəkətdən, bütün qəsəbədə bilinən rüsvayçılıqdan sonra yenidən orada yaşaması gələcəkdə ağır cinayət hadisəsinin baş verməsinə səbəb ola bilər. Eyni zamanda bildirmək istəyir ki, mübahisəli evə nə iddiaçının, nə də Elnurənin aidiyyəti yoxdur. Ədalətə ayrılmış torpaq sahəsində Ədalətin vəsaiti ilə tikilmiş evə tərəflərin hər hansı hüququ tanına bilməz. Mübahisəli ev Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Ədalətə ayrılmış 6 sot torpaq sahəsində inşa edilmişdir, həmin torpaq sahəsi üzrə vergi ödəyicisi də Ədalət özüdür. Elman heç vaxt torpaq vergisi ödəməmişdir. İddiaçının nümayəndəsi təsdiq edir ki, torpaq vergisini iddiaçı tərəf özü ödəmişdir, ona görə də həmin ödəniş qəbzləri sübut kimi nəzərə alına bilməz. Qobustan Bələdiyyəsinin sonuncu arayışında mübahisəli ünvanda 6 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Ədalət Atakişiyevə məxsus olduğu, Elmana dair hər hansı sənədin və məlumatın olmadığı təsdiq olunur. İddiaçı tərəf Ədalətin torpaq sahəsində Telmanın evinin tikildiyini deyir, halbuki Telmanın evi 10 sotda yerləşir. Bundan başqa, mübahisəli evin bütün kommunal xidmətləri Ədalətin adınadır, müvəqqəti yaşadıqları dövrdə kommunal xidmətlər Elmanın adına olmuş, lakin iddiaçıya görə yaşanan rüsvayçılıqdan sonra Ədalət bütün kommunal xidmətləri öz adına keçirmişdir. Videodiskdə qeyd edilən təbriklərə gəldikdə, həmin disk tərəflərin oğlu Elmarın kiçik toy kasetidir, iddiaçı onu ev mübarəki tədbiri kimi qələmə verir, çıxış edənlər də uşağı təbrik edirlər, yalnız iddiaçı nın anası ev barədə danışır.
5. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 məhkəməyə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, mübahisəli ev və həmin yaşayış yerinin torpaq sahəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 30 may 1995-ci il tarixli sərəncamı ilə ona verilmişdir və özünə məxsusdur. Belə ki, Elman onun doğma əmisi oğludur. Elmanın Bakı şəhərində yaşayış yeri olmadığı üçün o, müvəqqəti olaraq həmin evi vermişdir. Bildirmək istəyir ki, torpaq sahəsində tikilən ev onun şəraiti hesabına tikilmişdir və ona məxsusdur. İddiaçı qadın adını ləkələyən hərəkətlərə yol verdiyinə görə onun cavabdehlə nikahına xitam verilmişdir. Buna görə o, tərəflərə həmin evdə yaşamağa icazə vermir. İddiaçının iddia ərazisində göstərdiyi fərdi yaşayış evi və torpaq sahəsi ona məxsusdur.
6. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X21 ifadə verərək bildirdi ki, iddiaçı onun baldızıdır, cavabdehi də onun həyat yoldaşı kimi tanıyır. Mübahisəli evi o, təxminən 2017-ci ildə hər ay gəlib getməklə tikmişdir. Ev dördotaqlıdır, evin tikintisi üçün ona təxminən 5-6 min manat ödənilmişdir, bu ödənişi Elman həyata keçirmişdir. Həmin vaxt Ədaləti görməmişdir. Evin tikintisi təxminən iki ilə yaxın zamanda başa çatmışdır. Torpaq sahəsi təqribən 6 sotdan ibarət olmuş, onun bildiyinə görə, həmin torpaq sahəsi Elman tərəfindən zəbt olunmuşdur, Elman həmin dövrdə fəhlə işləyirdi. Qonşuluqda olan, Elmanın qardaşı Telmana məxsus evdə də işləmişdir, Telmanın evinin yerl əşdiyi torpaq sahəsi isə təxminən 10-15 sot olar. Mübahisəli evin tikintisi zamanı tərəflər arasında müəyyən söz-söhbət olduğunun, Elmanın ailəsinə qarşı diqqətsiz olduğunun şahidi olmuşdur. Tərəflərin birgə nikahlarından olan uşağın kiçik toy məclisində də iştirak etmişdir, toy məclisi həmin evdə keçirilmişdir.
7. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, iddiaçının anası ilə ailəvi yaxındır. İddiaçı və cavabdehi də tanıyır. Tərəflərin yaşadıqları ev Qobustan qəsəbəsində yerləşir. Əvvəllər tərəflər birotaqlı evdə yaşamışlar, daha sonra Elman həmin torpaq sahəsində birotaqlı evi söküb dördotaqlı ev tikməyə başlamışdır. Evin tikintisi Valik tərəfindən həyata keçirilmişdir. Təxminən üç il əvvəl tərəflərin birgə nikahlarından olan uşaqlarının kiçik toyu həmin evdə keçirilmişdir, kiçik toy zamanı ev mübarəki də olmuşdur.
8. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X18 ifadə verərək bildirdi ki, o, iddiaçının qohumudur. Elnurə 2006-cı ildə Qobustan rayonuna gəlin köçmüşdür. Daha sonra tərəflər Elmanın işi ilə əlaqədar Qobustan qəsəbəsində birotaqlı ev tikərək orada yaşamışlar. Təxminən 2017-ci ildə Elman öz hesabına birotaqlı evi sökərək hazırda mübahisəli evin tikintisinə başlamışdır. Bu zaman usta Valik idi. O, Ədaləti ümumiyyətlə tanımır. Onun bildiyinə görə, torpaq sahəsi Elmanın olmuşdur. Eyni zamanda o, tərəflərin birgə nikahlarından olan uşaqlarının kiçik toyunda da iştirak etmişdir, toy məclisi həmin evdə keçirilmişdir.
9. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X29 ifadə verərək bildirdi ki, o, iddiaçının qardaşıd ır. Mübahisəli evin tikintisində iştirakı olmuş, bəzi işlərdə usta Valikə kömək etmişdir. Təmənnasız işləmiş, ödəniş almamışdır. Həmçinin, materialların alınmasında maddi deyil, mənəvi dəstəyi olmuşdur. Evin tikintisi 2017-ci ildə başlamışdır. Evə sərf olunan materialların xərci Elman tərəfindən ödənilirdi. Onda olan məlumata görə, həmin dövrdə Elman qohumu Ədalətə məxsus sexdə fəhlə işləyirdi. Kommunal ödənişlər Elmanın adına idi. Tərəflər ayrılan zaman xaricdə olmuşdur.
10. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o, həm iddiaçının, həm də cavabdehin xalasıdır. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev Elmanın əmisi oğlu Ədalətə məxsusdur. Tərəflər arasında ailə münasibətləri Elnurənin xəyanəti ucbatından pozulmuşdur. Elnurə əvv əlcə Qobustan rayonu, Ərəbqədim kəndinə gəlin köçmüşdür. Daha sonra Elman maddi imkansız olduğundan, Ədalət onu Qobustana işləməyə gətirmiş və özünə məxsus torpaq sahəsində olan birotaqlı daxmanı yaşamaq üçün Elmana vermişdir. Tərəflər həmin birotaqlı evə köçmüşlər. O da həmin birotaqlı evə qonaq kimi gəlib-getmişdir. Daha sonra Ədalət həmin torpaq sahəsində dördotaqlı ev tikdirmişdir. Evin tikintisi zamanı usta kimi Elmanın təklifi ilə Valik işləmişdir. Lakin ustanın və materialların pulunu Ədalət özü Elmana verirdi, şəxsən özü də buna şahid olmuşdur. Gündəlik 5-10 manata fəhlə işləyən Elmanın ev tikə bilməsi sual yaradır. Ədalət imkanlı şəxsdir, sadəcə öz əmisi oğlu Elmanın maddi imkanının olmadığını görüb yaxşılıq etmək istəmiş, həmin evi müvəqqəti olaraq ona yaşamağa vermişdir. Həmin 6 sot torpaq sahəsini Ədalət 1995-ci ildə almışdır. Telmanın evi isə kənarda yerləşir, onun torpaq sahəsi daha böyükdür, Telman həmin torpaq sahəsini Ədalətdən deyil, başqa şəxsdən almışdır. O, tərəflərin birgə nikahlarından olan uşaqlarının kiçik toyunda da iştirak etmişdir. Həmin gün ev təbriki olmamış, sadəcə olaraq uşağın sünnət toyu keçirilmişdir.
11. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, o, Elmanın əmisi oğludur. Atakişiyev Ədalət onun qardaşıdır. Mübahisəli torpaq sahəsi sənədlə qardaşı Ədalətə məxsusdur. Həmin torpaq sahəsində əvvəllər birotaqlı daxma olmuşdur, təxminən 2011-ci ildə Elman həmin daxmaya köçmüşdür. Sonradan Ədalətin özü üçün hazırkı mübahisəli evin tikintisi başlamışdır. Evin tikintisində Valik usta kimi iştirak etmişdir. Lakin Ədalətin öz vaxtı olmadığına görə ustanın pulunu, tikintinin bütün xərcini Elmana vermiş, Elman da həmin işləri görmüşdür. Hətta bəzi zamanlar Ədalət ona zəng vuraraq burada olmadığını və daş lazım olduğu üçün Elmana pul verməli olduğunu bildirmiş, şəxsən buna görə Elmana pul vermişdir. Elmanın ev tikməyə maddi imkanı olmamışdır. Tərəflər həmin evdə müvəqqəti yaşayıblar. Elmanın qardaşı Telman torpaq sahəsini Ədalətdən deyil, Etibar adlı şəxsdən almışdır. O, həmçinin tərəflərin birgə nikahlarından olan uşaqlarının kiçik toyunda da iştirak etmişdir.
12. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, Elmanın əmisi oğludur. Mübahisəli ev 1995-ci ildə sərəncamla Ədalətə verilmiş 6 sot torpaq sahəsində yerləşir. Həmin sərəncamda fərdi yaşayış evinin ti kilməsi üçün vaxt verilmiş, bu səbəbdən Ədalət əvvəlcə balaca daxma tikdirmişdir, yəni həmin torpaq sahəsində əvvəllər birotaqlı daxma olmuşdur. Elman həmin daxmaya köçmüş, sonradan Ədalət tərəfindən hazırki evin tikintisinə başlanmışdır. Evin tikintisində Valik usta kimi iştirak etmişdir, Valikin usta kimi işləməsini Elman təklif etmişdir. Lakin ustanın və bütün materialların pulunu Ədalət özü vermişdir. Ədalət pulu Elmana, bəzi hallarda Elmanın qardaşı Telmana, hətta ona da vermişdir. Lakin Ədalət hər zaman evin tikintisinə nəzarət etmişdir.
13. Belə ki, iş materiallarında olan 03-16-5/8-2xx-xx/2023 saylı nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X25 xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Quba regional Asan Xidmət Mərkəzinin Qeydiyya t şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Atakişiyeva soyadı verilmişdir.
14. İş materiallarında olan 3-16-5/7-69-299/2023 saylı doğum haqqında arayışdan görünür ki, X26 14 fevral 2009-cu il tarixdə Qobustan şəhərində anadan olmuşdur. Atakişili Elmarın atası Cavabdeh, anası X19r.
15. İş materiallarında olan 3-16-5/7-69-300/2023 saylı doğum haqqında arayışdan görünür ki, X14 31 yanvar 2011-ci il tarixdə Qobustan şəhərində anadan olmuşdur. Atakişili Bağcagülün atası Cavabdeh, anası İddiaçıdır.
16. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 adın a Qobustan rayonunun Ərəbqədim kəndində JN 0032 nömrəli dövlət aktına əsasən 12.34 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin Cavabdeh adına İdarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak barədə məlumat aşkar edilməmişdir
17. İş materiallarında olan "xxxx" MMC Xaçmaz 4 saylı PŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanı üzrə bələdiyyə torpaq vergisi üçün Cavabdeh adından Qobustan Bələdiyyəsinə ödəniş edilmişdir.
18. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin arayış İddiaçı verilmişdir ona görə ki, həqiqətən Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 600 kv.m torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən qanunsuz şəkildə tikilmiş yaşayış evi mövcuddur, bu torpaq sahəsi Qaradağ rayonu Qobustan bələdiyyəsinin mülkiyyətindədir. Cavabdeh bələdiyyə mülkiyyətində tikdiyi ev bələdiyyənin uçotundadır və Cavabdeh bələdiyyəyə vergi ödəyicisidir.
19. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən verilmiş 2024-cü il üçün yerli (bələdiyyə) vergiləri üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivi ünvanı üzrə vergi ödəyicisi X12r.
20. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən və Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 425 saylı, xx.xx.1995-ci il tarixli “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması haqqında” sərəncamının surətindən görünür ki, X13 fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsi, 1-ci massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilməsinə, fərdi yaşayış evinin tikintisinin üç il müddətinə başa çatdırılmasına dair sərəncam verilmişdir.
21. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilən sənədlərdən, o cümlədən Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerləşmə sxeminin surətindən görünür ki, "xxxx" MMC tərəfindən hazırlanmış layihənin sifarişçisi X12r, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 600 kv.m torpaq sahəsində X9 məxsus fərdi yaşayış evi mövcuddur.
