Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2289/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürmə, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025- ci il tarixli 2(103)-667/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 avqust 2025-ci il tarixdə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavabdan görünür ki, xxx X1 prospekti 5 ünvanında 2003-cü ildən pasport qeydiyyatındadır. Nəyin əsasında pasport qeydiyyatına alınması haqqında məlumat yoxdur. İnşaatçılar pr. 5 saylı bina Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansında olmaqla dövlət mülkiyyətindədir. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı İnşaatçılar pr.5 ünvanında yerləşən hansı otağın ayrılması, hansı dövrdə və hansı otaqda yaşaması haqqında heç bir məlumat və sənəd yoxdur. 4 saylı otaqda Ağdam rayonundan məcburi köçkün ailəsi Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 müvəqqəti olaraq pasport qeydiyyatları olmadan yaşayırlar. Mənzil özəlləşdirilməmişdir.
2. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli məktubuna əsasən, Ağdam şəhərindən məcburi köçkünlər – Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və övladı Cavabdeh3 ünvan 1ünvanında yerləşən (X8 İdarəsi) 4 saylı yataqxanada (1995-ci il qeydiyyat kartı əsasında) müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Cavabdeh1 və Cavabdeh3 məcburi köçkün statusuna malikdir. Hal-hazırda komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələr inn siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1 adı da qeyd olunan ailə üzvləri ilə birgə sözügedən ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışla bağlı Ağdam rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək, köçürmə ərəfəsində sözügedən yaşayış sahəsi boşaldılaraq aidiyyəti üzrə təhvil veriləcəkdir.
3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən xxx X1 prosp ekti, ev 5 ünvanında qeydiyyatdadır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2003cü il tarixdən bugünədək ünvan 4 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsinin statusu aktivdir.
5. Azərbaycan Respublikası X7 Mənzil-Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxana tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 578 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən İnşaatçılar prospekti ev 5-də daimi qeydiyyatdadır.
6. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024 -cü il tarixli 22 nömrəli məktubdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 ailəsi ilə birlikdə İnşaatçılar prospekti bina 5 4 saylı mənzildə məskunlaşmışlar. İddiaçı iddia ərizəsində 2003-cü ildən İnşaatçılar prospekti ev 5, 4 saylı mənzildə uzun müddət yaşamasını, lakin bir müddətdən sonra onun mənzilinin məcburi köçkünlər tərəfindən zəbt edilməsini göstərmişdir. Göstərilən 2003-cü il tarixdə İnşaatçılar prospekti 5 saylı bina X3 balansında olmuşdur. Həmin bina xx.xx.2015-ci il tarixli 25S nömrəli Baş Nazirin sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin balansına verilmişdir. Yəni bina 2015-ci ildən etibarən 157 saylı MKİS-in xidmət sahəsinə keçmişdir. İddiaçı 4 saylı mənzildə yaşaması və həmin mənzilin məcburi köçkün tərəfindən zəbt olunması haqqında məlumatları yoxdur.
7. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, sonuncu Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli Sərəncamı əsasında ümumi əsaslarla mənzil uçot siyahısındadır.
8. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, sonuncu Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli Sərəncamı əsasında ümumi əsaslarla mənzil uçot siyahısındadır.
9. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhəri İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı “Azərbaycan Respublikası X7” QSC tərəfindən Yasamal rayonu, İnşaatçılar prospekti, 5 sa ylı yataqxanada bir otaqlı mənzil verilmişdir, lakin orada yaşamadığından ona verilən mənzildə məcburi köçkün məskunlaşmışdır. Eyni zamanda, o, yaşayış yeri üzrə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 35 nömrəli sərəncamına əsasən ümumi əsaslarla mənzil uçot siyahısındadır, sıra nömrəsi 2112-dir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzillə təmin olunması və mənzil şəraitinin yaxşılaşdırılması üçün Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər ünvanlamış, ünvan 6ün Bakı şəhəri İcra Hakimiyyətinə məktub ünvanlanmasını xahiş etmişdir. Göstərilənlərlə əlaqədar sonuncunun İnşaatçılar prospekti 5 saylı yataqxanda mənzillə təmin olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur.
10. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentin in xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət Proqramına müvafiq olaraq ayrı-ayrı təşkilatlara məxsus olmuş yataqxanalar dövlət mənzil fonduna daxil edilməklə yerli icra hakimiyyəti orqanlarının balansına verildiyindən yataqxana statusundan çıxarılmışdır. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçı qeyd edilən ünvanda mənzillə təmin olunması barədə “Azərbaycan Respublikası X7” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Ona görə də, ərizəçiyə qaldırdığı məsələ ilə bağlı köməklik göstərilməsi mümkün olma mışdır.
11. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli sərəncamından görünür ki, İddiaçı 2003-cü ildən ünvan 9 ünvanda yerləşən yataqxanada pasport qeydiyyatındadır. O, rayon İcra Hakimiyyətinə müraciətində özünün mənzilinin olmaması səbəbindən ağır şəraitdə yaşadığını bildirərək, gələcəkdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və ümumi əsaslarla mənzil uçot siyasına daxil edilmişdir.
12. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, ünvan 1ünvanında yerləşən 4 saylı yataqxana Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balan sıdır.
13. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 11 ünvanında qeydiyyatsız yaşayır.
14. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 592 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 X8 İdarəsinin yataqxanasında Yasamal rayon sektorunda 076011 saylı kartdan olan məlumata əsasən xx.xx.1995-ci ildən İnşaatçılar prospekti 5 ünvanında müvəqqəti qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı (bundan so nra “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ünvanında yerləşən yataqxananın 4 saylı otağına yaşamaq hüququnun tanınaraq, ora köçürülməsi və 100 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2003-cü il tarixdən ünvan 1ünvanında yerləşən yataqxananın 4 saylı otağında pasport qeydiyyatındadır. İddiaçı həmin yataqxanada qeydiyyata alınaraq, yaşamağa başlamışdır. Qeyd edilən otaqda uzun müddət yaşamışdır. Lakin bir gün mənzilə gələrkən otağın açarının dəyişdirildiyini görmüş və şikayətlərdən sonra məlum olmuşdur ki, otaq məcburi köçkünlər tərəfindən zəbt edi lmişdir. İddiaçının qeydiyyatda olduğu mənzilin həmin məcburi köçkünlər tərəfindən zəbt edildiyi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə də təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə edilən sorğu ilə bağlı iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, cavabdehlər “müvəqqəti olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən (X8 İdarəsi) 4 saylı yataqxanada məskunlaşmışlar. İddiaçının mənzilində məskunlaşan məcburi köçkün ailəsi işğaldan azad olunmuş öz doğma yurduna geri köçürüləndə, qanunamüvafiq olaraq zəbt olunmuş mənzillər boşaldırlaraq aidiyyəti üzrə təhvil veriləcəkdir. Verilən cavabdan da bir daha görünür ki, iddiaçının yaşadığı otaqda adları iddia ərizəsində göstərilən cavabdehlər (məcburi köçkünlər) yaşayır və həmin mənzil onlar tərəfindən zəbt edilmişdir. Hazırda cavabdehlər zəbt etmiş olduqaları mənzildə iddiaçının yaşamasına icazə vermir, buna görə də iddiaçı məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı uzun illərdir ki, öz mənzilindən məhrum olaraq, başqa ünvanlarda kirayələrdə və qohum-əqrəbanın evində yaşamağa məhkum olunmuşdur. Hazırda iddiaçının yaşamağa başqa mənzili yoxdur, tənha qadındır.
