Məhkəmə qərarları › İş №2(102)-1196/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1196/2025

06.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1196/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yoldan istifadəyə maneənin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2(106)-1951/2024 nömrəli qətnaməsindən İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları: 1. 17 avqust 2010-cu ildə İddiaçı6 xüsusi mülkiyyətinə Masallı rayonu Mahmudavar kəndində yaşayış məntəqələri təyinatlı 0.1155 hektar torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onlar tərəfindən zəbt edilən ümumi istifadədə olan avtomobil yolunun açılması barədə məhkəmədə iddia qaldırmışdır. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı3 iddiadan imtina etmələri ilə bağlı məhkəməyə ərizə təqdim etmişlər.

3. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Mahmudavar kəndi ilə Masallı rayon, Hişkəd ərə kəndlərini birləşdirən bir neçə avtomobil yolları mövcuddur. Həmin yollardan birini də cavabehlər qanunsuz olaraq zəbt edərək iddiaçıların evinə və həyətyanı torpaq sahələrinə gedən yolu bağlamışlar. Yolun qurtaracağı su ötürücü kanal olduğundan və cavabdehlərdə həmin kanalı öz mülkiyyətləri hesab etdiklərindən həyətyanı sahələrinə salmışlar. İstər reyestr xidmətinə, istərsə də başqa dövlət orqanlarına dəfələrlə müraciətləri olmuş və mübahisəli əraziyə mütəxəsislər tərəfindən baxış keçirilmiş və onlara bildirilmişdir ki, cavabdehlərin zəbt etdikləri torpaq sahəsi ümumi istifadədə olan avtomobil yoludur. Kənd əhalisi olaraq mübahisəli su ötürücü kanalın üzərinə inşa ediləcək körpünün maliyyə xərcləri də kənd sakinləri tərəfindən yığılmışdır. Dəfələrlə cavabdehlərlə yolun açılması barədə söhbətlər olmuş və heç bir nəticə verməmişdir. Cavabdehlər özlərinə bəraət gətirir ki, guya onların həyətyanı torpaq sahəsinə alternativ yolları var və bu yola ehtiyacları yoxdur. Cavabdehlərin zəbt etdikləri ərazi xəritədə də yol kimi qeydə alınmışdır. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

4. Üçüncü şəxs Masallı rayonu, Mahmudavar bələdiyyəsinin nümayəndəsi-sədri X2 məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, mübahisəli ərazi gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. Lakin 10-15 il bundan əvvəl yolun üzərində ağaclar əkilmişdir.

5. İddiaçılar İddiaçı5 və İddiaçı4 məhkəməyə göndərilmiş 02 avqust 2023-cü il tarixli izahatlarında bildirmişlər ki, İddiaçı6 onları aldadaraq, mübahisəli ərazidə elektrik xətti çəkmək adı ilə orada yolun olması ilə əlaqədar sənədə imza etdirmişdir.

6. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 23 aprel 2024-cü il tarixli, 3-16-16/2 10/2746 saylı rəyindən məlum olur ki;-İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-343/2-1244/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli gediş gəliş yolunun (dalanın) cavabdehlər Cavabdeh1 faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-43/21244/2024 №-li mütəxəssis rəyinə əsasən, tərəflər arasında mübahisələndirilən yol gedişgəliş yolu (dalan) kimi nəzərdə tutulmuşdur. Bu mübahisəli gediş-gəliş yolu (dalan) bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsi kimi saxlanılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.-İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-343/2-1244/2024 №-li mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 v ə İddiaçı6 Rəcəbli qızının həyətyanı torpaq sahələrinə gediş gəliş üçün piyada, avtomobil) iddia olunan yolun Hişkədərə kəndi ərazisindən qərb istiqamətinə mövcud olduğu müəyyən edildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrinə gediş gəliş yollarının yerləşmə vəziyyəti tərtib olunmuş yerquruluşu planında göstərilmişdir.

7. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki, 1) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən mübahisəli gedişgəliş yolunun (dalanın) cavabdehlər Cavabdeh1 faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudlarından kənard a yerləşdiyi müəyyən edildi. 2) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən tərəflər arasında mübahisələndirilən yol gediş-gəliş yolu (dalan) kimi nəzərdə tutulmuşdur. Bu mübahisəli gediş-gəliş yolu (dalan) bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsi kimi saxlanılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, ölçüləri tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. 3) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı6 həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün (piyada, avtomobil) iddia olunan yolun Hişkədərə kəndi ərazisindən qərb istiqamətinə mövcud olduğu müəyyən edildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrin ə gediş-gəliş yollarının yerləşmə vəziyyəti tərtib olunmuş yerquruluşu planında göstərilmişdir.