22. İş materiallarında olan "xxxx" MMC-nin fiziki və h üquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair xx.xx.2012-ci il tarixli hesabat cədvəlinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında yerləşən tikintinin sahibi X2r. Həmin hesabat cədvəlinə əlavə edilmiş və Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerləşmə sxeminin surətindən görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 1000 kv.m torpaq sahəsində X3 məxsus fərdi yaşayış evi mövcuddur.
23. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 26/BB saylı məktubundan görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A yaşayış massivində yerləşən Cavabdeh qanunsuz istifadə etdiyi 600 kv.m torpaq sahəsi Qobustan bələdiyyəs inin mülkiyyətindədir. Qanunsuz torpaqda ev inşa edilmişdir. Qobustan bələdiyyəsində həmin torpaq sahəsinin Cavabdeh və digər fiziki şəxsin adına ayrılması barədə heç bir rəsmi sənəd mövcud deyildir. xx.xx.2018-ci il tarixində Cavabdeh vergi ödəyicisi kimi uçota alınmışdır.
24. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 34/BB saylı məktubundan görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 (indiki massiv 1A) ərazisində 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi X9 məxsusdur. Vətəndaş Cavabdeh adına ev və ya torpaq sahəsi olmasına dair Qobustan bələdiyyəsində heç bir rəsmi sənəd yoxdur.
25. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş bildirişxəbərdarlıqlardan, abonentin saldosundan, elektrik enerj isi və su təchizatı üzrə bildirişlərdən və ödəniş qəbzlərindən görünür ki, Qobustan qəsəbəsi, massiv 1 ünvanına aid eyni abonent kodları üzrə abonent kimi əvvəl Cavabdeh, hazırda X17 qeyd olunmuşdur.
26. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2776/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X15 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 11 sentyabr 2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
27. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-936/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsin in surətindən görünür ki, iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci ildə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir.
28. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı yaşayış yeri üzrə qeydiyyat ünvanı Xaçmaz şəhəri, B.Məcidov küçəsi, ev 1, Cavabdeh yaşayış yeri üzrə qeydiyyat ünvanı Qobustan rayonu, Ərəbqədim kəndidir.
29. İş materiallarına əlavə edilmiş videoyazıların tədqiqi zamanı müəyyən edildi ki, həmin videoyazılarda tərəflərin birgə nikahdan olan oğlu Elmarın kiçik toy şənliyi qeydə alınmış, həmin şənlikdə iştirak edən bəzi şəxslər tərəfindən təbriklər səsləndirilmiş, o cümlədən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2: “Elman zəhmət çəkib bu evi tikib, can sağlığı ilə yaşasınlar, uşaqlarının böyük toyunu görsü nlər, Allah bacıma rəhm eləsin, Elnurə ilə Elmana böyüklük edib, onun sayəsində olub hər şey” ifadələrini işlətdiyi əks olunmuşdur.
30. İş materiallarına həmçinin fotoşəkillər əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir
31. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2971/2024 nömrəli 29 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia tələbi rədd edilmişdir.
32. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında rəsmi nikah 2011-ci ildə bağlanmış, onlar 2006-cı ildən faktiki ailə münasibətlərində olmaqla Qobustan rayonu, Ərəbqədim kəndində yaşamışlar. İddiaçı yaşayış yeri üzrə Xaçmaz rayonunda, cavabdeh isə yaşayış yeri üzrə Qobustan rayonunda qeydiyyatdadır. Tərəflər 2011-ci ildən cavabdehin işi ilə əlaqədar Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 6 00 kv.m torpaq sahəsində yerləşən özbaşına tikilidə yaşamış, həmin tikili əvvəl birotaqlı, sonradan çoxotaqlı yaşayış evi olmaqla hər hansı hüquq müəyyənedici sənədə malik olmamışdır. Tərəflər faktiki olaraq 2022-ci ildə ayrılmış, həmin vaxtdan iddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu Xaçmaz rayonunda yaşamış, nikahları 2024-cü ildə pozulmuşdur. Hazırda iddiaçı tərəf mübahisəli tikilinin birgə nikah dövründə tərəflərin hesabına tikildiyini iddia etməkdə, cavabdeh tərəf isə qeyd olunan torpaq sahəsinin və tikilinin mülki işə üçüncü şəxs qismində cəlb edilmiş, tərəflərin ailə üzvü olmayan Ədalət Atakişiyevə məxsus olduğunu qeyd edərək iddia tələbinə etiraz etməkdədir.
33. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək ilk öncə müəyyən etmişdir ki, qanunvericiliyə əsasən özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməz olduğundan, iddia tələbinin istifadə hüququnun tanınmasına dair hissəsinin qanuni əsası yoxdur, ona görə də iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
34. Bununla yanaşı, iddia tələbinin evə köçürülmə ilə bağlı hissəsinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, o cümlədən bu barədə təqdim edilmiş sübutlar ziddiyyətli olmaqla digər sübutlarla təkzib edildiyindən, iddia tələbinin həmin hissəsi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, o cümlədən hər iki tərəfin eyni dərəcədə qohumu (xalası) olan şahid R.Nəzirovanın ifadəsi ilə təsdiq olunur ki, tərəflərin 2011-ci ildə Qobustan qəsəbəsinə gəlişi cavabdehin işi ilə bağlı olmuş, maddi çətinlikləri olan cavabdehin işi və yaşayışı üçün Ə.Atakişiyev tərəfindən köməklik göstərilmişdir. Cavabdehin maddi vəziyyətinin çətinliyi izahatlarda və digər şahidlərin ifadələrində də əks olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubunun surəti, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 425 saylı, xx.xx.1995-ci il tarixli sərəncamının surəti, Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər, həmçinin həmin Bələdiyyənin xx.xx.2024-cü il tarixli məktubu, eyni zamanda şahidlərin ifadələri mübahisəli tikilinin Ə.Atakişiyevə ayrılmış 6 sot torpaq sahəsində inşa edildiyini təsdiq edir. İddiaçı tərəf Ə.Atakişiyevə ayrılan torpaq sahəsində cavabdehin qardaşı T.Atakişiyevin evinin yerləşdiyini bildirsə də, həmin dəlil şahidlərin ifadələri (o cümlədən iddiaçı tərəfin şahidi V.Yağıyevin ifadəsi) ilə, habelə iş materiallarında olan xx.xx.2012-ci il tarixli hesabat cədvəlinin, həmin hesabat cədvəlinə əlavə edilmiş və Qobustan Bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerləşmə sxeminin surətləri ilə təkzib olunur. Belə ki, həmin sənədlərə görə X3 məxsus fərdi yaşayış evi 1000 kv.m ərazidə 2002-ci ildə inşa edilmişdir. İddiaçı tərəfin Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarına istinadla tikilinin cavabdehə məxsusluğu barədə dəlilləri isə həmin Bələdiyyənin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər, habelə sonuncu xx.xx.2024-cü il tarixli məktubu ilə təkzib olunur. Həmçinin torpaq vergisinin iddiaçının nümayəndəsi tərəfi ndən ödənilməklə iddiaçı tərəfin lehinə sübutun yaradılmasına cəhd edilməsi başa düşülən deyildir. Bununla yanaşı, hazırda mübahisəli ünvan üzrə vergi ödəyicisinin və kommunal xidmətlər abonentinin Ə.Atakişiyev olduğu iş materialları ilə təsdiq olunur. Bundan əlavə, tərəflərin birgə nikahdan olan oğlu Elmarın kiçik toy şənliyini əks etdirən videoyazılar iddia tələbini əsaslandıran hal kimi qiymətləndirilə bilməz, belə ki, həmin dövrdə tərəflərin mübahisəli evdə yaşadığı tərəflər arasında mübahisə doğurmur.
35. Şahid V.Yağıyevin evin tikintisində iştirakını hər iki tərəf təsdiq edir, lakin həmin şahidin Qobustan Rayon Məhkəməsində ifadə verərkən ona zəhmət haqqı kimi cavabdeh tərəfindən 1000 manat, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində ifadə verərkən 5-6 min manat ödənildiyini bildirməsi, tikinti xərcinin həcmi və kimə məxsusluğu baxımından ifadənin mötəbərliyinə və işin həqiqi hallarına uyğunluğuna şübhə yaradır. Həmçinin iddiaçı tərəfin təqdim etdiyi digər şahidlərin (D.Daşdəmirova, Z.Salahova, X.Rəcəbov) ifadələri məhkəmə iclasında tədqiq olunan digər sübutlarla təsdiq edilmədiyindən və onların iddiaçı tərəfə yaxınlıqları səbəbindən mötəbər sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz.
36. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlara, işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə hərtərəfli və obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli evə istifadə hüququnun tanınması tələbinin qanuni əsası olmadığından, evə köçürülmə ilə bağlı tələbin əsaslandığı hallar isə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, o cümlədən bu barədə təqdim edilmiş sübutlar ziddiyyətli olmaqla digər sübutlarla təkzib edildiyindən, iddia əsassız hesab olunaraq təmin edilməməlidir.
37. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1, 5.3, 11.1, 139.1. 139.1-1.1.11, 139.3, 180.1, 180.2, 180.3, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1, 30.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 6.2, 32.1, 32.2.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
38. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
39. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinad edilməklə əsasland ırılmışdır.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1421/2025 nömrəli 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2971/2024 nömrəli qətnaməsi ləğv olunmaqla iddia qismən təmin olunmuş, İddiaçı iki uşağı – xx.xx.2009-cu il təvəllüdlü X26 və xx.xx.2011-ci il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1 A massivində yerləşən, Cavabdeh sahibliyində olan evə köçürülməsi hissəsində təmin edilməsi qət edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı evdə cavabdehlə birlikdə ər-arvad kimi 2011-2023-cü illərdə, yəni 12 il fasiləsiz olaraq yaşayıb. Bu məlumatı iddiaçı məhkəməyə verib, cavabdeh məlumatın həqiqiliyini inkar etməyib, şahidlər isə məlumatın həqiqi olduğunu təsdiq edib.
42. Müəyyən olunur ki, iddiaçı evi 2023-cü ildə məcburiyyət qarşısında tək edib. Belə ki, iddiaçı bildirir ki, cavabdehlə münasibəti pozulduğuna görə, məcburiyyət qarşısında qalaraq evi tərk edib, bütün əşyaları evdə qalıb. Cavabdeh isə bildirir ki, iddiaçı evi könüllü tərk edib. Lakin iddiaçının bütün əşyalarının evdə qalması, habelə cavabdehin iddiaçını nikahdankənar münasibətdə ittiham etməsi onu təsdiq edir ki, iddiaçı evi könüllü tərk etməyib.
43. Müəyyən olunur ki, ev nikah müddətində tərəflərin (ər-arvadın) ümumi vəsaiti hesabına inşa edilib. Belə ki, iddiaçı bildirir ki, əvvəl bir otaq tikiblər, daha sonra bir otağı sökərək yerində dörd otaqlı e v tikiblər, ev nikah müddətində ərinin (cavabdehin) pulu ilə tikilib. Cavabdeh isə evin əmisi oğlu Ədalət Atakişiyevə (üçüncü şəxsə) aid olduğunu, əmisi oğlunun pulu ilə inşa edildiyini bildirib. Lakin şahidlərin ifadələrindən və bələdiyyənin məlumatından müəyyən olunur ki, ev cavabdeh tərəfindən inşa edilib və cavabdehə aid olub.
44. Aşağıda göstərilən iki hüquq norması evə köçürülmə barədə tələbin təmin edilməsinə əsas verir: 45. 1Birinci, AR Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Ev iddiaçının və onun uşaqlarının yaşayış yeridir. Ev özbaşına tikinti obyekti olsa da, cavabdehin iddiaçını və uşaqları yaşadıqları yerdən məhrum etmək üçün qanuni əsası yoxdur. Odur ki, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, iddiaçı və onun uşaqları evə köçürülməlidir.
46. İkinci, AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Ev cavabdeh ilə yanaşı iddiaçının da sahibliyində olub. Belə ki, AR Mülki Məcəlləsinin 159-cu maddəsinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İddiaçı nikah dövründə ev üzərində faktiki sahibliyə nail olub, yəni ev nikah dövründə inşa edilib, cavabdeh evin inşasına xərclənən pul vəsaitinin özünün ayrıca mülkiyyəti olduğunu təsdiq edən sübut təqdim etməyib, odur ki, həmin pul vəsaiti AR Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbi baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılıb. Həmin pul vəsaiti ilə inşa edilmiş ev özbaşına tikinti obyekti olduğuna g örə, evin ər-arvadın ümumi birgə mülkiyyəti kimi tanınması mümkün deyil, lakin ev üzərində sahibliyin qorunması mümkündür. İddiaçının ev üzərində sahiblikdən məhrum edilməsini yalnız səlahiyyəti subyekt (bələdiyyə, yerli icra hakimiyyəti orqanı və s.) qanunla müəyyən edilmiş qaydada (özbaşına tikinti obyektinin sökülməsi və s.) tələb edə bilər.