17. Cavabdeh1 iddiaya etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, o məlum hadisələrlə əlaqədar 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Həmin tarixdən, yəni 1993-cü il tarixdən etibarən ünvan 1ünvanında yerləşən yataqxananın 4-cü otağında yaşayır. Bunu 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 157 saylı Mə nzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 240 saylı arayış təsdiq edir. Bundan başqa, həmin yataqxanada məskunlaşan digər məcburi köçkünlər-qonşular da notarial qaydada təsdiq edilmiş ərizələrində onun 1993-cü il tarixdən etibarən ünvan 1ünvanında yerləşən yataqxananın 4-cü otağında yaşaması faktını qeyd etmişlər. Həmin şahidlər zərurət olarsa, bunu məhkəmə iclasında öz ifadələri ilə də təsdiq edə bilərlər. Bundan başqa, iddiaçı və onun mərhum qardaşı iddia etdiyi kimi heç vaxt, nəinki, həmin otaqda, ümumiyyətlə həmin yataqxanada yaşamamışdır. Bu faktı da həmin yataqxanada yaşayan sakinlər təsdiq edə bilərlər. Həmin adamları nə o, nə də ki binada yaşayan digər sakinlər heç vaxt görməmişlər və tanımırlar. İddiaçının isə iddia ərizəsində göstərdikləri isə tam amilə absurd və yalandır. Çünki heç vaxt həmin mənzildə yaşamamışdır və həmin mənzil üzərində onun hər hansı hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçı 2003-cü il tarixdə ünvan 1ünvanında qeydiyyata düşməsini qeyd etsə də, hansı sənədlər əsasında həmin ünvana qeydiyyata düşdüyünü göstərməmişdir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İş materiallarından da göründüyü kimi iddiaçının həmin ünvanda qeydiyyata alınması üçün heç bir hüquq müəyyənedici sənədi mövcud deyildir. Bundan başqa iddiaçı ünvan 1ünvanına qeydiyyat alınmışdır. Həmin qeydiyyat sənədində nə mənzilin, nə də ki, otağın nömrəsi göstərilməmişdir. Əslində göstərilə də bilməzdi. Çünki şəxs heç vaxt həmin binanın heç bir mənzildə yaşamamışdır. Elə təkcə bu fakt iddianın əsassızlığını sübut edir. Qanunvericiliyin tələblərinə əsasən isə şəxsin qeydiyyatı faktiki yaşadığı yer üzrə olmalıdır. Faktiki yaşadığı yerdə qeydiyyat olmamağına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən Vətəndaşın yaşadığı yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)3205/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. (hakim Ülkər Xəlil)
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası X7 Mənzil-Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi ya taqxanası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 578 nömrəli arayış əsasında iddiaçı İnşaatçılar prospekti ev 5-də daimi qeydiyyata alınmışdır. Lakin iddiaçı mübahisəli yataqxanada qeydiyyata alınması ilə bağlı müvafiq orqanların qərarını və orderi sübut qismində təqdim etməmiş, verilmiş sorğulara cavab məktublarında da iddiaçının yataqxanda hansı əsasla qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Halbuki, münasibətlərin yarandığı dövrdə, yəni 2003-cü ildə qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən yataqxanalarda mənzil sahəsi verilməsi müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı və order əsasında həyata keçirilir.
20. Birinci instansiya məhkəməsi bildirmişdir ki, digər tərəfdən Azərbaycan Respublik ası X7 Mənzil Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxanası tərəfindən verilmiş arayışda iddiaçının yataqxananın məhz 4 saylı otağında qeydiyyat olması ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Eyni zamanda hazırda həmin bina yerli icra hakimiyyəti orqanlarının balansına verildiyindən yataqxana statusundan çıxarılmış və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mülkiyyətindədir.
21. Birinci instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, iddiaçının həmin yataqxana ilə bağlı order və ya müvafiq orqanların qərarı olduğu ehtimal edilsə belə, həmin yataqxana artıq digər dövlət orqanının idarəçiliyinə verildiyindən yataqxana statusundan çıxmış, yəni həmin müqaviləyə xitam verilmişdir.