8. Masallı Rayon Məhkəməsinin 2(050)-29/2024 nömrəli iş üzrə 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ellara Abbasova) iddia rədd edilərək, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Masallı rayonu, Mahmudavar bələdiyyəsinə qarşı zəbt edilmiş yolun açılması tələbinə dair iddiası təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın əsaslı olması üçün, iddiaçıların hüquq və mənafeləri qeyd olunmuş maddi normalara uyğun pozulması halı müəyyən edilmir. İddiaçılar yolunun bağlanmasını iddia etsə də, yerində baxış zamanı işin müəyyən edilmiş hallarına və məhkəmə tikinti-texniki ekspertizasını n rəyinə əsasən iddiaçıların əsasları öz təsdiqini tapmamışdır. Belə olan halda iddia əsassız hesab olunmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 170.1-170.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 77.3, 78.1, 80 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı6 apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 29/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ciddi qanun pozuntuları ilə qətnamə qəbul etmiş, prosessual hüquq normalarının tələblərinə əməl etmədə n verilmiş tələb istiqamətində araşdırma aparmamışdır. Məhkəmə qətnamə qəbul edərkən dolğun və hər tərəfli araşdırma aparmamışdır. Qeyd etmişdir ki, iş materiallarında olan mütəxəssis rəyi və ekspert rəyi biri digərinin təkrarıdır. Eləcədə aparılmış ekspertiza tam və hərtərəfli aparılmamışdır. Belə ki, ekspertiza tədqiqatı aparılan zaman torpaq sahəsinə yerində baxış keçirilərkən cavabdehlərin istifadəsində olan həyətyanı kimi istifadə etdikləri torpaq sahələrində ölçü işləri aparmamışlar, həmin torpaq sahələri ölçülməmişdir. Həmçinin cavabdehlərin həyətyanı kimi istifadə etdikləri torpaq sahələrinə hüquqmüəyyənedici sənədlərinin olub-olmaması da araşdırılmamışdır. Qeyd edir ki, məhkəmə prosesi zamanı vəkil tərəfindən iş üzrə təkrar ekspertiza keçirilməsi ilə bağlı əsaslandırılmış qaydada şifahi vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən həmin vəsatət nəzərə alınmamışdır. Eləcədə qəbul olunmuş qətnamədə tərəflərin izahatları tam şəkildə yazılmamışdır. Yəni məhkəmə iclas zalında verilmiş izahatlar qətnaməyə yazılmamışdır. Bu isə prosessual qaydaların pozulması deməkdir. Təyin olunmuş ekspertiza zamanı qərardadda ekspertizanın həvalə olunduğu Məhkəmə ekspertizasının ekspertləri iştirak etməmişlər. Sadəcə həmin ekspertizanın keçirilməsinə cəlb olunmuş mütəxəssislər iştirak edərək ölçü işləri aparıb rəy vermişlər və ekspertdə həmin rəyi hərfi ilə ekspert rəyinə köçürərək rəy vermişdir. Halbuki rəy verilməsi üçün iş materialları tam şəkildə ekspertiza mərkəzinə göndərilir. Əgər ekspert mütəxəssis rəyində olanları tam olaraq köçürməklə rəy verib iş üzrə hər hansı bir araşdır ma aparmadan rəy verirsə o zaman ekspert rəyinə heç bir ehtiyac yoxdur, mütəxəssis rəyi kifayət etməlidir və ekspertiza mərkəzidə ləğv olunmalıdır. Çünki bu mərkəzin ekspertlərinin mütəxəssisin rəyini köçürməkdən başqa bir işləri yoxdur, başqa heç bir iş görmürlər. Məhkəmədə bu məqama nəzarət etməmişdir. Göstərmiş olduğu bütün bu xüsusatlar sübut edir ki, məhkəmə qətnamə qəbul edərkən hüquqları (mülkiyyətlə bağlı) pozmuşdur. Odur ki, göstərilənləri nəzərə alıb iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilməlidir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1951/2024 nömrəli mülki iş üzrə 19 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X5 - sədrlik edən və məruzəçi, X3 və X4) İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Masal lı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-29/2024 saylı qətnaməsinin İddiaçı6 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Məhkəmə kollegiyası iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini işin halları ilə əlaqəli formada qiymətləndirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, ca vabdehin yolu tutması müəyyən edilmir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1244/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli gediş-gəliş yolunun (dalanın) cavab dehlər Cavabdeh1 faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti əks olunmuşdur. Göründüyü kimi cavabdehlərin istifadəsində olan həyətyanı kimi istifadə etdikləri torpaq sahələrində ölçü işlərinin aparılmamasına dair şikayətin dəlilləri əsassızdır.