47. Evə iddiaçının istifadə hüququnun tanınması mümkün deyil, çünki AR Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə, özbaşına tikinti obyektinə istifadə hüququ tanına bilməz.
48. Evin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat var, bu məlumat məhkəməyə bələdiyyə tərəfindən verildiyinə görə, rəsmi məlumat hesab olunur. Cavabdehin əmisi oğlu (üçüncü şəxs Ədalət Atakişiyev) hesab edirsə ki, həmin torpaq İH-nin sərən camı ilə ona ayrılmış torpaqdır, belə halda, o, torpaq üzərində mülkiyyət hüququnu və həmin hüququn şamil edildiyi torpaq sahəsinin kordinatlarını daşınmaz əmlakın dövlət reyestrində qeyd aldırmaqla, torpağa hüququnun müdafiəsi üçün məhkəməyə iddia verə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1421/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin sənədlərindən də görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X9 məxsus olsa da məhkəmə onun hüqu qlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən AR MM-nin 1-ci maddəsinin tələbləri pozulmuşdur.
51. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notarial qaydada təsdiq edildiyi andan əmələ gəlir. Lakin işin hallarından da görsənir ki, iddiaçının bu fərdi yaşayış evinə nə alqı-satqı qaydasında, nə bağışlanma qaydasında, nə də vərəsəlik qaydasında hər-hansı bir hüququ əmələ gəlməmişdir. İddiaçı və onun keçmiş həyat yoldaşı yalnız X7 razılığı əsasında bu evdə müvəqqəti olaraq yaşamışlar. Lakin məhkəmə əsassız olaraq iddiaçının xeyli müddət bu evdə yaşamasını əsas götürərək onun bu mənzildən sahiblik hüququnun əmələ gəldiyini və hal-hazırda da sahiblik hüququnun müdafiəsi üçün müraciət etdiyini bildirmişdir. Hesab edir ki, bu tam amilə yalnış və qanunsuz yanaşmadır. Bu məntiqlə belə nəticəyə gəlmək olar ki, kiminsə evində kirayə yaşayan şəxsin də həmin mənzildən sahiblik hüququ yaranır və o da gələcəkdə sahiblik hüququnun müdafiəsi ilə əlaqədar məhkəməyə mürtaciət edə bilər. Ona görə də mülki işin sənədlərində iddiaçının bu fərdi yaşayış evinə hər-hansı bir hüququnun əmələ gəıməsini sübut edən fakt və dəlil olmadığı halda məhkəmənin bu iddianı təmin etməsi tamamilə əsassız və qanunsuz olmaqla Azərbaycan Respublikası MM-nin 146-cı maddəsinin tələblərinin pozulması deməkdir.
52. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən Qobustan bələdiyyəsinin xx.xx.2024- cü il tarixli, 26/B B nömrəli arayışına istinad edilərək mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qənayətinə gəlinmişdir. Hesab edir ki, məhkəmənin bu yanaşması da yanlışdır. Belə ki, hansı torpaq sahəsini kimin mülkiyyətində olması barədə yalnız AR Dövlət Əmlak Komitəsi rəsmi arayış verə bilər. Həmçinin hamıya məlumdur ki, 2007-ci ilin dekabr ayından yerli bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması prosesi dayandırılmış və səbəb kimi də Bakı şəhəri ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrini koordinatlarının müəyyən olunması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi olmuşdur. Hal-hazırki işdə də Qobustan bələdiyyəsi bu torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən DƏDRXdan çıxarışı təqdim etmədiyi halda məhkəmə yalnız onların təqdim etdikləri arayışa əsasən yanlış bir nəticəyə gəlmişdir. Ona görə də məhkəmənin bu arqumenti də əsassız olamaqla məhkəmə tərəfindən AR MM-nin 156-cı mad dəsinin tələblərini pozulması deməkdir.
53. Mübahisə predmeti olan fərdi yaşayış evi X9 Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 425 saylı Sərəncamı əsasında verilmişdir. X17 hal-hazırki vəziyyətdə bu torpaq sahəsinə dair DƏDRX-dan çıxarış almasa da faktiki olaraq həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. B elə ki, Ulu Öndərimizin verdiyi fərmana əsasən 2000-ci ilə qədər vətəndaşların qanuni istifadəsində olan torpaq sahələi onların mülkiyyəti hesab olunur. Yəni qanunvericilik baxımından Atakişiyev Ədalətin bu torpaq sahəsinə mülkiyyət hüququ tanınmışdır. Sadəcə bu hüququn kağız daşıyıcısında rəsmiləşdirilməsi qalmışdır. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu hallarına düzgün hüquqi qiymət verilməmiş və bununla da AR MM-nin 15 7-ci maddəsinin tələbləri pozulmuşdur.