22. Birinci instansiya məhkəməsi qeyd edilənl ərə əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehin hazırki ailə üzvləri ilə birlikdə mübahisəli evdən çıxarılmasına dair iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi, Mülki Məcəllənin 27.1, 27.3-cü, xx.xx.2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 28, 106, 107-ci, Mənzil Məcəlləsinin 101.2-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3205/2024 qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya ṣikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə birinci instansiya məhkəməsinin işin hallarına düzgün qiymət verməməsinə, maddi və prosessual hüquq noramlarını pozmasına istinad edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)667/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)3205/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)
27. Apellyasiya instans iyası məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı əvvəllər yataqxana olmuş, hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanında yerləşən binaya 2003-cü ildə qeydiyyata alınmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı iddia tələbində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanında yerləşən binanın 4 saylı otağının ona ayrılmasını, bu otaqda yaşamasını, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlərin ona məxsus otağı (mənzili) zəbt etmələrini qeyd etsə də, bu halı təsdiq edə biləcək hər hansı bir mötəbər, təkzib olunmaz sübutu məhkəməyə təqdim edə bilməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının ona yataqxanada mənzilin ayrılmasını qeyd etdiyi dövrdə qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən, yataqxanalarda mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı əsasında verilməsi qaydası müəyyən edilmişdir. Belə qərar qəbul edildikdən sonra isə həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən həmin şəxsə, Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdiyi formada, order verilməli idi. Order yalnız boş olan sahəyə verilə bilərdi. Bundan sonra həmin şəxsin yataqxana da ayrılmış otağa (mənzilə) köçüb yaşamaq hüququ yaranırdı.
30. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, tədqiq olunan sübutlara əsasən iddiaçı Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanına, yalnız pasport qeydiyyatına alınmış, iddiaçıya qeyd olunan ünvanda yerləşən yataqxananın nəinki 4 saylı mənzilinin, ümumiyyətlə yataqxanada yerləşən hər hansı bir otağın ayrılmasına dair hüquq müəyyənedici sənədlər (qərar, order və s.) mövcud deyildir.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ona ayrılmasını iddia etdiyi otaqda 2003-2004-cü illərdə yaşamasını bildirsə də, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Ağdam şəhərindən məcburi köçkünlər – Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və övlad ı Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 4 saylı otağında 1995-ci ildən məskunlaşmaları, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli Sərəncamı ilə iddiaçının ümumi əsaslarla mənzil uçot siyahısına alınması müəyyən olunur.
32. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5, 4 saylı mənzilə dair hər hansı bir hüququ yaranmadığından, yaranmayan, mövcüd olmayan hüququn pozulması kimi müdafiəsi də mümkün olmadığından iddia tələblərini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 28, 48, 107, 108-ci, Mənzil Məcəlləsinin (hazırda qüvvəd ə olan) 101.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu yataqxananın 4 saylı otağında yaşamış və həmin otaqda yaşamaq və ondan istifadə etmək hüquqları vardır. Lakin məhkəmələr əsassız olaraq iddiaçının bu hüququnun təmin olunması barədə verdiyi iddianı rədd etmişlər. İş materiallardan görünür ki, iddiaçı tərəfindən müxtəlif orqanlara, o cümlədən “AR X7”QSC, Bakı şəhəri İH Başçısına, Yasamal RİH Başçısına yataqxananın 4 saylı otağının iddiaçıya qaytarılması barədə çoxsaylı müraciətlər etmişdir. Həmin orqan və təşkilatlardan müraciətlərinə verilən cavablarda iddiaçının həmin yataqxananın 4 saylı