16. Həmçınin cavabdehlərin həyətyanı kimi istifadə etdikləri torpaq sahələrinə hüquqmüəyyənedici sənədlərinin olub olmamasının hazırkı mübahisə üzrə obyektiv qətnamə qəbul edilməsinə mane ola bilməz. Belə ki, iddia tələbindən görünür ki, iddiaçılar mübahisəli yolun cavabdehlər tərəfindən tut ulduğu üçün açılmasını tələb edirlər. İşdə olan ekspert rəyindən görünür ki, cavabdehlər mübahisəli yolu zəbt etməmişlər. Yəni cavabdehlərin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin olub-olmaması mübahisənin həll edilməsinə maneə deyildir.

17. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə prosesi zamanı vəkil tərəfindən iş üzrə təkrar ekspertiza keçirilməsi ilə bağlı əsaslandırılmış qaydada şifahi vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən həmin vəsatət nəzərə alınmamışdır.

18. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də əsassızdır.

19. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

20. İş materiallarında isə iddiaçı tərəfin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti mövcud deyildir. Yəni diqqətə çatdırılır ki, qanunverici ekspertiza təyin edilməsini tərəfin yazılı qaydada verilməli olan əsaslandırılmış vəsatətə bağlamışdır. Eyni zamanda qeyd edilir ki, iş materiallarında iddiaçı tərifin şifahi qaydada verilmiş hər hansı vəsatəti yoxdur.

21. Daha sonra məhkəmə tərkibi qeyd edir ki, qanunverici işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilməsini məhkəmə üçün vəzifə kimi deyil, hüquq kimi tanımışdır. Yəni qeyd edilən dəlil birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

22. Qəbul edilmiş qətnamədə tərəflərin izahatlarının tam şək ildə yazılmamasına dair şikayətin dəlilini əsassız sayan məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

23. İş materiallarında isə iddiaçı tərəfindən yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokola yazılı qeydlər təqdim etməsinə dair hər hansı sübut yoxdur. İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilməsi barədə şikayətin dəlilinə münasibət bildirən məhkəmə tərkibi qeyd edir ki, şikayət bu hissədə də təmin edilə bilməz.

24. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

25. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instans iya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında Apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxun ulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin.

27. Göründüyü kimi qaqnunverici sübutların yalınız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki iddiaçı tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin on dan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir.

28. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 170.1, 170.2, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3., 372.1, 372.6, 372.7, 384-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəmə sinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı6 (vəkil və eyni zamanda nümayəndə Vəkil), kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, ekspertiza obyektinə rəy verilərkən kəndin yerquruluşu ilə bağlı heç bir hal araşdırılmamışdır. Bununlada verilmiş rəyin kəndin (həm Mahmudavar, həmdə Hişkədərə) yerqurulu şuna zidd verildiyi müəyyən edilmiş olur. Bu isə verilmiş rəyin möhtəbərliyini şübhə altına alır və təkrar ekspertizanın keçirilməsini vacib edir. Odur ki, bununla bağlıda məhkəmə prosesi zamanı vəkil tərəfindən iş üzrə təkrar ekspertiza keçirilməsi ilə bağlı əsaslandırılmış qaydada şifahi vəsatət verilmişdir. Lakin Masallı Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə tərəfindən həmin vəsatət nəzərə alınmamışdır. Apellyasiya məhkəməsində də işə baxılan zaman vəkilin vəsatəti ilə bağlı qeyd edilmişdir ki, “iş üzrə yazılı şəkildə əsaslandırılmış vəsatət verilməmişdir”. Halbuki Mülki Prosessual Məcəllədə qeyd edilmişdir ki, iş üzrə tərəflər şifahi və yazılı vəsatətlə məhkəməyə müraciət edə bilərlər. Əgər məhkəmə vəkil tərəfindən verilmiş şifahi vəsatətlə qane olmurdusa bununla bağlı vəkildən yazılı şəkildə vəsatət verməsini tələb edə bilərdi. Eləcədə hazırda Azərbaycan Respublikasında keçirilən bütün məhkəmə prosesləri audio və video yazı ilə baxılır (keçirilir) və məhkəmə borcludur ki, həmin audio və video yazını sonradan diskə köçürərək protokola əlavə etmiş olsun. Lakin, apellyasiya məhkəməsi işə baxılan zaman Masallı Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audio və video yazısına baxılmamışdır. Bu səbəbdəndir ki, apellyasiya məhkəməsində işə baxılması təxminən bir neçə dəqiqə olmuşdur. Bu isə onu deməyə bir daha əsas verir ki, apellyasiya məhkəməsində işə baxılan zaman heç bir araşdırılma aparılmamışdır. Həmçinin Apellyasiya məhkəməsinin qəbul etmiş olduğu qətnamədə cavabdehlərin istifadəsində olan torpaq sahəsində ölçü işlərinin aparılması əsassız hesab edilmiş dir. Çünki söz iki kəndi iki eli birləşdirən yoldan gedir. Və bu yol cavabdehlər tərəfindən zəbt olunmuşdur. Bundan əlavə, təyin olunmuş ekspertiza zamanı qərardadda ekspertizanın həvalə olunduğu Məhkəmə ekspertizasının ekspertləri iştirak etməmişlər. Sadəcə həmin ekspertizanın keçirilməsinə cəlb olunmuş mütəxəssislər iştirak edərək ölçü işləri aparıb rəy vermişlər və ekspertdə həmin rəyi hərfi ilə ekspert rəyinə köçürərək rəy vermişdir. Halbuki rəy verilməsi üçün iş materialları tam şəkildə ekspertiza mərkəzinə göndərilir. Və ekspert borcludur ki, gəlib özüdə mütəxəssislərlə birgə tədqiqat obyektlərinə baxış keçirsin.