54. Mülki işin sənədlərindən görsənir ki, mübahisə predmeti olan torpaq sahəsi X7 adına olsa da bu torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X7 adına tərtib edilmiş eskiz layihədən başqa heç bir sənəd yoxdur. Yəni iddiaçının və ya onun keçmiş həyat yoldaşının nə bu torpaq sahəsinə, nə də bu torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair hər hansı bir hüquqlarının yaranmasına əsas olmuş sənəd yoxdur. AR MM-nin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Yuxarıda göstərdiyimiz kimi X17 bu torpaq sahəsinə dair mülkiyyət hüququna malik olduğu üçün təbii ki, onun üzərində yerləşən fərdi yaşayış evi də onun şəxsi və saiti hesabına tikildiyi üçün də onun mülkiyyəti hesab olunur. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları nəzərə alınmamış və bununla da AR MM-nin 180-ci maddəsinin tələbləri pozulmuşdur.
55. Hal-hazırki mülki işin sənədlərindən görünür ki, məhkəmə tərəfindən bu işin baxılması cəmi bir məhkəmə iclasına yekunlaşmış və işin bütün halları ətraflı araşdırılmamışdır və bununla da AR MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur.
56. İddiaçı məhkəməyə bir heçə şahid gətirərək onların verdikləri ifadələr əsasında öz iddiasına nail olmağa çalışmışdır. Lakin işin hallarından da görsənir ki, onun gətirdiyi şahidlər onun yaxın qohumları və tanışları olmaqla qeyri-obyektiv ifadələr vermiş, bəziləri isə ümumiyyətlə ziddiyyətli ifadələr vermişlər. Bu işdə yeganə obyektiv şahid həm iddiaçın ın, həm də cavabdehin xalası olmuşdur ki, o, qərəzsiz şəkildə işin bütün halları barədə ətraflı məlumat verərək bu torpaq sahəsinin və fərdi yaşayış evinin X9 məxsus olduğunu bildirmişdir. Həmçinin iddiaçının qadın adını ləkələyən hərəkətlərə yol verdiyinə görə bu evdən əri işdən gələrkən onu başqa şəxslə görüşən zaman tutduğu üçün qaçıb getmişdir. Həmin şahid, yəni X10 daimi olaraq mübahisə predmeti olan evdə yaşadığı üçün işin bütün hallarını ətraflı bilmişdir. Amma əfsuslar olsun ki, məhkəmə onun ifadəsinə düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin özü tərəfindən Qobustan bələdiyyəsinə sorğu verilmiş və bələdiyyə tərəfində məhkəməyə təqdim edilmiş sorğuya cavabından da görsənir ki, mübahisə predmeti olan fərdi yaşayış evi X9 məxsus olmaqla vergi ödəyi cisi kimi də onun adına qeydiyyata alınmışdır. Çox qəribədir ki, mülki işin sənədlərində bu torpaq sahəsinin və fərdi yaşayış evinin X9 məxsus olmasını sübut edən həm sərəncam, həm bələdiyyə arayışı, həm də şahid ifadələri olduğu halda məhkəmə əsassız olaraq bu faktları sübut kimi qəbul etməmiş və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Bununla da AR MPM-nin 76-cı maddəsinin tələbləri pozulmuşdur
57. Hal-hazırkı iş üzrə qəbul edilmiş qətnamə mülki işdə olan sənədlərə və sübutlara əsaslanmadan və heç bir ətraflı araşdırma aparılmadan qəbul olunmuşdur. Bu isə qanunvericilik baxımından yolverilməzdir. Ona görə də hesab edirik ki, məhkəmə tərəfindən AR MPm-nin 217-ci maddəsinin də tələblərə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
59. Maddə
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
61. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
62. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
63. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
64. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
65. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 66. 32.2. Ər-arvadın ümu mi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövrü ndə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyə n edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin bir sıra dəlilləri mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin X9 məxsus olması barədədir.Digər qism dəlillər isə sübutlara qiymət verilməsi barədədir
81. Kollegiya bildirir ki, X17 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, lakin o, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsinin X7 mənafelərinə aid hissələri mübahisələndirmək hüququ yoxdur. Digər tərəfdən kassasiya məhkəməsi sübutları qiymətləndirmir, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
83. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2025-ci il tarixli 2(103)1421/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.