otağına hər hansı aidiyyətinin olmadığı bildirilməmişdir. Sadəcə həmin otaqda faktiki məcburi köçkün ailəsinin yaşadığı, iddiaçının yaşayış sahəsinə ehtiyacının olduğu nəzərə alınaraq yaşadığı ərazi üzrə qeydiyyata alınmağı barədə ona cavablar verilmişdir. Buna baxmayaraq, məhkəmələr iddiaçının mübahisə olunan ya taqxanının 4 saylı otağına köçürülməyi və yaşamağı ilə bağlı iddia verməyə subyektiv hüququnun olmamasına əsaslanaraq iddianı rədd etmişlər. Bundan əlavə, əvvəllər yataqxanada qeydiyyat ümumi olaraq ünvana uuğun aparılmışdır və orada yaşayanlar isə daxili qaydaya uyğun, yəni yataqxananın komendantı tərəfindən şərti nömrələnmiş otaqlarla təmin olunurdular. Lakin sonradan məcburi köçkünlərin yataqxanaya yerləşdirilməsi və başqa yaranmış zərurətlə bağlı yataqxanadakı bəzi otaqlar birləşdirilmiş, bəzi yardımçı sahələrin təyinatı dəyişdirilərək yaşayış otağı kimi istifadəyə verilmiş və bu səbəbdən də yataqxanadakı otaqların nömrələri dəyişdirilmişdir. İddiaçı yataqxanaya qeydiyyata alındıqdan sonra, indiki 4 saylı otaqda yaşamış və iş üzrə cavabdehlər də həmin vaxtı iddiaçının yaşadığı otaqla q onşu otaq və yardımçı sahədə yaşamış, sonradan isə iddiaçının arada qohumlarıgildə qalmağından istifadə edib, iddiaçının yaşadığı otağı da zəbt etmişlər. Qeyd olunan hallar isə məhkəmə tərəfindən araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün təfsir edilməmiş, prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Maddə
28. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üç ün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Maddə
107. Yataqxanalarda mənzil sahəsi veri lməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə
108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddə sində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərind ən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahis ələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apelyasiya şikayətini dəlillərinə qiymət vermişdir.
41. İddia tələbi mənzil hüquqlarının həyata keçirilməsi barədədir. İddiaçı Bakı şəhəri, İnşaatçılar prospekti 5 ünvanında 2003-cü ildən pasport qeydiyyatında olmasına istinadən həmin yataqxananın 4 saylı otağına köçürülməsini xahiş edir.
42. İşə mahiyyəti üzrə baxan məhkəmələrin, o cümlədən apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçı Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanında yerləşən binanın 4 saylı otağının ona ayrılmasını, bu otaqda yaşamasını, hər hansı mötəbər, təkzib olunmaz sübutla sübuta yetirə bilməmiş, iddiaçı Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanına yalnız pasport qeydiyyatına alınmış, iddiaçıya qeyd olunan ünvanda yerləşən yataqxananın nəinki 4 sa ylı mənzilinin, ümumiyyətlə, yataqxanada yerləşən hər hansı bir otağın ayrılmasına dair hüquq müəyyənedici sənədlər (qərar, order və s.) mövcud deyildir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən nəticə ilə bağlı hazırki qərarın 27-33-cü bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, qanuni və əsas lı qətnamə qəbul etmişdir.
45. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir ki, bu dəlillər də yuxarıda qeyd edildiyi kimi apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi də onlara tam qiymət verib. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün həmin dəlillərlə bağlı əlavə şərhə zərurət görmür.
46. Bundan başqa, kassasiya şikayətində dəlil kimi göstərilib ki, iddiaçı yataqxanaya qeydiyyata alındıqdan sonra, indiki 4 saylı otaqda yaşamış və iş üzrə cavabdehlər də həmin vaxtı iddiaçının yaşadığı otaqla qonşu otaq və yardımçı sahədə yaşamış, sonradan isə iddiaçının arada qohumlarıgildə qalmağından istifadə edib, iddiaçının yaşadığı otağı da zəbt etmişlər.
47. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil yen i olmaqla, işin faktiki halları ilə əlaqəlidir.
48. Məhkəmə kollegiyası izah edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan, üstəlik, işin faktiki hallarının müəyyənləşməsinə yönələn yeni dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.