32. Belə ki, çıxarışlı sənədi ona görə təqdim etmişdir ki, həmin çağıırışda mübahisəli yol suötürücü kanala kimi göstərilmişdir. İddiaçı6 yalnız məhkəmə gedişatında bilmişdi r ki, gediş-gəliş üçün nəzərdə utulan avtomobil yolu yeni kadastr sistemində cığır kimi göstərilişdir Qeyd etmişdir ki, yolun eni 12 metr idi. Həmdə həmin küçə X7 adına olan küçədir. Küçəni Mahmudavar sakinləri öz aralarında 2 hissəyə bölüb zəpt etdilər adınıda qoydular bu istiqamətdə biz kəndin axırıncı sakinləriyik. Halbuki həm Hişkədərə kəndində həmdə Mahmudavar kəndində həyətyanı torpaq sahələri verildikdə suötürücü kanala kimi yollar verildi ki, gələcəkdə bu yolları birləşdirib əhalinin istifadəsinə verilsin. Hişkədərə kəndinin yolu bu günə kimi suötürücü kanala kimi mövcuddur. Belə ki, əgər həqiqətən orada yol olmasaydı orada heç o cığır və yaxudda dalan olmamalıydı, həmin cığırda onun böyük bir mücadiləmiz nəticəsində qaldı. Yolu zəbt edən digər sakin 2 metr yol saxladı. Bu günə kimidə həmin 2 metrlik cığır qalıb yolu zəbt edən digər sakin isə Rusiya vətəndaşı Cavabdeh1dur.

33. Həmçinin Masallı Rayon Məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs Mahmudavar kənd bələdiyyəsi X2 məhkəmə zamanı izahat vermişdir ki, 10-15 il bundan əvvəl yolun üzərində olan ağaclar kəsilmişdir. Bəs xx.xx.2023-cü ildə gələn ekspert həmin ağaclardan niyə izah verməyib? Əslində ağaclar yolun mərkəzində əkilib.

34. Kasatorlar öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157, 239, 170-ci, Torpaq Məcəlləsinin 47.1, 103, 110, 111-ci, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına və Mülki Prosessual Məcəllənin 14, 388, 389, 390, 385, 386, 387 və 418-ci maddələrinə istinad etmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

39. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması ü çün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu ba xımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı öz mülkiyyətində olan daşınmaz əşyadan sərbəst istifadəsinə cavabdehlərin yolu zəbt etməklə müdaxilə etmələrini sübuta yetirə bilməmiş, əksinə mütəxəssis və ekspertiza rəyləri ilə bu hal təkzib olunmuşdur. Belə olan halda iddianın təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

47. Apellyasiya məhkəməsi iş üzrə təkrar ekspertiza keçirilməsi ilə bağlı iddiaçının dəlillərinə də ətraflı şəkilədə qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını əsaslandırmışdır.

48. Kollegiya bildirir ki, sübutları araş dırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiy ini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2(106)-1951/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar