Məhkəmə qərarları › İş №2(102)-1196/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1196/2020

02.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1196/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili V oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4150/2019 saylı 25 iyun 2019cu il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmay an 25.07.2010-cu il təvəllüdlü X6 və 15.03.2017-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Ünvan saylı evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(103)-12307/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi) İ.Ə.Kərimli və A.Q.Hüseynov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4150/2019 saylı 25 iyun 2019-cu il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı 25.07.2010-cu il təvəllüdlü X6 və 15.03.2017-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Ünvan saylı evə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 nümayəndəsi və vəkili V oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının mübahisəli evdə yaşamaq hüququnun hansı əsasla meydana gəldiyini qeyd etməməklə belə bir maddi hüquq əsas olmamasını özü müəyyən etmişdir. Hazırki mübahisə zamanı aydındır ki, Cavabdeh1 nəinki mülkiyyətçi deyil, ümumiyyətlə evin onun tərəfindən inşa edilməsini və ya başqa bir formada ona aid olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12307/2019 saylı 02 oktyabr 2019cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ed irlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X4 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflər in iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)12307/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət verm ir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4121/2018 saylı 04.12.2018ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilərək, Cavabdeh1 ilə İddia çı arasında 13.10.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilərək, tərəflərin birgə nikahlarından olan 25.07.2010-cu il təvəllüdlü X3 və 15.03.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları, 03.12.2018-ci il tarixdən başlayaraq 25.07.2010-cu il təvəllüdlü X3 və 15.03.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşadıqları özbaşına tikili olan evə köçürülməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tə rəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması qənaətinə gələrkən iddiaçının yeganə yaşayış sahəsi olan ünvan 1 ünvanında yerləşən özbaşına inşa olunan tikilidə uzun müddət yaşamasına, ona məxsus cehiz əşyalarının həmin tikilidə yerləşməsinə, daimi yaşamaq üçün başqa ünvana köçməsi halını inkar etməsinə, cavabdehlərin həmin tikiliyə dair hüquq müəyyənedici sənədlərinin olmadığına istinad etmişdir. Apellyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olub, tərəflər birgə nikah dövründə bir neçə il həmin tikilidə yaşayıb birgə təsərrüfat apardıqlarından (bu işin mübahisəsiz halıdır), cavabdeh həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar təqdim edə bilmədiyindən, cavabdehin iddiaçıya qar şı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da və tərəflər həmin evə mülkiyyət hüququ əldə etməsələr də, tikili faktiki olaraq mövcuddur və tərəflər həmin evdən yaşayış sahəsi kimi istifadə edir, normal şərtlər daxilində orada yaşayırlar. Tərəflər uzun müddət evdə təsərrüfat apardıqlarından onların pasport qeydiyyatında olub- olmamasından asılı olmayaraq onların hər birinin eyni şərtlər daxilində bu evdən istifadə etməklə bağlı evdə yaşayan digər şəxslərlə bərabər hüquqları mövcuddur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədlər i üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edi r. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi part iyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, vaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdır ılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mübahisəli evdə yaşamaq hüququnun hansı əsasla meydana gəldiyini qeyd etməməklə belə bir maddi hüquq əsas olmamasını özü müəyyən etmişdir. Həmçinin qeyd etmişdirlər ki, Cavabdeh1 nəinki mülkiyyətçi deyil, ümumiyyətlə evin onun tərəfindən inşa edilməsini və ya başqa bir formada ona aid olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə tələblərin təkzib edilməsi cavabdehin üzərinə düşməklə bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təkzib edilməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, kollegiya apellyasiy a instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edərək qeyd edir ki, cavabdeh həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar təqdim edə bilmədiyindən cavabdehin iddiaçıya qarşı tikilidə yaşamasına mane olması və etiraz etməsi qanunsuzdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlill ərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏ RARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12307/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar